Məhkəmə qərarları › İş №2-1(102)-4544/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4544/2025

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4544/2025 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində iki ayrı mənzilə ayrıca hüququn qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Işin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi 1111107684, qeydiyyat tarixi ##.##.2011-ci il) əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küç, ev 148, mənzil 412- 413 iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir.

2. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küç, ev 148, mənzil 412-413-ə həm 412, həm də *** nömrəli mənzillərə ayrıca hüququnun qeydə alınıb çıxarış və texniki pasport verilməsini xahiş etmişdir.

3. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən İddiaçı ünvanlanmış 3- 21-3 30/2-D0123-8/2023 ************ saylı ##.##.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən ***-*** saylı mənzilə bölgü sxeminin tərtib edilməsi barədə ərizənizə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, texniki pasporta əsasən bölünməsi nəzərdə tutulan mənzilin ayrıca kommunal şəraiti olmadığından müraciətin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küç, *** saylı evin 412 və *** nömrəli mənzillərə dair mülkiyyət hüququnun təsdiqi üçün hər bir mənzilə dair ayrı-ayrılıqda müvafiq çıxarışın verilməsi öhdəliyinin Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 412-413 ünvanından yerləşən mənzil ##.##.2011-ci il tarixli çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. Bildirir ki, əvvəllər Bakı Şin Zavoduna məxsus olmuş yaşayış binaları, o cümlədən ünvan 5 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binası Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.2003-cü il tarixli, *** saylı sərəncamı ilə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. ünvan 1 412-413 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan mənzillər həmçinin, mülkiyyətçinin və ailə üzvlərinin istifadəsindədir. Qeyd edir ki, ünvanda 2 ayrı mənzil mövcud olmaqla, 2 ayrı çıxarışın verilməsinə zərurət yaranmışdır. Belə ki, mənzilin ünvanında qeyd edildiyi kimi həmin ünvanda mənzil 412 və mənzil 413 olmaqla iki ayrı mənzil mövcuddur. Bu əsasla hər mənzil üçün ayrı çıxarışın verilməsi məqsədilə ##.##.2023-cü il tarixli ərizə ilə Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə müraciət edilmişdir. Inzibati orqan tərəfindən ##.##.2023-cü il tarixli məktuba əsasən müraciətə imtina cavabı verilmişdir. Imtina cavabında qeyd olunur ki, texniki pasporta əsasən bölünməsi nəzərdə tutulan mənzilin ayrıca kommunal şəraiti olmadığından müraciətin icrası mümkün olmamışdır, həmçinin mənzil bölünməz əşya hesab edilmişdir. O hesab edir ki, imtina tamamən əsassızdır. Belə ki, imtina məktubuna əsasən inzibati orqan 2 səbəbə istinad etmişdir: 1. ayrıca kommunal şəraitin olmaması; 2. mənzilin bölünməz əşya hesab edilməsi. Ilk öncə bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Inzibati orqanın birinci arqumentinə münasibətdə qeyd edir ki, inzibati orqanın istinad etdiyi texniki pasport ##.##.2011-ci il tarixlidir, yəni həmin texniki pasporta əsasən hazırki mənzillərə adı çəkilən çıxarış verilmişdir. Çıxarışın verildiyi zaman təqdim edilən texniki pasport layihəsi cari vəziyyətin də elə olduğu mənasına gəlməməlidir. Əvvəla çıxarışda mənzilin ünvanında qeyd edildiyi və texniki pasportda göründüyü kimi həmin ünvanda mənzil 412 və mənzil 413 olmaqla iki ayrı mənzil mövcuddur. Qeyd edilən mənzillərin arasında ümumi dəhlizin olması həmin mənzillərin bir mənzil olmasını istisna edir. Inzibati orqanın 2011-ci il tarixində bir kommunal təsərrüfatın olmasına əsasən verdiyi qərar cari tarixdə eyni addımın atılmasına səbəb olmamalıdır. Belə ki, hazırda qeyd edilən mənzillər iki ayrı mənzil olmaqla, iki ayrı kommunal təsərrüfata malikdir.

6. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı İddiaçı Bakı şəhəri, ünvan 5 saylı evin mülkiyyətində olan 412 və *** saylı mənzillərinə dair mülkiyyət hüququnun hər bir mənzilə dair ayrı-ayrılıqda daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Iddiaçı müvafiq tələb ilə bağlı ##.##.2023-cü il tarixli ərizə ilə * saylı Bakı Ərazi Idarəsinə müraciət etmiş və ##.##.2023-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum oldu ki, texniki pasporta əsasən bölünməsi nəzərdə tutulan mənzilin ayrıca kommunal şəraiti (mətbəx və s.) olmadığı, yalnız yaşayış sahəsinin olduğu müəyyən olunmuşdur. Məlumat üçün bildirilir ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən ***-*** saylı mənzili mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Inzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.

7. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən ***-*** saylı mənzilə dair cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2011-ci il tarixli mənzilin planı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdə yaşayış sahəsi 24 kv.m qeyd edilməsinə baxmayaraq mənzildə aparılmış inventarlaşdırma işləri nəticəsində yaşayış sahəsinin 28 kv m olduğu aşkar edilmişdir.

8. Məhkəmənin sorğusu əsasında cavabdeh mənzilin arxiv sənədlərini məhkəməyə təqdim etmişdir. Arxiv sənədlərinə görə Nərimanov Rayon Icra Hakimiyyəti başçısının ##.##.2001-ci il tarixli *** saylı sərəncamından görünür ki, Bakı Şin zavodunun müdiriyyəti və Həmkarlar Ittifaq Komitəsinin ##.##.2001-ci il tarixli ** saylı protokolu təsdiq edilmiş, Əliyar Əliyev küçəsindəki *** saylı evin yaşayış sahəsi 24 kv.m olan 2 otaqlı ***-*** saylı mənzilə 4 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 oğlu) İddiaçı order verilmişdir. Orderə yazılmışdır: İddiaçı, X2, X1, X3. Vətəndaş İddiaçı ailə üzvləri ilə birgə mənzil növbəsindən çıxarılmışdır. Nərimanov Rayon Icra Hakimiyyətinin ****** saylı ##.##.2002-ci il tarixli orderindən görünür ki, İddiaçı Əliyar Əliyev küçəsindəki *** saylı evin yaşayış sahəsi 24 kv.m olan 2 otaqlı ***-*** saylı mənzildə ailəsi ilə qeydiyyatdadır. Bakı Şəhər Icra Hakimiyyəti Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin *** saylı Mənzil-Kommunal Istismar Sahəsinin *** nömrəli ##.##.2011-ci il tarixli arayışından görünür ki, İddiaçı Əliyar Əliyev küçəsindəki *** saylı evin yaşayış sahəsi 24 kv.m olan 9 mərtəbəli evin 4-cü mərtəbəsində 2 otaqlı ***-*** saylı mənzildə yaşayır. Ailəsi 4 nəfərdən ibarətdir. İddiaçı, X2, X1, X3. X2 ##.##.2011-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən ***- *** saylı mənzilin həyat yoldaşı- İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. X1 ##.##.2011-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən ***-*** saylı mənzilin atası-İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.

9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən daşınmaz əmlak hüquqmüəyyənedici sənəd üzrə yaşayış sahəsi 28 kv.m, ümumi sahəsi 34.4 kv.m-dır. Arxiv texniki pasporta əsasən bölgü nəzərdə tutulan mənzilin bölgü üçün kommunal şəraiti (mətbəx, sanitar qovşağı) olmadığından işin icrası mümkün olmadı.

10. Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ##.##.2024-cü il tarixli *-**-**/*-***/**** saylı məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış binasının mərtəbəlilik planının təsdiq edilmiş surətinin təqdim olunması barədə Bakı Şəhər Icra Hakimiyyətindən daxil olmuş məhkəmə sorğusuna baxılmışdır. Bildirilir ki, Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.2003-cü il tarixli, *** saylı sərəncamı ilə əvvəllər Bakı Şin Zavoduna məxsus olmuş yaşayış binaları, o cümlədən ünvan 5 saylı ünvanda yerləşən 9 mərtəbəli yataqxana binası balansa qəbul edilmişdir. Hal-hazırda həmin bina * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı binanın texniki pasportu (eskiz layihəsi) təhvil verilmədiyindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.

11. Bakı Şəhər Nərimanov Rayon Icra Hakimiyyətinin ##.##.2024-cü il tarixli *-**/****/**** saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 412 və *** nömrəli mənzillərə dair yenidənqurulma işləri ilə bağlı hər hansı razılaşdırma sənədi və digər məlumatlar aşkarlanmadı. Məlumat üçün bildirilir ki, Nərimanov RIH başçısının ##.##.2019-cu il tarixinədək qəbul edilmiş sərəncamları Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, ** №-li Sərəncamına əsasən, yerli icra hakimiyyəti başçıları tərəfindən təsdiq edilmiş iş nomenklaturasına uyğun olaraq, sənədlər 5 ildən, məktublar isə 3 ildən sonra məhv edilir.

12. Bakı Inzibati Məhkəməsinin (hakim Aysev Almazova) *-*(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mənzilin hər iki otağında artıq ayrıca kommunal şəraitin yaradılması və hazırda mövcudluğu barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən nə yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması qaydalarına, nə də məlumatlandırma icraatının tətbiqi qaydalarına riayət edilməsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə bir sübutun mövcud olmaması məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Nərimanov Rayon Icra Hakimiyyəti ##.##.2024-cü il tarixli məktubla ünvan 2 ünvanında yerləşən ***-*** nömrəli mənzilə dair yenidənplanlaşdırma işləri ilə bağlı hər hansı razılaşdırma sənədi və digər məlumatın mövcud olmadığını bildirmişdir.

14. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər Şərafət Məmmədova–məruzəçi, Ceyhun Məmmədov, Pərviz Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *- *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən daşınmaz əmlak hüquqmüəyyənedici sənəd üzrə yaşayış sahəsi 28 kv.m, ümumi sahəsi 34.4 kv.m-dır. Arxiv texniki pasporta əsasən bölgü nəzərdə tutulan mənzilin bölgü üçün kommunal şəraiti (mətbəx, sanitar qovşağı) mövcud olmamışdır. Təqdim edilmiş mənzilə dair texniki pasportdan da görünür ki, ***-*** saylı mənzilin otaqlarının giriş-çıxışı fərqli olsa (ümumi dəhlizdə yerləşsə) da, mənzil iki ayrı otaqdan ibarət olmaqla mənzilə dair yalnız bir yardımçı sahə (mətbəx, sanitar qovşağı) mövcud olmuşdur. Eyni zamanda iddiaçının mənzilin qeydiyyatı hüquqmüəyyənedici sənədinə və faktiki vəziyyətinə uyğun olaraq bir mənzil kimi aparılmışdır.

17. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.

19. Iddiaçı əlavə olaraq bildirmişdir ki, inzibati orqanın birinci arqumentinə münasibətdə qeyd edilməlidir ki, inzibati orqanın istinad etdiyi texniki pasport ##.##.2011-ci il tarixlidir, yəni həmin texniki pasporta əsasən hazırkı mənzillərə adı çəkilən çıxarış verilmişdir. Çıxarışın verildiyi zaman təqdim edilən texniki pasport layihəsi cari vəziyyətin də elə olduğu mənasına gəlməməlidir. Əvvəla, çıxarışda mənzilin ünvanında qeyd edildiyi və texniki pasportda göründüyü kimi həmin ünvanda mənzil 412 və mənzil 413 olmaqla iki ayrı mənzil mövcuddur. Qeyd edilən mənzillərin arasında ümumi dəhlizin olması həmin mənzillərin bir mənzil olmasını istisna edir. Inzibati orqanın 2011-ci il tarixində bir kommunal təsərrüfatın olmasına əsasən verdiyi qərar cari tarixdə eyni addımın atılmasına səbəb olmamalıdır. Belə ki, hazırda qeyd edilən mənzillər iki ayrı mənzil olmaqla, iki ayrı kommunal təsərrüfata malikdir.

20. Inzibati orqanın ikinci arqumentinə münasibətdə qeyd edilir ki, Mülki Məcəllənin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Yəni ünvanda mövcud olan iki mənzilə ayrı ayrılıqda çıxarışın verilməməsi üçün qanunvericiliklə heç bir məhdudiyyət mövcud deyildir. Həmçinin, iddiaçının iki mənzili də müstəqildir, iddiaçı hər hansı bölünmə əməliyyatı həyata keçirməmişdir. Belə ki, iddiaçı mənzilin divarlarına və ya ümumi daşıyıcı konstruksiyalarına müdaxilə etməmişdir. Sadəcə mənzil üzrə kommunal təsərrüfat məqsədli daxili planlama və funksional olaraq bölünmə aparılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı

7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: …

23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələr 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. Maddə 23. Yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının növləri 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Maddə 24. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildəərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. 24.2-1. Bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X7 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 24.3. Razılaşdırmanı həyata keçirən orqan bu Məcəllənin 24.2-ci maddəsi ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini tələb edə bilməz. Ərizəçiyə sənədlərin siyahısı və razılaşdırmanı həyata keçirən orqan tərəfindən qəbuletmə tarixi göstərilməklə qəbz verilir. 24.4. Razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 24.5. Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.6. Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır.

24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının bir mənzilin iki otağına ayrıca hüququn qeydə alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, mənzilin arxiv sənədlərinə görə yaşayış sahəsi 24 kv.m olan 2 otaqlı ***-*** saylı mənzilə 4 nəfər ailə üzvü ilə iddiaçı İddiaçı order verilmişdir. Orderdə mənzilin yaşayış sahəsi 24 kv.m olan 2 otaqlı ***-*** saylı mənzil qeyd edilmişdir. Ailə üzvlərinin razılığı əsasında mənzil iddiaçının adına özəlləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Hər iki sənəddə mənzil ***-*** saylı mənzil kimi qeyd edilmişdir.

32. Bundan başqa, Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən daşınmaz əmlak hüquqmüəyyənedici sənəd üzrə yaşayış sahəsi 28 kv.m, ümumi sahəsi 34.4 kv.m-dır. Arxiv texniki pasporta əsasən bölgü nəzərdə tutulan mənzilin bölgü üçün kommunal şəraiti (mətbəx, sanitar qovşağı) olmamışdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhər Nərimanov Rayon Icra Hakimiyyətinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 412 və *** nömrəli mənzillərə dair yenidənqurulma işləri ilə bağlı hər hansı razılaşdırma sənədi və digər məlumatlar aşkarlanmamışdır.

34. ünvan 2 ünvanında yerləşən ***-*** nömrəli mənzilin iki ayrı mənzil kimi ayrılmasına dair yenidən qurulması, habelə yenidən planlaşdırılması ilə bağlı Mənzil Məcəlləsinin yuxarıda sadalanan normalarına uyğun hər hansı inzibati akt qəbul edilməmişdir.

35. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar