Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-452/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil X4 publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş zərərin ödənilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil X4 publik hüquqi şəxsə qarşı “vurulmuş zərərin əvəzi olaraq kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 -1(105)-53/2023 nömrəli, 2 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. 18 aprel 2006-cı il tarixli müqaviləyə əsasən X3 JN:0069 KOD 30123048 nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 1,00 ha torpaq sahəsini alqı-satqı qaydasında İddiaçı satmış (həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmamışdır). Eyni zamanda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli çıxarışa əsasən, Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,12 ha torpaq sahəsi xüsu si mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. 15 mart 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan 2,12 ha torpaq sahəsinin 0,17 ha hissəsini alqı-satqı qaydasında "xxxx" ASC-yə satmış, alqı-satqıdan sonra qalan 1,95 ha (2,12 - 0,17) torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınaraq RX seriyalı, ******* qeydiyyat nömrəli, **********56 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil X4 publik hüquqi şəxsinə ərizə ilə müraciət edərək ona məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə s u mənbəyi verilməsinin təmin edilməsini və vurulmuş zərərin əvəzi olaraq, ona 500.000 (beş yüz min) manat məbləğində kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh 29 iyun 2022-ci il tarixli, X3/14-4571 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun layihələndirilməsi və tikintisi aidiyyəti dövlət və icra orqanları ilə razılaşdırılmış layihə əsasında aparılır. Müraciətdə qeyd edilən ərazi tikilən yolun 179 km hissəsinə düşür və yolun tikinti zolağına düşən sahə qanunvericilikdə müəyyən olunan qaydada dövlət ehtiyacları üçün ayrılmış və dəyən ziyana görə kompensasiya tam ödənilmişdir. Qeyd edilən qalan ərazinin suvarılması təmin olunması üçün podratçı və məsləhət çi təşkilatlara müvafiq tapşırıqlar verilmişdir. Eyni zamanda, qeyd edilən və ərazidə olan digər əkin sahələrinin suvarılması məqsədi ilə layihədə 2016-cı ildə tədbir görülmüş və bu hissədə üç ədəd suötürücü boru quraşdırılmışdır. Bununla belə, sifarişçi, məsləhətçi şirkətin və tikintini aparan təşkilatın səlahiyyətli nümayəndələri ilə birlikdə əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin sahə və orda olan digər ərazilər suvarma suyu ilə təmin olunur. İlkin vizual baxış nəticəsində müəyyən olunmuşdur ki, müraciətdə qeyd edilən sahədə ağacların qurumasına səbəb uzun müddət ərzində düzgün aqrotexniki qulluq edilməməsidir.
4. X10 X1 sektoru tərəfindən verilmiş 12 mart 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Qusar rayonunun Yuxarı Ləgər kəndində yerləşən 2,95 ha torpaq s ahəsində salınmış alma bağının quruma səbəbinin qeyd olunan hadisədən bir neçə il keçməsi nəzərə alınaraq müəyyənləşdirilməsi mümkün olmamışdır. Ağacların qurumasına bir neçə faktor təsir göstərə bilər (suvarılmanın vaxtında aparılmaması, həşəratlara və xəstəliklərə qarşı lazımi bitki mühafizə tədbirlərin aparılmaması və s.). Bağın yerləşdiyi əraziyə halhazırda TAK-8 arxından ayrılmış suvarma arxı vasitəsi ilə suvarma suyu verilir. Qeyd olunan su arxından fermerin bağ sahəsi yerləşən əraziyə tərəf quraşdırılmış hidrotexniki qurğudan (şlyuz) ümumi sahənin müəyyən bir hissəsinin suvarılmasını təmin etmək mümkündür (bağ sahəsinin qalan hissəsinin relyefi kanala nisbətən 1-1.5 m hündürlükdə yerləşir). Qalan hissəsinin suvarılması üçün su tutumunun qazılması və su nasosları vasitəsi ilə bağ s ahənin suvarılmasını təmin etmək mümkündür (və ya aidiyyəti qurumların köməyi ilə alternativ yollarının axtarılması). İddiaçı məxsus, Qusar rayonunun Yuxarı Ləgər kəndində yerləşən 2.95 ha sahə yerləşən əraziyə hal-hazırda TAK-8 arxından ayrılmış suvarma arxı vasitəsi ilə su verilir.
5. X10 X1 sektoru tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, alma bağının quruma səbəbi, ilk növbədə, ağacların vaxtında suvarılmamasıdır. Bağ sahəsinin qurumasına digər faktorlar da təsir göstərə bilər (həşəratlara və xəstəliklərə qarşı lazımi bitki mühafizə tədbirlərin aparılmaması və s.). Həmin alma bağının yerləşdiyi əraziyə hal-hazırda TAK-9 arxından ayrılmış suvarma arxı vasitəsi ilə suvarma suyu verilir. Qeyd olunan su arxından fermerin bağ sahəsi yerləşən əraziyə tə rəf quraşdırılmış hidrotexniki qurğudan (şlyuz) ümumi sahənin müəyyən bir hissəsinin suvarılmasını təmin etmək mümkündür (bağ sahəsinin qalan hissəsinin relyefi kanala nisbətən 1-1.5 m hündürlükdə yerləşir). Qalan hissəsinin suvarılması üçün su tutumunun qazılması və su nasosları vasitəsi ilə bağ sahənin suvarılması təmin etmək mümkündür (və ya aidiyyəti qurumların köməyi ilə alternativ yollarının axtarılması). İddiaçıya məxsus, 2,95 ha sahə yerləşən əraziyə su verilən TAK-8 arxının iddiaçının bağ sahəsinə kimi olan hissəsi yararsız vəziyyətdədir (550-600 m).
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əmtəəşünaslıq ekspertizasının 17 aprel 2023-cü il tarixli, 7/100-9/555 nömrəli rəyindən görünür ki, 17 mart 2023-cü il tarixdə Qusar rayonu, Yuxarı Ləyər kəndi ndə yerləşən 2,95 ha torpaq sahəsində baxış keçirildi. Baxış zamanı alma bağında 1400 ədəd simirinka, 300 ədəd palmet sortlu ağaclar ortalama diametrləri 12,1-16 sm, yaşları təxminən 12-15 illik olub ümumilikdə 1700 ədəd ağac qurumuşdur. Tədqiqata təqdim edilmiş alma ağacları təxminən 3 il öncə quruduğundan, mövcud olan ağacların hansı səbəbdən qurumasını müəyyən etmək mümkün deyildir. İş materialında olan məlumatlardan və rəyin bioloji tədqiqat hissəsində göstərilənlərdən istifadə etməklə, Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən bağ sahəsində (2,95 ha) mövcud ortalama diametrləri 12,1-16 sm, yaşları təxminən 12-15 illik olan ağaclar orta məhsuldar olduğu halda orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1 ədəd simirinka sortu alma ağacı-200 manat, 1 ədəd palmet sortu a lma-200 manat. Qeyd: Qusar rayonunda meyvə bağlarına mövcud olan tələb və təklifdən, inkişaf səviyyəsindən və digər amillərdən asılı olaraq, yuxarıda müəyyən edilən qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Tikinti-texniki obyektlərin tədqiqi” ekspertizasının 16 may 2023-cü il tarixli, 10/478 nömrəli rəyindən görünür ki, 1-ci suala münasibətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC X5 İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus bağ sahəsinin suvarılması Samur-Abşeron kanalından qidalanan uzunluğu 4100p/m olan TAK-8 kanalı vasitəsi ilə aparılmalıdır. Rusiya Federasiyası yeni avtomobil yolunun tikintisi zamanı iddiaçıya və d igər sakinlərə məxsus sahələri suvaran qeyd olunan kanal torpaq ilə doldurularaq iş prosesinə maneçilik törətdiyindən suyun verilməsi dayandırılmış və sonradan borulu keçid quraşdırılaraq bərpa olunacağı bildirilsə də, hal-hazıra kimi bərpa işləri aparılmamış, keçid quraşdırılaraq suyun verilməsi təmin olunmamışdır. TAK-8 kanalının köhnə məcrası bərpa olunduğu halda, həmin ərazinin tam suvarılması mümkün olacaqdır. Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Xaçmaz X7 Mərkəzi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən torpaq sahəsini əvvəllər suvarma suyu ilə təmin edən torpaq məcralı arxın istiqaməti avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq digər suvarma arxına yönləndirildiyi və torpaq sahəsinin suvarma arxından nisbətən hündür olduğu səbəbindən həmin suvarma arxından iddi açının torpaq sahəsinin suvarılmasının mümkün olmadığı vizual şəkildə müşahidə edilmişdir. - 2-ci və 3-cü suallara münasibətdə qeyd edilmişdir ki, Meliorasiya və Su Təsərrüfatı ASC X5 İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində iddiaçı və onun torpaq sahəsi ilə həmsərhəd ərazidə yerləşən digər sakinlərə məxsus sahələrin suvarılması üçün TAK-8-dən ayrılan mövcud alternativ arx bərpa olunaraq suyun verilməsinin təmin olunduğu, iddiaçıya məxsus bağ sahəsinin relyefcə yüksək ərazidə olması, ərazinin tam suvarılmasının alternativ arx vasitəsi ilə mümkün olmadığı səbəbindən ərazisində göl (su tutarı) qazaraq səyyar nasos vasitəsi ilə suvarılmasının mümkün olacağı bildirilmişdir. Xaçmaz X7 Mərkəzi tərəfindən verilmiş mütəxəssis rəyinə görə iddiaçıya məxsus torpaq suvarılmasının təşkili ilə b ağlı layihədə hidrotexniki qurğuların tikintisinin nəzərdə tutulması haqqında heç bir rəsmi məlumat yoxdur, lakin həmin ərazinin TAK-8-dən yeni istiqamətdə yönləndirilmiş suvarma arxının müvafiq hissəsindən su nasosları quraşdırılmaqla suvarılması mümkün görünür. Avtomobil yolunun dairəvi qovşaq ərazisində drenaj, yağış və qar sularının kənarlaşdırılması üçün qurumuş bağ sahəsinin üst hissəsində borulu keçid inşa olunmuş, TAK-8 kanalından arx bərpa olunaraq su verilərsə, qeyd olunan borulu keçid vasitəsilə ərazinin suvarılması mümkündür. Digər alternativ mənbə hesab edilən və ərazi sahəsinə yaxın suvarma arxlarından da, həmin ərazinin suvarılmasının yalnız su nasoslarının quraşdırılması ilə mümkün olacağı müşahidə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhk əməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil X4 publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha (alqı-satqı yolu ilə əldə edilmiş 1 ha və alqı-satqıdan sonra qalmış 1,95 ha) sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə su mənbəyi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və vurulmuş zərərin əvəzi olaraq, cavabdehdən 500.000 (beş yüz min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ildən etibarən Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 3,12 ha (2,12 və 1 ha, ümumilikdə 3,12 ha) sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq s ahəsi iddiaçının mülkiyyətindədir. Həmin sahədə iddiaçı tərəfindən alma bağı salınmış və 2000-ə yaxın alma ağacı əkilmişdir. 2012-ci ildə "xxxx" ASC-nin əməkdaşları iddiaçıya müraciət edərək, ona məxsus torpaq sahəsinin yerləşdiyi ərazinin bir hissəsindən dövlət əhəmiyyətli yol çəkiləcəyini və ölçü işləri aparıldıqdan sonra 3,12 ha torpaq sahəsindən 0,17 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmalı olduğunu bildirmişlər. Beləliklə, 15 mart 2012-ci il tarixdə iddiaçı 3,12 ha torpaq sahəsindən 0,17 ha torpaq sahəsini "xxxx" ASC-yə 1224 manata satmışdır. Bununla yanaşı, satılan 0,17 ha-lıq torpaq sahəsində xeyli sayda alma ağacları olduğu üçün "xxxx" ASC tərəfindən iddiaçıya ümumilikdə, 35.000 manata yaxın pul kompensasiyası verilmişdir. Alqı-satqıdan sonra iddiaçının mülkiyyətində 2, 95 ha torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsində yaşı təxminən 10-13 il olan 1700 ədəd alma ağacı var idi. 2016-cı ildə iddiaçıya məxsus 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafında yol tikintisi işləri aparılan zaman torpaq sahəsinə gələn suvarma arxının qarşısı kəsilmişdir. Bağ sahəsini suvarmağın alternativ yolları olmadığı üçün iddiaçı cavabdehə dəfələrlə bağ sahəsinin suvarılması üçün müvafiq işlər aparılması barədə müraciət etmiş, əks təqdirdə ağacların quruyacağını bildirmişdir. Cavabdehin əməkdaşları mütəmadi olaraq müxtəlif vədlər vermiş, gen planda iddiaçıya məxsus bağ sahəsinin suvarılması üçün su keçidləri olduğunu bildirərək, tezliklə məsələnin öz həllini tapacağını bildirmişlər. Lakin, 4 il keçməsinə baxmayaraq, heç bir tədbir görülməmiş, nəticədə 2,95 ha sahəsindəki yaşı təxminən 10-13 il olan 1700 ədəd alma ağacı qurumuş, torpaq sahəsi tamamilə yararsız vəziyyətə düşərək, ona 500.000 (beş yüz min) manat məbləğində zərər dəymişdir. Bununla bağlı, iddiaçı həmin 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə təcili şəkildə su mənbəyi verilməsinin təmin edilməsini və vurulmuş zərərin əvəzi olaraq, ona 500.000 manat məbləğində kompensasiya ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar X7 Mərkəzi tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin ətrafında ipək yolu tikinti işləri aparılması zaman mövcud suvarma arxının qabağı kəsilmiş və torpaq sahəsindəki ağaclar qurumuşdur. Ağacların yaşı təxminən 10-13 il arasındadır, hər bir ağaca aqro texniki tədbirlərin aparılması 75 manat təşkil edir.
10. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, ona məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə su mənbəyi verilməsi, torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və vurulmuş zərərin əvəzi olaraq, cavabdehdən 400.000 (dörd yüz min) manat məbləğində pul məbləğinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 11.Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçıya məx sus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha torpaq sahəsinin 0,17 ha hissəsinin dövlət ehtiyacları üçün alınmasının zərurəti “Bakı-Quba-RF Avtomobil Yolunun Tikintisi” ilə əlaqədardır. Qusar Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun” yenidənqurulması ilə əlaqədar Qusar rayonunun ərazisindən keçən hissəsində avtomobil yolunun mühafizə (60m.) və daimi təhkim zolağına düşən maneələrinin və torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədi müxtəlif icra orqanlarının nümayəndəliklərindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil X4, ƏMDK, və s.) ibarət olan komissiya təşkil olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, ə kililərə) baxış keçirərək fotoşəkillər hazırlanıb və mövcud olan hər hansı əmlak qeydə alınırdı. Siyahıya alma zamanı müəyyən olmuşdur ki, iddiaçıya məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,12 ha torpaq sahəsinin 0,17 ha hissəsi “Bakı-Quba-RF Avtomobil Yolunun Tikintisi” altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlak müvafiq qaydada mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirildikdən sonra (torpaq və mövcud ağacların bağ şəklində) Azərbaycan Avtomobil X4 (alıcı) və İddiaçı (satıcı) arasında sonuncuya məxsus olmuş Qusar rayonu Yuxarı Ləyər kəndin də yerləşən 2,12 ha torpaq sahəsinin 0,17 ha hissəsinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə AN-İ N ******* saylı xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Hesablanmış 1224 manat məbləğində kompensasiya "xxxx" ASC-nin Qusar Filialına iddiaçının adına köçürülmüşdür. Eyni zamanda siyahıyaalma zamanı iddiaçı tərəfindən iddiada göstərdiyi suvarma arxının qarşısının kəsilməyinin və nəticədə 1700 ədəd alma ağacları məhv olmağının barəsində heç bir məlumat aşkar olunmamışdır. Agentlik tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır. Bununla yanaşı, qeyd edilən ərazidə və digər əkin sahələrində avtomobil yolunun tikintisinin layihə çərçivəsində suvarılması məqsədi ilə tədbirlər görülüb v ə üç ədəd suötürücü boru quraşdırılmışdır. Bununla belə, sifarişçi, məsləhətçi şirkətin və tikintini aparan təşkilatın səlahiyyətli nümayəndələri ilə birlikdə əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin sahə və orda olan digər ərazilər suvarma suyu ilə təmin olunur. İddiaçının Agentliyə həmin məsələ ilə ünvanladığı müraciətinə aidiyyəti üzrə baxılmış və iddiaçıya cavab verilmişdir ki, sahəyə vizual baxış nəticəsində müəyyən olunmuşdur ki, sahədə ağacların qurumasına səbəb uzun müddət ərzində düzgün aqrotexniki qulluq edilməməsidir. Hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi ağacların quruması Agentliyin təqsiri deyildir.
12. Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(118)-155/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirl iyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
13. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.B.Məmmədov) 2-1(118)-155/2022 saylı, 04 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı, onun mülkiyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (bağ sahəsinin) suvarılması məqsədi ilə həmin torpaq sahəsinə su mənbəyinin verilməsi, torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının çıxarılması və ona vurulmuş zərərin əvəzi olaraq 400.000 (dörd yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Avtomobil X4 publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən mübahisəli əraziyə yerində baxış nə ticəsində Bakı-Quba-Rusiya Federasiyası yolunun inşası zamanı iddiaçıya məxsus torpaq sahəsinə ağacların suvarılması məqsədi ilə çəkilmiş TAK-8 arxının torpaq sahəsinə gedən hissəsinin qarşısının kəsildiyi və həmin hissədə arxın qarşısının kəsilmədən tikinti işlərinin aparılmasının mümkün olmayacağı müəyyən edilmişdir. Habelə, yolun altındakı şlyuzların həmin torpaq sahəsindən kənarda quraşdırıldığı, yəni həmin şlyuzlar vasitəsi ilə axıdılan suyun mübahisəli torpaq sahəsinə çatmadığı da müəyyən edilmişdir. Bundan başqa yerli baxış zamanı o da müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin yaxınlığında, yəni şimal hissəsində quraşdırılmış və işlək vəziyyətdə olmayan şlyuza qarşısı bağlanmış TAK-8 arxının bərpası nəticəsində suyun verilməsi və həmin şlyuzdan axan suyun mübahisəli torpaq sahəsinə çatdırılması mümkündür. Mövcud mübahisənin ədalətli araşdırılması məqsədilə məhkəmə tərəfindən bir neçə dəfə məhkəmə ekspertizası təyin edilmiş və tədqiqat nəticəsində TAK-8 arxının iddiaçıya məxsus bağ sahəsinə kimi olan hissəsinin yararsız vəziyyətə düşməsi və halhazırda da yararsız vəziyyətdə olması məlum olmuşdur. Nəzərə alınmalıdır ki, 2014-cü ildə iddiaçının mülkiyyətində olmuş tikinti altına düşən torpaq sahəsinin alınması və üzərində yerləşən 103 ədəd alma ağaclarına görə cavabdeh tərəfindən 2014-cü ilin dekabr ayında 42.340 manat, yəni "xxxx" MMC tərəfindən bir alma ağacına qoyulmuş 370 manat qiymətdən yuxarı olan 419 manat pul ödənilmişdir. Göründüyü kimi cavabdehin hərəkətsizliyi nəticəsində 1700 ədəd alma ağacı tamamilə qurumuş, bununla da inzibati orqanının hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir.
15. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mülkiyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (bağ sahəsinin) suvarılması məqsədi ilə salınmış TAK-8 arxının iddiaçının bağına keçən hissəsinin cavabdeh tərəfindən əvvəlki qaydada bərpa edilməsi və torpaq sahəsinə su mənbəyinin verilməsi, torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının cavabdeh tərəfindən çıxarılması və ona vurulmuş zərərin əvəzi olaraq 400.000 (dörd yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Avtomobil X4 publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-53/2023 nömrəli, 2 oktyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və G.İ.Cabbarova) apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(118)-155/2022 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməklə, iddianın qismən təmin edilməsi, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar cavabdeh tərəfindən T AK-8 arxının yararsız hala salınmış köhnə məcrasının hazırda suötürücü boru keçidləri vasitəsilə əvvəlki qaydada bərpa edilərək İddiaçı məxsus 2.95 ha torpaq sahəsinə su mənbəyinin verilməsi və vurulmuş zərərin əvəzi olaraq 224.400 (iki yüz iyirmi dörd min dörd yüz) manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Avtomobil X4 publik hüquqi şəxsin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin də qeyd etdiyi kimi, həmin ərazidə əkin sahələrinin suvarılması üçün cavabdeh tərəfindən suötürücü borular quraşdırılmış, lakin iddiaçının torpaq sahəsi məhz relyefcə hündürdə yerləşdiyindən, həmin borular vasitəsilə onun bağ sahəsinin suvarılması mümk ün olmamış, iddiaçıya məxsus torpaq sahəsini suvarma suyu ilə təmin edən TAK-8 arxının yolun çəkilməsi ilə əlaqədar yararsız hala salınan köhnə məcrası isə bu günə kimi bərpa edilməmişdir. Həmçinin, məhkəmə araşdırma zamanı yuxarıda qeyd edilən mütəxəssis rəyləri ilə TAK-8 arxının yararsız hala salınmış köhnə məcrasının hazırda suötürücü boru keçidləri vasitəsilə bərpa edilməsi və bununla da iddiaçıya məxsus bağ sahəsinin su mənbəyi ilə təmin edilməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.
19. Cavabdeh tərəfindən avtomobil yolunun tikintisi zamanı TAK-8 arxının bir hissəsi yararsız vəziyyətə salınmış və bərpa olunmamış, daha sonra ərazidə əkin sahələrinin suvarılması üçün cavabdeh tərəfindən alternativ arx quraşdırılsa da, iddiaçının torpaq sahəsi məhz relyefcə hündürdə yerl əşdiyindən, həmin arx vasitəsilə onun bağ sahəsinin suvarılması mümkün olmamış, nəticədə alma ağacları susuzluqdan qurumuşdur. Hazırkı halda da cavabdeh orqanın avtomobil yolunun layihəsinin icrası zamanı təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus torpaq sahəsinə gələn su mənbəyinin qarşısı kəsilmiş və bərpa edilməmiş, nəticədə sahədəki alma ağacları qurumuş və bu hal da iddiaçının həmin əmlaka münasibətdə mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Göründüyü kimi hazırkı işdə cavabdehin məsuliyyətinin müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər üç şərtin mövcudluğu müəyyən olunur.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2014-cü ildə iddiaçının bağ sahəsi dövlət ehtiyacları üçün alındığından istinad edilən Fərmana əsasən iddiaçıya daşınmaz əmlakın bazar qiym ətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq da ödənilmişdir. Hazırki halda isə iddiaçıya məxsus bağ sahəsindəki alma ağacları dövlət ehtiyacları üçün alınmamış, yuxarıda aparılan araşdırma ilə müəyyən edildiyi kimi cavabdeh inzibati orqanın təqsirli hərəkətləri-delikt nəticəsində ona ziyan dəymişdir. Bu baxımdan, hazırda iddiaçıya ödənilməli olan kompensasiyanın tərkibinə 20 faiz əlavə daxil edilməməlidir.
21. Həmçinin, avtomobil yolunun mühafizə zolağına düşən meyvə bağlarına görə təzminat ödənilmiş digər mülkiyyətçilərə münasibətdə tərtib edilmiş və məhkəmə kollegiyasına təqdim edilmiş aktlardan müəyyən edilir ki, 1 ağaca münasibətdə mülkiyyətçilərə 7 illik alma ağaclarına görə 20 manat, 20 illik ağaclara görə 44 manat, 15 illik ağaclara görə 40 manat, 4 illik ağaclara görə 8 manat, 8 illik ağaclara görə 8.80 manat, 11 illik ağaclara görə 22 manat, 16 illik ağaclara görə 40 manat, 5 illik ağaclara görə 4 manat, 8 illik ağaclara görə 22 manat, 18 illik ağaclara görə 48 manat, 10 illik ağaclara görə 8.80 manat, 9 illik ağaclara görə 8.80 manat, 5 illik ağaclara görə 2.40 manat, 2 illik ağaclara görə 2.0 manat, 14 illik ağaclara görə 30 manat, 13 illik ağaclara görə 22 manat, 28 illik ağaclara görə 48 manat kompensasiya ödənilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2014-cü ildə dövlət ehtiyacları üçün alınan 12 illik, bir ədəd alma ağacına görə 132 manatdan hesablanmaqla kompensasiya ödənildiyini və iddiaçının həmin məbləğlə razılaşdığını nəzərə alaraq, hazırda eyni yaşda olan alma ağaclarına görə iddiaçıya ödənilməli olan kompensasiyan ın məbləği 224400 manat (132x1700 = 224400) müəyyən edilməlidir.
23. Eyni zamanda, hazırkı halda cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus bağ sahəsindəki ağacların quruması nəticəsində ona vurulmuş ziyanın əvəzi olaraq 224400 manat məbləğdə kompensasiyanın ödənilməsi, habelə bağ sahəsinin suvarılması üçün TAK-8 arxının bərpa edilərək su mənbəyinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulduğundan, əlavə olaraq torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına zərurət yoxdur. Ona görə də, bu hissədə iddia tələbi təmin edilməməlidir.
24. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(105)-53/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qərarı qismən əsassız olduğundan ləğ v edilib, mülkiyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (bağ sahəsinin) suvarılması məqsədi ilə salınmış TAK-8 arxının onun bağına keçən hissəsinin cavabdeh tərəfindən əvvəlki qaydada bərpa edilməsi, yəni onun torpaq sahəsinə su mənbəyinin verilməsi, torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının cavabdeh tərəfindən çıxarılması və ona vurulmuş zərərin əvəzi olaraq 400.000 (dörd yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Avtomobil X4 publik hüquqi şəxsin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 21(105)-53/2023 saylı 02 oktyabr 2023-cü il tarixli qərarını ləğv ed ərək, kassasiya şikayətinin təmin edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
26. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(105)-53/2023 nömrəli, 02 oktyabr 2023-cü il qərarı hüquqi nöqteyi-nəzərdən qanuni, ədalətli və əsaslı deyildir, məhkəmə qərar qəbul edərkən qanunun ədalətlilik prinsiplərini kobud şəkildə pozmuş, məhkəmənin göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir. Eyni zamanda Ali Məhkəmənin son dövrlərdə göstərdiyi hüquqi mövqe ilə üst-üstə düşmür. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərarı ləğv edilməli və iddia tələbi Sumqayıt A pellyasiya Məhkəməsinin icraatında olan ərəfədə iddiaçı tərəfindən verilən iddia tələbinə dəqiqləşdirmə ərizəsinə uyğun olaraq təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən tələbi kifayət qədər araşdırmış, əsaslandırmış və respublikada formalaşan məhkəmə təcrübələrinin tətbiq etdiyi mövqeyini qərarda əks etdirmişdir. Eyni zamanda işin apellyasiya icraatın ərəfəsində də araşdırılma aparılmış, lakin apellyasiya instansiyası məhkəməsi yekun nəticəyə gələrkən hüquqi ədalətlilik prinsiplərini mülkiyyətçiyə dəymiş zərərin verilməsinə dair mövqeyini düzgün qiymətləndirə bilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(105)-53/2023 nömrəli, 02 oktyabr 2023-cü il qərarı qəbul edilərkən, mübahisə predmetinin 2 tələbi üzrə düzgün nəticəyə gəlməm işdir: 1-kompensasiyanın məbləği hissəsində, 2-cavabdehin hərəkətləri nəticəsində torpaq sahəsində qurumuş 1700 ədəd 15 illik alma ağaclarının cavabdeh tərəfindən çıxarılması hissəsində. Nəzərinizə çatdırılır ki, Sumqayıt Apellyasiya Məhkəməsi kompensasiya məbləği hissəsində qərar verərkən yalnız 14 oktyabr 2014-cü il tarixli tərtib edilmiş aktı əsas götürərək yekun nəticəyə gəlmişdir. Hesab edir ki, həmin aktı 2023-cü ilin yaşayış normalarına uyğun bu gün üçün tətbiq edilməsi yolverilməzdir. Belə ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsinin icraatında ekspert və mütəxəssislər cəlb edilmiş və mülkiyyətində olmuş 1 ədəd alma ağacının barvermə dərəcəsi nəzərə alaraq 200-400 manat arasına uyğun qiymətə bazar dəyərinin olması müəyyən edilmişdir. Belə ol an halda necə ola bilər ki, bu günki gündə 15 illik bar verən 1 ədəd alma ağacının dəyəri 132 manat müəyyən olunsun? Görünür ki, apellyasiya instansiyası məhkəməsi qərarın bu hissəsində qərəzli mövqe sərgiləyərək onun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsinə qiymətləndirmə ilə bağlı ilk növbədə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən ekspert rəyinin alınması tələb edilmiş, lakin həmin ekspertiza mərkəzi mütəxəssislərinin olmaması səbəbindən rəy verməkdən imtina edərək, işi məhkəməyə geri qaytarmışdır. Həmin səbəbdən məhkəmə müstəqil ekspertizaya qiymətləndirmə ilə bağlı müraciət etmiş və müvafiq rəyi almışdır. Birinci instansiya məhkəməsinə təqdim edilən mütəxəssis rəyi ilə razılaşmayan apellyasiya məhkəməsi təkrar ekspertiza keçirmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən rəy almışdır. Həmin rəydə 1 ədəd alma ağacının dəyəri 200 manat olması göstərilsə də sədrlik edən hakim həmin ekspertləri məhkəmə iclasına dəvət etmiş və müvafiq rəyi verən ekspert məhkəmə iclasında şifahi olaraq bildirmişdir ki, mülkiyyətimdə olan həmin ağacların barvermə dərəcəsi nəzərə alaraq 400 manatdan çox da qiymətləndirilə bilər (həmin iclasın video yazısına baxılsa görmək olur. Qeyd qərarda əks olunmamışdır). Həmçinin bildirilir ki, kompensasiya mücərrəd məna daşıdığından iddia tələbində qoyduğu 400.000 manat təkcə 1700 ağaca görə ödənilən məbləğ kimi qiymətləndirilməməli və eyni zamanda ağaclara etdiyi qulluq-aqrotexniki xidmətləri nəticəsində böyümüş, yüksək məhsuldarlıq qabiliyyətinə çatmışdır. Əslində alma ağaclarının dəyərini ətra flı hesab qatdıqda iddia tələbi 500.000 manatdan çox olmalıdır. Ancaq birinci instansiya məhkəməsində özünün subyektiv hüququ əsasında iddia tələbinin həcmini azaldaraq 400.000 manat məbləğində qeyd etmişdir. Cavabdehin hərəkətləri nəticəsində xüsusi mülkiyyətindən külli miqdarda məhrum olmuşdur. İş üzrə aparılmış araşdırma nəticəsində istər birinci instansiya, istərsə də apellyasiya məhkəmələrində 2022 və 2023-cü illərə aid ekspert və mütəxəssis rəylərinə etimad etməyən apellyasiya məhkəməsinin hakimi necə olur ki, 9 il öncə yəni, 2014-cü ildə tərtib edilən Aktı mötəbər sübut kimi bu günki günə tətbiq edir.? Nəzərə alınmalıdır ki, cavabdehin hərəkətləri nəticəsində 2016-cı ildən etibarən bar verən alma ağacları qurumağa başlamış və məhkəmələrə müraciət etdiyi vaxtda demək olar ki, tam qur uyaraq yararsız vəziyyətə düşmüşdür, Yəni alma ağacları quruyan ərəfədə və halhazırda da külli miqdarda əmlakından məhrum olmuşdur. Necə olur ki, ədaləti təmsil edən hakim bunu görə bilmir? Ona görə də hesab edir ki, ona dəymiş zərər 1 ədəd alma ağacının qiymətinə uyğun, eyni zamanda günün sosial-iqtisadi vəziyyəti nəzərə alınaraq ümumilikdə 400.000 manat olaraq qiymətləndirilməli və apellyasiya məhkəməsinin müvafiq qərarı qiymətləndirmə hissəsində ləğv edilməli və tələbi təmin edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(105)-53/2023 nömrəli, 02 oktyabr 2023cü il tarixli qərarının cavabdehin hərəkətləri nəticəsində torpaq sahəsində qurumuş 1700 ədəd 15 illik alma ağaclarının cavabdeh tərəfindən çıxarılması hissəsində rədd edilməsinə münasibətdə bildirir ki, apel lyasiya instansiyası məhkəməsi özünün araşdırması zamanı müəyyən etmişdir ki, həmin ağaclar cavabdehin təqsiri səbəbindən yararsız hala düşmüş, yəni qurumuşdur. Bunu məhkəmə kollegiyası təsdiq etsə də necə olur ki, qərəzli mövqe ortaya qoyaraq, tələbini rədd etmişdir. Bildirilir ki, torpaq sahəmdə qurumuş 1700 ədəd 15 illik alma ağaclarının torpaq sahəsindən çıxarılması üçün nə texnikası, nə də ki maddi imkanı vardır. Belə ki, 15 illik qurumuş 1 ədəd alma ağacının sahədən kökündən çıxarılaraq boşaldılması üçün təqribən 30-50 manat məbləğində xərc çəkinməlidir. Çünki, həmin ərazidə olan xüsusi texnika sahiblərindən maraqlanmış və 1 ədəd alma ağacının sahədən kökündən çıxarılaraq boşaldılması üçün təqribən 30-50 manat məbləğində pul tələb edirlər (yəni 1700 qurumuş ağacın kökündən çıxardılar aq torpaqdan boşaldılması üçün minimum 51.000 manat pul vəsaiti tələb olunur 1700x30=51.000). Nəyə görə cavabdehin hərəkətləri nəticəsində ona vurulmuş zərər, yəni ağacların kökündən çıxardılaraq sahədən boşaltmaq məsuliyyəti Azərbaycan Avtomobil X4 tərəfindən çəkilməsin? Halbuki, cavabdehin xüsusi texnikaları olduğundan həmin ərazinin boşaldılması asanlıqla həll edə bilər. Həmçinin, 1700 ədəd qurumuş alma ağacları torpaq sahəsindən təmizlənmə iyindən, orada taxıl sahəsi əkib becərə bilmir və xüsusi mülkiyyəti üzərində sərəncam vermək hüququndan mərhum qalmışdır. Göründüyü kimi, tələbinin bu hissəsi də əsaslı olduğundan təmin edilməlidir.
27. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, siyahıya alma zamanı İddiaçı tərəfindən iddiada göstərdikləri suvarma arxının qarşısının kəsilməyinin və nəticədə 1700 ədəd alma ağaclarına zərər dəyə biləcəyinə Azərbaycan Avtomobil X4 tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır. İddiaçı məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2.95 ha torpaq sahəsinin 0.17 ha hissəsi dövlət ehtiyacları üçün alındığından sonra, həmin torpaq sahəsinin üzərində “Bakı-Quba-RF Avtomobil Yolunun Tikintisi” layihəsi çərçivəsində yol qovşağı tikilmiş və 2016-cı ildə həmən işlər yekunlaşmışdır. İddiaçının Agentliyə yuxarıda qeyd edilən məsələ ilə 2021-ci ildə ünvanladığı müraciətinə aidiyyəti üzrə baxılmış və araşdırma aparılmışdır. Sifarişçi, məsləhətçi şirkətin və tikintini aparan təşkilatın səlahiyyətli nümayəndələri ilə birlikdə əraziyə baxış keçiri lmiş və müəyyən olunmuşdur ki, həmin sahə və orda olan digər ərazilər suvarma suyu ilə təmin olunur, suvarılma məqsədi ilə tədbirlər görülüb və üç ədəd suötürücü boru quraşdırılmışdır. Eyni zamanda vizual baxış nəticəsində müəyyən olunmuşdur ki, həmin sahədə ağacların qurumasına səbəb uzun müddət ərzində düzgün aqrotexniki qulluq edilmədiyi üçün yaranmış və bu barədə iddiaçıya cavab verilmişdir. Tərəflərindən əvvəlcədən həm etirazda həm apellyasiya şikayətində qeyd olunmuşdur ki, avtomobil yolunun tikintisi zolağına düşən əkin sahələrinin suvarılması məqsədi ilə 2016-cı ildə həmin sahə və orda olan digər ərazilər suvarma suyu ilə təmin olunur, suvarılma məqsədi ilə tədbirlər görülüb və üç ədəd suötürücü boru quraşdırılmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Kənd Təsərrüfatı N azirliyi və Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyətindən mütəxəssis cəlb edilməklə kompleks məhkəmə mühəndistexniki, əmtəəşünaslıq və aqrotexniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Tikinti-texniki obyektlərin tədqiqi” ekspertizasının 16 may 2023-cü il tarixli, 10/478 nömrəli rəyində göstərmişdir ki, Rusiya Federasiyası yeni avtomobil yolunun tikintisi zamanı iddiaçıya və digər sakinlərə məxsus sahələri suvaran qeyd olunan kanal torpaq ilə doldurularaq iş prosesinə maneçilik törətdiyindən suyun verilməsi dayandırılmış və sonradan borulu keçid quraşdırılaraq bərpa olunacağı bildirilsə də, hal-hazıra kimi bərpa işləri aparılmamış, keçid quraşdırılaraq suyun verilməsi təmin olunmamışdır. TAK-8 kanalının köhnə məcrası bərpa olunduğu halda, həmin ərazinin tam suvarılması mümkün olacaqdır. Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Xaçmaz X7 Mərkəzi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən torpaq sahəsini əvvəllər suvarma suyu ilə təmin edən torpaq məcralı arxın istiqaməti avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq digər suvarma arxına yönləndirildiyi və torpaq sahəsinin suvarma arxından nisbətən hündür olduğu səbəbindən həmin suvarma arxından iddiaçının torpaq sahəsinin suvarılmasının mümkün olmadığı vizual şəkildə müşahidə edilmişdir. TAK-8-dən ayrılan mövcud alternativ arx bərpa olunaraq suyun verilməsinin təmin olunduğu, iddiaçıya məxsus bağ sahəsinin relyef cə yüksək ərazidə olması, ərazinin tam suvarılmasının alternativ arx vasitəsi ilə mümkün olmadığı səbəbindən ərazidə göl (su tutarı) qazaraq səyyar nasos vasitəsi ilə suvarılmasının mümkün olacağı bildirilmişdir. TAK-8 kanalından arx bərpa olunaraq su verilərsə, qeyd olunan borulu keçid vasitəsilə ərazinin suvarılması mümkündür. Eyni zamanda, məhkəmə qərarında qeyd olunub ki, təyin edilmiş ekspertiza rəyini tərtib edən mütəxəssisləri məhkəmədə dindirərkən kollegiya tərəfindən müəyyən edildi ki, cavabdehin də qeyd etdiyi kimi, həmin ərazidə əkin sahələrinin suvarılması üçün cavabdeh tərəfindən suötürücü borular quraşdırılmış, lakin iddiaçının torpaq sahəsi məhz relyefcə hündürdə yerləşdiyindən, həmin borular vasitəsilə onun bağ sahəsinin suvarılması mümkün olmamış. Yəni ekspertiza rəyi təsd iq etmişdir ki, cavabdeh tərəfindən avtomobil yolunun tikintisi zamanı ərazidə əkin sahələrinin suvarılması üçün cavabdeh tərəfindən alternativ arx quraşdırılsa da, iddiaçının torpaq sahəsi məhz relyefcə hündürdə yerləşdiyindən, həmin arx vasitəsilə onun bağ sahəsinin suvarılması mümkün olmamış, nəticədə alma ağacları susuzluqdan qurumuşdur. Bu fakt məhkəmə prosesində dindirilmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X5 İdarəsi mütəxəssis Abuyev Aslanşah Qubaşah oğlu tərəfindən təsdiq edilmişdir. O məhkəmə iclasında verilmiş suallara aydınlıq gətirərək izahatında həmdə bildirmişdir, ki həmin vaxtdan isə bu günədək iddiaçıya məxsus sahədən başqa digər ərazilər alternativ arx vasitəsilə suvarılır. Və beləliklə sual yaranır: necə olur ki, iddiaçının torpaq sahəsinin ətrafında mövcu d olan sahələrə suvarma mümkündür iddiaçının isə bağ sahəsinə yox? Bundan əlavə məhkəmə kollegiyası quraşdırılmış suötürücü boruların vasitəsilə iddiaçıya aid torpaq sahəsinin suyu ilə təmin mümkün olub-olmamağına aydınlıq gətirmək məqsədilə iddiaçıya məxsus bağ sahəsinin suvarılmasını təmin etmək məqsədilə layihədə nəzərdə tutulan hidrotexniki qurğuların quraşdırılıb-quraşdırılmaması, quraşdırıldığı təqdirdə mübahisələndirilən ərazinin relyefi nəzərə alınmaqla bağ sahəsinin tam olaraq suvarılmasının mümkün olubolmaması ilə bağlı ekspert qarşısında sual qoyulsa da, ekspertin rəyində iddiaçıya məxsus torpaq suvarılmasının təşkili ilə bağlı layihədə hidrotexniki qurğuların tikintisinin nəzərdə tutulması haqqında heç bir rəsmi məlumatın göstərilmədiyi qeyd edilmişdir. Bununla yanaşı apellya siya şikayətində qeyd olunmuşdur ki, İddiaçı tikinti zamanı Agentliyin və podratçılarının nümayəndələri ilə mütəmadi təmasda olarkən heç bir şikayət və etiraz bildirməmişdir. Və İddiaçı ilk dəfə ağacların quruması ilə bağlı, yəni deliktlə bağlı tikinti işləri başlanğıcından 9 ildən sonra Agentliyə rəsmi qaydada ilk dəfə 2021-ci ilin iyun ayında müraciət etmişdir. Bu faktla bağlı Məhkəmə kollegiyası tərəfindən heç bir araşdırma aparılmamış, və məhkəmə prosesində İddiaçı verdiyi suallara ki, “o 2016-cı ildən etibarən hazırkı məsələ ilə bağlı dəfələrlə müraciət etmiş, lakin, cavabdeh inzibati orqan tərəfindən heç bir tədbir görülməmişdir” izahatla kifayətlənmişdir. Məhkəmə kollegiyası işin yuxarıda sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, avtomobil yolunun tikintisi ilə əlaqədar c avabdeh tərəfindən TAK-8 arxının yararsız hala salınmış köhnə məcrasının hazırda suötürücü boru keçidləri vasitəsilə əvvəlki qaydada bərpa edilərək iddiaçıya məxsus 2.95 ha torpaq sahəsinə su mənbəyinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar cavabdeh tərəfindən TAK-8 arxının yararsız hala salınmış köhnə məcrasının hazırda suötürücü boru keçidləri vasitəsilə əvvəlki qaydada bərpa edilərək İddiaçı məxsus 2.95 ha torpaq sahəsinə su mənbəyinin verilməsi barədə öhdəlik qoyulması cavabdehə qarşı irəli sürülmüş tələbə cavab vermir. Yəni bu hissədə iddianın torpaq sahəsinə su mənbəyinin verilməsi barədə öhdəlik qoyulması iddianın mümkünlük şərtlərinə cavab verm ir. Agentliyin su mənbəyinin vəzifəsinin verilməsi barədə qərar qəbul etmək səlahiyyəti yoxdur. Agentliyə yönəldilmiş tələb mübahisə predmeti ilə bağlı mümkünlük şərtlərinə cavab vermir. İddiaçı tərəfindən bu halda su mənbəyi kimi çıxış edən Agentliyin malik olduğu səlahiyyətlər nəzərə alınmayaraq doğru iddia növü seçilməmişdir. Meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri, torpaqların su təminatını həyata keçirmək, meliorasiya və irriqasiya tədbirləri yalnız Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin səlahiyyətindədir. Ümumiyyətlə iddiaçının cavabdeh tərəfindən TAK-8 arxının yararsız hala salındığı və bunun nəticəsində ona ziyan dəydiyi barədə iddiası ilə əlaqədar qeyd edirik ki, iddiaçı ona məxsus torpaq sahəsində mövcud olmuş ağacların mütəmadi olaraq suvarılmadığı t əqdirdə həmin ağacların məhv olacağı və ona ziyan dəyəcəyini bilə-bilə, həmçinin ötən müddət ərzində daha çox ağacın quruyacağı və ziyanın məbləğinin artacağını bilə-bilə həmin ərazidə yol tikinti işlərinin yekunlaşdığı 2016-cı ildə və ondan sonrakı dövrdə arxın bərpası ilə bağlı nə iddiaçı və nə də onun təşəbbüsü ilə digər qurumlar tərəfindən Agentliyə rəsmi qaydada müraciət ünvanlanmamışdır. Həmin müddətdə hər hansı bir rəsmi müraciət olmadığından arxın yararsız hala salındığı barədə iddiadan Agentlik xəbərsiz olmuş və bununla bağlı vaxtında tədbirlər görülməmişdir. Və yalnız 5 il müddəti keçdikdən sonra, iddiaçı ona məxsus torpaq sahəsində bütün ağaclar quruduqdan sonra, yəni 2021-ci ildə Agentliyə müraciət etmiş və hətta həmin müraciət də belə arxın bərpasını tələb etməmişdir. Bütün yu xarıda qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı məqsədli şəkildə dövlət büdcəsindən külli miqdarda pul vəsaitini ələ keçirməyi öncədən planlaşdırmış və yalnız bütün ağaclar quruduqdan sonra rəsmi qaydada Agentliyə pretenziya göndərməklə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. b. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 21
0. Mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Maddə
211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsi n hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa b orcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsin dən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə
48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qəra rdadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayətləri vaxtında verilmişdir. Kassasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İ NSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri qismən əsaslıdır.
35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayətləri apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
37. Kollegiya ilk növbədə qeyd edir ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, bu qərarın 28-ci bəndində istinad olunan normaya görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
38. Bu qərarın 28-ci bəndində istinad olunan normaya əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
39. İstinad olunan norma anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması.
40. Hazırda, iddiaçı cavabdeh orqan tərəfindən “Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun KM 134+000.00 - KM 192+000.00 hissəsinin tikintisi” layi həsi çərçivəsində yolun tikintisi zamanı ona məxsus 2,95 ha torpaq sahəsinə gedən suvarma arxının qarşısının kəsildiyini, torpaq sahəsindəki 1700 ədəd alma ağacının suvarılmadığına görə quruduğunu, bununla da ona ziyan dəydiyini, cavabdeh isə avtomobil yolunun tikintisi zolağına düşən əkin sahələrinin, o cümlədən iddiaçıya məxsus əkin sahəsinin suvarılması məqsədi ilə layihədə 2016-cı ildə tədbirlər görüldüyünü və bu hissədə üç ədəd suötürücü borunun quraşdırıldığını, hazırda iddiaçıya məxsus torpaq sahəsi və digər ərazilərin suvarma suyu ilə təmin olunduğunu, iddiaçıya məxsus sahədə ağacların qurumasına səbəbin uzun müddət ərzində düzgün aqrotexniki qulluq edilməməsi ilə bağlı olduğunu bildirir.
41. Apellyasiya instansiyası məhkəməsi öz qərarında göstərmişdir ki, hazırkı halda da cavabdeh orqanın avtomobil yolunun layihəsinin icrası zamanı təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus torpaq sahəsinə gələn su mənbəyinin qarşısı kəsilmiş və bərpa edilməmiş, nəticədə sahədəki alma ağacları qurumuş və bu hal da iddiaçının həmin əmlaka münasibətdə mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Göründüyü kimi hazırkı işdə cavabdehin məsuliyyətinin müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər üç şərtin mövcudluğu müəyyən olunur.
42. Kollegiya qeyd edir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar cavabdeh tərəfindən İddiaçı məxsus 2.95 ha torpaq sahəsinə gələn su mənbəyinin kəsilməsi və məhz bunun nəticəsində 1700 ağacın quruması ilə iddiaçıya ziyan dəyməsi işin hazırkı halları ilə tam müəyyən edilmir.
43. İ lk öncə, vurulmuş maddi zərərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.
44. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkə tsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
45. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
46. Cavabdeh kassasiya şikayətinin dəlillərində avtomobil yolunun tikintisi zolağına düşən əkin sahələrinin suvarılması məqsədi ilə 2016-cı ildə layihəyə uyğun tədbir görüldüyünü, üç ədəd suötürücü boru quraşdırıldığını, bununla da iddiaçıya aid torpaq sahəsi də daxil olmaqla həmin ərazilərin suvarma suyu ilə təmin olunduğunu bildirmişdir.
47. İşdə olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC X5 İdarəsi tərəfindən iddiaçının iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçıya məxsus qurumuş 2,95 ha bağ sahəsinə baxış zamanı müəyyən olunmuşdur ki, həmin əraziləri suvarma suyu ilə təmin edən TAK-8 arxı dövlətlərarası İpək yolunun tikintisi ilə məşğul olan təşkilat tərəfindən işlərin icrası müddətində suyun verilməsi maneçilik törətdikləri üçün müvəqqəti dayandıraraq sonradan həmin yolun dairəvi qovşaq hissəsindən yeraltı keçid vasitəsilə s uyun verilməsi bərpa olunacağı bildirilmiş, həmin bərpa işləri hələ də bərpa olunmamışdır. Digər sakinlərə məxsus bağ-bostan sahələrinin suvarılması üçün alternativ arx çəkilərək suyun verilməsi bərpa olunmuşdur.
48. X10 X1 sektoru tərəfindən verilmiş 12 mart 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Qusar rayonunun Yuxarı Ləgər kəndində yerləşən 2,95 ha torpaq sahəsində salınmış alma bağının quruma səbəbinin qeyd olunan hadisədən bir neçə il keçməsi nəzərə alınaraq müəyyənləşdirilməsi mümkün olmamışdır. Ağacların qurumasına bir neçə faktor təsir göstərə bilər (suvarılmanın vaxtında aparılmaması, həşəratlara və xəstəliklərə qarşı lazımi bitki mühafizə tədbirlərin aparılmaması və s.). Bağın yerləşdiyi əraziyə halhazırda TAK-8 arxından ayrılmış suvarma arxı vasitəsi ilə suvarma suyu verilir. Qeyd olunan su arxından fermerin bağ sahəsi yerləşən əraziyə tərəf quraşdırılmış hidrotexniki qurğudan (şlyuz) ümumi sahənin müəyyən bir hissəsinin suvarılmasını təmin etmək mümkündür (bağ sahəsinin qalan hissəsinin relyefi kanala nisbətən 1-1.5 m hündürlükdə yerləşir). Qalan hissəsinin suvarılması üçün su tutumunun qazılması və su nasosları vasitəsi ilə bağ sahənin suvarılmasını təmin etmək mümkündür (və ya aidiyyəti qurumların köməyi ilə alternativ yollarının axtarılması). İddiaçı məxsus, Qusar rayonunun Yuxarı Ləgər kəndində yerləşən 2.95 ha sahə yerləşən əraziyə hal-hazırda TAK-8 arxından ayrılmış suvarma arxı vasitəsi ilə su verilir.
49. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Tikinti-texniki obyektlərin tədqiqi” ekspertizası nın 16 may 2023-cü il tarixli, 10/478 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Xaçmaz X7 Mərkəzi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən torpaq sahəsini əvvəllər suvarma suyu ilə təmin edən torpaq məcralı arxın istiqaməti avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq digər suvarma arxına yönləndirildiyi və torpaq sahəsinin suvarma arxından nisbətən hündür olduğu səbəbindən həmin suvarma arxından iddiaçının torpaq sahəsinin suvarılmasının mümkün olmadığı vizual şəkildə müşahidə edilmişdir.
50. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəməəmtəəşünaslıq ekspertizası”nın 17 aprel 2023-cü il tarixli, 7/100-9/555 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş alma ağacları təxminən 3 il öncə quruduğundan, mövcud olan ağacların hansı səbəbdən qurumasını müəyyən etmək mümkün olmamışdır.
51. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X5 İdarəsi tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli mütəxəssis rəyində iddiaçının X2 ilə müvafiq müqaviləsi olmadığı, bu səbəbdən həmin bağ sahəsinin hansı səviyyədə suvarılması və digər aqrotexniki tədbirlərin hansı dərəcədə aparılması barədə məlumat olmadığı qeyd edilmişdir. Xaçmaz X7 Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli mütəxəssis rəyi ilə də analoji cavab verilərək alma bağında ağaclar tam quruduğundan onların hansı səbəbdən quruması barədə heç bir rəy bildirməyin mümkün olmadığı göstərilmişdir.
52. Hazırkı işin halları ilə iddiaçıya məxsus torpaq sahəsindəki ağacların quruması ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu nun tikintisi ilə əlaqədar cavabdeh tərəfindən İddiaçı məxsus 2.95 ha torpaq sahəsinə gələn su mənbəyinin kəsilməsi arasında səbəbli əlaqənin mövcud olması işin halları ilə təsdiq olunmur.
53. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçı ona məxsus torpaq sahəsində mövcud olmuş ağacların mütəmadi olaraq suvarılmadığı təqdirdə həmin ağacların məhv olacağı və ona ziyan dəyəcəyini bilə-bilə, həmçinin ötən müddət ərzində daha çox ağacın quruyacağı və ziyanın məbləğinin artacağını bilə-bilə həmin ərazidə yol tikinti işlərinin yekunlaşdığı ildə və ondan sonrakı dövrdə deyil, iddiaçının bununla bağlı uzun müddət keçdikdən sonra 2021-ci ilin yayında cavabdehə və habelə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi anlaşılan deyil.
54. Göründüyü kimi inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, yəni cavabdehin hərəkətləri nəticəsində iddiaçının bağına su axınının dayandırılması ilə bağlı cavabdehin hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və ətraflı araşdırılmamışdır.
55. Kollegiya qeyd edir ki, cavabdehin hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı təsdiqini tapdığı halda, iddiaçıya dəymiş ziyanın ödənilməsi və digər tələblərlə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilməlidir.
56. Apellyasiya məhkəməsi işdə olan sübutlardakı bəzi ziddiyyətli məqamlarla bağlı da araşdırma aparmamışdır.
57. Məhkəmə kollegiyası qeyd edir ki, X10 X1 sektoru tərəfindən verilən rəyin birində iddi açıya məxsus 2,95 ha torpaq sahəsində salınmış alma bağının quruma səbəbinin qeyd olunan hadisədən bir neçə il keçməsi nəzərə alınaraq müəyyənləşdirilməsi mümkün olmadığı, ağacların qurumasına bir neçə faktor təsir göstərə biləcəyi (suvarılmanın vaxtında aparılmaması, həşəratlara və xəstəliklərə qarşı lazımi bitki mühafizə tədbirlərin aparılmaması və s.), bağın yerləşdiyi əraziyə hal-hazırda TAK-8 arxından ayrılmış suvarma arxı vasitəsi ilə suvarma suyu verildiyi, digərində isə alma bağının quruma səbəbinin, ilk növbədə, ağacların vaxtında suvarılmaması, bununla belə bağ sahəsinin qurumasına digər faktorların da təsir göstərə biləcəyi (həşəratlara və xəstəliklərə qarşı lazımi bitki mühafizə tədbirlərin aparılmaması və s.), alma bağının yerləşdiyi əraziyə hal-hazırda TAK-9 arxından ayrılmış suvarma arxı vasitəsi ilə suvarma suyu verildiyi qeyd edilmişdir.
58. Məhkəmə Ekspertiza Mərkəzinin daha sonra, yəni 17 aprel 2023-cü il tarixli rəyində isə 17 mart 2023-cü il tarixdə Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha torpaq sahəsində baxış keçirilən zaman tədqiqata təqdim edilmiş alma ağaclarının təxminən 3 il öncə quruduğu, mövcud olan ağacların hansı səbəbdən qurumasını müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir.
59. Qeyd edilən rəylər arasındakı ziddiyyətlər aradan qaldırılmamış, alma bağının quruma səbəbi konkret olaraq müəyyən edilməmiş, rəy verilən zaman bağa suyun TAK-8 arxından, yoxsa TAK-9 arxından verilməsi dəqiqləşdirilməmişdir.
60. Cavabdeh avtomobil yolunun tikintisi zolağına düşən əkin sahələrinin suvarılması məqsədi ilə 2016-cı ildə layihəyə uyğun təd bir görüldüyünü, üç ədəd suötürücü boru quraşdırıldığını, bununla da iddiaçıya aid torpaq sahəsi də daxil olmaqla həmin ərazilərin suvarma suyu ilə təmin olunduğunu bildirmiş, apellyasiya məhkəməsi cavabdehin bu dəlili ilə bağlı araşdırma aparmamışdır.
61. İşdə olan sənədlərdən görünür ki, eyni ərazidə iddiaçıya məxsus bağ sahəsinin 0,17 ha hissəsi, həmin bağ sahəsində olan alma ağacları, habelə məhsulu yolun çəkilişi ilə bağlı tərəflər arasında bağlanmış alıq-satqı müqaviləsinə əsasən 2012-ci ildə iddiaçı tərəfindən cavabdehə satılmışdır. İddiaçının həmin dövrdə hazırda açdığı mübahisə ilə bağlı cavabdehə müraciət etməsi, müraciətlə bağlı cavabdehin münasibəti, yaxud imtinası, imtina olunduğu halda iddiaçının həmin vaxtdan məhkəməyə iddia ilə müraciət etməməsinin səbəbi apellyasiya məhkəm əsi tərəfindən araşdırılmamışdır.
62. Bəhs olunan halların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul edilməsi üçün əhəmiyyət daşıyır.
63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının maddi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması araşdırılmalı, bundan aslı olaraq qərar qəbul edilməlidir.
64. Odur ki, kassasiya şikayətlərinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, əla və araşdırmaya zərurət olduğundan iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, şikayətlər yekun qərar qəbul edilməsi hissədə təmin edilməməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 oktyabr 2023-cü il tarixli, 2-1(105)-53/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayətləri qalan hissədə təmin olunmasın. Qərar qətidir.