Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-455/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar söz: elmi dərəcəyə görə vəzifə maaşına əlavənin yeni vəzifə maaşı kimi hesablanması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Iddiaçı, cavabdehin nümayəndəsi və vəkili iştirakı ilə Iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə öhdəliyin icra edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli 2-1(103)-2073/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 2 9.01.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Tibb Universiteti nəzdində təşkil edilmiş *** **** şifrli birdəfəlik Dissertasiya Şurasının 23.12.2011-ci il tarixli qərarı ilə iddiaçıya – “pataloji anatomiya” və “məhkəmə təbabəti” ixtisaslarında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verməyi qərara alınmış və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında bu qərarın təsdiqi barədə vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən iddiaçıya elmi dərəcəyə görə 01.01.2012-ci ildən 31.01.2013-cü ilədək əlavə ödənilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin **** nömrəli 30 dekabr 2012-ci il tarixli əmri ilə “Hərbi x idmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq, Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsi rəisi – Silahlı Qüvvələrin Tibb Xidmətinin rəisinin sərəncamından “tibb xidməti mayoru” hərbi rütbəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq Müdafiə Nazirliyinin 8 nömrəli 08 yanvar 2013cü il tarixli əmri ilə 08 aprel 2013-cü il tarixdən Müdafiə Nazirliyini şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Iddiaçı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 noyabr 2013-cü il tarixli qərarı ilə “fəlsəfə doktoru” elmi dərəcəsi verilmişdir. Bundan sonra iddiaçı barəsində tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qullu qçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilmiş məlumat vərəqində vəzifə maaşı – 402 manat, rütbə maaşı – 130 manat, xidmət illərinə görə 30 faiz əlavə 159,60 manat, 1-ci məharət dərəcəsinə görə 25 faiz əlavə - 100.50 manat, xüsusi qulluq şəraitinə görə 15 faiz əlavə - 60.30 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası – 64 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə - 36 manat təşkil etmişdir. Daha sonra isə Müdafiə Nazirliyi tərəfindən göndərilmiş 19.02.2019-cu il tarixli “Məlumat vərəqi”ndə fəlsəfə doktoru elmi adına görə məbləğ 40 manat kimi göstərilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında” 26 may 1996-cı tarixli 60 nömrəli qərarının 12-ci bəndinin tələblərinə uyğun olaraq, elmi dərəcəyə görə vəzifə maaşına əlavə yeni vəzifə maaşı kimi hesablamaq öhdəliyinin, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən, “Azərbaycan Ordusunun Hərbi Qulluqçularının Pul təminatı Haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Müdafiə Nazirinin 19.10.2017-ci il tarixli, 22 nömrəli Qərarının qüvvəyə minməsi ilə əlaqədar, həmin Qərarın 13.3.4-cü maddəsinin “xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 20 %-i miqdarında üstəlik əlavə hesablanması” tələbinin bu Qərarın qüvvəyə minməsindən əvvəlki dövrdə yaranmış münasibətlərə də şamil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2-1(81)1631/2019 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Ordusunun Hərbi Qulluqçularının pul təminatı Haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Müdafiə Nazirinin 19.10.2017-ci il tarixli, 22 nömrəli Qərarının 13.3.4-cü maddəsinin (xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 20 %-i miqdarında üstəlik əlavə hesablanması) iddiaçı şamil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən rədd edərkən hesab etmişdir ki, “Vəzifə maaşlarına elmi dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 155 nömrəli 19 aprel 1994-cü il tarixli Qərarının 2-ci bəndində, habelə “Azərbayca n Respublikası əməyin ödənilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 60 nömrəli 26 may 1996-cı il tarixli Qərarının 12-ci bəndində elmi adlara görə əlavələrin yeni vəzifə maaaşını təşkil etməsi və qanunvericikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınması qeyd edilsə də, “Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin məbləğlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 259 nömrəli, 14 iyun 2017-ci il tarixli Qərarının 3-cü bəndində bu müddəalar qüvvədən düşmüş və həmin əlavələrin vəzifə maaşını təşkil etməməsi, lakin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta aylıq əmək haq qının hesablanmasında nəzərə alınması müəyyən edilmişdir. Göründüyü kimi, elmi adlara görə əlavələr bütün hallarda orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmışdır. Həmin qərardan iddiaçı tərəf apellyasiya şikayəti verərək onun təmin edilməsini qərarın iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 60 nömrəli “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında” Qərarının 12-ci bəndinin iddiaçı 08.04.2013-cü ildə ehtiyata buraxılan zaman qüvvədə olmuş “elmi dərəcəyə görə vəzifə maaşına əlavə yeni vəzifə maaşını təşkil edir” tələbinin iddiaçı Iddiaçı şamil edilməsi və bununla əlaqədar pensiy anın yenidən hesablanması üçün onun adına yeni “Məlumat vərəqi” tərtib edilərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli 2-1(103)-2073/2019 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2019-cu il tarixli, 21(81)- 1631/2019 saylı qərarı iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia həmin hissədə də təmin edilmiş, “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında” Nazirlər Kabinetinin 26 may 199 6cı il tarixli 60 nömrəli Qərarının 12-ci bəndinin iddiaçı 08.04.2013-cü ildə ehtiyata buraxılan zaman qüvvədə olmuş “elmi dərəcəyə görə vəzifə maaşına əlavə yeni vəzifə maaşını təşkil edir” tələbi Iddiaçı şamil edilsin, pensiyanın yenidən hesablanması üçün onun adına yeni Məlumat vərəqinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi Silahlı Qüvvələrdə məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya işi üzrə ali elmi-metodiki, diaqnostik və nəzarət orqanıdır, iddiaçı fəlsəfə doktoru elmi adına görə vəzifə maaşına əlavə almışdır. Elmi dərəcəyə görə vəzifə maaşın a əlavə yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli 2-1(103)-2073/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.05.1996cı il tarixli 60 nömrəli qərarının 11-ci bəndinə əsasən Elmlər Akademiyası, nazirlik və idarələrin elmi və elmi-tədqiqat təşkilatlarının, ali məktəblərin, habelə digər elmi və elmitədqiqat idarələrinin rəhbər və elmi işçilərinin Vahid Tarif Cədvəlinə müvafiq olaraq təyin edilmiş vəzifə maaşların a aşağıdakı məbləğdə əlavələr müəyyən olunsun: birinci kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 250000 manat, elmlər namizədi, alimlik dərəcəsi olan işçilərə 150000 manat məbləğində; ikinci kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 220000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə isə 120000 manat məbləğində; üçüncü kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində və digər elmitədqiqat idarələrində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 190000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə isə 90000 manat məbləğində.» Həmin Qərarın 12-ci bəndinə əsasən bu qərarın 11-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır. İddiaçı Müdafiə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Mərkəzində Komission və təkrar ekspertizalar bölməsinin rəisi vəzifəsindən 08.04.2013-cü il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının xidmət etdiyi hərbi təşkilat və orada tutduğu vəzifə yuxarıda qeyd olunan Qərarın 11-ci bəndində göstərilən elmi və elmitədqiqat təşkilatlarının, ali məktəblərin, habelə digər elmi və elmi-tədqiqat idarələrinə aid deyildir. Bundan əlavə, iddiaçıya elmi dərəcəyə görə əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.05.1996-cı il tarixli 60 nömrəli qərarının 14-cü bəndinə əsasən həyata keçirilir. Bu bənddə isə qərarın 11-ci bəndinə istinad yoxdur. Kassator MPM-nin 386, 402, 404.1.1, 406, 418-ci maddələrinə, İPM-nin 90, 93,94cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli 2-1(103)-2073/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2019-cu il tar ixli 2-1(103)-2073/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, Azərbaycan Tibb Universiteti nəzdində təşkil edilmiş *** **** şifrli birdəfəlik Dissertasiya Şurasının 23.12.2011-ci il tarixli qərarı ilə iddiaçıya – “pataloji anatomiya” və “məhkəmə təbabəti” ixtisaslarında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verməyi qərara alınmış və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında bu qərarın təsdiqi barədə vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən iddiaçıya elmi dərəcəyə görə 01.01.2012-ci ildən 31.01.2013-cü ilədək əlavə ödənilmi şdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin **** nömrəli 30 dekabr 2012-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq, Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsi rəisi – Silahlı Qüvvələrin Tibb Xidmətinin rəisinin sərəncamından “tibb xidməti mayoru” hərbi rütbəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq Müdafiə Nazirliyinin 8 nömrəli 08 yanvar 2013-cü il tarixli əmri ilə 08 aprel 2013-cü il tarixdən Müdafiə Nazirliyini şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Iddiaçı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 noyabr 2013-cü il tarixli qərarı ilə “fəlsəfə doktoru” elmi dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 60 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında” Nazirlər Kabinetinin 19.04.1994-cü il tarixli 155 nömrəli Qərarının 12-ci bəndində qeyd edilmişdir ki, “Müəyyən edilsin ki, bu qərarın 11-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır.” Həmin Qərarın 11-ci bəndinə əsasən birinci, ikinci, üçüncü kateqoriyalı elmi və elmitədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə, elmlər namizədi, alimlik dərəcəsi olan işçilərə Elmlər Akademiyası, nazirlik və idarələrin elmi və elmi-tədqiqat təşkilatlarının, ali məktəblərin, habelə digər elmi və el mitədqiqat idarələrinin rəhbər və elmi işçilərinin Vahid Tarif Cədvəlinə müvafiq olaraq təyin edilmiş vəzifə maaşlarına əlavələr müəyyən olunmuşdur. Həmin Qərarın 12-ci bəndinə əsasən bu qərarın 11-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır. Yuxarıda qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, elmi dərəcəyə görə vəzifə maaşına əlavə yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır. Məhkəmə kollegiyası kassatorun “iddiaçının xidmət etdiyi hərbi təşkilat və orada tutduğu vəzifə Qərarın 11-ci bəndində göstərilən elmi və elmi-tədqiqat təşkilatları nın, ali məktəblərin, habelə digər elmi və elmi-tədqiqat idarələrinə aid olmamasına” dair dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 fevral 2015-ci il tarixli 8 N-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri tibb xidmətinin dinc dövrdə idarəetmə orqanları, tibbi hərbi hissə və müəssisələri haqqında Əsasnamə”nin 6.4.1-ci bəndində qeyd edilmişdir ki, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi Silahlı Qüvvələrdə məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya işi üzrə ali elmi-metodiki, diaqnostik və nəzarət orqanıdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 fevral 2015-ci il tarixli 7 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində məhkəmə-tibbi və patalojianatomik xidmətinin təşkil i və keçirilməsi haqqında Əsasnamə”də qeyd edilmişdir ki, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi Silahlı Qüvvələrdə müxtəlif məhkəmə ekspertizalarını (məhkəmə-tibbi, məhkəmə-kimyəvi, məhkəmə-bioloji və s.) keçirmək və patoloji-anatomik müayinə aparmaq üçün təyin olunmuş xüsusi tibbi-hərbi müəssisədir, məhkəmə təbabəti və patoloji anatomiya sahəsində rezidentlər və ştatdankənar həkim-ekspertlər üçün tədris bazasıdır. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, iddiaçının işlədiyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi Silahlı Qüvvələrdə məhkəmətibbi ekspertiza və patoloji anatomiya işi üzrə ali elmi-metodiki, diaqnostik və nəzarət orqanıdır və Qərarın 11-ci bəndində göstərilən elmi və elmi-tədqiqat idarələrinə aiddir. İnzibati-Prosessual Məcəl lənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instans iya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli 2-1(103)-2073/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-455/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-455/2020
29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver