Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-453/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Şirkətinin Azərbaycandakı filialının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12, üçüncü şəxslər X6 və “xxxx” ASC-nəqarşı iş üzrə QƏRAR (açar sözlər: X10 qərarının təsviri hissəsindəki sübutlar əsasında tərtib olunmuş, X4 məhz əmək funksiyalarını birbaşa icra edərkən xəsarət almasının mümkünlüyü ekspertiza rəyində öz əksini tapmış, bunun əksini təsdiq edən hər hansı hal məhkəmə tərəfindən müəyyən edilməmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X7 ibarət tərkibd ə, iddiaçının vəkili Vəkil2, üçüncü şəxs X1, vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı Şirkətinin Azərbaycandakı filialının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12, üçüncü şəxslər X6 və “xxxx” ASC-nə qarşı təhqiqat aktının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)1946/2019 saylı qərarından İddiaçı Şirkətinin Azərbaycandakı filialı və onun vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi yanında X14 Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Filialın «kiçik ölçülü boruların quraşdırıcısı» vəzifəsində işləyən X4 xx.xx.2017-ci il tarixdən səbəbini bildirmədən 2018-ci xxx ayına qədər işə gəlmədiyini, H.Hüseynovun xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsi təqdim etdiyini, xx.xx.2018-ci il tarixdən 2018-ci xxx ayına qədər heç bir üzrlü səbəb bildirmədən işə gəlməməsinə görə Filialın xx.xx.2018-ci il tarixli əmrinə əsasən xxx əmək müqaviləsinə xitam verildiyini, 2017-ci ildə xxx Xidmətə şikayətlə müraciət edərək, xx.xx.2017-ci il tarixdə saat 16:00 radələrində əmək funksiyalarını yerinə yetirən zaman ayağının büdrəməsi səbəbindən yıxıldığını və sol ayağının diz nahiyəsində ağrılar hiss etdiyini qeyd etməklə, bununla bağlı olaraq Xidmət tərəfindən müvafiq araşdırmaların aparılmasını xahiş etdiyini, Xidmət tərəfindən həmin fakt öz təsdiqini tapmadığından, müraciətin təmin edilmədiyini, daha sonra xxx istehsalatda xəsarət alması faktının tanınması ilə bağlı Səbail rayon Məhkəməsinə müraciət etdiyini, məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizənin baxılmamış saxlanıldığını, bundan sonra xxx tərəfindən cinayət işinin başlanılması ilə bağlı Qaradağ rayon Prokurorluğuna müraciət edildiyini, lakin Prokurorluğun xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasınin rədd edildiyini, həmin qərarın əsasında H.Hüseynovun yenidən Xidmətə müraciət etdiyini və Xidmət tərəfindən müvafiq araşdırma aparılaraq Təhqiqat Aktının tərtib edildi yini, halbuki, xxx müraciətinin ilkin araşdırma zamanı öz təsdiqini tapmadığını və yenidən aparılan araşdırma zamanı ziddiyyətli ifadələr əsas götürülməklə, Təhqiqat Aktının tərtib edildiyini bildirərək, H.Hüseynovun xx.xx.2017-ci il tarixdə saat 16:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)850/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim – T.Ə.Əsədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1946/2019 saylı qərarı ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.N.İmanov və C.A.Yusifov) İddiaçı Şirkətinin Azərbaycandakı fi lialının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından İddiaçı Şirkətinin Azərbaycandakı filialı və onun vəkili Vəkil2 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, "İddiaçı" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbəri barədə inzibati cərimə tətbiq edilməsi barədə qər ardan verilən şikayət əsasında Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına görə iddiaçı X1 iş yerində xəsarət alması müəyyən edilməmiş, X14 Xidməti tərəfindən X20 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılarkən X1 bağlı bədbəxt hadisənin həqiqətən də istehsalatda baş verməsi halı konkret olaraq müəyyən edilməmiş, yalnız Bakı şəhəri Qaradağ rayon prokurorluğunun xx.xx.2018-ci il tarixli "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərarı əsas götürülməklə X16 inzibati məsuliyyətə cəlb edilməsi isə qanunsuz və əsassız olmuş, belə ki, göstərilən qərarda X4 "EnerMech Ltd" şirkətinin nəzdində Səngəçal qəsəbəsində inşa olunan "Səngəçal Neft-Qaz Terminalı"nda iş zamanı xəsarət alması birbaşa olaraq müəyyən edilməmiş, həmin is üzrə araşdırma aparılan za man toplanmış hər hansı sübutlar da bunu təsdiq etməmiş, beləliklə, X14 Xidməti, Qaradağ rayon Prokurorluğu, Nəsimi rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsində H.Hüseynovun iş yerində xəsarət alması ilə bağlı araşdırma aparılmış, yekunda hadisənin iş yerində baş verməsi faktı müəyyən edilməmişdir. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X9 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarın ın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 və üçüncü şəxs “xxxx” ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdə n hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 və üçüncü şəxs “xxxx” ASC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiya sı məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil2, üçüncü şəxs X4, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1946/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkə məsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatından keçmiş və ona ********** №-li VÖEN verilmiş, X1 ölçülü boruların quraşdırıcısı vəzifəsində işləmiş (tərəflər arasında bağlanmış əmək müqaviləsi), X1 ilə Filial arasında olan əmək münasibətlərinə xx.xx.2018-ci il tarixdə xitam verilmiş (Filialın xx.xx.2018-ci il tarixli xxxx №-li Əmri), xitam verilmənin əsası kimi işçinin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər heç bir üzrlü səbəb olmadan işə gəlməməsi qeyd olunmuş, əmrə görə X xx.xx.2017-ci il tarixdən işə çıxmamış, xx.xx.2017ci ildən xx.xx.2018-ci ilə qədər işə gəlməməsinin səbəbi kimi 34 saylı Şəhər Poliklinikası tərəfindən tərtib edilmi ş əmək qabiliyyətinin olmaması barədə vərəqə təqdim etmiş, lakin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər heç bir üzrlü səbəb olmadan işə gəlməmiş, X1 tərəfindən istehsalatda xəsarət alması ilə bağlı şikayətlə Xidmətə müraciət olunmuş, həmin müraciət Xidmət tərəfindən araşdırılan zaman qeyd olunanlar öz əksini tapmadığından, X1 faktın tanınması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuş, X2 xx.xx.2017-ci il tarixdə iş vaxtı «Səngəçal terminalı» adlanan ərazidə əmək vəzifələrini yerinə yetirərkən, borunun üstündən yıxılması nəticəsində diz nahiyyəsindən xəsarət alması ilə bədbəxt hadisə faktı barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi haqqında ərizə ilə Səbail rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(009)-1412/2018 saylı, xx.xx.2018-ci il tarixli qə rardadı ilə ərizə baxılmamış saxlanılmış, X1 iş zamanı xəsarət alması faktı ilə bağlı xx.xx.2018-ci il tarixdə Qaradağ rayon Prokurorluğuna ərizə ilə müraciət etmiş, həmin ərizə əsasında araşdırma aparılmış və toplanmış materiallar əsasında hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətləri olmadığından, Qaradağ rayon prokurorluğunun xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan narazı qalan X2 Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş və xx.xx.2018-ci il tarixdə Qaradağ rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək, material üzrə araşdırma aparılması Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinə tapşırılmış, Bakı şəhər Prokurorluğu tərəfindən araşdırma aparılan zamanı iş üz rə məhkəmə tibbi ekspertizası və məhkəmə təhlükəsizlik texnikası ekspertizası təyin olunmuş, X1 və Filialın əməkdaşları X13 və X2 izahatlarında, xx.xx.2017-ci il tarixdə iş vaxtının sonuna yaxın Bolt konteynerinə olan açarları yerinə yığarkən X1 onlara yaxınlaşaraq təxminən 500 metr aralıqda olan boruların fotoşəklini çəkən zaman ayağının burxulduğunu bildirdiyini, bununla bağlı ona şirkətdə «Super Vayzer» vəzifəsində işləyən səlahiyyətli şəxslərə məlumat verilməsini məsləhət görüldüyünü, sonuncunun oradan uzaqlaşaraq paltar dəyişmə konteynerinə doğru getdiyini göstərmişlər, Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2018-ci il tarixli, 335 №-li rəyinə əsasən X1 sol diz oynağının ön çarpaz bağlarının qopması və sol diz oynağının ön çarpaz bağının bərpası əməliyyatından sonrakı vəziyyət müəyyən ed ilmiş, xəsarət bərk küt əşya təsirindən törənmiş, müayinə olunan şəxsin göstərdiyi kimi