Məhkəmə qərarları › İş №2-1(102)-4539/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4539/2025

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4539/2025 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: subyektiv hüquq, oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı “sənədləşmənin aparılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “sənədləşmənin aparılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı sonradan iddia ərizəsinə əlavə verərək cavabdehin ## ####### 2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsini və 2007-ci ildən ev tikmək məqsədi ilə ona ayrılmış 2 sot torpaq sahəsinin bələdiyyəyə aid olan sənədlərin hazırlanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

3. Iddia onunla əsaslandırılmışdır ki, cavabdehə evinə dair sənədlərin hazırlanması ilə əlaqədar müraciət edilmiş, qanunsuz imtina verilmişdir. Halbuki, Bakı Şəhər Icra Hakimiyyəti və M.Ə.Rəsulzadə Bələdiyyəsinin razılığı və təklifi ilə torpaq sahəsi olmadığından Baksol yaşayış massivi ərazisində 2 sot su sahəsini öz şəxsi vəsaiti hesabına xərclə qrunt sularını dolduraraq yararlı vəziyyətə gətirmişdir. Torpaq sahəsini almaq üçün bələdiyyə hesabına pul köçürmüşdür və ona qəbz verilmişdir.

4. Bakı Inzibati Məhkəməsinin (hakim Orxan Həsənov) *-*(***)-***/**** nömrəli, ##.##.2025ci il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmişdir.

5. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər Mirzə Tağızadəməruzəçi,

6. Kamran Əkbərov və Nigar Nəbizadə) ## ##### 2025-ci il tarixli, 2-1(103)-1760/2025 tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *- *(***)-***/**** nömrəli, ##.##.2025-ci il qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mütəxəssis və ekspert rəyindən göründüyü kimi bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsinə dair bələdiyyənin qərar qəbul edərək iddiaçının adına torpaq sahəsinin keçirilməsinə dair sənədləşmənin aparılması ilə əlaqədardır. Halbuki, dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçının adına bələdiyyə tərəfindən sənədləşdirilməsi imkanının mövcudluğundan söhbət gedə bilməz. Bələdiyyə yalnız öz mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam verilməsi, onun istifadə və icarəyə verilməsi səlahiyyətinə malikdir ki, iddia tələbi əsasında həmin səlahiyyətlərin icrasında hər hansı qanun pozuntusunun olub-olmaması, bələdiyyənin öz mülkiyyətində olan torpaq sahəsini ayırmamasına dair dəlilləri mahiyyəti üzrə yoxlanıla bilsə də, torpaq sahəsinin mülkiyyətçisi olmayan bələdiyyədən həmin sənədləşmənin aparılmasına yönələn tələbin mahiyyəti üzrə qiymətləndirilməsi istisna edilir. Birinci instansiya məhkəməsi ilə razılaşan kollegiya bildirir ki, bələdiyyə yalnız öz mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermə səlahiyyətinə malik olduğundan, iddiaçının iddia etdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində olduğundan, torpaq sahəsinin mülkiyyətçisi olmayan bələdiyyənin üzərinə müvafiq sənədləşmənin aparılmasına dair öhdəlik qoyulmasına dair iddia tələbi mümkün hesab edilə bilməz.

8. Iddiaçı İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Iddia tələbi mümkün sayılmayarkən iddiaçının subyektiv hüququnun olmamasına istinad etmişlər. Məhkəmə araşdırması zamanı iddia olunan torpaq sahəsinə iddiaçının hər hansı hüququnun mövcudluğu sübuta yetməmişdir. Cavabdeh M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən iddiaçının qanunla qorunan hüquqlarına hər hansı müdaxilə baş verməmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, *-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

14. Eyni zamanda məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, formalaşmış vahid məhkəmə təcrübəsi onu göstərir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin onun hüquq və mənafelərinə toxunduğunu sübut edə bilməmişdir.

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, 2- *(***)- ****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar