Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4523/2025 03.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraatda baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli, **** saylı sərəncamına əsasən, Gəncə şəhəri, Nəriman Nərimanov və Nizami küçələrinin kəsişməsindəki bağın ərazisindən şəhərsalma norma və qaydalarını pozmaqla İddiaçı tərəfindən inşa edilmiş ticarət obyektinin ərazidə aparılan abadlıq işləri ilə əlaqədar Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ** №-li yaşayış binasının şərq tərəfindən yerləşən 400 kv.m torpaq sahəsində yerləşdirilməsinə) layihələndirilməsinə icazə verilmişdir.
2. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X2 Filialının ##.##.2024-cü il tarixli, *-**-DA-*F/*-B-****/*/**** nömrəli məktubuna əsasən, X2 filialında mühafizə olunan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arxiv fondunun ##.##.2018-ci il tarixli, ** saylı təhvil-təslim aktına əsasən ##.##.2013-cü il tarixli, **** saylı sərəncam filiala təhvil verilməmiş, lakin filialda mühafizə olunan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arxiv fondunun 2013-cü il tarixli sərəncamlarının qeydiyyat kitabında **** saylı sərəncam qeyd olunmuşdur.
3. Cavabdeh publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-A-****-*/**** nömrəli “müraciətinizə baxılması barədə” məktuba əsasən, müraciətə torpaq sahəsinə dair torpaq sahəsinin yerini və ölçüsünü göstərən texniki və hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, müraciətə əlavə edilmiş Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin ##.##.2013cü il tarixli, **** saylı sərəncam 0.04 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli, **** saylı sərəncamı ilə istifadəyə verilmiş Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ** nömrəli yaşayış binasının şərq tərəfində yerləşən 400 kv.m torpaq sahəsinə dair plan ölçü sənədi verilməklə üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhərində aparılan abadlıq işləri ilə əlaqədar onun istifadəsində olan qeyri-yaşayış obyekti sökülmüş və Gəncə şəhər İcra Hakimiyyəti başçısının ## ###### 2013-cü il tarixli, **** saylı sərəncamı ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ** nömrəli yaşayış binasının şərq tərəfində yerləşən 400,0 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində istifadə hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi üçün cavabdeh * saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, Gəncə * saylı Ərazi İdarəsinin ona ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda torpaq sahəsinin yerini və ölçüsünü göstərən texniki və hüquq müəyyənedici sənədlərin ərizəyə əlavə edilməməsi əsası ilə imtina verilmişdir. O hesab edir ki, imtina əsassız olmaqla onun qanunla qorunan hüquq və mənafeyinə ziddir. Belə ki, torpaq sahəsinin texniki sənədlərinin tərtib edilməsi (X3 və Xəritəçəkmə Komitəsinin rayon şəhər şöbələr) hazırda Cavabdeh publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsi tərəfindən icra olunur. İddiaçı qeyd edir ki, belə olan halda ondan texniki göstəricilərin tələb edilməsi məntiqsizdir və tərəfindən təqdim edilmiş sərəncamla ayrılmış 400,0 kv.m torpaq sahəsinin ölçüləri və koordinatları cavabdeh tərəfindən tərtib edilməli olan sənədlərdir.
6. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış, aparılan araşdırma zamanı müraciətə torpaq sahəsinin yerini və ölçüsünü göstərən texniki hüquq müəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, müraciətə əlavə edilmiş Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin ##.##.2013-cü il tarixli, **** saylı sərəncamının torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir.
7. Cavabdeh tərəfindən iddia tələbinə dair verilmiş etiraza dəqiqləşmə təqdim edilmiş və bildirilmişdir ki, iş üzrə aparılmış araşdırma zamanı torpaq sahəsinə müayinə baxışının keçirilmədiyi məlum olmuşdur. Yaranmış zərurətlə əlaqədar olaraq torpaq sahəsinə ##.##.2025-ci il tarixdə baxış keçirilmiş və müayinə aktı tərtib edilmişdir. Müayinə aktına əsasən, AZCAD və TEKUİS məlumatlarına əsasən, faktiki torpaq sahəsi dövlət mülkiyyətində (məqsədli istifadə növü – yaşayış məntəqələri) olan torpaq sahəsidir. Həmçinin, aparılan araşdırma zamanı faktiki olaraq torpaq sahəsinin 1.2 metr məsafəsindən 6/10 kv-luq yüksək gərginlikli elektrik xəttinin keçdiyi məlum olmuşdur.
8. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin (hakim N.Hüseynov) 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, qərardadın ləğv olunmasını və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (A.Bayramov /məruzəçi və sədrlik edən/, R.Mamedov və F.Mehtiyev) 2025-ci il ## ###### tarixli, *-*(***)- ***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli, **** nömrəli “Şəhərsalma norma və qaydalarının pozmaqla inşa edilmiş obyektin yerinin dəyişdirilməsi haqqında” sərəncamı vətəndaşa torpaq ayrılmasını yox, sadəcə köçürülən obyektin layihələndirilməsinə icazəni nəzərdə tutur. Layihələndirmə sənədi isə əmlak üzərində hüquq yaratmır. Odur ki, sözügedən sərəncam mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. İddiaçı eyni cür sərəncamla başqa şəxslərə (məsələn, X1) çıxarış verildiyini əsas gətirərək, dövlət orqanına etimad etdiyini bildirmişdir. Lakin apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İcra Hakimiyyəti başçılarının qanunvericiliklə torpaq ayırmaq səlahiyyəti yoxdur. Orqan səlahiyyət həddini aşaraq (yaxud qanunsuz) akt qəbul edibsə, vətəndaşın qeyri-qanuni akta olan "etimadı" qoruna bilməz. İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbinin mümkünlük şərtləri yaranmamışdır.
13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv olunmasını və işə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını mahiyyətcə onun iddia ərizəsi və apellyasiya şikayətində irəli sürdüyü dəlillər təşkil edir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli, **** nömrəli “Şəhərsalma norma və qaydalarının pozmaqla inşa edilmiş obyektin yerinin dəyişdirilməsi haqqında” sərəncamına istinad edərək, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ** nömrəli yaşayış binasının şərq tərəfində yerləşən 400 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etmişdir.
23. Sözügedən sərəncamın məzmununun təhlili göstərir ki, həmin sənəd mübahisəli torpağın istifadəyə və ya mülkiyyətə verilməsi məqsədini daşımır. Sərəncamın 3cü bəndində imperativ olaraq qeyd edilmişdir ki, “bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Layihələndirmə başa çatdırıldıqdan, müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyəti üzrə müraciət olunmalıdır.” İstinad olunan sərəncam tikinti-layihələşmə sahəsində müvafiq yerli icra hakimiyyəti orqanın icazəsini əks etdirir, bu isə həmin sənədə əsasən torpaq sahəsi üzərində şəxsin hər hansı hüququnun yaranmasına əsas deyildir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sözügedən sərəncam mübahisələndirilən torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd kimi qəbul edilə bilməz.
24. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün qapalı əsaslar siyahısı təsbit olunmuşdur. İstinad olunan sərəncam tikinti-layihələşmə sahəsində yerli icra hakimiyyəti orqanının icazəsini əks etdirdiyindən, şəhərsalma norma və qaydalarının pozmaqla inşa edilmiş obyektin yerinin dəyişdirilməsi ilə bağlı məsələni həll etdiyindən, bilavasitə torpaq ayırma xarakteri daşımadığından, onun torpağa münasibətdə hüquq müəyyənedici sənəd kimi qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçının mübahisəli torpaq sahəsi ilə hüquqi bağlılığı qanunla müəyyən edilmiş qaydada yaranmadığından, iddiaçının hazırkı halda müvafiq iddianı qaldırmaqla bağlı subyektiv hüququ da yoxdur və iddia mümkün sayıla bilməz.
25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.