Məhkəmə qərarları › İş №2-1(102)-4520/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4520/2025

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4520/2025 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “Dövlət Qulluğu haqqında” Qanunun 33.1.10-cu maddəsi; Dövlət qulluğuna xitam verilmə; sərəncamının ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Cavabdeh başçısının ##.##.2022-ci il tarixli ** nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Göyçay ==== tarixədək Cavabdeh ==== müdiri vəzifəsində, == tarixdən Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Azərbaycan Respulikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən 2022-ci ilin mart-may aylarında Cavabdeh aparılan istintaq tədbirləri ilə bağlı iddiaçı ## ##### 2022-ci il tarixdə həmin idarə tərəfindən şübhəli şəxs qismində saxlanılaraq təqsirli şəxs qismində cəlb edilmişdir, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

2. Cavabdeh başçısının ##.##.2022-ci il tarixli ** nömrəli sərəncamı ilə iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsi rəhbər tutularaq RIHB-nin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

3. Binəqədi rayon Məhkəməsinin ## ### 2022-ci tarixli qərarına əsasən iddiaçının barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.

4. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cil tarixli *(***)-**/**** nömrəli hökmü ilə iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib 46.2-ci maddəsi tətbiq olunmaqla 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza iddiaçıya 3 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, üzərinə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Eyni zamanda, Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** saylı qərarı ilə barəsində CM-nin 178.2.2, 78.2.3 və 178.2.4-cü maddələri ilə başlanılmış cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilmiş və iddiaçı CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmuşdur.

5. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-**/**** saylı hökmü və Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-**/**** saylı qərarı ləğv edilmiş, CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2ci maddələri ilə təqsirləndirilməyinə dair cinayət işi üzrə CM-nin 32.4, 312.2-ci maddələri ona verilmiş ittihamdan xaric edilmiş, CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək və barəsində CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad olunmuş, CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli *(***)***/**** saylı qərarı ilə müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qərarı həmin kassasiya şikayətinə və əlavəyə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a. Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının ##.##.2022-ci il tarixli ** nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. Iddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırılıb ki, Cavabdeh tərəfindən ## ##### 2022-ci il tarixli ** saylı sərəncam qəbul edilərkən, Konstitusiyada təsbit olunmuş əmək hüquqları, eləcə də təqsirsizlik prezumpsiyası hüququ kobud şəkildə pozulmuş, işdən kənarlaşdırılmaq əvəzinə işdən azad edilərək, bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçıya Cavabdeh Başçısının ## ##### 2022-ci iI tarixli ** saylı sərəncamı nə poçt, nə də elektron poçt vasitəsi ilə göndərilməmiş, surəti şəxsən təqdim edilməmişdir. Iddiaçı sözügedən sərəncamın mövcudluğundan 2024-cü ilin dekabr ayının əvvəllərində məlumat almışdır. Belə ki, istintaq orqanı tərəfindən şübhəli şəxs qismində saxlandığı andan hesab etmişdir ki, cavabdeh inzibati orqan istintaq müddəti dövründə, eləcə də, barəsində çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin "c” bəndinə əsasən işdən kənarlaşdırılmışdır. Özünə gəldikdən sonra, işinin başına qayıtmaq üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Müraciət etdiyi zaman iddiaçıya bəlli olmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən işdən kənarlaşdırılmaq əvəzinə işdən azad edilmişdir. Bundan dərhal sonra rəsmi şəkiidə müraciət etməklə, sərəncamın surətini ## ###### 2024-cü il tarixdə müvafiq məktubla birlikdə almışdır. Göründüyü kimi, işdən azad olunmağından, eləcə də, hazırda mübahisələndirildiyi sərəncamın mövcudluğundan yalnız ## ###### 2024-cü il tarixdə xəbər tutmuşdur. Cavabdeh Başçısının 19 apreı 2022-ci il tarixli ** saylı sərəncamı ## ###### 2024cü il tarixdə rəsmi şəkildə təqdim edildiyinə görə, 30 günlük iddia müddəti tərəfindən ötürülməmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun internet saytında yerləşdirilmiş rəsmi məlumata əsasən müəyyən edilmişdir ki, həmin dövrdə rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən iddiaçıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.4-cü maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş korrupsiya və qulluq mənafeyi əleyhinə olan cinayətlərdə ittiham olunduğundan və barəsində həbs qətimkan tədbiri seçildiyi üçün rayon icra hakimiyyəti başçısının ** nömrəli, ## ##### 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir.

9. Şəki Inzibati Məhkəməsinin # ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir (Hakim Etibar Mustafayev).

10. Məhkəmə hesab etmişdir ki, həmin dövrdə iddiaçı barəsində qəbul edilmiş mübahisəli aktda cavabdeh tərəfindən maddi hüquq normaları səhv tətbiq edilsə də, hazırkı vəziyyət həmin aktın qanunsuz olmasını deməyə əsas vermir. Mübahisələndirilən sərəncamın qəbul edilməsinə əsas iddiaçı barəsində cinayət işinin başlanılması olmuş və artıq iddiaçı barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Bu isə öz növbəsində ona münasibətdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.10-cu maddəsinin dispozisiya şərtlərinin mövcudluğu ilə nəticələnir ki, həmin şərt dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Yəni hazırkı vəziyyətdə mübahisələndirilən sərəncamın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu tam sübuta yetirilir.

11. Qeyd olunmalıdır ki, “dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiqi həm “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsinin və “Inzibati icraat haqqında” Qanunun 17-ci maddəsinin tələbləri baxımından mütənasib addım kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilmiş şəxs kimi o, vəzifəsinin icrasına başlamamışdan əvvəl ...“dövlət qulluğunun ona verdiyi hüquqları və üzərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə və vətənin mənafeyi naminə həyata keçirəcəyinə” and içmişdir. Lakin Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının ## ####### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qərarı iddiaçıya münasibətdə həmin müddəaların uzlaşmadığını deməyə əsas verir.

12. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə Şəki Inzibati Məhkəməsinin # ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Tural Həsənov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Vüqar Musayev).

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən sərəncamın qəbul edilməsinə əsas iddiaçı barəsində cinayət işinin başlanılması olmuş və artıq iddiaçı barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2023-cü il tarixli *(***)***/**** nömrəli məhkəmə qərarı mövcuddur. Bu isə öz növbəsində ona münasibətdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.10-cu maddəsinin dispozisiya şərtlərinin mövcudluğu ilə nəticələnir ki, həmin şərt dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Yəni hazırkı vəziyyətdə mübahisələndirilən sərəncamın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu tam sübuta yetirilir. - Məhkəmə kollegiyası bildirib ki, iddiaçı dəlillərində onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verildiyini qeyd etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qərarından görünür ki, iddiaçı tərəf apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Onun şikayəti isə təmin edilməmişdir. Həmçinin qanuni qüvvəyə minmiş qərarla iddiaçı barəsində CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla o, cinayət məsuliyyətindən azad olunmuşdur. Həmin maddənin tələblərindən də görünür ki, Cinayət Məcəlləsinin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Iddiaçı barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməmiş, onun Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi barədə məhkəmə qərarı qəbul edilmiş və qərar qanuni qüvvəyə minmişdir. Iddiaçı haqqında cinayət əməli faktının məhkəmə qaydasında təsdiq olunması dövlət qulluğuna etimad prinsipinə birbaşa təsir edən haldır və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün qanunun tələb etdiyi etibar, dürüstlük və nüfuz meyarları bu halda təmin olunmur. Bu baxımdan birinci instansiya məhkəməsinin dövlət qulluqçusunun davranış standartlarının pozulması və dövlət qulluğundan azad edilmə tədbirinin mütənasib olması barədə nəticəsi tam doğru hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin gəldiyi qənaət əsaslı olmuşdur. Belə ki, yuxarıda istinad olunan maddi hüquq normalarından göründüyü kimi barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslərin dövlət qulluqçusu vəzifəsində işləməsini qanunvericilik birbaşa qadağan edir.

15. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində işin halları, iddia ərizəsinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından göründüyü kimi ona qarşı irəli sürülmüş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmiş, barəsində ittiham hökmü çıxarılmamışdır. Əksinə, ona qarşı Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddələri ilə irəli sürülmüş ittiham bəraətverici əsaslarla ittihamdan xaric edilmiş, CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə isə CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad olunmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında da vurğulandığı kimi, artıq Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2ci maddələri ilə təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyil. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmış, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.

18. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.10cu maddəsinə əsasən, dövlət qulluğuna xitam verilməsi üçün əsaslardan biri məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmünün olmasıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş nə məhkəmə hökmü, nə də qərarı olmadığı halda, apellyasiya instansiya məhkəməsi əsassız və qanunsuz olaraq mübahisələndirilən qərarda qeyd edilən maddələr üzrə təqsirli bilinməsi barədə qərarların mövcud olduğunu göstərmişdir. Halbuki, barəsində ittihamedici hökm və ya qərar mövcud deyil. Apellyasiya instansiya məhkəməsi ittihamedici hökm və ya qərarı mahiyyət etibarlı ilə fərqli təbiətə malik olan, Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının yuxarıda qeyd olunan qərarını eyniləşdirməklə, ciddi hüquq pozuntusuna yol vermiş, nəticə etibarı ilə onun konstitusiya hüquqlarını pozmuşdur.

19. Sərəncamının verildiyi dövrdə mövcud olan qanunvericiliyin tələbləri yuxarıda qeyd edildiyi kimi səhv tətbiq edilmişdir. Cavabdeh başçısı ##.##.2022-ci il tarixdə sərəncam verərkən, onun barəsində cinayət işi üzrə yalnız istintaq hərəkətləri aparılırdı və onun təqsirli bilinməsi barədə heç bir məhkəmə hökmü yox idi. Belə bir vəziyyətdə cavabdeh onu işdən tam azad etmək əvəzinə, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, müvəqqəti olaraq işdən kənarlaşdırmalı idi. Məhkəmənin qərarında bu əsaslı arqumentə heç bir münasibət bildirilməmişdir.

b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

Tətbiq edilən hüquq

21. “Dövlət qulluğu haqqında” Qanun Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. 33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. 33.3. Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər.

22. Əmək Məcəlləsi: Maddə 62.1. Işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ...

e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;

... f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

23. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia ərizəsini və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı məsələ üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından sərəncamının ləğv edilmə əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.

30. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Əlavə olaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2023-cü il tarixli *(***)***/**** nömrəli məhkəmə qərarı ilə o, CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və barəsində CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad olunmuşdur. Belə ki, iddiaçının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmişdir, lakin bəraət verici əsaslar olmadan cinayət məsuliyyətindən azad olunmuşdur.

32. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, ümumiyyətlə iddiaçının istinad etdiyi əsas hüquqi hal ondan ibarətdir ki, onun tutulduğu və ya həbs edildiyi halda onu birbaşa işdən çıxara bilməzdi, yalnız Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən kənarlaşdıra bilərdi. Lakin bu əsaslandırma yanlışdır. Çünki Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü bəndinə əsasən, işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.

33. Yəni hətta iddiaçı işdən kənarlaşdırılmış olsa belə, bu hal ona intizam tənbehinin tətbiqini istisna etmirdi.

34. Bundan başqa, intizam məsuliyyəti dedikdə, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsinə (intizam xətasına), habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə bu Qanunda nəzərdə tutulmuş intizam tənbehinin tətbiqini nəzərdə tutan hüquqi məsuliyyət növü başa düşülür (“Dövlət qulluğu haqqında” Qanunun 1.1.26-cı maddəsi).

35. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində həmin maddədə göstərilən intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər.

36. Adı çəkilən Qanunun 25.11-ci maddəsində isə, dövlət qulluqçusunun “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunmasə nəzərdə tutulmuşdur.

37. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.1-ci maddəsində korrupsiya ilə əlaqədar hüquqpozmaların iki növü: 1. bilavasitə korrupsiya hüquqpozmaları; 2. korrupsiyaya şərait yaradan hüquqpozmalar müəyyən edilmişdir.

38. Göründüyü kimi iddiaçının istinad etdiyi formal əsaslara baxmayaraq, onun vəzifəsindən azad edilməsi və qulluğuna xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmuşdur.

39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, həmin dövrdə iddiaçı barəsində qəbul edilmiş mübahisəli aktda cavabdeh tərəfindən maddi hüquq normaları səhv tətbiq edilsə də, hazırkı vəziyyət həmin aktın qanunsuz olmasını deməyə əsas vermir.

40. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, 2-1(107)- ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar