Məhkəmə qərarları › İş №2-1(102)-453/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-453/2019

27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-453/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı QƏRAR (iş № 2-1(102)-453/2019) Bakı şəhəri 27 fevral 2019-cu il iş üzrə GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrlərin ləğv edilməsi və dəyişdirilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının 2-1(103)-2134/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 27 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1977-ci ildə Saylan rayonunun Xalac kəndində anadan olmuşdur, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi) İddiaçı 29.07.1995 - 20.07.1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kursant, 20.07.1999-cu il tarixdən 01.11.2017-ci il tarixədək müxtəlif hərbi hissələrdə hərbi xidmətdə olmuşdur. (EZ seriyalı, ******* nömrəli hərbi bilet) İddiaçı 21.08.2017, 26.08.2017-ci il tarixlərdə (100 saylı hərbi hissədə Hərbi i nspeksiyanın baş zabiti - inspektor vəzifəsində xidmət edərkən) öz arzusu ilə xidmətdən tərxis olunmaqla bağlı, 05.09.2017-ci il tarixdə isə 21 və 26 avqust 2017-ci il tarixli raportlara cavab verilməsinə göstəriş verilməsi üçün X4 hərbi inspeksiyasının rəisinə (100 saylı hərbi hissəyə) müraciət etmiş, lakin onun həmin müraciətləri nəzərə alınmadan barəsində mübahisələndirilən əmrlər verilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra - cavabdeh) 16.09.2017-ci il tarixli, 0668 saylı əmri ilə N saylı hərbi hissənin maddi texniki təminat bölməsinin zirehli tank xidmət rəisi vəzifəsinə təyin edilmiş, 27.09.2017-ci il tarixli, 128 saylı əmri ilə malik olduğu 1-ci məharət dərəcəsi 3-cü məharət dərəcəsinə endirilmiş, 01.11.2017-ci il tarixli, 0787 saylı əmri ilə həqiq i hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra, iddiaçı cavabdehə və N N-li hərbi hissəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən öz arzusu maddəsi ilə ehtiyata buraxılmaq üçün yazdığı 21.08.2017 və 05.09.2017-ci il tarixli raportlarının cavablandırılmamasına görə N N-li hərbi hissənin vəzifəli şəxslərinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və onun “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v" bəndinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında Azərbaycan Respublikasının müdafiə nazirinin 01.11.2017-ci il tarixli, 0787 N-İi əmrinin iddiaçıya aid hissəsinin ləğv edilməsi, həmin əmrdə müvafiq dəyişiklik edilərə k onun N N-li hərbi hissəsinin “Hərbi inspeksiyasının baş zabiti inspektor” vəzifəsindən ehtiyata buraxılması, istifadə etmədiyi 45 növbəti məzuniyyət gününə görə müvafiq kompensasiyanın ödənilməsi və N N-li hərbi hissə komandirinin 27.09.2017-ci tarixli, 128 N-İi əmrinin ləğv edilməsi və ləğv edilmiş 1-ci məharət dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 08.05.2018-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən öz arzusu maddəsi ilə ehtiyata buraxılmaq üçün yazdığı 21.08.2017 və 05.09.2017-ci il tarixli raportlarının N N-İi hərbi hissənin vəzifəli şəxsləri tərəfindən cavablandırılmamasında i fadə olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətsizliyinin qeyri-hüquqi hesab edilməsini, N N-li hərbi hissə komandirinin 27.09.2017-ci il tarixli, 128 N-li əmrinin ləğv edilməsini, Azərbaycan Respublikası müdafiə nazirinin 16.09.2017-ci il tarixli, 0668 N-li əmrinin iddiaçıya aid hissədə ləğv edilməsini, habelə Azərbaycan Respublikası müdafiə nazirinin 01.11.2017-ci il tarixli, 0787 N-li əmrinin iddiaçıya aid hissəsinə onun N N-li hərbi hissənin “Hərbi inspeksiyasının baş zabiti-inspektor” vəzifəsindən “Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar dəyişiklik edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İdd ia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci ildən 1999-cu ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində kursant kimi, 1999-cu ildən 03 noyabr 2017-ci il tarixədək zabit kimi xidmət etmişdir. Hal-hazırda ehtiyatda olan polkovnikleytenantdır. N N-li hərbi hissədə xidmət edərkən yuxarı komandanlıq tərəfindən barəsində çoxsaylı kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, 04.02.2014-cü il tarixdən 16.09.2017-ci il tarixədək N N-li hərbi hissədə “Hərbi inspeksiyanın baş zabiti - inspektor” vəzifəsində xidmət etmişdir. Bu vəzifədə xidmət edərkən 21.08.2017-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə Hərbi inspeksiyanın rəisinin adına raport yazaraq “Hərbi xidmətkeçmə haqq ında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Raportu poçt vasitəsilə xəbərnaməli məktubla göndərmişdir. Raport bilavasitə rəisi olan Hərbi inspeksiyanın rəisi general mayor Lənkəran Əliyev tərəfindən baxılmalı idi. Lakin sonuncu onun raportuna mahiyyəti üzrə baxıb qərar qəbul etmək əvəzinə, kargüzarlıq şöbəsində xidmət edən hərbi qulluqçu leytenant Qasımov vasitəsi ilə raportunu ona qaytarmaq istəmişdir. O, isə bundan imtina etmiş və buna görə 25.08.2017-ci il tarixdə səhər yerbəyerində sırada olarkən şəxsi heyətin gözü qarşısında aşağılanmış, təhqir edilmiş və ona “şiddətli töhmət” verilmişdir. Bu “şiddətli töhmət” 22 illik xidmət müddəti ərzində ona veri lmiş birinci və axırıncı intizam cəzası olmuşdur. 21.08.2017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılma haqqında raport yazdıqdan sonra Hərbi inspeksiyanın rəisi general - mayor Lənkəran Əliyev onunla söhbətləşmə aparmış və söhbətləşmə əsasında söhbətləşmə vərəqəsi tərtib olunmuşdur. Lakin söhbətləşmə vərəqəsi onun tərəfindən imzalanarkən həmin vərəqənin 1-ci və 2-ci vərəqələri doldurulmamışdır və söhbətləşmənin məqsədi ona izah edilməmişdir. Bu barədə o, 26.08.2017-ci il tarixdə N N-li hərbi hissə komandirinə (Azərbaycan Respublikası müdafiə nazirinin müavini - X5 Komandanına) raportla müraciət edərək baş verənləri bildirmiş və həmin söhbətləşmə vərəqə sinin etibarsız sayılmasını xahiş etmişdir. Lakin onun bu müraciəti də cavablandırılmamışdır. Bütün bunlar haqqında o, 26.08.2017-ci il tarixdə N Nli hərbi hissə komandirinə raportla müraciət edərək, ehtiyata buraxılmaq haqqında raportuna mahiyyəti üzrə baxılması üçün göstəriş verilməsini xahiş etmişdir. Əvvəlki müraciətləri cavablandırılmadığından o, 05.09.2017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında raportla N N-li hərbi hissə komandirinə müraciət etmişdir. Lakin müraciəti cavablandırılmamış və o, Azərbaycan Respublikası müdafiə nazirinin 16.09.2017-ci il tarixli, 0668 N-li əmri ilə aşağı vəzifəyə - N N-li hərbi hissəyə zirehli tank xidm əti rəisi vəzifəsinə təyin edilmiş və bu vəzifədən də Azərbaycan Respublikası müdafiə nazirinin 01.11.2017-ci il tarixli 0787 N-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. Poçt göndərişinin verilməsi haqqında xəbərnamələrə əsasən hər üç raport müvafiq ünvanlara çatdırılmışdır. Səhhəti ilə əlaqədar olaraq iddiaçı 12.08.2017-ci il tarixdən 18.08.2017-ci il tarixədək N N-li hərbi hissədə (X3), 08.09.2017-ci il tarixdən 11.10.2017-ci il tarixədək Silahlı Qüvvələrin - Baş Klinik Hospitalında müalicədə olmuşdur. 03.10.2017-ci il tarixdə Silahlı Qüvvələrin BKH terapiya profilli Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və sülh dövründə hərbi xidmətə yararsız hesab olunmuşdur. Bundan sonra, Azərbaycan Respublikasını n müdafiə nazirinin 01.11.2017-ci il tarixli, 0787 N-li əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə) əsasən ehtiyata buraxılmışdır. 2016-cı ildə sınaq imtahanları verərək 1-ci məharət dərəcəsini təsdiqlətmişdir. Lakin heç bir əsas gətirilmədən malik olduğu 1-ci məharət dərəcəsi qanunsuz və əsassız olaraq N Nli hərbi hissə komandirinin 27.09.2017-ci il tarixli 128 N-li əmri ilə ləğv edilmişdir. Əlavə olaraq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində nəzərdə tutulan 3 aylıq növbəti məzuniyyət ona tam verilməmişdir. Belə ki, həmin məzuniyyətin 45 günü komandanlıq tərəfindən qanunsuz olaraq kəsilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin 220 N-li 05 iyun 2002-ci il tarixli əmri ilə təsdiqlənmi ş “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 190-cı maddəsində nəzərdə tutulan 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatından da heç bir əsas olmadan qanunsuz olaraq məhrum edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-11198/2018 nömrəli, 08 may 2018-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş və N N-li hərbi hissə 3-cü şəxslər siyahısından çıxarılmışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı əsassız olaraq səhhətində olan problemləri önə çıxararaq ona tapşırılan işin öhdəsindən gələ bilmədiyini, şəxsi heyətlə işləməkdə çətinlik çəkdiyini bildirmişdir. O,12.08.2017-ci il tarixdə xidməti otağında sol qolunu kəsərək özünə xəsarət yetirmi şdir. Xidmətində yol verdiyi nöqsanlarla əlaqədar onunla söhbətlər aparılmış, xidmətində dönüş yaratması tələb edilmişdir. Görülmüş profilaktiki tədbirlərin, aparılmış söhbətlərin əhəmiyyəti olmamış, aparılmış söhbətlərdən heç bir müsbət nəticə çıxartmamış və komandanlıq tərəfindən ona göstərilən etimadı doğrultmamışdır. İddiaçının aşağı vəzifəyə təyin edilməsi barədə onunla 21.08.2017-ci il tarixdə söhbət aparılarkən orada iddiaçı əsəb xəstəsi olduğunu bildirmişdir, qolunu kəsməyinin səbəbi kimi 8 ildir əsəb xəstəsi olduğunu qeyd etmişdir. Həmin vərəqəyə iddiaçı imza etmişdir. İddiaçının aşağı vəzifəyə təyin edilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v" bəndinə uyğun olmuşdur. İddiaçının verilən tapşırıqları vaxtında yerinə yetirmədiyi və işgüzar keyfiyyətləri aşa ğı olduğu nəzərə alınaraq iş həcmi az olan aşağı vəzifəyə təyin olunması barədə 22.08.2017-ci il tarixdə raport verilmiş və onun N nömrəli hərbi hissənin madditexniki təminat bölməsinin zirehli tank xidməti rəisi vəzifəsinə təyin olunması üçün 22.08.2017-ci il tarixdə təqdimat göndərilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının müdafiə nazirinin 16.09.2017-ci il tarixli müvafiq əmri ilə, X5 X1 Ordunun Hərbi İnspeksiyasının baş zabiti - inspektor (döyüş maşınlarından atış və maşınsürmə) polkovnik-leytenant İddiaçı tutduğu vəzifədən azad edilmiş və N nömrəli maddi-texniki təminat bölməsinin zirehli tank xidməti rəisi vəzifəsinə təyin olunmuşdur. İddiaçı aşağı vəzifəyə təyin olunduğuna görə, “Azərbaycan Respublikası Silahlı qüvvələrin hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydaları haqqında Əsasnamə”nin 37.2.2ci bəndinə (hərbi qulluqçu aşağı vəzifəyə keçirildikdə məharət dərəcəsi iki pillə aşağı endirilir) əsasən, müdafiə nazirinin müavini- X5 Komandanının 27.09.2017-ci il tarixli 128 nömrəli əmri ilə malik olduğu 1-ci məharət dərəcəsi 3-cü məharət dərəcəsinə endirilmişdir. Səhhətində yaranmış problemlərlə bağlı iddiaçı Mərkəzi Hərbi Klinik Hospitalda müayinə və müalicədə olmuş və müalicə heç bir müsbət nəticə vermədiyi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xəstəlik haqqında şəhadətnaməsinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin 01.11.2017-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsi nin “v” bəndinə (xəstəliyə görə) əsasən N nömrəli maddi-texniki təminat bölməsinin zirehli tank xidməti rəisi, polkovnikleytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı noyabr 2017-ci il tarixdə N nömrəli maddi-texniki təminat bölməsinin zirehli tank xidməti rəisi vəzifəsində olduğundan ehtiyata həmin vəzifədən buraxılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1198/2018 nömrəli, 23 may 2018ci il tarixli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia təmin edilmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən öz arzusu maddəsi ilə ehtiyata buraxılmaq üçün iddiaçının yazdığı 21.08.2017 və 05.09.2017-ci il tarixli raportların N N-li hərbi hissənin vəzifəli şəxsləri tərəfindən cavablandırılmamaqda ifadə olunan Azərbaycan Respublikası Müda fiə Nazirliyinin hərəkətsizliyinin qeyri-hüquqi hesab edilməsi, N N-li hərbi hissə komandirinin 27.09.2017-ci il tarixli, 128 N-li əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, Azərbaycan Respublikası müdafiə nazirinin 16.09.2017-ci il tarixli, 0668 N-li əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, Azərbaycan Respublikası müdafiə nazirinin 01.11.2017-ci il tarixli, 0787 N-li əmrinin iddiaçıya aid hissəsinə onun N N-li hərbi hissənin “Hərbi inspeksiyasının baş zabiti - inspektor” vəzifəsindən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar dəyişiklik edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməs i hesab etmişdir ki, iddiaçının 10 ildən çox xidmət etmiş zabit kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmaq hüququ olmuş və o, bu hüququndan istifadə edərək yuxarı komandanlığa 2017-ci ilin avqust ayında iki dəfə, 2017-ci ilin sentyabr ayında isə 3-cü dəfə raportla müraciət etsə də, onun müraciətləri üzrə hər hansı tədbir görülməmiş, əksinə həm başqa vəzifəyə keçirilmiş, həm də məharət dərəcəsi aşağı salınmış, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2134/2018 saylı iş üzrə 19 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1198/2018 nömrəli, 23 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2134/2018 saylı iş üzrə 19 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin h allarını tam və hərtərəfli araşdırmamış və əsassız nəticəyə gəlmişdir. Belə ki, iddiaçı qeyd etmişdir ki, 2017-ci ilin avqust, sentyabr tarixlərində 3 raportla müraciət edərək öz arzusu ilə ehtiyata buraxılmasını xahiş etsə də, hər hansı tədbir görülməmiş, əksinə o, həm başqa vəzifəyə keçirilmiş, həm də məharət dərəcəsi aşağı salınmışdır. Lakin iş materiallarında olan sənədlərin tarixlərinə baxıldıqda görünür ki, iddiaçının 21.08.2017-ci il tarixli raportu poçt vasitəsilə göndərilmiş, onun aşağı vəzifəyə keçirilməsi barədə 22.08.2017-ci il tarixli raport təqdimat göndəriləndən sonra yalnız 24.08.2017-ci il tarixdə poçta, sonra da inzibati orqana təqdim edilmişdir. Yəni, aşağı vəzifəyə keçirilməsi barədə sənədləşmə iddiaçının öz arzusu ilə ehtiyata buraxılması barədə rapotun verilməsindən ə vvəl olmuşdur. Daha sonra qeyd edilir ki, iddiaçının aşağı vəzifəyə təyin edilməsi barədə onunla 21.08.2017-ci il tarixdə söhbət aparılıb (söhbət vərəqəsinin təsdiq olunmuş surəti əlavə olunur), orada iddiaçı əsəb xəstəsi olduğunu bildirmişdir, qolunun kəsməyinin səbəbi kimi 8 ildir əsəb xəstəsi olduğunu qeyd etmişdir. Həmin vərəqəyə iddiaçı imza etmişdir. Eyni zamanda iddiaçı aşağı vəzifəyə təyin ediləndə və ehtiyata buraxılanda cavabdeh tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin pozulması hallarına yol verilməmişdir. Belə ki, iddiaçı əsassız olaraq səhhətində olan problemləri önə çıxararaq ona tapşırılan işin öhdəsindən gələ bilmədiyini, şəxsi heyətlə işləməkdə çətinlik çəkdiyini bildirmişdir. 12.08.2017-ci il tarixdə xidməti otağında sol qolunu kəsərək özünə xəsarət yetirmişd ir. Xidmətində yol verdiyi nöqsanlarla əlaqədar onunla söhbətlər aparılmış, xidmətində dönüş yaratması tələb edilmişdir. Görülmüş profilaktiki tədbirlərin, aparılmış söhbətlərin əhəmiyyəti olmamış, iddiaçı aparılmış söhbətlərdən heç bir müsbət nəticə çıxartmamış və komandanlıq tərəfindən ona göstərilən etimadı doğrultmamışdır. İddiaçının aşağı vəzifəyə təyin edilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə uyğun olmuşdur. Həmin maddəyə əsasən, hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə edilə bilər. Şikayət müəllifi qeyd edir ki, iddiaçının verilən tapşırıqları vaxtında yerinə yetirmədiyi və işgüzar keyfiyyətləri aşağı olduğu nəzərə alınaraq i ş həcmi az olan aşağı vəzifəyə təyin olunması barədə 22.08.2017-ci il tarixdə raport verilmiş (raportun, xidməti xasiyyətnamənin təsdiq olunmuş surətləri etiraza əlavə olunmuşdur) və iddiaçının N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin zirehli tank xidməti rəisi vəzifəsinə təyin olunması üçün 22.08.2017-ci il tarixdə təqdimat göndərilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının müdafiə nazirinin 16.09.2017-ci il tarixli müvafiq əmri ilə, X5 X1 Ordunun Hərbi İnspeksiyasının baş zabiti - inspektor (döyüş maşınlarından atış və maşınsürmə) polkovnik-leytenant İddiaçı tutduğu vəzifədən azad edilmiş və N nömrəli maddi-texniki təminat bölməsinin zirehli tank xidməti rəisi vəzifəsinə təyin olunmuşdur. İddiaçı aşağı vəzifəyə təyin olunduğuna görə, onun məharət dərəcəs i də endirilmişdir. Çünki, bunlar bir-biri ilə əlaqəlidir. Belə ki, “Azərbaycan Respublikası Silahlı qüvvələrinin hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydaları haqqında Əsasnamə”nin 37.2.2-ci bəndinə əsasən hərbi qulluqçu aşağı vəzifəyə keçirildikdə məharət dərəcəsi iki pillə aşağı endirilir. Səhhətində yaranmış problemlərlə bağlı iddiaçı Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicədə olmuş, müalicə heç bir müsbət nəticə vermədiyi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xəstəlik haqqında şəhadətnaməsinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apellya siya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2134/2018 saylı iş üzrə 19 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam forma da təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqın da iddia) baxılır. Azərbaycan Respublikası Silahlı X2 117-ci maddəsinə əsasən, komandir (rəis) verilən təkliflərə (ərizələrə, şikayətlərə) 3 gün müddətində baxmalı və əgər təkliflər (ərizələr, şikayətlər) düzgündürsə, onun həll edilməsi, yaxud şikayətçinin (ərizəçinin) xahişinin yerinə yetirilməsi üçün dərhal tədbir görməlidir. Təklifləri (ərizələri, şikayətləri) alan komandirin (rəisin) bu təklifləri həll etmək və şikayətçinin xahişini təmin etmək üçün hüquqları kifayət etmirsə, o, bu təklifləri (ərizələri, şikayətləri) dərhal komanda üzrə və ya müvafiq idarəyə (müəssisəyə) göndərilməlidir. Həmin Nizamnamənin 118-ci maddəsinə əsasən, hərbi qulluqçuların təklifləri, ərizələri, şikayətləri: Birləşmələrdə, Silahlı Qüvvələr növlərinin və Müdafiə Nazirliyinin İdarələrində - daxil olduğu vaxtda n 15 gün ərzində; Hissələrdə və idarələrdə - təxirə salınmadan, lakin daxil olduğu vaxtdan 7 gündən gec olmayaraq baxılıb həll edilməlidir. Daxil olan təkliflər, ərizələr baxılıb həll olunması üçün xüsusi yoxlama aparılması tələb olunduğu hallarda məsələnin həll edilməsi ən çoxu 15 günədək uzadıla bilər. Bu barədə şikayətçiyə məlumat verilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən öz arzusu ilə ehtiyata buraxılırlar. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının 10 ildən çox xidmət etmiş zabit kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmaq hüququ olmuş və o, bu hüququndan istifadə edərək yuxarı komandanlığa 2017-ci ilin avqust ayında iki dəfə raportla müraciət etsə də, onun müraciətləri üzrə hər hansı tədbir görülməmiş, əksinə həm başqa vəzifəyə keçirilmiş, həm də məharət dərəcəsi ləğv edilmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçını n “Şəxsi iş”i tələb olunaraq öyrənilmiş və həmin “Şəxsi iş”dəki materiallarından müəyyən olunmuşdur ki, iddiaçı 1995-ci ildən 1999-cu ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində kursant kimi, 1999-cu ildən sonra isə zabit kimi xidmət etdiyi müddət ərzində ona münasibətdə tərtib olunmuş təqdimatlarda və attestasiya vərəqələrində müsbət xarakterizə olunmuş, tutduğu vəzifəyə uyğun olması qeyd olunmuş, həmçinin xidmət dövrü ərzində iddiaçı “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Bu da onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı qanunvericiliyin tələbləri pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən məsələ iddiaçı tərəfindən sübut olunur, lakin bu inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir (İPM-14.3). Beləliklə, cavabde hin imtinası qanuna zidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2134/2018 saylı iş üzrə 19 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar