Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-454/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2085/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 26 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.X-cu il tarixdə anadan olmuşdur. Əmək kitabçasına əsasən iddiaçı 13.11.1971-ci ildə 3 № rayon mühəndis–texnoloji xidmətində neft və qazçıxarma hasilatı üzrə 4-cü dərəcəli operator, 01.03.1972-ci ildən 15.05.1973-cü ilədək elmi-tədqiqat və istehsalat işləri üzrə sexin tədqiqat laboratoriyasına mühəndis, 16.05.1973-cü ildən 26.07.1973-cü ilədək iş icraçısı, 04.10.1973-cü ildə qatqı və quyuların araşdırılması elmi-tədqiqat və istehsalat işləri sexinə mühəndis, 01.09.1975ci ildə rayon mühəndis-texnoloji xidmətində baş geoloq, 06.07.1976-cı ildə əvvəlki iş yerinə quyu və qatqıların araşdırılması, elmi-tədqiqat sexinə mühəndis vəzifəsinə qaytarılıb, 12.11.1976-cı ildə 2 № rayon mühəndis texnoloji xidmətdə baş mühəndistexnoloq, 01.05.1978-ci ildə 2 № neft və qaz hasilatı üzrə sexə baş texnoloq, 22.03.1979cu ildə 1 № neft və qaz hasilatı üzrə sexə usta, 23.10.1980-cı il 4 № sexə baş geoloq, 15.03.1993-cü ildə həmin sexə 1-ci kateqoriyalı geoloq, 16.08.1993-cü ildə 1 № neftqazçıxarma sexinə rəis vəzifələrində işləmiş, 09.05.2012-ci ildə Əmək Məcəlləsinin 73cü maddəsinin 1-ci bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) bağlanmış əmək müqaviləsinə xitam verilməsi il ə əlaqədar işdən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AZNEFT” İstehsalat Birliyi Ə.C.Əmirov adına X9 İdarəsi tərəfindən verilmiş 18.12.2017-ci il tarixli arayışa əsasən iddiaçı Ə.C.Əmirov adına NQÇİ-də “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2 bölmənin “a” bəndində göstərilən güzəştli əmək fəaliyyəti ilə məşğul olmuşdur: 22.03.1979-cu ildən (əmr № 190/k 22.03.1979) - 23.10.1980-cı ilədək (əmr № 659/k 04.11.1980) 1 saylı neftqazçıxarma sexində neft və qazçıxarma üzrə usta - 1 il 7 ay 1 gün; 23.10.1980-cı ildən (əmr № 659/k 04.11.1980) - 15.03.1993-cü ilədək (əmr № 149/k 22.04.1993) 4 saylı neftqazçıxarma sexində böyük geoloq - 12 il 4 ay 20 gün; 15.03.1993-cü ildən (əmr № 1 49/k 22.04.1993) - 16.08.1993-cü ilədək (əmr № 330/k 23.08.1993) 4 saylı neft və qazçıxarma sexində geoloq - 5 ay 1 gün; 16.08.1993-cü ildən (əmr № 330/k 23.08.1993) 18.05.1994-cü ilədək (əmr № 228/k 18.05.1994) 1 saylı neft və qazçıxarma sexində rəis 9 ay 2 gün. Ə.C.Əmirov adına NQÇİ-də güzəştli iş stajı - 15 il 1 ay 24 gün təşkil etmişdir. 10.07.1971-ci il tarixdə verilmiş diploma əsasən iddiaçı 1966-cı ildən 1971-ci ilədək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, ona “dağ mühəndisi-geoloq” ixtisası verilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 16 mart 2018-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 6 aprel 2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqq ında” Qanunun 27-ci maddəsinə 01.01.2010-cu il tarixdən edilmiş dəyişikliklərə uyğun olaraq bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış olduğu pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajını hər ili üçün 170 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ilədək natamam ildəki iş stajı aylarının sayını mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Bu səbəbdən də iddiaçıya 33 il 11 ay sosial sığorta stajı nəzərə alınmaqla mövcud qanunvericiliyə uyğun olaraq pensiya təyin edilmiş, 01.04.2018-ci il tarixdən pensiyasının sığorta hissəsi illik inflyasiya faizinə uyğun əmsallaşdırılaraq 264.37 manata çatdırılmış və aylar üzrə ödənilmişdir. 01.01.2006-cı il tarixdən 01.01.2016-cı il tarixədək 10 il sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 6369.22 manat pensiya kapitalı vardır. İddiaçı 23 aprel 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 01.03.2006-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqları nəzərə alınmaqla təyin edilməsi, həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya 62 yaşdan güzəştli əmək stajı nəzərə alınmadan ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin e dilmişdir. O, ali təhsilli neftçi kimi 1971-1994-cü illər ərzində neft-qaz kəşfiyyatı və hasilatı üzrə operator, geoloq və usta vəzifələrində işləmişdir. Həmin vəzifələr də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 83-84-cü səhifələrində, 10.1 B) və 10.2 A) bəndlərində öz əksini tapmışdır. Bu səbəbdən iddiaçı bütün sənədlərini əlavə etməklə 14 mart 2018-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin poçt vasitəsilə etdiyi rəsmi müraciətindən qanunvericilikdə nəzərdə tutulmuş 5 gün, hətta 10 gün də müddətin keçməsinə baxmayaraq cavabdeh ona 06.04.2018-ci il tarixli cavab məktubu göndərmişdir. İddia əsaslandırılarkən “Əmək pensiyaları haqqında” və “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna istin ad edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya pensiya hüququnun yarandığı 01.03.2011-ci il tarixdən qüvvədə olan mövcud qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya 33 il 11 ay sosial sığorta stajı nəzərə alınmaqla mövcud qanunvericiliyə uyğun olaraq pensiya təyin edilmiş, 01.04.2018-ci il tarixdən pensiyasının sığorta hissəsi illik inflyasiya faizinə uyğun əmsallaşdırılaraq 264,37 manata çatdırılmış və aylar üzrə ödənilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-2300/18 saylı iş) 14 iyun 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iş materialları əsasında hesab etmişdir ki, iddiaçının 25 il ümumi iş stajı olmuş, bunun 12 il 6 ayı i sə güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına aiddir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məhkəmə sorğusu əsasında təqdim edilmiş 04.10.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı 1966-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun “Geoloji kəşfiyyat” fakültəsinin əyani şöbəsinin “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” ixtisası üzrə İ kursa qəbul olunmuş, 1970-ci ildə qiyabi şöbənin V kursuna keçirilmiş və 1971-ci ildə institutun qiyabi şöbəsini bitirərək “dağ mühəndisi-geoloq” ixtisas dərəcəsi almışdır. 24.08.1971-ci il tarixdə ona diplom verilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə sorğusu əsasında təqdim edilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və həmin Xidmətin Bakı şəhəri Nərimanov rayon İdarəsinin oxşar məzmunlu 28.09.2018-ci il və 09.10.2018-ci il tarixli məktublarında göstərilmişdir ki, iddiaçı hərbi xidmət keçməmişdir. 1999-cu ildə yaş həddinə görə hərbi qeydiyyatdan çıxarılmışdır. 30.12.2014-cü ildə yaş həddinə görə hərbi qeydiyyatdan çıxarılan hərbi vəzifəlilərin qeydiyyat kartalarının saxlanma müddəti bitdiyi üçün iddiaçının da qeydiyyat kartası məhv edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3-məruzəçi, X2 və X5, 21(103)-2085/2018 saylı iş) 23 oktyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 12 noyabr 2018-ci il tarixdə qərarın surətini almış, 30 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi və güzəştli iş stajı hesab etdiyi vəzifələr güzəştli texnoloji sahələrə aid deyildir. Mövcud pensiya qanunvericiliyinə əsasən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. 01.01.2006-cı il tarixdən qüvvədə olan (01.01.2010-cu il tarixdən əlavə və dəyişikliklərlə) “Əmək pensiyaları haqqında” Qanuna əsasən 57 yaşına çatmış sığorta olunan kişilərin azı 25 il ümumi iş stajının və bunun azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təsdiqlənmiş siyahısında nəzərdə tutulmuş işlərdə tam iş günü ərzində çalışdıqda yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. İşçinin güzəştli şərtlərlə əmək pensiya hüququnun yaranmasından ötrü onun müəyyən olunmuş müddətdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında adı göstərilmiş işlərdə tam iş günü ərzində çalışması z əruri şərtdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul olun a bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı 1 mart X-cu ildə anadan olmuşdur. 1 mart 2011-ci ildə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, ona 57 yaşdan (01.03.2006-cı il) güzəştli şərtlə pensiya təyin edilməli, pensiya 2004-2005-ci illərin orta aylıq əmək haqqına uyğun hesablanmalıdır. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Cavabdeh imtinasını və kassasiya şikayətinin dəlilini “Əmək pensiyaları h aqqında” Qanunun 1 yanvar 2010-cu ildən qüvvədə olan 27-ci maddəsi ilə əsaslandırmış, kassasiya şikayətində güzəştli şərtlə pensiya hüququ ilə bağlı qanunvericiliyin bəzi müddəalarını sadalamışdır. Cavabdeh iddiaçının əmək kitabçasında olan iş stajını nəzərə almaqla ona yaşa görə əmək pensiyası təyin etmişdir, yəni iddiaçının əmək kitabçasında qeyd edilən iş stajını cavabdeh qəbul etmişdir. Əmək kitabçasından görünür ki, iddiaçı 15 il 1 ay 24 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahədə işləmişdir. Bu hal iddiaçının işlədiyi Ə.C.Əmirov adına NQÇİ-nin verdiyi 18 dekabr 2017-ci il tarixli arayışı ilə bir daha təsdiq edilir. Arayışda iddiaçının ayrı-ayrı vaxtlarda neft və qazçıxarma sexində usta, böyük geoloq, rəis vəzifəsində işləməsi və güzəştli iş stajının 15 il 1 ay 24 gün olması qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. İddiaçının iş yerindən verilən arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda iddiaçının işlədiyi usta, geoloq peş əsi və rəis vəzifəsinin 10.2-ci bölmənin b) bəndinə aid olduğu qeyd edilmişdir. İddiaçı Siyahıda qeyd edilən peşələrdə işləməklə ən azı 12 il 6 ay Siyahıda göstərilən peşə üzrə fəaliyyət göstərmişdir. İddiaçının 57 yaşı tamam olan vaxt onun 12 il 6 ay Siyahıda göstərilən peşə üzrə fəaliyyət göstərməsi və həmin vaxta qədər 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur. İddiaçının pensiya hüququ 2006-cı ilin martında yaranmışdır. İddiaçının pensiya hüququ yaranan zaman “Əmək pensiyaları haqqında” Qanunun (01 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS-bu Qanunun 27-c i maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK-sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, Tgöstərilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun (01.01.2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27ci maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Bəhs olunanlara əsasən iddiaçının 2004-2005-ci illərdə aldığı əmək haqqı əsas götürülməklə pensiyanın hesablanmalı olması barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsi nə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-c i maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati-İqtisadi kollegiyasının 2-1(103)-2085/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-454/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-454/2019
26.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver