Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4526/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 63.5 yaşının tamam olduğu ##.##.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, cavabdehə ##.##.2021-ci il tarixədək müraciət etdiyi nəzərə alınmaqla, pensiya məbləğinin hüququ yarandığı ##.##.2018-ci il tarixdən hesablanmaqla (həmin tarixdən sonra əlilliyə görə ödənilmiş pensiyanın məbləği və yaşa görə ödənilmiş müavinətin məbləği nəzərə alınmaqla) ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ##.##.1954-cü il təvəllüdlüdür.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin ##.##.2024-cü il tarixli, *** nömrəli arayışında göstərilmişdir ki, iddiaçı ##.##.1973-cü il tarixdən ##.##.1975-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
3. ##.##.1972-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının ##.##.1972-ci il tarixdən ##.##.1973-cü il tarixədək, ##.##.1975-ci il tarixdən ##.##.1982-ci il tarixədək, ##.##.1983-cü il tarixdən ##.##.1985-ci il tarixədək, ##.##.1985-ci il tarixdən ##.##.1987ci il tarixədək, ##.##.1987-ci il tarixdən ##.##.1988-ci il tarixədək, ##.##.1988-ci il tarixdən ##.##.1988-ci il tarixədək, ##.##.1989-cu il tarixdən ##.##.1990-cı il tarixədək, ##.##.1990-cı il tarixdən ##.##.1996-cı il tarixədək əmək fəaliyyəti olmuşdur (cəmi 22 il 10 ay 19 gün).
4. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ##.##.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin ** saylı regional ərazi filialına müraciət etmiş və həmin Filial tərəfindən ##.##.2021-ci il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Onun 22 il 9 ay iş stajı müəyyən olunmuşdur. ##.##.2006-ci il tarixdən heç bir sığorta kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur.
5. Cavabdeh orqanın “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarında göstərilmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq tələb olunan pensiya kapitalı və 25 il sığorta stajı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-X1rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 63.5 yaşının tamam olduğu ##.##.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, cavabdehə ##.##.2021-ci il tarixədək müraciət etdiyi nəzərə alınmaqla, pensiya məbləğinin hüququ yarandığı ##.##.2018-ci il tarixdən hesablanmaqla (həmin tarixdən sonra əlilliyə görə ödənilmiş pensiyanın məbləği və yaşa görə ödənilmiş müavinətin məbləği nəzərə alınmaqla) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1954-cü ildə doğulmuş, ##.##.1972-ci il tarixdən əmək fəaliyyətinə başlamış, ##.##.1996-cı il tarixədək (20 il 10 ay 11 gün) əmək fəaliyyəti ilə məşğul olmuşdur. ##.##.1973-cü ildən ##.##.1975-ci il tarixədək (02 il 08 gün) hərbi xidmətdə olmuşdur. 2006-cı ildən ona əlilliyə görə əmək pensiyası təyin edilmiş, 2020-ci ilin sonunda dayandırılmış, ##.##.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh ##.##.2021-ci il tarixli, *********** nömrəli cavab məktubunda qeyd etmişdir ki, onun 22 il 9 ay iş stajı müəyyən olunduğundan və ##.##.2006-cı ildən heç bir sığorta kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Cavabdehin imtinası ilə razı deyil və hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixdə qüvvədə olmuş redaksiyasına əsasən yaşa görə əmək pensiyası təyin olunmalı idi. Qanunun tələbindən göründüyü kimi pensiya yaşına çatmış şəxslərin yaşa görə pensiya hüququ fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq yaranır. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il ######ın #-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman, həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin # ###### tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## #### 2006-cı il tarixli, *** nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Onun pensiya yaşına çatdığı ##.##.2018-ci il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 110 manat məbləğində müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək onun 22 il 10 ay 19 gün ümumi iş stajı olmuşdur ki, fərdi hesabın sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı 6987 (22 il x 306 manat + 306:12 x 10ay=6987) manat təşkil etmişdir. 6987 manat pensiya kapitalının ##.##.2018-ci il tarixinə indeksləşdirilmiş məbləği 17108,1 manat təşkil edir (6987* 1.083* 1.167* 1.208* 1.015* 1.057* 1.079* 1.011* 1.024* 1.014*1.040*1.124*1.129=1710 8.1). 17108.1 manat pensiya kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına, yəni 144-ə bölündükdə 118,8 manat təşkil edir ki, həmin məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının minimum məbləğindən (110 manat) çox olduğundan pensiya təminatına əsas verdiyi, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə və onun qeyd hissəsinə əsasən ##.##.2018-ci il tarixdə 63.5 yaş həddinə çatdığı üçün yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
8. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
9. Cavabdehin iddiaya qarşı yazılı etirazında göstərilmişdir ki, iddiaçı İddiaçı ##.##.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ** saylı Regional Ərazi Filialına müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, sosial sığorta stajının 22 il 9 ay olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmənin şifahi sərəncamına əsasən iddiaçının həmin müraciətinə Mərkəzi Filial tərəfindən baxılmış, ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərar ilə iddiaçının 25 il sığorta stajı olmadığından və fərdi şəxsi hesabında qanunvericiliklə minimum məbləğdən az olmayan pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin məzmunundan göründüyü kimi, yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş şərtlər mövcud olmalıdır: 1) iddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) azı 25 il sığorta stajına malik olmalı və ya fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Birinci əsas üzrə iddiaçı ##.##.1958-ci il tarixdə anadan olmuşdur. İddiaçı ##.##.2018-ci il tarixdə yaşa görə əmək pensiyası almaq üçün tələb olunan yaş həddinə (63 il 6 ay) çatmışdır. İkinci əsas üzrə iddiaçının ##.##.2021-ci il tarixdə regional filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 63.5 yaşının tamam olduğu ##.##.2018-ci il tarixədək 21 il 11 ay 29 gün olmaqla tələb olunan 25 ildən azdır. Həmçinin həmin tarixə iddiaçının 21 il 11 ay 29 gün sığorta stajına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16305,92 manat olmaqla qanunvericiliklə minimum məbləğdən az olmayan pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalından (16742,88) azdır. Göründüyü kimi, iddiaçı ona pensiya təyin olunması üçün tələb olunan yaşa çatsa da, digər şərtlər ödənilmədiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya ##.##.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmiş, iddiaçı İddiaçı 63.5 yaşının tamam olduğu ##.##.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin ##.##.2018-ci il tarixdən hesablanmaqla (həmin tarixdən sonra əlilliyə görə ödənilmiş pensiyanın məbləği və yaşa görə ödənilmiş müavinətin məbləği nəzərə alınmaqla) ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, pensiya yaşına çatmış şəxslərin yaşa görə pensiya hüququ fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq yaranır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il ######ın #-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman, həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin # ###### tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2006-cı il tarixli, *** nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. İddiaçının pensiya yaşına çatdığı ##.##.2018-ci il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 110 manat məbləğində müəyyən edilmişdir. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində yer almış istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatordan çıxarışlarla müəyyən edilir ki, istehlak qiymətləri indeksinin illik səviyyəsi 2006-cı ildə 8.3, 2007-ci ildə 16.7, 2008-ci ildə 20.08, 2009-cu ildə 1.5, 2010-cu ildə 5.7, 2011-ci ildə 7.9, 2012-ci ildə 1.1, 2013-cü ildə 2.4, 2014-cü ildə 1.4, 2015-ci ildə 4.0, 2016-cı ildə 12.4, 2017-ci ildə 12.9 faiz olmuşdur. Belə olan halda iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək onun 22 il 10 ay 19 gün ümumi iş stajı olmuşdur ki, fərdi hesabın sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı 6987 (22 il x 306 manat + 306:12 x 10ay=6987) manat təşkil etmişdir. 6987 manat pensiya kapitalının ##.##.2018-ci il tarixinə indeksləşdirilmiş məbləği 17108,1 manat təşkil edir. 17108.1 manat pensiya kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına, yəni 144-ə bölündükdə 118.8 manat təşkil edir ki, həmin məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının minimum məbləğindən (110 manat) çox olduğundan pensiya təminatına əsas verdiyi, həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə və onun qeyd hissəsinə əsasən ##.##.2018-ci il tarixdə 63.5 yaş həddinə çatdığı üçün iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
12. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubuna əsasən ümumilikdə 16 il 10 ay 20 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Cavabdeh iddiaçının işlədiyi ##.##.1990-cı il tarixdən ##.##.1996-cı il tarixədək olan dövrü mübahisələndirməkdədir. İddiaçının əmək kitabçasında ##.##.1990-cı il tarixdən ##.##.1996-cı il tarixədək işlədiyi həmin dövrlə bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər A.Bayramov – məruzəçi, R.Mamedov və A.İsgəndərova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlilləri cavabdehin iddia tələbinə etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
18. Kassator təkrar olaraq qeyd edir ki, iddiaçının ##.##.2018-ci il tarixə ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu və pensiya kapitalı minimum məbləğdən az olmayan pensiya təyinatı üçün tələb olunan pensiya kapitalından (16742,88 manat) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
19. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 6-1 və 7ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu”: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:[3] ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; ... Maddə 6-1. Əmək pensiyasının minimum məbləği (##.##.2017-##.##.2019-cu il tarixlərdə qüvvədə olan redaksiya) Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il # #### tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir.
Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 63.5 yaşının tamam olduğu ##.##.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh iddiaçının sığorta stajının 16 il 10 ay 20 gün hissəsini mübahisələndirilməmişdir. Cavabdeh sadəcə olaraq iddiaçının işlədiyi ##.##.1990-cı il tarixdən ##.##.1996-cı il tarixədək olan dövr üzrə əmək haqqının alınmadığı 8 ayı iddiaçının sosial sığorta stajına qəbul etməmişdir. Halbuki, cavabdeh tərəfindən məhkəməyə iddiaçının ##.##.1990-cı il tarixdən ##.##.1996-cı il tarixədək işlədiyi dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil təqdim olunmamışdır.
31. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının ##.##.2006-cı il tarixədək bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadları).
32. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sosial sığorta stajı 22 il 10 ay 19 gün qəbul edilməlidir. Həmin sosial staja uyğun olaraq pensiya kapitalının hesablanması ilə bağlı hallar apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı şəkildə qeyd olunduğu üçün məhkəmə kollegiyası həmin halların təkrar edilməsinə zərurət görmür.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.