Məhkəmə qərarları › İş №2-1(102)-4535/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4535/2025

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4535/2025 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçıya cavabdeh tərəfindən ##.##.2024-cü il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmuşdur.

2. Iddiaçı cavabdehə müraciət edərək ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmiş, cavabdehin ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçıya ##.##.2024-cü il tarixdə yaşa görə təyin olunmuş 331,89 manat əmək pensiyasının məbləği yenidən hesablanaraq 351,69 manata çatdırılmışdır.

3. Daha sonra iddiaçı yenidən müraciət edərək ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmiş, cavabdehin ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçıya ##.##.2024-cü il tarixdə yaşa görə təyin olunmuş əmək pensiyasının məbləği yenidən hesablanmışdır.

4. Iddiaçı pensiyanın verilməsində nəzərə alınmamış 1 il 5 ay 14 gün sığorta stajının da nəzərə alınmaqla pensiyanın yenidən hesablanması ilə bağlı ## ##### 2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh yenidən hesablama aparmaqdan imtina etmiş, iddiaçıya göndərdiyi ##.##.2024-cü il tarixli, *- **-*/*-B-******/**** nömrəli imtina məktubunda bildirmişdir ki, iddiaçının ##.##.2006-cı il tarixədək 27 il 9 ay 23 gün, ##.##.2024-cü il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan 22.601.45 manat (18 il sığorta stajına uyğun olaraq) pensiya kapitalına əsasən ona təyin edilmiş pensiya məbləği ##.##.2024-cü il tarixə 351,58 manat məbləğində müəyyən olunmuşdur.

5. ƏƏSMN Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat və ya göndəriş (Forma 088) aşkar edilməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.1976-cı ildən ##.##.2006-cı ilədək sığorta stajının 29 il 5 gün, ##.##.2006-cı ildən ##.##.2024-cü ilədək isə 18 il 2 ay 9 gün olmaqla nəzərə alınmamış 1 il 5 ay 14 gün də daxil olmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1959-cu il ####ın ##-da anadan olmuş, əmək fəaliyyətinə 1976-cı il ########ın ##-da “Bakıbaştikinti” Idarəsinin Sənayeləşdirilmiş Evtikmə Istehsalat Birliyinin * №-li Evtikmə Kombinatında başlamış, 1976-cı il ######ın ##-dək “orada işləmiş (sığorta stajı 2 ay 11 gün); ##.##.1977-ci ildən ##.##.1978-ci ilədək Neftçala rayonu “Kolxozlararası tikinti idarəsi”ndə işləmiş (sığorta stajı 1 il 4 ay); ##.##.1978-ci ildən ##.##.1980-cı ilədək həqiqi hərbi xidmətdə olmuş (sığorta stajı 2 il 1 ay 7 gün); ##.##.1980-cı ildən ##.##.1991-ci ilədək “Bakıbaştikinti” Idarəsinin Sənayeləşdirilmiş Evtikmə Istehsalat Birliyinin * №-li Evtikmə Kombinatında (sığorta stajı 10 il 11 ay 3 gün), ##.##.1991-ci ildən ##.##.1992-ci ilədək “Ədalət” hüquq kooperativində (sığorta stajı 7 ay 12 gün); ##.##.1992-ci ildən 01,03.1994-cü ilədək Azərbaycan Respublikası Kolxozlar Şurası Kolxoz işləri və təsərrüfatlararası kooperasiya idarəsində işləmişdir (sığorta stajı 2 il 10 gün). ##.##.1994-cü ildən ##.##.2006-cı ilədək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri ** saylı Vəkil Bürosunda işləyib (sığorta stajı 11 il 10 ay) cəmi ##.##.1976-cı ildən ##.##.2006-cı ilədək sığorta stajı 29 il 5 gün təşkil etmişdir. ##.##.2006-cı ildən ##.##.2024-cü ilədək sığorta stajı 18 il 2 ay 9 gün təşkil etmişdir. Beləliklə, cəmi ümumilikdə sığorta stajı 47 il 2 ay 14 gün təşkil edir. Bundan başqa, ##.##.1976-cı ildən ##.##.2006-cı ilədək sığorta stajı 29 il 5 gün, ##.##.2006-cı ildən ##.##.2024-cü ilədək sığorta stajı 18 il 2 ay 9 gün təşkil edir. Cavabdeh tərəfindən 2024-cü il ####ın ##-də iddiaçıya avtomatlaşdırılmış qaydada 331.89 manat pensiya təyin olunmuş, ##.##.2024-cü ildə müraciəti əsasında təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmiş, ##.##.2024-cü ildə ***-***-**-** nömrəli mobil telefonuna mesaj göndərilərək, pensiyanın yenidən hesablandığı, ##.##.1976-cı ildən ##.##.2006-cı ilədək 27 il 9 ay, ##.##.2006-cı ildən ##.##.2024-cü ilədək 18 il sığorta stajının olması ilə pensiyanın 351.58 manat təyin olunması bildirilmiş, lakin sığorta stajı düzgün hesablanmamış, ümumilikdə 1 il 5 ay 14 gün staj nəzərə alınmamışdır. Iddiaçı pensiyanın hesablanmasında nəzərə alınmamış 1 il 5 ay 14 gün sığorta stajı da nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmiş, lakin cavabdeh ## ### 2024-cü il tarixli 3-17-1/2-B-******/**** №-li məktubla iddiaçıya ##.##.1976-cı ildən ##.##.2006-cı ilədək sığorta stajımın 29 il 5 gün olduğu halda 27 il 9 ay, ##.##.2006-cı ildən ##.##.2024-cü ilədək isə 18 il 2 ay 9 gün olduğu halda 18 il olması kimi cavab verməklə pensiyanın yenidən hesablanmasından imtina etməklə 1 il 5 ay 14 gün sığorta stajını nəzərə almamışdır.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya ##.##.2024-cü il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmuşdur. Iddiaçı ##.##.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək, ona təyin olunmuş pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli *-**- */*-B-******/**** nömrəli məktubunda iddiaçının ##.##.2006-cı il tarixədək 27 il 9 ay 23 gün, ##.##.2024-cü il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan 22.601.45 manat (18 il sığorta stajına uyğun olaraq) pensiya kapitalına əsasən ona təyin edilmiş pensiya məbləğinin ##.##.2024-cü il tarixə 351,58 manat məbləğində müəyyən olunduğu bildirilmişdir. Lakin iddiaçı Mərkəzi Filial tərəfindən təqdim olunmuş hesablama ilə razılaşmayaraq, onun sığorta stajının düzgün hesablanmadığını bildirmişdir. Belə ki, iddiaçının iddia ərizəsində bildirdiyi hesablamalara əsasən onun ##.##.2006-cı il tarixə sığorta stajının 29 il 5 gün təşkil etdiyi qeyd olunur. Belə ki, iddiaçının adına tərtib olunmuş ##.##.1976-cı il tarixli ИТ- İ ******* nömrəli əmək kitabçasına əsasən ##.##.1980-ci il tarixdən ##.##.1986-cı il tarixə işlədiyi halda, iddiaçı iddia ərizəsində həmin tarixli qeydi ##.##.1980-ci il tarixdən ##.##.1991-ci il tarixə hesablamış və qeyd olunan hesablamanı hansı əsaslarla həyata keçirdiyi barədə məlumat təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddiaçının hazırkı tarixə ümumi sığorta stajı 45 il 9 ay 23 gün təşkil edir ki, bu da öz növbəsində cavabdeh tərəfindən aparılmış hesablamanın əsaslı olmasına sirayət edir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

9. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının ##.##.2024-##.##.2024-cü il tarixləri və ##.##.1980-##.##.1980-ci il tarixləri arasındakı dövrlərin sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir (Hakim Tural Məlikov).

10. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının stajını hesablayarkən onun ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu dövrü, əmək kitabçasının surətinə əsasən ##.##.1976-cı il tarixdən ##.##.1976-cı il tarixədək, ##.##.1977-ci il tarixdən ##.##.1978-ci il tarixədək, ##.##.1980-ci il tarixdən ##.##.1986-cı il tarixədək, 09.11,1987-ci il tarixdən ##.##.1991-ci il tarixədək, ##.##.1991-ci il tarixdən ##.##.1992-ci il tarixədək, ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək, ##.##.1994-cü il tarixdən ##.##.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü (27 il 9 ay 23 gün) olduğunu, ##.##.2006-cı il tarixdən ##.##.2024-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında pensiya təyin etmişdir. Lakin cavabdeh tərəfindən sığorta stajı və pensiya kapitalı hesablanarkən iddiaçının faktiki əmək fəaliyyəti tam nəzərə alınmamışdır. Belə ki, iddiaçı ##.##.2024-cü il tarixədək fasiləsiz olaraq əmək fəaliyyətini davam etdirmiş və bu müddət ərzində onun fərdi şəxsi hesabının sığorta hissəsində əlavə pensiya kapitalı toplanmışdır. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, pensiya hüququnun müəyyən edilməsi zamanı sığorta stajı və fərdi hesabda qeydə alınan pensiya kapitalı müvafiq olaraq pensiya hüququ yarandığı tarixədək (bu halda ##.##.2024-cü il) nəzərə alınmalıdır. - Məhkəmə iddiaçının orduda xidmət etdiyi və işə qəbul olunduğu tarixədək olan dövrü də onun ümumi iş stajına daxil edilməsi məsələsinə münasibətdə qeyd edib ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRI Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. SSRI Nazirlər Sovetinin ##.##.1973-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları”nın 8-ci bəndinin “a” yarımbəndinə əsasən SSRI Silahlı Qüvvələrində, SSRI Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin və SSRI Daxili Işlər Nazirliyinin orqanlarında, xalq milislərində və partizan dəstələrində xidmət, əgər xidmətdən azad olunma tarixi və işə daxil olma və ya təhsil müəssisəsinə (orta-ixtisas, ali təhsil, aspirantura, doktorantura) daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə fasiləsiz əmək stajına daxildir. Göründüyü kimi, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan pensiya qanunvericiliyi yalnız hərbi xidmətdən azad olunma tarixi ilə işə daxil olma tarixi arasındakı fasiləni deyil, həm də təhsil müəssisəsinə daxil olma tarixi arasındakı fasilənin üç aydan artıq olmadığı təqdirdə fasiləsiz əmək stajına daxil edilməsini nəzərdə tuturdu. Hazırkı işdə iddiaçı ##.##.1978-cı il tarixdən ##.##.1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, ##.##.1980-ci il tarixdə isə fəhlə kimi işə qəbul edilmişdir. Hərbi xidmətin başa çatması ilə əmək fəaliyyətinə başlanması arasında keçən zaman kəsiyi 2 ay 29 gün olmuşdur ki, bu da üç ay həddini aşmadığından, mövcud hüquqi çərçivəyə tam uyğundur. Bu baxımdan, yalnız hərbi xidmət dövrü deyil, eyni zamanda xidmətin bitməsi ilə əmək fəaliyyətinə başlanması arasında olan keçid müddəti də iddiaçının fasiləsiz əmək stajına daxil edilməlidir. Qeyd olunan dövrün staja aid edilməməsi isə hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Qaydaların tələblərinə zidd olardı. - Məhkəmə iddia tələbinin təmin olunmayan hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ##.##.1986-##.##.1987-ci il tarixləri arasındakı dövrün onun stajına daxil edilməsini tələb etsə, iddiaçı həmin dövrün staja daxil edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı sözügedən dövrün əmək stajına daxil edilməsini əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 21.2.6-cı maddəsinə istinad etmişdir. Həmin norma istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulması səbəbilə əlillik təyin olunmuş şəxslərin, yaşa görə əmək pensiyası hüququ əldə edənədək pensiyada olduqları müddətin sığorta stajına daxil edilməsini nəzərdə tutur. Lakin məhkəmə aparılmış araşdırmalar əsasında müəyyən etmişdir ki, iddiaçının həmin dövr üzrə əlillik statusuna malik olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Iddiaçının yalnız əlilliyə görə işdən çıxarılması faktı, özlüyündə onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlillik təyinatı alması anlamına gəlmir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiqlənmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X2”nin 3-cü maddəsinə əsasən, ölkə üzrə əlillik dərəcələrinin müəyyən olunması, orqanizmin funksional pozulma faizinin qiymətləndirilməsi və bu barədə rəsmi qərarların qəbul edilməsi yalnız sözügedən Agentliyin səlahiyyətləri çərçivəsində həyata keçirilir. Iddiaçının iş üzrə təqdim etdiyi sübutlar arasında isə həmin Agentlik tərəfindən verilmiş əlillik barədə heç bir rəsmi qərarın mövcud olmadığı müəyyən olunmuşdur. - Iddiaçının əlillik statusunun tanınması ehtimalı olsa belə, bu halın onun mübahisələndirilən dövrdə sığorta stajına daxil edilməsinə birbaşa hüquqi əsas yaratmır. Belə ki, qüvvədə olan qanunvericiliyin normasının dispozitiv məzmununa görə, yalnız istehsalatla bağlı bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində orqanizmin funksiyalarının ən azı 61 faiz dərəcədə pozulması və bu səbəbdən əlillik təyin edilməsi halında, şəxsin yaşa görə əmək pensiyası hüququ yarananadək pensiyada keçirdiyi müddət sığorta stajına daxil edilə bilər. Göründüyü kimi, burada həm səbəb (istehsalatla bağlı bədbəxt hadisə və ya peşə xəstəliyi), həm də nəticə (əlillik dərəcəsinin müvafiq həddə olması) əsas şərtlər kimi müəyyən olunmuşdur. Hazırkı iş üzrə isə bu meyarların hər hansı birinin mövcudluğu müəyyən olunmur. Eyni zamanda, hətta, iddiaçının ikinci dərəcəli əlilliyi olsaydı belə, bu əlillik peşə və ya istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində təyin olunmamışdırsa deməli onun tələb etdiyi dövrlərin staja daxil edilməsindən söhbət gedə bilməzdi. Beləliklə, iddiaçının ##.##.1986–##.##.1987-ci il tarixləri arasında olan müddətin əmək stajına daxil edilməsinə dair hüquqi əsasları olmadığından, onun bu hissədəki tələbi əsassız hesab edilir.

11. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Kamran Əkbərov, Vidadi Qasımov, Nigar Nəbizadə).

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən sığorta stajı və pensiya kapitalı hesablanarkən iddiaçının faktiki əmək fəaliyyəti tam nəzərə alınmamışdır. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı ##.##.2024-cü il tarixədək fasiləsiz olaraq əmək fəaliyyətini davam etdirmiş və bu müddət ərzində onun fərdi şəxsi hesabının sığorta hissəsində əlavə pensiya kapitalı toplanmışdır. Bu hal isə iş üzrə tərəflər arasında mübahisə doğurmamışdır. Iddiaçının orduda xidmət etdiyi və işə qəbul olunduğu tarixədək olan dövrü də, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRI Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. SSRI Nazirlər Sovetinin ##.##.1973-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları”nın 8-ci bəndinin “a” yarımbəndinə əsasən SSRI Silahlı Qüvvələrində, SSRI Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin və SSRI Daxili Işlər Nazirliyinin orqanlarında, xalq milislərində və partizan dəstələrində xidmət, əgər xidmətdən azad olunma tarixi və işə daxil olma və ya təhsil müəssisəsinə (orta-ixtisas, ali təhsil, aspirantura, doktorantura) daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə fasiləsiz əmək stajına daxildir. Göründüyü kimi, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan pensiya qanunvericiliyi yalnız hərbi xidmətdən azad olunma tarixi ilə işə daxil olma tarixi arasındakı fasiləni deyil, həm də təhsil müəssisəsinə daxil olma tarixi arasındakı fasilənin üç aydan artıq olmadığı təqdirdə fasiləsiz əmək stajına daxil edilməsini nəzərdə tuturdu. - Hazırkı işdə iddiaçı ##.##.1978-cı il tarixdən ##.##.1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, ##.##.1980-ci il tarixdə isə fəhlə kimi işə qəbul edilmişdir. Hərbi xidmətin başa çatması ilə əmək fəaliyyətinə başlanması arasında keçən zaman kəsiyi 2 ay 29 gün olmuşdur ki, bu da üç ay həddini aşmadığından, mövcud hüquqi çərçivəyə tam uyğundur. Bu baxımdan, yalnız hərbi xidmət dövrü deyil, eyni zamanda xidmətin bitməsi ilə əmək fəaliyyətinə başlanması arasında olan keçid müddəti də iddiaçının fasiləsiz əmək stajına daxil edilməlidir. Qeyd olunan dövrün staja aid edilməməsi isə hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Qaydaların tələblərinə zidd olardı. - Iddiaçı ##.##.1986-##.##.1987-ci il tarixləri arasındaki dövrün onun stajına daxil edilməsini tələb etsə, iddiaçı həmin dövrün staja daxil edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı sözügedən dövrün əmək stajına daxil edilməsini əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 21.2.6-cı maddəsinə istinad etmişdir. Həmin norma istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulması səbəbilə əlillik təyin olunmuş şəxslərin, yaşa görə əmək pensiyası hüququ əldə edənədək pensiyada olduqları müddətin sığorta stajına daxil edilməsini nəzərdə tutur. - Lakin məhkəmə aparılmış araşdırmalar əsasında müəyyən etmişdir ki, iddiaçının həmin dövr üzrə əlillik statusuna malik olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Iddiaçının yalnız əlilliyə görə işdən çıxarılması faktı, özlüyündə onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlillik təyinatı alması anlamına gəlmir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiqlənmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X2”nin 3-cü maddəsinə əsasən, ölkə üzrə əlillik dərəcələrinin müəyyən olunması, orqanizmin funksional pozulma faizinin qiymətləndirilməsi və bu barədə rəsmi qərarların qəbul edilməsi yalnız sözügedən Agentliyin səlahiyyətləri çərçivəsində həyata keçirilir. Iddiaçının iş üzrə təqdim etdiyi sübutlar arasında isə həmin Agentlik tərəfindən verilmiş əlillik barədə heç bir rəsmi qərarın mövcud olmadığı müəyyən olunmuşdur. - Iddiaçının əlillik statusunun tanınması ehtimalı olsa belə, bu halın onun mübahisələndirilən dövrdə sığorta stajına daxil edilməsinə birbaşa hüquqi əsas yaratmır. Belə ki, qüvvədə olan qanunvericiliyin normasının dispozitiv məzmununa görə, yalnız istehsalatla bağlı bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində orqanizmin funksiyalarının ən azı 61 faiz dərəcədə pozulması və bu səbəbdən əlillik təyin edilməsi halında, şəxsin yaşa görə əmək pensiyası hüququ yarananadək pensiyada keçirdiyi müddət sığorta stajına daxil edilə bilər. Göründüyü kimi, burada həm səbəb (istehsalatla bağlı bədbəxt hadisə və ya peşə xəstəliyi), həm də nəticə (əlillik dərəcəsinin müvafiq həddə olması) əsas şərtlər kimi müəyyən olunmuşdur. Hazırkı iş üzrə isə bu meyarların hər hansı birinin mövcudluğu müəyyən olunmur. Eyni zamanda Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, hətta, iddiaçının ikinci dərəcəli əlilliyi olsaydı belə, bu əlillik peşə və ya istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində təyin olunmamışdırsa deməli onun tələb etdiyi dövrlərin staja daxil edilməsindən söhbət gedə bilməzdi. Beləliklə, iddiaçının ##.##.1986- ##.##.1987-ci il tarixləri arasında olan müddətin əmək stajına daxil edilməsinə dair hüquqi əsasları olmadığından, onun bu hissədəki tələbi əsassız hesab edilir.

15. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Iddiaçının kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində işin halları, iddia ərizəsinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı o, ##.##.1986-cı ildən ##.##.1987-ci ilədək müddətdə II qrup əlilliyə görə pensiyaya çıxmağı ilə bağlı işdən azad olunmuş, bu barədə əmək kitabçasının 10-cu səhifəsində qeydiyyat aparılmışdır. Həmçinin bu hal işin materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Azərbaycan Respublikası Dövlət Arxivin Bakı Filialının ##.##.2025-ci il tarixli məktubu ilə öz təsdiqini tapmışdır, yəni həmin məktubda qeyd olunur ki, “##.##.1986-cı il tarixli *** №-li əmrlə ##.##.1986-cı il tarixdən 2-ci qrup əlilliyə görə təqaüdə çıxması ilə əlaqədar işdən azad olunması barədə materiallar mövcuddur”. Məhkəmənin istinad etdiyi əmək kitabçasının 11-ci səhifəsində aparılmış qeydin, yəni II qrup əlilliyə görə pensiyada olduğu ##.##.1986-cı ildən ##.##.1987-ci ilədək müddətin sığorta stajına daxil edilməməsində məhkəmə kollegiyası düzgün nəticəyə gəlməmiş, iş üçün əhəmiyyəti olan Idarənin möhürü ilə təsdiqlənmiş, əmək kitabçasının 10-cu səhifəsində aparılmış qeydi, yəni II qrup əlil kimi pensiyada olduğunu deyil, cavabdehin qeyri-mötəbər izahatını sübut növü kimi qəbul etməklə, qanunvericiliyin yuxarıda göstərilən tələbini kobud surətdə pozmuşdur. Əmək kitabçasındakı həmin qeydi təkzib edə biləcək hər hansı yazılı mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış, həmçinin məhkəmədə həmin halı inkar edən sübut olmadığı halda məhkəmə kollegiyası əsassız olaraq əmək kitabçasındakı həmin qeydi etibarsızlaşdırmağa çalışmışdır.

18. Məhkəmə cavabdehin ##.##.2025-ci il tarixli 3-17-4/2-****/**** №-li məktubuna istinad etmişdir ki, həmin məktub sübut növü kimi qəbul edilə bilməz. Ona görə ki, bu məktub yalnız cavabdehin maraqlarına uyğun olaraq və cavabdeh tərəfindən verilmiş bir məktubdur və bu məktub heç bir mötəbər sübuta söykənmir və fakt əsaslandırılmamışdır, yəni Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sistemindəki məlumatın 1986-1987-ci illəri əhatə etməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi və məhkəmə kollegiyası işi yarımçıq araşdırmış, yəni birinci instansiya məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Dövlət Əmlakının Idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən ##.##.2025-ci il tarixli ** №-li məktubla cavab verilərək, həmin dövrdə onun işlədiyi * saylı Evtikmə Kombinatının “xxxx” açıq səhmdar cəmiyyətinə çevrildiyi bildirilsə də, məhkəmələr həmin cəmiyyətə onun 1986-cı ilin iyun ayında istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı xəsarət almağı və onunla əlaqədar II qrup əlil kimi pensiyada olmağı faktının həqiqətə uyğun olub-olmaması barədə sorğu verməmiş, bununla da məhkəmənin özü tərəfindən toplanan sübutların araşdırılması yarımçıq qalmışdır.

b. Cavabdehin kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətində də işin halları, iddia ərizəsinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəyə SSRI Nazirlər Sovetinin ##.##.1973-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları”nı tətbiq etməkdə haqlı olmamışdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibəti - iddiaçının əmək pensiyası hüququ ##.##.2024-cü il tarixdə yarandığından, mübahisəyə həmin dövrdə olan qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Belə ki, ##.##.2006-cı il tarixindən Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. Həmin Qanunda isə xidmətdən azad olunma tarixi və işə daxil olma və ya təhsil müəssisəsinə (ortaixtisas, ali təhsil, aspirantura, doktorantura) daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə, həmin dövrün fasiləsiz əmək stajına daxil edilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır.

20. Iş materiallarında olan Mərkəzi Filialın ##.##.2025-ci il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının qeyd hissəsinə əsasən: “Vətəndaşın təqdim etdiyi əmək kitabçası əsasında ##.##.2006-cı il tarixinədək olan ümumi stajı 27 il 9 ay 23 gün təşkil edir və fərdi şəxsi hesabda əks olunan ##.##.2006-cı il tarixdən ##.##.2024-cü il tarixədək 23246.4 manat pensiya kapitalı əsasında pensiya yenidən hesablandı”. Sözügedən qərara əsasən iddiaçının əmək pensiyasının məbləği 380.06 manatdan 381.16 manata artırılmışdır. Eyni zamanda iş materiallarında olan Nazirliyin Mərkəzləşdirilmiş Elektron Informasiya Sisteminin (MEIS) X1 (PAS) çıxarışdan görünür ki, iddiaçının fərdi şəxsi hesabında 2006-cı ilin yanvar ayından 2024-cü ilin mart ayına qədər toplanmış pensiya kapitalından istifadə edilmişdir. Beləliklə, ##.##.2025-ci il tarixli qərara və PAS-dan çıxarışa əsasən müəyyən edilir ki, iddiaçının fərdi hesabı üzrə PSK-nın (pensiya sığorta kapitalı) məbləği 23246.4 manat olmaqla 2006-cı ilin yanvar ayından 2024cü ilin mart ayına qədərki dövrü əhatə etmişdir.

c. Kassasiya şikayətinə etirazın dəlilləri

21. Iddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin qanunvericiliyin formal tələblərinə uyğun tərtib olunmamasına görə geri qaytarılmalı olmasını qeyd etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. ... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.

24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. Iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. Iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. ...

3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

26. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən məzmunca müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəyə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı məsələ üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından yaşa görə əmək pensiyasının yenidən hesablanması əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.

33. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Bununla yanaşı məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçının 1980-ci ildə olan əmək fəaliyyətinin staja daxil edilməsi ilə bağlı mübahisə, qanunun zamana görə qüvvəsi prinsipinə əsasən, həmin münasibətə onun yarandığı dövrdə qüvvədə olan pensiya qanunvericiliyi normaları tətbiq olunmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan pensiya qanunvericiliyi yalnız hərbi xidmətdən azad olunma tarixi ilə işə daxil olma tarixi arasındakı fasiləni deyil, həm də təhsil müəssisəsinə daxil olma tarixi arasındakı fasilənin üç aydan artıq olmadığı təqdirdə fasiləsiz əmək stajına daxil edilməsini nəzərdə tuturdu.

35. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının ##.##.2024-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında pensiya təyin etmişdir. Lakin cavabdeh tərəfindən sığorta stajı və pensiya kapitalı hesablanarkən iddiaçının faktiki əmək fəaliyyəti tam nəzərə alınmamışdır. Belə ki, iddiaçı ##.##.2024-cü il tarixədək fasiləsiz olaraq əmək fəaliyyətini davam etdirmiş və bu müddət ərzində onun fərdi şəxsi hesabının sığorta hissəsində əlavə pensiya kapitalı toplanmışdır. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, pensiya hüququnun müəyyən edilməsi zamanı sığorta stajı və fərdi hesabda qeydə alınan pensiya kapitalı müvafiq olaraq pensiya hüququ yarandığı tarixədək (bu halda ##.##.2024-cü il) nəzərə alınmalıdır.

36. Iddiaçının kassasiya şikayətinə dəlilinə münasibətdə qeyd edilir ki, iddiaçının həmin dövr üzrə əlillik statusuna malik olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Iddiaçının yalnız əlilliyə görə işdən çıxarılması faktı, özlüyündə onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlillik təyinatı alması anlamına gəlmir. Qeyd edilməlidir ki, istehsalat xəsarətinin alınmasının rəsmiləşdirilməsi, bununla bağlı əlilliyin müəyyən edilməsi xüsusi prosedura bağlı idi. Lakin iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdi.

37. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar