Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-454/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi; iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi Nümayənd ə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon nümayəndəliyinə qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 12 oktyabr tarixli, 2-1(103)-1653/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1933-cü il 01 iyul tarixdə Ermənistan SSR-in Masis rayonunda doğulmuşdur. Hal-hazırda Bakı şəhərində yaşayır.
2. İddiaçıya ilkin olaraq 1988-ci il 20 dekabr tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 1 1 oktyabr tarixli, 2(006)-5307/2018 saylı qətnaməsi ilə İddiaçı 1949-cu ildən 1988-ci ilədək Ermənistan SSR Masis rayonunun x kəndində yerləşən sovxozda işləməsi faktı müəyyən edilmişdir.
4. Həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 11 oktyabr tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir.
5. İddiaçı 2019-cu il 27 avqust tarixli ərizə ilə DSMF-nin Nəsimi rayon şöbəsinə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 11 oktyabr tarixli qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 39 il stajı nəzərə alınmaqla ona təyin olunmuş pensiyanın 2006-cı il 01 yanvar tarixdən yenidən hesablanmasını və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş etmişdir
6. DSMF-nin Nəsimi rayon şöbəsi iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya 2019-cu il 25 sentyabr tarixli, **********3 saylı məktubla cavab verərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 11 oktyabr tarixli 2(006)-5307/2018 saylı qətnaməsi ilə onun 1949-cu ildən 1988-ci ilədək Ermənistan SSR Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işləməsi faktı müəyyən edilmişdir. Onun pensiyanın yenidən hesablanması haqqında DSMF-nin Nəsimi rayon şöbəsinə daxil olmuş 2018-ci il 02 iyul tarixli ərizəsi nəzərə alınaraq, qeyd edilən məhkəmə qərarına əsasən onun pensiyasının məbləği 2018-ci il 02 iyul tarixdən 222,16 manat, 2019-cu il 01 yanvar tarixdən 228,82 manat hesablanaraq ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciə t edərək, onun 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilər sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2017-ci il 01 iyul tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən, yəni hər il iş stajı üçün 1,94 manat olmaqla pensiyasının 2011-ci il 01 iyul tarixdən 2018-ci il 02 iyul tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinə həvalə edilməsi barədə qarar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona pensiya təyin olunmasından cavabdehin imtina etməsi qanunsuzdur. 2006-cı ildən əvvəl pensiyaçıdır və onun pensiyasında 1949-1988-ci illərdəki əmək fəa liyyəti 2018-ci il 02 iyul tarixinədək nəzərə alınmamışdır. Həmin dövrdə Ermənistan Respublikasının Masis rayonun x kəndində yerləşən sovxozda işləmiş, lakin məlum hadisələr səbəbindən əmək kitabçasını özü ilə gətirə bilməmiş, iş yerində qalmışdır. Ona görə də həmin dövrdəki əmək fəaliyyəti yalnız 2018-ci ildə məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir..
9. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun x kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2017-ci il 01 iyul tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən, yəni sığorta stajının hər ili üçün 1,94 (bir manat doxsan dörd qəpik) manat sığorta hissəsi müəyyə n edilməklə pensiyasının 2011-ci il 01 iyul tarixdən 2018-ci il 02 iyul tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 noyabr tarixli qərardadı ilə İddiaçının 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilər kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2017-ci il 01 iyul tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən, yəni sığorta stajının hər ili üçün 1,94 (bir manat doxsan dörd qəpik) manat sığorta hissəsi müəyyən edilməklə pensiyasının 2011-ci il 01 iyul tarixdən 2018-ci il 02 iyul tarixədək yenidən hesablanması və yaran mış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 noyabr tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçının 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilər kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2017-ci il 01 iyul tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən, yəni sığorta stajının hər ili üçün 1,94 (bir manat doxsan dörd qəpik) manat sığorta hissəsi müəyyən edilməklə pensiyasının 2011-ci il 01 iyul tarixdən 2018-ci il 02 iyul tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 47-ci maddəsinə əsasən bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir. Belə ki, iddiaçı 2006-cı ildən əvvəl pensiyaçıdır. Nəsimi rayon Məhkəməsinin 2018-ci il 11 oktyabr tarixli, 2(006)-5307/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə ümumilikdə 39 il stajı təsdiq edildiyindən iddia tələbi təmin olunmalıdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2020-ci il 18 fevral tarixli 21(103)-573/2020 saylı qərarı i lə cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2019-cu il 25 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)1308/2020 nömrəli, 2020-ci il 22 iyul tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2020-ci il 18 fevral tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 27.2-ci maddəsinin 2017-ci il 01 iyul tarixədək qüvvədə olmuş redaksiyasına görə 2006-cı il yanvarın 1-dən 2010cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Bu normanın dispozisiya şərtlərindən göründüyü kimi 27.2-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması üçün şərtl ərdən biri - pensiyaçının məhz 2006-cı il yanvarın 1dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış olmasıdır. Lakin işin faktiki hallarından görünür ki, iddiaçıya 2006-cı ildən əvvəl, yəni 1988-ci ildə pensiya təyin olunmuşdur. Məhkəmələr bu dispozisiya şərtinin mövcud olmadığı təqdirdə iddiaçıya münasibətdə onun tətbiqinin mümkünlüyünü əsaslandırmamışdır. Bundan başqa, iş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 11 oktyabr tarixli qətnaməsi ilə iddiaçının 1949-cu ildən 1988-ci ilədək sovxozda işləməsi faktı müəyyən edilmişdir. Bundan sonra sosial təminatı həyata keçirən inzibati orqan tərəfindən iddiaçının pensiyası yenidən hesablanmışdır. İddiaçının nümayəndəsi sonradan inzibati orqana müraciət edərək Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 11 oktyabr ta rixli qətnaməsi ilə müəyyən olunmuş əlavə iş stajına əsasən pensiyanın 2006-cı il 01 yanvar tarixdən hesablanmasını tələb etmişdir. Lakin bu ərizələrin heç birində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2017-ci il 01 iyul tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən, yəni hər il iş stajı üçün 1,94 manat olmaqla pensiyasının 2011-ci il 01 iyul tarixdən 2018-ci il 02 iyul tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələb olunmamışdır. Halbuki, bu hal iddianın mümkün sayılması üçün vacib olan şərtlərdən biridir. Həmçinin məhkəmələr iddiaçının hazırki iddiasında irəli sürdüyü tələblə əvvəlcədən inzibati orqana müraciət edib-etməməsini araşdırmamışdır. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Bakı Apelyasiya Məhkəməsi İn zibati Kollegiyasının 2020-ci il 12 oktyabr tarixli, 2-1(103)-1653/2020 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4168/2019 nömrəli 2019-cu il 25 noyabr tarixli iş üzrə qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin sübuta yetirilməsi yükü iddiaçının üzərindədir. Lakin, məcburetmə haqqında hazırkı iddianın mümkün sayılması üçün iddia qaldırılmazdan əvvəl inzibati orqana eyni tələblə rəsmi müraciət edilməsi şərtinə iş üzrə əməl olunmur. Beləliklə, iddiaçı mübahis ə predmeti ilə bağlı rəsmi qaydada əvvəlcə cavabdehə müraciət etmədiyindən, onun indiki tələbə dair iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxıb, prosessual hüquq normalarını pozmaqla, nəticədə səhv qərar qəbul etmişdir.
21. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən öncə cavabdeh inzibati orqana ərizə ilə müraciət edilmiş və həmin müraciətdə şəxsin pensiyasının Nəsimi rayon Məhkəməsinin 2018-ci il 11 oktyabr tarixli qətnaməsinin icra edərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını və pensiya ödənişinin yeni məbləğdə ödənilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı öz ərizəsində pensiyasının hansı əsasa görə hesablanmasını qeyd etmiş, lakin işə baxan məhkəmə kollegiyası həmin halı nəzərə almamış iddia tələbi ilə inzibati orqana edilmiş müraciətin tamamilə eyni olmalı qənaətinə gəlmişdir. Halbuki, vətəndaş tərəfindən tərtib olunmuş ərizədə “Əmək pensiyaları haqqında” AR Qanunun 27.2-ci maddəsi bir başa olaraq qeyd olunmasa da, həmin ərizəni araşdırmalı olan cavabdeh inzibati orqan, daha sonra isə mübahisəyə baxan məhkəmə kollegiyası adıçəkilən ərizənin “Əmək pensiyaları haqqında” AR Qanununun 27.2-ci maddəsinə uyğun hesablanma metodunu istənildiyini bilməli idi. Göründüyü kimi istər cavabdeh inzibati orqan, istərsə də məhkəmə kollegiyası mübahisənin mahiyyətinə səthi yanaşmış və faktiki olaraq qanunla qorunun hüquq və mənafelərin pozulması barədə qərardad qəbul etmişdir. 23. “Əmək pensiyaları haqqında” AR Qanununun 2017-ci il 01 iyul tarixə qədər qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı İl yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üç ün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki İş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Həmin Qanunun 27.3-cii maddəsinə əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. Qanunun 27.2-ci maddəsindən göründüyü kimi Qanunun norması 2006-2010-cu illər ərzində pensiyaya çıxmış şəxslərə aiddir. Lakin adıçəkilən Qanunun 27.3-cü madd əsində bir istisna qeyd olunmuşdur. Həmin hala görə əgər şəxslərə təyin olunmuş pensiyanın məbləğində yenidən hesablanma zamanı vətəndaşın əleyhinə fərq yaranarsa, o zaman daha yüksək olan yenidən hesablanma metodu tətbiq olunmalıdır. Bu əsasdan hesab edir ki, işə baxan məhkəmə kollegiyası 27.2-ci maddəni iddiaçıya münasibətdə tətbiq edərkən düzgün qənaətə gəlməmişdir. İş materiallardan göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 2017-ci il 01 iyul tarixə qədər qüvvədə olan 27.2-ci maddəsini tətbiq etməklə iddiaçının müraciət etdiyi tarixdən onun pensiyasını yenidən hesablamışdır. Lakin hazırda mübahisə olunan əsas ondan ibarətdir ki, DSMF yenidən hesablanma zamanı yaranmış pensiya məbləği fərqinin ödənilməsindən imtina edir. Odur ki, apellyasiya instansiya məhkəməsi işə ba xarkən həmin halı nəzərdən qaçırmışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi.
25. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
26. İPM: Maddə
13. Məhkəmə qaldırılan iddialarda y ol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağ lı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qar şı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Şikayət qərardadın ləğv edilməsi tələbinə aid hissədə əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
30. Apellyasiya instansiy ası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Lakin, məcburetmə haqqında hazırkı iddianın mümkün sayılması üçün iddia qaldırılmazdan əvvəl inzibati orqana eyni tələblə rəsmi müraciət edilməsi şərtinə iş üzrə əməl olunmur. Belə ki, iddiaçının tələbi “1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun x kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” AR Qanununun 2017-ci il 01 iyul tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən, yəni sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə pensiyasının 2011-ci il 01 iyul tarixdən 2018-ci il 02 iyul tarixədək yenidən hesablanması v ə yaranmış fərqin birdəfəlik ödənilməsi” ilə bağlı olsa da, onun cavabdehə xx.xx.2019-cu il tarixdə təqdim olunan ərizəsi (iş vərəqi-44) “... Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsini icra edərək, yaşa görə əmək pensiyasını yenidən hesablayaraq, pensiya ödənişinin yeni məbləğdə ödənilməsi”, xx.xx.2019-cu il tarixdə təqdim olunan ərizəsi (iş vərəqi-18) isə “... pensiyanın məbləğini xx.xx.2006-cı il tarixdən yenidən hesablayaraq, yaranacaq məbləğin birdəfəlik ödənilməsi” barədə olmuşdur.”.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini hazırkı məzmunda iddianın mümkünsüzlüyünün yetərli əsası kimi qəbul etmir.
32. İddiaçının inzibati orqana müraciəti ilə məhkəmədə qaldırdığı iddianın məzmununda ifadə fərqləri olsa da, iddiaçı hər bir halda, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş staj da nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir.
33. Məhkəmə İPM-in 13-cü və 48.1-ci maddələrində nəzərdə tutulmuş xidməti vəzifələrinə uyğun davranmalı, iddiaçının nail olmaq istədiyi nəticənin ərizədə düzgün ifadə olunmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməlidir.
34. İddiaçının öz tələbinin hüquqi əsasını ərizədə göstərdiyinə gəldikdə, məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qa rşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər.
35. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçının istinad etdiyi norma da daxil olmaqla “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin müddəaları 2006-cı il 1 yanvar tarixdən sonra təyin edilən əmək pensiyalarına münasibətdə tətbiq edilir. İddiaçıya əmək pensiyasının 2006-cı il 1 yanvar tarixdən əvvəl təyin edildiyi nəzərə alındıqda, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qan unun 26-cı maddəsinin müddəaları tətbiq olunmalıdır. İddiaçının, - istər inzibati orqana, istərsə də məhkəməyə müraciət zamanı, - öz tələbinin hüquqi əsası kimi hüquq normasına yanlış istinad etməsi iddianın mümkünsüzlüyünün əsası kimi çıxış etməli deyil.
36. Beləliklə, iddianın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti işin faktiki halları ilə uzlaşmadığından, həmin nəticə əsaslı və qanuni hesab edilə bilməz.
37. İddianın təmin olunması barədə tələbə gəldikdə, hazırkı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədiyindən (İPM-in 96.5.2-ci maddəsi), şikayət həmin hissədə təmin oluna bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 12 o ktyabr tarixli, 2-1(103)-1653/2020 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov