Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-454/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ‘‘X1’’ Şirkətinin Azərbaycan Respublikasının İqtisadiyyat Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə Nazirliyi yanında QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, şikayət verilməsi müddətinin ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı ‘‘X1’’ Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdar əsinə qarşı “faizlərin silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3072/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kameral vergi yoxlaması ilə şəxsi hesab vərəqəsinə işlənmiş 21.532,81 manat məbləğində vergilərin və hesablanmış faizlərin şilinməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1044/2021 nömrəli qərardadı ilə (hakim: Ş.A.Həsənova) iddia mümk ün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbindən görünür ki, iddiaçı cavabdeh tərəfindən hesablanmış 21.532,81 manat məbləğində vergi borcunun silinməsini tələb etsə də, həmin borc məbləğinin cavabdeh inzibati orqanın hansı qərarları, hərəkət və ya hərəkətsizliyi üzrə yaranmasını əsaslandırmamışdır. Məhkəmə tərəfindən qanunvericiliyin hüquqi yardımla bağlı tələblərinə əməl edilməklə iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin edilməsi təklif olunsa da, iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir.
4. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 2-1(103)-3072/2021 nömrəli iş üzrə 06 dekabr 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və C.A.Yusifov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1044/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
8. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir.
9. Bununla əlaqədar, verilmiş şikayət üzrə k assasiya icraatının mümkünlüyünə yazılı icraat qaydasında baxılması 08 fevral 2022-ci il tarixinə təyin edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş halla r ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
12. Belə ki, Azərbay can Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 (on) gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
13. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı 15 dekabr 2021-ci il tarixdə iddiaçının ünvanına göndərilmiş, SS755116705AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən həmin qərardad iddiaçıya 18 dekabr 2021-ci tarixdə imza edilməklə təqdim olunmuşdur.(iş vər 120). İddiaçı və onun vəkili tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə 30 dekabr 2021-ci il tarixində apelyasiya məhkəməsinə daxil olmuşdur. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir sübut yoxdur.
14. Odur ki, iddiaçıya və onun vəkilinə məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onların diqqətinə çatdırılmış, bildirişdə qeyd edilən tarixədək, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim edilməsi və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizə (vəsatət) verilməsi təklif edilmiş və kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxılacağı barədə məlumat verilmişdir. Lakin müəyyən edilmiş müddətdə qeyd edilən çatışmazlıq aradan qaldırılmamış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, eləcə də müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) verilməmişdir.
15. Məhkəmə tərkibi hesab edir ki, hazırkı halda iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
16. Yu xarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3072/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.