Məhkəmə qərarları › İş №2-1(102)-453/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-453/2022

23.02.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-453/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (məhkumluq barədə qeydin silinməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məhkumluq barədə qeydin silinməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2547/2021 nömrəli iş üzrə 24.11.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 fevral 2022-ci il tarixdə yazılı icra at qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək, mərkəzləşdirilmiş uçotlarındakı informasiya sistemindən (portaldan) məhkumluq barədə məlumatda səhvən aparılmış onun məhkum olmağı barədə qeydin götürülməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh isə 29.01.2021-ci il tarixli, 012-7616M-321 saylı məktubla faktiki olaraq uçotlarındakı informasiya sistemindən məhkumluq barədə məlumat onun məhkum olmağı barədə qeydin götürülməsindən imtina edərək qeyd etmişdir ki, o məhkumluğu olmayan şəxs hesab edilir, həmçinin qüvvədə olan qaydalara əsasən əvvəllər məhkum olunmuş şəxslər barədə məlumatlar məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq DİN-də saxlanılır və onların verilməsinə məhdudiyyətlər qoyularaq yalnız səl ahiyyətli orqanlara müvafiq sorğu əsasında təqdim olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinə qarşı məhkumluq barədə qeydin silinməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Nazirliyin mərkəzləşdirilmiş uçotlarındakı informasiya sistemində məhkum olması barədə səhvən qeyd aparılmışdır. Qeydin götürülməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən qeydin götürülməsindən imtina edilmişdir. İddiaçı hesab etmişdir ki, onun barəsində olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 11 dekabr 2006-cı il tarixli AR CM-nin 128 və 132-ci maddələri ilə əlaqədar qəbul etdiyi yekun məhkəmə aktı məhkumluq yaratmır.

4. Sonradan iddiaçı ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotunda İddiaçı məhkum olunmuş hesab edilməsi barədə qeydin silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin 05.07.2021-ci il tarixli, 2-1(112)4827/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Orxan Həsənov) iddianın təmin e dilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotu”nda İddiaçı məhkum olunmuş hesab edilməsi barədə qeydin silinməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi Daxili İşlər Nazirliyinin Kollegiyasının 2019-cu 16 yanvar tarixli Q11-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”ın 1.1, 1.4, 1.5, 1.5.1, 2.2, 3.1, 6.2.2, 10.1, 10.3-cü bəndlərinə istinad etmişdir.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 05.07.2021-ci il tarixli, 2-1(112)-4827/2021 nömrəli qərarının tam ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2021-ci il tarixli, 2-1(103)-2547/2021 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məhkumluq barədə qeydin silinməsi” tələbinə dair iddiası təmin edilməməsi qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, Daxili İşlər Nazirliyinin Kollegiyasının 16.01.2019-cu il tarixli, Qİ 1-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”ının 1.2., 1.3., 1.4., 1.5.1, 2.2.1, 2.2.2, 2.2.3, 2.2.4, 2.2.5, 2.2.6, 2.2.7, 2.2.8, 2.2.9-bəndlərinə istinad etmişdir.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 24.11.2021-ci il tarixli, 2-1(103)-2547/2021 nömrəli qərarının tam ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı k assasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı Hərbi məhkəməsinin 22 iyun 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 128-ci maddəsinə əsasən təqsirli bilinib şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, AR CM 132-ci maddəsi ilə cinayət hadisəsi olmadığına görə bəraət verilmişdir (Bu hadisə iddiaçının xidmətilə əlaqədar olmamışdır). 24 mart 2006-ci il tarixli, apellyasiya məhkəməsinin qərarına əsasən Bakı Hərbi Məhkəməsinin 22 iyun 2005-ci il tarixli hökmü ləğv edilmişdir. 20 iyul 2006-cı il tarixli Azərbaycan Respublikasının Ali Məhkəmsinin qərarı ilə 24 mart 2006-ci il tarixli apellyasiya məhkəməsinin Qərarı ləğv edilmiş və yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya məhkəm əsinin 11 dekabr 2006 -cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM -nin 132 maddəsinə əsasən təqsirli bilinsədə, AR CM -nin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə iddiaçının cəzadan azad edilməyi, həmçinin iddiaçının məhkəmənin hökmü ilə Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinə əsasən ilə təyin olunmuş şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasını çəkməkdən azad edilməyi hökm edilmişdir. Lakin, buna baxmayaraq təsadüfən iddiaçıya məlum olmuşdur ki, informasiya sistemində onun məhkum olmağı barədə məlumat vardır. Ən xüsusi məsələ budur ki, məhkəmə hökmünə əsasən Azərbaycan Respublikası CM-in 132-ci maddəsi və Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə ilə iddiaçının cəzadan azad edilməyi təsdiq olunsa da, Nazirliyin sistemində (portalda) Azərb aycan Respublikasının CM-in 128-ci maddəsi ilə məhkum luq barədə qeydlər aparılm ışdır. Bu isə həm iddiaçının, həm də övladlarının gələcəkdə iş və karyeralarına ciddi problem yaratm ış olacaqdır. Belə olan halda iddiaçının və övladlarının hüquqları pozulm uş olur. Hal-hazırda iddiaçının övladlarından biri Məmmədzadə Şəms “ADA” Universitetində hüquqşünaslıq fakültəsində, digər övladı Məmmədzadə Fatimə isə “ADA” Universitetində dövlət və ictimai münasibətlər fakültəsində təhsil alırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.2-ci maddəsinin hazırkı redaksiyasın dan göründüyü kimi barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Daxili İşlər Nazirliyinin Kollegiyasının 16.01.2019-cu il tarixli Qİ 1-00119 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”ı: 1.2. Bu fəaliyyətin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, İnzibati Xətalar, Cinayət və Cinayət-Prosessual Məcəllələri, “Polis haqqında ”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Dövlət sirri haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanunları təşkil edir. 1.3. Mərkəzləşdirilmiş uçotların aparılmasının məqsədi - cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş şəxslərə dair təqdim edilmiş fərdi məlumatlara əsasən formalaşması, şəxsin məhkumluğunun olubolmaması, barəsində cinayət təqibinə başlanması (və ya xitam verilməsi), reabilitə edilməsi, cəzaçəkmə vaxtı və yeri, inzibati qaydada həbs olunması barədə sorğuların cavablandırılması, axtarışı elan olunmuş təqsirləndirilən, mülki-hüquqi öhdəliklərin icrasından yayınan və itkin düşmüş şəxslərin aşkar edilməsi, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsidir. 1.4. Mərkəzləşdirilmiş uçotlarda toplanan məlumatlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat (istintaq) orqanlarında, korrupsiya ilə bağlı cinayətlər üzrə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanında, hakimlər, fərdi məlumatları əldə etmək hüququ qanunvericiliklə müəyyən olunmuş digər dövlət orqanlarının kadr aparatlarının xidməti fəaliyyətində istifadə edilir. 1.5. Mərkəzləşdirilmiş uçot - uçotun obyektləri barədə məlumatlar əsasında formalaşan kartotekalarda əks olu nmasıdır. 1.5.1. Əməliyyat-sorğu kartotekaları uçot obyektləri barədə tərtib olunmuş sənədlər əsasında Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində (bundan sonra - DİN BƏSİİ) aparılır. 2.2.1. Azərbaycan Respublikasında cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, axtarışı elan olunmuş şəxslər; 2.2.2. başqa dövlətlərdə cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, axtarışı elan olunmuş Azərbaycan Respublikası vətəndaşları (daxil olmuş məlumatlara əsasən); 2.2.3. amnistiya aktının tətbiq edilməsi ilə əlaqədar cinayət işinin başlanması rədd edilmiş və ya cinayət işinin icraatına xitam verilmiş, habelə sonradan əfv olunmuş şəxslər; 2.2.4. Cinayət-Prosessual Məcəlləsi (bundan sonra - CPM) və Cinayət Məcəlləsi (bundan so nra - CM) ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətindən azad edilmiş şəxslər; 2.2.5. bəraətverici əsaslarla və ya belə əsaslar olmadan barələrindəki cinayət təqibinə xitam verilmiş, habelə bəraət almış şəxslər; 2.2.6. 1920-1950-ci illərdə repressiyaya məruz qalmış və sonradan hüquqları bərpa edilmiş şəxslər; 2.2.7. inzibati qaydada həbs edilmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 2.2.8. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 2.2.9. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər uçotun ob yektləri sayılırlar. 11.3.7. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxslərin uçot ənədləri məhkumluğun götürülməsindən və ya ödənilməsindən asılı olmayaraq, şəxsin 80 yaşı tamam olanadək Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin soyad kartotekalarında saxlanılır.

13. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkə mə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Şikayətin əsaslı olduğu h allarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahi sələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı “məhkumluq barədə qeydin silinməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir.

17. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Bakı Hərbi Məhkəməsinin 22 iyun 2005 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə əsasən şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum olunmuş və ona Azərbaycan Respublikası CMin 132-ci maddəsi ilə cinayət hadisəsi olmadığına görə bəraət verilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 24 mart 2006-cı il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 22 iyun 2005-ci il tarixli hökmü ləğv edilərək Azərbaycan Respublikası CMin 75.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, İddiaçı barəsində olan cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyul 2006-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 24 mart 2006-cı il tarixli qə rarı ləğv edilərək iş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 11 dekabr 2006-cı il tarixli hökmünə əsasən Bakı Hərbi Məhkəməsinin 22 iyun 2005-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 132-ci maddəsi ilə bəraət verilməsinə dair hissəsi ləğv olunmuş və Azərbaycan Respublikası CM-in 132-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 75.1., 75.1.1., 75.2- ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəzadan azad edilmişdir. İddiaçı Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 11 dekabr 2006-cı il tarixli hökmünə əsasən CPM-in 39.1.3-cü (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) maddəsində müəyyən olunmuş hallar nəzərə alınmaqla CM-in 128-ci ma ddəsi ilə təyin olunmuş şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasından azad edilmişdir. İddiaçı məhkumluq barədə qeydin götürülməsi ilə bağlı X1 müraciət etmiş və cavabdeh 29 yanvar 2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçı məhkumluğu olmayan şəxs sayılır və qüvvədə olan qaydalara əsasən əvvəllər məhkum olunmuş şəxslər barəsində olan məlumatlar məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq Daxili İşlər Nazirliyində saxlanılır və onların verilməsinə məhdudiyyətlər qoyularaq, yalnız səlahiyyətli orqanlara müvafiq sorğu əsasında təqdim olunur.

18. Beləliklə cavabdehin iddiaçıya verdiyi sözügedən cavabından aşkar şəkildə görünür ki, iddiaçı məhkumluğu olmayan şəxs sayılır.

19. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, apellyasiya məhk əməsi hazırkı inzibati mübahisəni həll edərkən düzgün olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir, belə ki, həmin qərarda göstərilir ki, üç əsasdan (cinayət, ittiham hökmü və cəza birinin olmaması) hər hansı birinin olmaması məhkumluğun olmasını istisna edir. Konstitusiya Məhkəməsi AR CM-nin 83.2-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına əsasən yekunda həmin maddəyə belə şərh vermişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsi yalnız məhkəmənin ittiham hökmünə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə icəza təyin edilməməsi və amnistiya aktına əsasən cəzadan azad edilməsi hallarını nəzərdə tutur. Belə olan halda apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin edilməməsi məhkumluq yaratmır. Belə ki, məhkumluğun yaranması üçün nəzərdə tutulmuş əsaslardan cinayət və ittiham hökmü mövcud olmuş olsa bələ, cəza təyin edilməmişdirsə məhkumluqdan da söhbət gedə bilməz.

20. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, AR Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 aprel 2021ci il tarixli məktubuna əsasən, AR Ali Məhkəməsi ilə razılaşdırılmaqla Daxili İşlər Nazirliyinin Kollegiyasının 16 yanvar 2019-cu il tarixli Q11-001- 19 saylı qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmış “Cin ayət törətməkdə şüphəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimatın” tələblərinə əsasən əvvəllər məhkum olunmuş şəxslər barəsində məlumatlar məhkumluğun ödənilməsindən və ya götürürlməsindən asılı olmayaraq DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsində saxlanılır və onların verilməsinə məhdudiyyətlər qoyularaq yalnız səlahiyyətli orqanlara müvafiq sorğu əsasında verilir. Həmin Təlimatın 8.6-cı bəndinə əsasən şəxsin məhkumuğunun olub-olmaması barədə sorğu elektron rabitə kanalları və ya kağız daşıyıcıları vasitəsilə yoxlanılır və tələbnamələr təlimata uyğun formada tərtib edilir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilmiş maddi hüquq normalarına əsaslanmaql a doğru olaraq belə nəticəyə gəlmişdir ki, əvvəllər azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxslər barədə uçot sənədlərinin saxlama müddəti Daxili İşlər Nazirliyinin Kollegiyasının 16.01.2019-cu il tarixli Qİ 1-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmış “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”ın 11.3.7-ci yarımbəndi ilə tənzimləndiyindən və həmin Təlimatın 5.1-ci bəndinə əsasən uçot sənədləri və onlara dair məlumatlar Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Daxili İşlər, Ədl iyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin təhqiqat (istintaq) orqanları və məhkəmələr tərəfindən DİN BƏSlİ-yə təqdim olundugundan və Təlimatın 11.1-ci bəndinə əsasən uçot sənədləri məhkumluğun götürülməsindən və ya ödənilməsindən asılı olmayaraq 11.3.7-ci bəndində nəzərdə tutulmuş müddətlərdə BƏSİİ-nin soyad kartotekalarında saxlanıldıgından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur, belə ki, iddiaçının silinməsini tələb etdiyi məlumatlar, mövcud qanunvericiliyə əsasən məhkumluğun götürülməsindən və ya ödənilməsindən asılı olmayaraq 80 yaşı tamam olanadək saxlanıldığından silinməsi qanunauyğun deyildir.

22. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiy a şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 24.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

23. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2021-ci il tarixli, 2-1(103)-2547/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar