Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-454/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışa düzəliş edilməklə yeni çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 s aylı Qəbələ Ərazi İdarəsi qarşı “iddiaçının mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0.75 ha (3/4 hissə) bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa düzəliş edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)377/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən veril miş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 17.07.2013-cü il tarixli çıxarışa əsasən, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi X12, İddiaçı, X6 və X4 ümumibirgə mülkiyyətində olmuşdur. 2. xx.xx.2021-ci il tarixli çıxarışa görə, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi X12 (1/4) və İddiaçı (3/4) paylı mülkiyyətindədir.
3. Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, sözügedən sənəd Qəbələ rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2/025-150 saylı qərarına istinad olunmaqla Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 3300 kv.m torpaq sahəsi ilə bağlı X7 adına tərtib edilmişdir.
4. Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qəbələ rayon Məhkəməsinin xx.xx.2009 -cu il tarixli, 2/025-150 saylı qərarına istinad olunmaqla Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 3300 kv.m torpaq sahəsi ilə bağlı X1 adına tərtib edilmişdir.
5. Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qəbələ rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2/025-150 saylı qərarına istinad olunmaqla Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 3400 kv.m torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir.
6. Cavabdeh orqanın təqdim etdiyi yerquruluşu planından görünür ki, İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsi 0,80 ha-dır. 7. “AZEMİS”-dən çıxarışdan görünür ki, mərhum X12 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
8. Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Qəbələ rayonu Bum kəndində yerləşən ümumi sahəsi 1 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən X8 0.25 ha və X11 0.25 ha, cəmi 0.50 ha hissəsi İddiaçı bağışlanmışdır.
9. İddiaçı cavabdehə müraciət edərək çıxarışa düzəliş edilərək torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi qeyd olunmasını və yeni çıxarış verilməsini xahiş etmişdir.
10. Cavabdeh tərəfindən 14 oktyabr 2021-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, sözügedən torpaq sahəsi vətəndaşlara torpaq islahatı aparılarkən mülkiyyətlərinə verilməyən suvarılan pay torpaq sahəsinin verilməsi barədə Qəbələ Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2/025-150/2009 saylı qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasında torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçiril məsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən 0,75 ha ona, 0,25 ha mərhum qardaşı X10 məxsus olmuş torpaq sahəsinin təyinatının həyətyanı torpaq sahəsi kimi göstərməklə cavabdehin 29 iyun 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** saylı çıxarışa düzəliş edilməsini və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “cavabdehin verdiyi xx.xx.2021ci il tarixli qeydiyyat nömrəsi ********** saylı çıxarışa düzəliş edilərək 0.75 ha iddiaçının, 0.25 ha mərhum qardaşının mülkiyyətində olan və Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən, təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş bağ torpaq sahəsinin mövcud olan vəziyyətdə statusunun müəyyən edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Bum qəsəbə yaşayış məntəqəsi daxilində 0,75 ha iddiaçının, 0,25 ha mərhum qardaşı X9 adına olmaqla mülkiyyətlərində 1 (bir) hektar həyətyanı torpaq sahəsi vardır. Bu barədə onların adına 29 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış da verilmişdir. Mülkiyyətlərində olan torpaq sahəsi Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşməsinə və həyətyanı torpaq sahəsi olmasına baxmayaraq, qeyd olunan Çıxarışda kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuşdur. İddiaçı qeyd edir ki, həmin torpaq sahəsi ailə üzvlərinin həyətyanı torpaq sahəsi olmuşdur, Qəbələ Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli 2/025-150 saylı qətnaməsi ilə mərhum anasının payı ailə üzvlərinin payına əlavə edilməklə və hər birinə 0,25 ha olmaqla 4 nəfər ailə üzvünün mülkiyyətinə verilmişdir. Hər birinə 0,25 ha verilməsinin səbəbi torpağın 4-cü kateqoriyaya aid olması olmuşdur. Sonradan 2 nəfər ailə üzvü öz paylarını iddiaçıya bağışlamış və iddiaçının həyətyanı torpaq sahəsi hal-hazırda 0,75 ha-dır. Həmin torpaq sahəsində 2000-ci ildə ailə üçün ev də tikilmiş, eyni zamanda mülkiyyətlərində və istifadələrində olan həmin həyətyanı torpaq sahəsi Bum qəsəbə sakinlərinin həyətyanı torpaq sahələri ilə əhatə olunmuşdur. Lakin xx.xx.2021-ci il tarixli çıxarışda torpaq sahəsinin təyinatı səhvən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunmuşdur. İddiaçı bu səbəblə analoji tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
15. Cavabdehin iddia tələbinə qarşı etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Əlavə olaraq bildirmişdir ki, idd iaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi 0,80 hektardır. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, uqodiyası daşlıq-qumluq olan ərazidir. Yeni tərtib edilmiş uçot materiallarına (TEKUİS) əsasən mülkiyyətçisi - bələdiyyə, təyinatı - yaşayış məntəqələrinin torpaqları, uqodiyası çoxillik əkmələr olan torpaq sahəsi kimi baza məlumatlarında öz əksini tapmışdır. Digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının iddia etdiyi torpaq sahəsi Qəbələ rayon Bum qəsəbəsi İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası daşlıq-qumluq olan yararsız ərazi olmaqla bələdiyyənin mülkiyyətinə aiddir. Həmçinin, həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla 0,80 ha təşkil edir. **********52 reyestr nömrəli Çıxarış tərtib edilənədək və ondan sonra torpaq sahəsinin təyinatında, uqodiyasında dəyişiklik baş verməmişdir
16. Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2- 1(116)-767/2023 nömrəli qərardadı ilə (hakim V.Musayev) iddiaçının cavabdehə qarşı “0,25 ha (1/4 hissə) bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması, xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarışa düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən 29 iyun 2021-ci il tarixli qeydiyyat nömrəsi ********* * saylı çıxarışda qeyd edilmiş torpaq sahəsinin ¾ hissəsi üzərində iddiaçının paylı mülkiyyət hüququ vardır. Odur ki, digər ¼ hissədə X10 aid hissədə hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İddiaçı mərhum qardaşından miras qalmış əmlakı qəbul etməsi ilə bağlı hər hansı sübut təqdim etdiyi halda onun həmin çıxarışı ¼ hissədə mübahisələndirməsi üçün subyektiv hüququ yarana bilərdi. Lakin hazırkı işin hallarından göründüyü kimi işdə belə bir sübut mövcud deyil.
18. Belə ki, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Göründüyü kimi, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi d axilində yerləşən 29 iyun 2021-ci il tarixli qeydiyyat nömrəsi ********** saylı çıxarışda qeyd edilmiş torpaq sahəsinin ¾ hissəsi üzərində iddiaçının paylı mülkiyyət hüququ olmuş, digər ¼ hissədə X10 aid hissədə hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır.
19. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.
20. Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2- 1(116)-767/2023 nömrəli qərarı ilə (hakim V.Musayev) iddiaçının cavabdehə qarşı “iddiaçının mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsər rüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0,75 ha (3/4 hissə) bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa düzəliş edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən çıxarışda qeyd edilmiş torpaq sahəsinin xüsusiyyətləri barədə mütəxəssis rəyi də cavabdeh orqan tərəfindən verilməli olduğundan, məhkəmə cavabdeh orqanın iddia tələbinə etirazda qeyd etdiyi torpaq sahəsinə dair məlumatlarla kifayətlənmiş və həmin məlumatları iş üzrə mötəbər sübut qismində qəbul etmişdir. Həmin torpaq sahəsinin yaşayış məntəqələrinə ai d olmasına münasibətdə isə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsinin 8-ci abzasına əsasən kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri də yaşayış məntəqələrinin torpaqlarına aiddir. Yəni, torpaq sahəsinin yaşayış məntəqəsi ərazisində (Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilində) yerləşməsi həmin torpaq sahəsinin birmənalı olaraq həyətyanı (ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış üçün nəzərdə tutulan torpaq sahələri) torpaq sahəsi kimi qiymətləndirilməsi demək deyildir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi yaşayış məntəqəsi torpaqları daxilində çoxillik əkmələrə aid olan kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğundan və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş torpaq sahəsinin ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış üçün nəzərdə tutulan torpaq sahələrinə aid olması sübuta yetirilmədiyindən, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
22. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, Qəbələ rayon Bum yaşayış məntəqəsi daxilində yerləşən və 0,75 ha hissəsi iddiaçının, 0,25 ha hissəsi mərhum qardaşının mülkiyyətində olan və Azərbaycan respublikası ƏMDK DƏDRX-nin verdiyi 29 iyun 2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 1(bir) ha bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna və tikinti məqsədləri üçün nəzərdə tutulduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi 29 iyun 2021-ci il tarixli qeydiyyat nömrəsi **********olan Çıxarışa düzəliş edilməsi və yeni Çıxarışın verilməsi öhdəliyinin İqtisadiyyat Nazirliyi yanında ƏMDK Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik hüquqi şəxsinin 9saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
23. Şəki Apellyasiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2-1(107)253/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 1 mart 2023-cü il ta rixli, 2-1(116)-767/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-377/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, V.Məlikov və G.Cavadova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə iddiaçının mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0.75 ha (3/4 hissə) torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi kimi düzəliş edilərək həmin torpaq sahəsinə dair yeni çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
25. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli Fərmanına əsasən X3 uçotu informasiya sistemində yerləşdirilən koordinatlar dövlət tərəfindən tanınan və təmin edilən məlumatlar olduğundan, həmin koordinatlar torpaq mülkiyyətçisinin (istifadəçisinin) adına tərtib olunmuş hüquqi və texniki sənədlərdə qeyd oluna n məlumatlarla ziddiyyət təşkil etdiyi halda, həmin sənədlərlə müvafiq düzəlişlər aparılmalı və yeni sənədlər verilməlidir.
26. Mübahisə predmeti olan torpaq sahəsi X3 X5 (TEKUİS) əsasən Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası tikinti altı, islahat uqodiyası qumluq olan Bum bələdiyyəsinin mülkiyyətinə aid ərazi olduğundan, cavabdehin imtinası əsassız olmuşdur. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
27. Belə ki, “İnzibati icraat haqqında” Qanuna əsasən i nzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan, yəni torpaq sahəsinin X3 X5 (TEKUİS) əsasən Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aid olması halı araşdırılmadan, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olması səbəbi ilə əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
28. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tə min edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
29. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır ki, iddiaçının mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən 0.75 ha (3/4 hissə) torpaq sahəsinin Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda təyinatı kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuşdur, belə olan halda isə həmin torpaq sahəsinin statusunun həyətyanı torpaq sahəsi kimi düzəliş edilərək həmin torpaq sahəsinə dair yeni çıxarışın verilməsi mümkün deyil, buna dair qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən AR Nazirlər Kabinetinin qərarı olmalıdır, hazırkı halda isə belə qərar olmadığından Ərazi İdarəsi haqlı olaraq imtina vermişdir.
30. Apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017- ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı ) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
31. Apellyasiya məhkəməsi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarının 1.5-ci bəndinin pozulmasına yol verərək nəzərə almamışdır ki, xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda iddiaçının mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.75 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əks olunmuşdur, bu da göstərilən maddi hüquq normasının tələblərinə tam cavab verir, ona düzəliş edilməsinə heç bir hüquqi əsas və ya Nazir lər Kabinetinin müvafiq qərarı olmamışdır.
32. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.
33. Məhkəmə kollegiyası, oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da (Ali məhkəmənin İnzibati kollegiyasının xx.xx.2020, 2-1(102)-890/2020, nömrəli qərarı 21(102)- 124/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı) qeyd etmişdir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Hazırkı halda da, ilk növbədə iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu (o cümlədən, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı hüquqmüəyyənedici sənədlərin qanunun tələblərinə uyğunluğu) müəyyən edilməlidir. Yalnız bundan sonra cavabdehin imtinasının əsaslı olub-olmadığına (imti nanın əsası kimi istinad etdiyi hallara) münasibət bildirilməlidir.
34. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-983/2021 nömrəli qərarı). b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şi kayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
36. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar gös tərilməli və şikayət əsaslandırılmalıdır. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün h esab edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən 0,75 ha ona, 0,25 ha mərhum qardaşı X10 məxsus olmuş torpaq sahəsinin təyinatının həyətyanı torpaq sahəsi kimi göstərməklə cavabdehin 29 iyun 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** saylı çıxarışa düzəliş edilməsini və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək “cavabdehin verdiyi xx.xx.2021ci il tarixli qeydiyyat nömrəsi ********** saylı çıxarışa düzəliş edilərək 0.75 ha iddiaçının, 0.25 ha mərhum qardaşının mülkiyyətində olan və Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən, təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş bağ torpaq sahəsinin mövcud olan vəziyyətdə statusunun müəyyən edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Birinci instansiya məhkəməsi tərəfindən İPM-in 13-cü maddəsinə müvafiq olaraq iddia tələbinin qeyri-müəyyə n olması ilə bağlı iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı tərəfindən növbəti dəfə tələb dəqiqləşdirilərək “0,75 ha iddiaçının, 0,25 ha mərhum qardaşının mülkiyyətində olan və Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 1 ha bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması və xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarışa düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş edilmişdir
42. Şə ki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2-1(116)-767/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “0,25 ha (1/4 hissə) bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması, xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarışa düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
43. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 12 apre l 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli 2-1(116)-767/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardad qanuni qüvvəyə minmişdir.
44. Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2-1(116)-767/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatl ı torpaq kimi qeyd olunmuş 0,75 ha (3/4 hissə) bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa düzəliş edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
45. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 həmin qərardan apellyasiya şikayəti vermişdir.
46. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-377/2023 nömrəli qərarı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2-1(116)-767/2023 nömrəli qərarının ləğv edilməsi, inz ibati iş üzrə yeni qərar çıxarılaraq iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə iddiaçının mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRXnin verdiyi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0.75 ha (3/4 hissə) torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi kimi düzəliş edilərək həmin torpaq sahəsinə dair yeni çıxarışın verilməsi öhdəliyinin qoyulması qənaətinə gələrkən qərarında göstərmişdir ki, “Azərbaycan Res publikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli Fərmanına əsasən, “Azərbaycan Respublikasında X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları təsdiq olunmuşdur. Fərmanın 2.3-cü bəndində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaq larında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin ya zılı razılığı əsasında yol verilməsi. Fərmanın 2.5-ci bəndində həmçinin, İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və X3 X5 daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.”
47. Daha sonra apellyasi ya məhkəməsi qərarında yazmışdır ki, “qeyd edilən Fərmana əsasən belə nəticəyə gəlir ki, X3 uçotu informasiya sistemində yerləşdirilən koordinatlar dövlət tərəfindən tanınan və təmin edilən məlumatlar olduğundan, həmin koordinatlar torpaq mülkiyyətçisinin (istifadəçisinin) adına tərtib olunmuş hüquqi və texniki sənədlərdə qeyd olunan məlumatlarla ziddiyyət təşkil etdiyi halda, həmin sənədlərlə müvafiq düzəlişlər aparılmalı və yeni sənədlər verilməlidir. Mübahisə predmeti olan torpaq sahəsi X3 X5 (TEKUİS) əsasən Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası tikinti altı, islahat uqodiyası qumluq olan Bum bələdiyyəsinin mülkiyyətinə aid ərazi olduğundan, cavabdehin imtinası əsassız olmuşdur. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.”
48. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı işə istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsində baxıldığı zaman əsas məsələlərdən biri olan məsələ, yəni mübahisə predmeti olan torpaq sahəsi ayrıldığı zaman onun təyinatının nə olması tam, hərtərəfli və dəqiq araşdırılmamışdır.
49. Belə ki, cavabdehin Şəki İnzibati Məhkəməsinə iddiaçının iddiasına dair verdiyi 21 aprel 2022-ci il tarixli, **********46 saylı etirazında bildirilmişdir ki, “aparılan araş dırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi vətəndaşlara torpaq islahatı aparılarkən mülkiyyətlərinə verilməyən suvarılan pay torpaq sahəsinin verilməsi barədə Qəbələ rayon Məhkəməsinin qətnaməsi əsasında verilmişdir. Azərbaycan Respublikasında torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Eyni zamanda qeyd etmək istəyirik ki, iddiaçı tərəfindən göstərilən faktiki olaraq sahəsi 0,80 hektardır. Torpaq sahəsi kənd təsərrüfat təyinatlı, uqodiyası daşlıq-qumluq olan ərazidir” (işin İ cildinin 44-cü səhifəsi).
50. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdehin Şəki İnzibati Məhkəməsinə yazdığı xx.xx.2022-ci il tarixli, **********74 saylı iddiaçının iddiasına dair etirazında göstərilmişdir ki, “yeni tərtib edilmiş uçot materiallarına (TEKUİS) əsasən mülkiyyətçisi – bələdiyyə, təyinatı-yaşayış məntəqələrinin torpaqları, uqodiyasıçoxillik əkmələr olan torpaq sahəsi kimi baza məlumatlarında öz əksini tapmışdır.”
51. Daha sonra etirazda bildirilmişdir ki, “iddiaçının iddia etdiyi torpaq sahəsi Qəbələ rayon Bum qəsəbəsi inzibati ərazi dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası daşlıq-qumluq olan yararsız ərazi olmaqla bələdiyyənin mülkiyyətinə aiddir.”
52. Həmçinin etirazda yazılmışdır ki, **********52 reyestr nömrəli çıxarış (iddiaçının adı olan, Qeyd: Ali Məhkəmənindir) tərtib edilənədək və ondan sonra torpaq sahəsinin təyinatında, uqodiyasında dəyişiklik baş verməmişdir.
53. Bundan başqa qeyd edilməlidir ki, cavabdehin işdə müəyyən fərqliliklə iki mütəxəssis rəyi var və hər ikisi də DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin şöbə müdiri Arif Rəsulov tərəfindən imzalanmışdır.
54. Belə ki, 4 avqust 2023-cü il tarixli rəydə göstərilmişdir ki, “İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş iddiaçının istifadəsində olan 0,80 hektar torpaq sahəsi Qəbələ rayonu Bum qəsəbə inzibati sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası daşlıq-qumluq olan ərazidir.” (işin İİ cildinin 106-cı səhifəsi). 55. 27 sentya br 2023-cü il tarixli eyni vəzifəli şəxsin imzaladığı mütəxəssis rəyində isə qeyd edilmişdir ki, “İddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş iddiaçının istifadəsində olan 0,80 ha torpaq sahəsi Qəbələ rayonu Bum qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Qəbələ rayonu Bum qəsəbə İnzibati ərazi dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası daşlıq-qumluq olan Bum bələdiyyəsinin mülkiyyətinə aid ərazidir.” (işin İİ cildinin 116-cı səhifəsi).
56. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin həm yuxarıda göstərilmiş mütəxəssis rəyləri arasında olan fərqlilik olmaqla yanaşı, işin İ cildinin 45-ci səhifəsində olan xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Qəbələ rayon u, Bum qəsəbəsi ünvanında olan torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir, yəni bir tərəfdən cavabdeh mütəxəssis rəyində yazır ki, iddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,80 hektar torpaq sahəsi Bum Bələdiyyəsinin mülkiyyətinə aiddir, digər tərəfdən, sözügedən çıxarışa görə 1,0 hektar torpaq sahəsi iddiaçının mülkiyyətindədir ki, bu da aşkar şəkildə işin ziddiyyətli tərəfi olmaqla tam və hərtərəfli araşdırılmamışdır.
57. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının sözügedən çıxarışında yazılmışdır ki, torpağın kateqoriyası hissəsində “Kənd təsərrüfatı təyinatlı torpaqlar” göstərildiyi halda, sözügedən “Torpaq sahəsinin planı və ölçüsü” adlanan xx.xx.2011ci il tarixli sənəddə torpağın təyinatı “Kənd təsərrüfatı məhsulları istehsalı” kimi yazılmışdır.
58. Bu məsələ də araşdırılmamış qalmışdır.
59. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi mübahisə predmeti olan torpaq sahəsi üzrə hüquqi münasibətlər qanuni qüvvəyə minmiş Qəbələ Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2/025150/2009 saylı qətnaməsi əsasında yaranmışdır.
60. Belə ki, sözügedən iş üzrə iddiaçılar İddiaçı və qeyrilərinin iddiası təmin edilərək, Qəbələ rayonu Bum bələdiyyəsinin fondundan, hazırda iddiaçılar İddiaçı və qeyrilərinin istifadəsində olan 1,0 hektar torpaq sahəsi X2, İddiaçı və X7 mülkiyyətinə verilmiş, həmin 1,0 hektar torpaq sahəsinin iddiaçılar X4, İddiaçı və X7 adına rəsmiləşdirilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinə tapşırılmışdır.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qətnamə ilə iddiaçıya hansı kateqoriyadan olan 1,0 hektar torpaq sahəsinin verilməsi, qətnaməni icra edən məhkəmə icra orqanından, icra icraatına dair açılmış iş tələb edilib öyrənməklə, müfəssəl olaraq araşdırılmamışdır, yəni qətnamənin icra edilməsi qanuna uyğun keçirilmişdir kimi məsələ tədqiq edilməmişdir.
62. Bundan başqa TEKUİS-dəki yazının düzgün olması da araşdırılmamışdır.
63. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə geniş həcmdə sübutların araşdırılması tələb olunduğu üçün, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilmə li, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
64. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-377/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.