xx.xx.2017-ci il tarixdə əmələ gələ biləcəyi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olması müəyyən edilmiş, eyni zamanda Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli əlavə məhkəmətəhlükəsizlik texnikası ekspertizasının rəyinə görə X1 şəxsi təhlükəsizliyinə riayət etmədən «Səngəçal Neft-Qaz Terminalı 2»nin «Terrace 2 AK» ərazisindəki çənin üzərində quraşdırılmış vintillərin üzərində olan yazılarının fotoşəkillərini çəkmək üçün boruların üzərindən keçdiyinə görə baş vermiş hadisə ilə əlaqədar «Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları»nın 1.2.3-cü bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qullluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı, apellyasiya şikayətində X14 Xidməti tərəfindən ilkin araşdırma zamanı istehsalatda xəsarət alma halının sübuta yetirilmədiyini, lakin sonradan eyni hal üzrə Təhqiqat Aktının tərtib olunduğunu, X1 aldığı zədə əmək funksiyalarının icrası zamanı baş vermədiyini qeyd etsə də, ilk müraciət zamanı yetərli araşdırmanın aparılması üçün şərait mövcud olmasa da, X10 qərarının təsviri hissəsindəki sübutlar əsasında tərtib olunmuş, X4 məhz əmək funksiyalarını birbaşa icra edərkən xəsarət almasının mümkünlüyü ekspertiza rəyində öz əksini tapmış, bunun əksini təsdiq edən hər hansı hal məhkəmə tərəfindən müəyyən edilməmiş, «xxxx» Birgə Müəssisəsinin sorğuya cavab məktubunda bildirilmişdir ki, ərazidə olan qeydə alınmış videogörüntülər 2 ay müddətində saxlanılır və həmin vaxtdan sonra avtomatik olaraq silinir, bu əsasdan sorğunun icrası mümkün olmamış, halbuki, X1 əleyhinə ifadə vermiş X11 öz izahatında bildirmişdir ki, X2 müraciətindən sonra Filialın müvafiq səlahiyyətli şəxsləri daxili araşdırma aparmış və X1 iş yerində yıxılması ilə bağlı iddiaları təsdiqini tapmamış, o cümlədən daxili araşdırma zamanı işlərin həyata keçirildiyi sifarişçi şirkətin mühafizə xidmətində hadisənin baş verdiyi iddia olunan ərazinin video görüntülərinə baxış keçirilmiş və mövcud olan heç bir video görüntüdə X3 yıxılması faktı təsdiqini tapmamış, iddiaçı şirkət tərəfindən bu günə kimi videogörüntülərin səlahiyyətli orqanlara (Əmək Müfəttişliyinə, Prokurorluq orqnalarına) təqdim edilməməsi bədbəxt hadisənin istehsalatda baş verməsini istisna etmir, halbuki, hadisənin istehsalatda baş verməsi və ya verməməsini təsdiq edən ən mötəbər sübut məhz həmin videogörüntülər olardı, bu səbəbdən hadisənin istehsalatda baş verməməsini iddia edən şirkət videogörüntülərin açıqlanmasında birbaşa maraqlı olmalı idi, X1 aldığı xəsarətin əmək funksiyalarını yerinə yetirən zaman olmamasını təsdiq edən hər hansı mötəbər sübut Filial tərəfindən məhkəməyə təqdim edilməmiş, bundan başqa X1 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər heç bir üzrlü səbəb olmadan işə gəlmədiyindən, işdən azad edilmiş, Filial ilə X3 arasında bağlanmış əmək müqaviləsinin 7-ci maddəsinin «a» «b» bəndlərinə əsasən Kompaniya tərəfindən əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuşdur: yalnız Filialın mülahizəsinə əsasən işçinin öz işini Filial üçün qənaətbəxş/standartlara uyğun tərzdə yerinə yetirə bilməməsi halı 1 ay öncədən yazılı bildiriş təqdim etməklə; pis hərəkəti və ya ciddi hüquq pozuntusu halında dərhal vəzifədən azad etməklə bildiriş vermək, hazırki hadisələrdə 7 ay ərzində X1 heç bir üzrlü səbəb olmadan işə gəlməməsinə iddiaçı şirkət tərəfindən göz yumulmuş və 7 ay gözlənildikdən sonra X1 əmək münasibətlərinə xitam verilmiş, bu hal dolayısıyla da olsa, bədbəxt hadisəsinin məhz iş yerində baş verməsinə dəlalət edir, belə ki, hər hansı bir işəgötürən tərəfindən 7 ay ərzində işçinin üzrlü səbəb olmadan işə gəlməməsi nəticəsində əmək müqaviləsinə xitam verilməməsi ağ labatan deyildir, həmçinin iddiaçı tərəfindən işçilərə paylanan və məhkəməyə təqdim edilmiş bəzi təlimatlarda məlumat verməmənin nəticələri barədə işçilərə xəbərdarlıq edilməmiş, bu təlimatlarla üçüncü şəxsin tanış olmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 saylı qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nın 1.4-cü bəndində əks olunan hallar hazırki işin araşdırılmamsı zamanı aşkar edilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi Bakı şəhər Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli Qərarı ilə X1 Filialda kiçik ölçülü boruların quraşdırıcısı vəzifəsində işləyərkən xx.xx.2017-ci il tarixdə saat 16:00 radələrində «Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları»nın 1.2.3-cü bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələblərini pozaraq, şəxsi təhlükəsizliyinə riayət etmədən «Səngəçal Neft-Qaz Terminalı 2»nin «Terrace 2 AK» ərazisindəki çənin üzərində olan yazıların fotoşəkillərini çəkmək üçün boruların üzərindən keçərkən yıxılaraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər alması müəyyən edilmiş, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsə də, həmin qərar əsasında Xidmətin xx.xx.2018-ci il tarixli 141-T nömrəli əmri ilə Komissiya yaradılmış və X2 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat Aktı tərtib olunmuş, aka əsasən əmək vəzifələrini yerinə yetirərkən xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, həmin hadisə AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 №-li qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nın 1.2-ci bəndinə əsasən «İZ» forması aktla rəsmiləşdirilməli və Filial tərəfindən uçota alınmalıdır, «İZ» formalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsi Filialın rəhbərliyi tərəfindən təmin edilməlidir. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respu blikası Qanununun 2.0.10-cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisə – əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 saylı qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nın 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyəti göstərərkən, müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən, müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində, keçirildiyi yerdən asılı olmayaraq müəssisə tərəfindən iməcilik tədbirləri keçirildiyi müddətdə, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə, istehsal avadanlıqları və obyektlərində qəza zamanı, növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt, işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə, işəgötürənin yazılı sərəncamına əsasən əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt, əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə, əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı işçilərin səhhətinin pozulması halları təhqiq edilməlidir. Qayd aların 1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüşləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü, texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası mübahisələndirilən X5 qərarının təsviri hissəsindəki sübutlar əsasında tərtib olunduğunu, ekspertiza rəyində X4 məhz əmək funksiyalarını birbaşa icra edərkən xəsarət almasının mümkünlüyünün təsdiq edildiyini, bunun əksini təsdiq edən hər hansı halın isə məhkəmə tərəfindən müəyyən edilmədiyini, iddiaçı şirkət tərəfindən bu günə kimi hadisənin baş verdiyi günün videogörüntülərinin səlahiyyətli orqanlara (Əmək Müfəttişliyinə, Prokurorluq orqnalarına) təqdim edilməməsi halının bədbəxt hadisənin istehsalatda baş verməsinə dəlalət etdiyini, X1 aldığı xəsarətin isə əmək funksiyalarını yerinə yetirən zaman almadığını təsdiq edən hər hansı mötəbər sübutun Filial tərəfindən məhkəməyə təqdim edilmədiyini, X1 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər heç bir üzrlü səbəb olmadan işə gəlmədiyinə görə işdən azad edilsə də, hər hansı bir işəgötürən tərəfindən 7 ay ərzində işçinin üzrlü səbəb olmadan işə gəlməməsi nəticəsində əmək müqaviləsinə xitam verilməməsinin ağlabatan olmadığını nəzərə alaraq X14 Xidməti tərəfindən ilkin araşdırma zamanı istehsalat xəsarət alma halının sübu ta yetirilmədiyi, lakin sonradan eyni hal üzrə Təhqiqat Aktının tərtib olunduğu, X2 aldığı xəsarətin əmək funksiyalarının icrası zamanı baş vermədiyi barədə iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)1 946/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1946/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-453/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-453/2020
05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver