Məhkəmə qərarları › İş №2-1(102)-455/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-455/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-455/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "X"-in cavabdeh "Y"-ə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyanın yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, 09.03.2021 hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynova Sevda Əziz qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının, İddiaçı "X" və onun vəkili cavabdeh "Y" və onun vəkili iştirakı ilə, İddiaçı "X" cavabdeh "Y"-ə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Ko llegiyasının 2020-ci il 16 noyabr tarixli 2-1(103)-BAM/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. İş materiallarında olan İT-1№1439732 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı "X" (bundan sonra – İddiaçı) 1989-cu il 24 iyul tarixindən əmək fəaliyyətinə başlamış, 2003cü il 25 dekabr tarixli 298/k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “C” bəndinə əsasən peşə xəstəliyi ilə əlaqədar olaraq əmək qabiliyyətini itirdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir.

2. İş üzrə tədqiq olunmuş ******* Nazirliyi *** saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının ******** rayon Şöbəsinin arayışindan görünür ki, İddiaçı peşə xəstəliyi səbəbindən müddətsiz 2-ci qrup əlillik dərəcə si verilmişdir.

3. Sorğu əsasında məhkəməyə daxil olmuş İddiaçı məxsus 320065 saylı pensiyaçının uçot vərəqindən görünür ki, İddiaçı 2004-cü il 12 yanvar tarixdə 2-qrup əlilliyə görə ona 150,84 manat pensiya təyin edilmişdir.

4. Azərbaycan ************ Birliyi ********** İdarəsinin 2010-cu il 30 sentyabr tarixli 01-7/43 saylı arxiv arayışından görünür ki, İddiaçı NQÇİ-nin QƏYTS-də qazmaçı peşəsində işləmişdir və onun 2000-2003-cü illər üzrə əmək haqqının aylar üzrə məbləği ümumilikdə 40.505.819 manat təşkil etmişdir.

5. DSMFYRŞ-in 2018-ci il 5 noyabr tarixli ********** nömrəli məktubu ilə İddiaçı ərizəsinə cavab olaraq bildirilmişdir ki, təqdim olunan sənədlər əsasında pensiyanın yenidən hesablanması hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Başqa sözlə, həddin götürülməsi ilə bağlı hesablamalar 2006-cı il 1 yanvar tarixinədək hesablanmış pensiyalara şamil edilirdi. 13 il 3 ay sığorta stajı ilə pensiyanın hesablanması pensiyanın indiki məbləğində dəyişiklik yaratmır.

6. DSMFYRŞ-in İddiaçı ünvanlanmış 2018-ci il 11 dekabr tarixli ********** nömrəli məktubunda qeyd olunmuşdur ki, həddin götürülməsi ilə bağlı yenidən hesablama təyin edilmiş əmək pensiyalarında istifadə olunan, “pensiyanın hesablanması üçün əsas götürülmüş orta aylıq əmək haqqından hesablanır”. Təqdim edilmiş əmək haqqı arayışının qeydiyyat tarixindən də görünür ki, 2010-cu il 30 sentyabr tarixində arxiv arayışı alınmış ilkin pensiya təyinatı zamanı pensiya hesablanmasına daxil edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instans iya məhkəməsində icraat

7. İddiaçı 2019-cu il 22 yanvar tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinə (bundan sonra – DSMFYRŞ) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək təyin olunmuş pensiyasının 2008-ci il 1 yanvar tarixindən faktiki orta aylıq əmək haqqından hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 2008-ci il 1 yanvar tarixində qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2, 26, 27.1-ci maddələri və 2006-cı il 1 yanvar tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Resp ublikası Qanununun 17, 71, 72-ci maddələrinə uyğun olaraq 2002-2003-cü illərin orta aylıq əmək haqqı əsas götürülməklə pensiyasının 2008-ci il 1 yanvar tarixindən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin DSMFYRŞ-in üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2004-cü il 21 yanvar tarixindən 2-ci dərəcəli peşə xəstəliyi səbəbindən əlilliyə görə əmək pensiyası alır. Həmin pensiya o dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 27-ci maddəsinə əsasən müəyyən olunaraq onun 13 il 3 ay 14 gün ümumi iş stajından və həmin Qanunun 71-ci maddəsinə əsasən NQÇİ-nin mühasibatlığı tərəfindən verilmiş əmək fəaliyyətinin son 24 ayının əmək haqqı əsas götürülməklə ona hesablanmış, lakin h əmin Qanunun 78-ci maddəsinin tələbinə uyğun olaraq orta aylıq əmək haqqı məhdudlaşdırılmaqla (3 mislindən artıq olmamaqla) ödənilmişdir. Həmin məhdudiyyət "Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsinin 2008-ci ildən qüvvəyə minmiş redaksiyasına görə aradan qaldırılmış və pensiyanın orta aylıq əmək haqqının tam məbləğindən hesablanması müəyyənləşdirilmişdir. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 aprel tarixli 2-1(81)-Bİİ/19 saylı qərarı ilə iddia təmin edilmişdir (hakim – Ş.S).

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, DSMFYRŞ-in imtinasında göstərilmiş mövqeyi əsaslı olsa da, bu hal İddiaçı pensiya hüququnu məhdudlaşdırır. Belə ki, DSMFRYŞ öz etirazında İddiaçı belə bir hüquqa malik olmasını dolayısı ilə etiraf etsə də və bu hal qanunvericilikdə öz əksini əvvəllər tapmış olsa da, müxtəlif vaxtlar "X"-in bu hüququnun olmasına baxmayaraq hazırda bu hal qanunvericilikdən çıxarılmışdır, lakin bu vəziyyət İddiaçı pensiya hüququndan daha səmərəli istifadə etməsinə dəlalət etməməlidir. Beləliklə də DSMFYRŞ-in imtinası əsassızdır.

12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – “ARK”) 16-cı maddəsinin İ, 38-ci maddəsinin İ, İİİ, 149-cu maddənin Vİİ hissələrinə; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 33.1, 52, 58.1, 68.1, 68.2-ci; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2, 19, 26, 27-ci, 37.7-ci; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 71, 72-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. DSMFYR Ş 2019-cu il 29 aprel tarixində həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 may tarixli 2-1(103)-BAM/2019 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 aprel tarixli 2-1(81)-Bİİ/19 saylı qərarı ləğv edilərək iddianın təmin edilməməsi qərara alınmışdır (sədrlik edən – C.Y, hakimlər – V.A və A.N).

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2011-ci il 1 iyul tarixindən 2006cı il 1 yanvar tarixinədək pensiyaya çıxmış şəxslərin pensiyalarının hesablamasının yeni prosedur qaydası müəyyənləşdirilmiş və İddiaçı istinad etdiyi 2008-ci il tarixindən qüvvədə olan normanın tətbiqi artıq öz mahiyyətini və mənasını itirmişdir.

16. Həmçinin 2017-ci il 1 iyul tarixindən, bu tarixdən təyin edilmiş pensiyalar üzrə qeyd olunan qaydada şərti çevrilmələrin, əlavələrin və artımların edilməsinin yeni prosedur qaydası müəyyənləşdirilmiş, qanunvericiliyin əvvəlki normaları ilə müəyyən edilən hesablama qaydaları qüvvədən düşmüşdür.

17. Məhkəmə bu qənaətini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə istinad etməklə əsaslandırmışdır.

18. Həmin qərardan İddiaçı 2019-cu il 9 iyul tarixində kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası m əhkəməsindəki birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 sentyabr tarixli 2-1(102)-AM/19 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 may tarixli 2-1(103)BAM/2019 saylı qərarı ləğv edilmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən – İ.H, hakimlər – N.R və Z.Q).

20. İşdə olan “Pensiyaçının uçot vərəqi”ndəki məlumatlara görə iddiaçıya 2008-ci il 1 yanvar tarixdən pensiya yenidən hesablanıb. Lakin iddiaçının dəlilləri də nəzərə alınmaqla, bu hesablamanın həmin vaxtda qüvvədə olan qanunun tələblərinə uyğun aparılıb-aparılmadığı (məlumatda qeyd edilən məbləğlərin əmələ gəlmə əsasları), aparılmadığı halda, DSM FYRŞ-in imtinasının əsası kimi qeyd etdiyi hallar da nəzərə alınmaqla, bunun səbəbləri məhkəmə araşdırmasının predmeti olmayıb. İddiaçı tələbi də məhz 2008-ci il 1 yanvar tarixindən tətbiq olunmalı olan normanın – “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsinin və həmin maddəyə əlavə edilmiş “Qeyd”in məzmunundan irəli gəlir.

21. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsində və həmin maddənin “Qeyd”ində təsbit olunanlar İddiaçı üçün yeni məzmunda, həm də üstün pensiya hüququ yaratdığı halda, bu, onun “qazanılmış hüququ” kimi nəzərə alınmalıdır. Həmin qanun normasındakı sonrakı dəyişiklik və əlavələr İddiaçı həmin dəyişiklik və əlavələrin qüvvəyə mindiyi vaxtadək mövcud olmuş h üquqa əsasən qazandıqlarını, lakin ondan asılı olmayan səbəblərə görə almadıqlarını tələb etmək imkanından (hüququndan) məhrum etmir.

22. Beləliklə, apellyasiya instansiyası məhkəməsi İddiaçı hazırkı məzmunda irəli sürdüyü tələbin əsaslarını “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixindən tətbiq edilməli olan 26.2-ci maddəsində və həmin maddənin “Qeyd”ində təsbit olunanlar nəzərə alınmaqla yoxlamalı idi.

23. Məhkəmə bu qənaətini İPM-nin 12, 58.7-ci maddələrinə; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2019-cu il 19 dekabr tarixli 21(103)-BAM/2019 saylı qərarı ilə DSMFYRŞ-in apellyasi ya şikayəti təmin olunmamış, lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 aprel tarixli 2-1(81)-Bİİ/19 saylı qərarı dəyişdirilərək, İddiaçı əmək pensiyasının 2002-2003-cü illər üzrə orta aylıq əmək haqqının tam məbləği əsas götürülməklə 2008-ci il 1 yanvar tarixindən yenidən hesablanması və keçmiş müddət üçün alınmamış pensiya fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin DSMF-nin * saylı Bakı Ərazi Şöbəsinə həvalə edilməsi qərara alınmışdır (sədrlik edən – V.B, hakimlər – E. və H.H).

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə (bax yuxarıda §11) ilə razılaşmış, bununla belə, qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində İddiaçı əmək pensiyasının əmək haqqının tam məbləği əsas götürülməklə hansı tarixd ən yenidən hesablanmalı olduğunu göstərmədiyindən (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı yenidən hesablamanı 2008-ci il 1 yanvar tarixindən tələb etdiyi halda) qərar həmin hissədə dəyişdirilməli, yenidən hesablamanın 2008-ci il 1 yanvar tarixindən həyata keçirilməli olduğu qərarın nəticə hissəsində qeyd edilməlidir.

26. Məhkəmə bu qənaətini İPM-nin 96.11-cı maddəsinə; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə istinad etməklə əsaslandırmışdır.

27. Həmin qərardan DSMFYRŞ 2020-ci il 24 fevral tarixində kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının 2020-ci il 1 iyul tarixli 2-1(102)-AM/20 saylı qərarı ilə kassasiya şikayəti təmin qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 dekabr tarixli 2-1(103)2934/2019 nömrəli qərarı ləğv edilmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən – İ.Ş, hakimlər – R.N və K.B).

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin İddiaçı qazanılmış pensiya hüququnun məhdudlaşdırılmasının yolverilməz olması barədə mövqeyi ilə razılaşmış, buna baxmayaraq göstərmişdir ki, bu hüquq hazırkı işin digər halları əsasında, pensiya işində olan sənədlərlə müqayisəli şəkildə müəyyən olunmalıdır.

30. Apellyasiya instansiyası məhkəməsi qərarında hazırkı iş üzrə Ali Məhkəmənin 2019-cu il 25 sentyabr tar ixli qərarında əksini tapmış hüquqi mövqelərin məcburi olduğunu bildirsə də, Ali Məhkəmənin qərarında işin hallarının tam araşdırılması barədə verilmiş göstərişə formal yanaşmış, hesablama ilə bağlı DSMFYRŞ-in nümayəndəsindən müfəssəl izahat tələb etməmiş, şifahi məhkəmə iclasında da nümayəndədən sual-cavab yolu ilə zəruri məlumatları almamışdır.

31. Ali Məhkəmə bu iş üzrə apellyasiya instansiyası məhkəməsinin 2019-cu il 30 may tarixli qərarını ləğv edərkən ona əsaslanmışdır ki, işdə olan “Pensiyaçının uçot vərəq”indəki məlumatlara görə İddiaçı 2008-ci ilin 1 yanvar tarixdən pensiya yenidən hesablanıb. Lakin iddiaçının dəlilləri də nəzərə alınmaqla, bu hesablamanın həmin vaxt qüvvədə olan qanunun tələblərinə uyğun aparılıbaparılmadığı (məlumatda qeyd edilən məbləğin əmələ gəlmə əsasları), aparılmadığı halda, cavabdehin imtinasının əsası kimi qeyd etdiyi hallar da nəzərə alınmaqla bunun səbəbləri məhkəmə araşdırmasının predmeti olmayıb.

32. Lakin apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən Ali Məhkəmənin qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq tam və hərtərəfli araşdırma aparmamışdır. Çünki İddiaçı pensiyası 2008-ci il 1 yanvar tarixində yenidən hesablanarkən buna əsas olmuş hüquqi faktlar sənədlərlə əksini tapmır. Həmin tarixdən yenidən hesablamanın hansı əsaslarla aparıldığı, İddiaçı indi tələb etdiyi məbləğdən fərqli olub-olmaması araşdırılmayıb.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı öz tələbini sübut etmək üçün təqdim etdiyi arxiv arayışı 2010-cu ildə verilmiş kserosurət olmaqla, düzgünlüyü təsdiq olunmamışdır. İşə əlavə olunmuş və lazımi şəkil də təsdiqlənməmiş “Pensiyaçının uçot vərəqi” 1942-ci il təvəllüdlü İddiaçı aiddir.

34. Təkrar apellyasiya baxışı zamanı sözügedən pensiya işi tələb olunub işə əlavə edilməklə tədqiq olunmalı, ona hansı növ pensiyanın hansı əsaslarla təyin olunduğu, 2008-ci ildə və sonralar yenidən hesablama aparılarkən nəyə istinad olunduğu barədə DSMFYRŞ-dən müfəssəl izahat alınmalı, İddiaçı iş materiallarının 30-cü səhifəsinə tikilmiş NQÇİ-nin 2010-cu il 30 sentyabr tarixli arayışının əsli tələb olunub işə əlavə olunmalı, zərurət olduqda həmin arayışda göstərilən məlumatların həqiqiliyini yoxlamaq üçün sorğu göndərilməli, toplanmış sübutların obyektiv qiymətləndirilməsi əsasında əsaslandırılmış qərar çıxarılmalıdır.

35. Məhkəmə bu qənaətini İPM-nin 58.7, 95, 96-cı maddələrinə; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə istinad etməklə əsaslandırmışdır. ə) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

36. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 noyabr tarixli 21(103)-BAM/2020 saylı qərarı ilə DSMFYRŞ-in apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 aprel tarixli 2-1(81)-Bİİ/2019 saylı qərarı ləğv edilmiş, iddianın təmin edilməməsi qərara alınmışdır (sədrlik edən – V.M, hakimlər – E.M və X.S).

37. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir, iddia məcburetmə haqqında iddia növünə aiddir. Bu növ iddialarda ilkin sübutetmə yükü qanunla iddiaçıya aid olduğundan məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibat i aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur. Hazırkı iş üzrə iddianın qaldırılması üçün İddiaçı ona hansı tarixdə hansı pensiyanın hansı qaydada hansı məbləğdə təyin edildiyini, əslində isə hansı tarixdə hansı qaydada hansı pensiyanın hansı məbləğdə təyin edilməli olduğunu konkret olaraq göstərməli, bununla bağlı dəlillərini və əsaslandırmasını təqdim etməli idi ki, müqayisədə onun hansı hüquqlarının pozulduğu məhkəmə tərəfindən düzgün anlaşılaraq bu müstəvidə araşdırma aparılsın.

38. Hazırkı iş üzrə iddia bu qaydada əsaslandırılmamışdır. İddiaçı 2001-2003-cü illərin əmək haqqısı barədə 2010-cu il 30 sentyabr tarixli arxiv arayışına istinad edir ki, bu da onun pensiya işində saxlanılan eyni dövrə aid əmək haqqının aylar üzrə məbləği barədə arayışdan onun əleyhinə olaraq fərqlənir (2002-ci ilə əmək haqqının cəmi məbləği arxiv arayışında 12.008.654 AZM, əmək haqqının aylar üzrə məbləği barədə arayışda isə 12.534.171 AZM-dir). Bununla da, işdən aşkar görünür ki, əmək pensiyasının 2001-2003-cü illərin əmək haqları üzərindən hesablanması barədə məlumatlı olan İddiaçı onun pensiya hüququnun pozulduğunu ehtimal edir və bu fərziyyənin sübut olunması arzusu ilə məhkəməyə müraciət etmişdir.

39. Başqa sözlə, İddiaçı hüquqlarının pozulduğunu konkretləşdirmədən, bununla bağlı zəruri sübutetmə və əsaslandırma hərəkətləri etmədən, bu hüquqların pozulmadığının inzibati orqan və məhkəmə tərəfindən sübut olunmasını tələb etmişdir ki, bu vəziyyət də İPM-in 15.1-ci maddəsinə ziddir. İPM-in 12 və 13-cü maddələrində əks olunan işin hallarının araşdırılması və məhkəməni n yardım etmək vəzifəsi prinsipləri məhkəmənin tərəflərin əvəzinə iddianın əsaslandırılması və sübutların təqdim olunması ilə bağlı müvafiq prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi demək deyil, o cümlədən, bu prinsiplər və onlardan irəli gələn obyektiv həqiqət prinsipi də ədalət mühakiməsinin statusuna uyğun olmayan formada mütləq anlamda qəbul edilməməlidir.

40. Məhkəmə hesab etmişdir ki, İddiaçı 2008-ci ildə pozulduğunu güman etdiyi hüquqlarının müdafiəsi ilə bağlı 2019-cu ildə məhkəməyə müraciət etmişdir. Halbuki MPM-nin həmin dövrdə qüvvədə olmuş 298-ci maddəsinə (xüsusi iddia icraatı) görə, şəxsin hüquq və azadlığının pozulması ilə bağlı məhkəməyə müraciət etmək üçün 1 aylıq müddət müəyyən olunmuşdur. İPM isə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilm əsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmamış, bu məsələlərlə əlaqədar keçid müddəaları nəzərdə tutmamışdır. İPM-in əsas alındığı alman prosessual hüququna görə də uzun müddət mövcud olan tələbin qaldırılmaması həmin tələbin itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır. Bu mənada, yalnız mübahisələndirmə və məcburetmə haqqında iddiaların qaldırılması üçün prosessual müddət müəyyən edən qanunvericinin İPM-in 36.3-cü maddəsində iddiaçıdan həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olmasını tələb etməsi də bu kontekstdə dəyərləndirilməlidir. Odur ki, inzibati orqanların 2011-ci il 1 yanvar tarixinədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılark ən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmalıdır. İş üzrə iki qərarında Ali məhkəmənin bu məsələyə toxunmaması araşdırmanın əsaslılıq üzrə aparılmalı olması kimi qəbul edilməlidir.

41. Göründüyü kimi, 2011-ci il 1 iyul tarixindən artıq 2006-cı il 1 yanvar tarixinədək pensiyaya çıxmış şəxslərin pensiyanın hesablamasının yeni prosedur qaydası müəyyənləşdirilmiş və İddiaçı istinad etdiyi 2008-ci il tarixdən qüvvədə olan normanın tətbiqi artıq öz mahiyyətini və mənasını itirmişdir. Eyni zamanda, 2017-ci il 1 iyul tarixindən qanunvericiliyin əvvəlki normaları ilə müəyyən edilən hesablama qaydaları qüvvədən düşmüşdür.

42. Birinci instansiya məhkəməsi İddiaçı pensiya hüququnun yaranma əsasları və vaxtı ilə əlaqədar olmayan iddianı təmin edərkən maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, şəxsin əmək pensiyası hüququ onun hüquqi sferası ilə sıx bağlı olmaqla, bu hüququn əldə olunması üçün qanunla müəyyən edilən şərtlərin (yaş, sığorta stajı, əlillik, güzəştli peşə və sair) məhz həmin şəxs tərəfindən yerinə yetirilən anda yaranır. Bundan fərqli olaraq, pensiyanın hesablanması və ödənilməsi qaydası bilavasitə fərdə aid və ondan asılı deyil. Baxmayaraq ki, onun bununla bağlı pozitiv gözləntiləri vardır, pensiyanın hesablanması və ödənilməsi prosesi bu pensiyanı hesablayan və ödəyən qurumun (hazırkı işdə dövlətin) fəaliyyət sahəsində cərəyan etməklə, qazanılmış pensiya hüququnun realizəsi olaraq, onun iqtisadi imkanları və həmin vaxtda sosial təminat sahəsində yeritdiyi siyasətin tələbləri ilə uzlaşmalıdır.

43. Məhkəmə kollegiya sı bildirmişdir ki, 2010-cu il 1 yanvar, 2017-ci il 1 iyul və 2019-cu il 1 yanvar tarixlərində qüvvəyə minən dəyişikliklərlə “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının hesablanması, yenidən hesablanması, ödənilməsi ilə bağlı müəyyən etdiyi qayda və prosedurlar da məhz bu xarakterə və əhəmiyyətə malikdir. Bu baxımdan, 2019-cu ildə qaldırılan iddia ilə artıq mövcud (qüvvədə) olmayan normalara istinadən nəinki 2017-cu il 1 iyul, hətta 2010-cu il 1 yanvar tarixindən əvvəl tətbiq olunan qayda ilə pensiyanın yenidən hesablanmasını tələb etmək, uzun müddət keçməsi və iddiaçının bu vəziyyətlə razılaşması ilə yanaşı, habelə cavabdeh inzibati orqanı səlahiyyətində olmayan qaydada məsələnin həllinə məcbur etmək niyyətini ehtiva etdiyi üçün əsassızdır. Başqa ifadə ilə, şəxsin qazanılmış p ensiya hüququndan və bu hüququn yaranması əsaslarından bəhs oluna bilər, onun pensiyasının hesablanması və ödənilməsi qaydası hüququndan isə yox.

44. Əgər inzibati orqan vaxtilə qanunla onun vəzifəsi sayılan qərarı qəbul etməmiş və şəxs də həmin qayda qüvvədə olan dövrdə deyil, bundan sonra sonuncuya müraciət etmişdirsə, artıq inzibati orqandan yalnız həmin vəzifəni yerinə yetirməməsi ilə əlaqədar vurulmuş zərərin əvəzi kimi kompensasiya tələb oluna bilər, qüvvədən düşmüş normada təsbit olunan icraat qaydasına əməl etmək isə yox. Çünki qeyd olunduğu kimi, pensiyanı hesablamaq və ödəmək dövlətin hüquqlarına aiddir. Sonuncu hal isə dövlətin, onu təmsil edən qurumun və ümumilikdə inzibati orqanların üzərinə qüvvədə olan normalara əsaslanaraq öhdəlik (vəzifə) qoyulmasını şərtləndirir ki, öhd əliyin icrası və məcburetmə haqqında iddialara məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik normalarının tətbiqinin hədəfi də budur.

45. Belə ki, inzibati orqanın başlıca vəzifəsi qanunvericiliklə ona həvalə olunmuş səlahiyyətlərin icrasını vaxtında, tam və dürüst təmin etməkdir. Norma yoxdursa, inzibati orqanın vəzifəsi (səlahiyyəti) də yoxdur, əksinə deyişlə, “inzibati orqanın vəzifəsidir” demək üçün onun sözügedən vəzifəsini müəyyən edən və qüvvədə olan norma olmalıdır. Normativ hüquqi akt hüquq tətbiq edilən anda mövcud (qüvvədə) olmalıdır ki, geriyə də şamil edilə bilsin, qüvvədə olmayan norma geriyə şamil edilə bilməz, qüvvədən düşmüş normalar Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin təsirinə düşmür.

46. Apellyasiya instansiyası məhkəməsi pensiya işinə is tinadən həmçinin göstərmişdir ki, İddiaçı ilk dəfə əmək pensiyası 2004-cü il 22 yanvar tarixli qərarla təyin və 2004-cü il 24 noyabr, 2005-ci il 23 mart, 31 avqust, 13 dekabr tarixli sərəncamlarla pensiyanın miqdarında dəyişiklik edilsə də, İddiaçı 2002-2003-cü illərin orta aylıq əmək haqqı əsas götürülməklə pensiyanın 2008-ci il 1 yanvar tarixindən yenidən hesablanması tələbini irəli sürməsinə baxmayaraq, ilk dəfə ona əmək pensiyası təyin və sonradan dəyişiklik edilərkən razılaşmadığı hesablama qaydası və məbləği əsas götürən inzibati orqanın bu barədə qəbul etdiyi əvvəlki qərardan (sərəncamlardan) şikayət vermədən, sözügedən qərarın (sərəncamların) ləğv edilməsini, yaxud dəyişdirilməsini istəmədən, yəni onun əmək pensiyası ilə bağlı artıq qüvvədə olan inzibati akt (aktlar) olduğu halda, yenisinin qəbul edilməsini arzulamışdır. Halbuki həmin qərar və sərəncamlar bu barədə İddiaçı məlumat verildiyi, yaxud ona məlum olduğu andan ona məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minmişdir və hüquqi cəhətdən etibarlıdır, hüquqi qüvvəsini saxlayır.

47. Məhkəmə bu qənaətini ARK-nın 149-cu maddənin Vİİ hissəsinə; İPM-nin 1.2, 2.2.2, 12, 13, 14.3, 15.1, 36.3, 96.11-cu; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19, 20, 26, 29.1, 30-cu; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17, 71, 72-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 2014-cü il 28 yanvar tarixli Qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) “Fabian Macarıstana qarşı” işi üzrə 2017-ci il 5 sentyabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

48. Həmin qərarddan İddiaçı 2020-ci il 28 dekabr tarixində kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

49. Məhkəmə “müraciət etmə müddətinin keçməsi" ilə bağlı mövqeyini bildirsə də, iddianı mümkün sayaraq rədd etmişdir.

50. Məhkəmənin 2011-ci ilin iyulun 1-dən artıq 2006-cı il yanvarın 1-dək p ensiyaya çıxmış şəxslərin pensiyanın hesablanmasının yeni prosedur qaydası müəyyənləşirildiyindən 2008-ci ildən qüvvədə olmuş normanın artıq öz mahiyyətini və mənasını itirməsinə dair mövqeyi də əsassızdır. Belə ki, 2008-ci il tarixdən qüvvədə olan normanın tətbiqi fiziki şəxsin hüquqi vəziyyətini yaxşılaşdırır. Lakin məhkəmə kollegiyası bununla razılaşmayaraq hesab edir ki, normanın hər hansı kazusa tətbiq olunması üçün hüquqi vəziyyət yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi akt hüquq tətbiq edilən anda mövcud olmalıdır ki, geriyə də şamil edilə bilsin.

51. İş üzrə iki qərarında Ali Məhkəmə “fiziki şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran" hissədə birinci instansiya məhkəməsinin mövqeyini şübhə altına qoymamış, yalnız hansı növ pensiyanın han sı əsaslarla təyin olunduğu, 2008-ci ildə və son aralar yenidən hesablama aparılarkən nəyə istinad oldunduğu barədə DSMFYRŞ-dən müfəssəl izahat alınmalı, İddiaçı NQCİnin 2010-cu 30 sentyabr il tarixli arayışının əslinin tələb olunub işə əlavə olunmalı, zərurət olduqda həmin arayışda göstərilən məlumatlarının həqiqiliyini yoxlamaq üçün sorğu göndərilməli, toplanmış sübutlaların obyektiv qiymətləndirilməsi əsasında əsaslandırılmış qərar çıxarılmalı olduğunu bildirmişdir. Bu da birinci instansiya məhkəməsinin 2019-cu il 8 aprel tarixli və Ali Məhkəmənin 2019-cu il 25 sentyabr tarixli qərarlarının ARK-nın 149-cu maddəsinə istinad edilməsi və “İddiaçı ondan asılı olmayan səbəblərə görə almadıqlarını tələb etmək imkanından (hüququndan) məhrum etmir" hissəsinin əsaslı olduğunu ehtiva edir. b) Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Cavabdeh tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

53. Məhkəmə iclasında iştirak edən İddiaçının vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qeyd olunan dəlilləri nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

54. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilinin dedikləri ilə razı olduğunu, ədalətli qərar qəbul edilməsini xahiş etdi.

55. Məhkəmə iclasında iştirak edən DSMFYRŞ-in vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin e dilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

56. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

57. İş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

58. ARK-nın müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə

149. Normativ hüquqi aktlar... Vİİİ. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyə n normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.” 59. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2008-ci il 1 yanvar tarixindən 2009-cu il 11 noyabr tarixinədək qüvvədə olmuş 26.2-ci maddəsində və həmin maddənin qeyd hissəsində aşağıdakılar nəzərdə tutulmuşdu: “26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci mad də 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir.”

60. İPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər....” “Maddə

34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqan lar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər....” “Maddə

35. İddianın mümkünlüyü... 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.” “Maddə

37. Bir neçə tələbin obyektiv olaraq bir iddiada birləşdirilməsi Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.” “Maddə

36. Müəyyən etmə və ya tanınma haqqında iddia... 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüqu q münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər....” “Maddə

96. Ali Məhkəmədə icraat... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.” 61. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar... 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” “Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqs ədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;...”

62. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra – “AMP”) “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 2015-ci il 10 aprel tarixli 5 saylı müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümk ünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 9.Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır....”

63. KMP-nin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 2014-cü il tarixli 27 mart qərarında qeyd edilmişdir ki: “...Bununla belə, Konstitusiya Məhkəməsinin Plenu mu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır....Beləliklə, vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər....Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış h üquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır”.

64. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” 2020-ci il 13 avqust tarixli 02 saylı qərardadının müvafiq müddəalarına aşağıdakılar nəzərdə tutulmuşdur: “... 24. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi lə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir....

50. Faktiki xarakterli hərəkətlər hər hansı konkret inzibati aktın icrasını təmin etmək üçün edilə biləcəyi kimi, həm də normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativ-hüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə isə diqqət edilməli olan məqam ondan ibarətdir ki, bu halda, normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən müddəasının icrasının təmin edilməsi üçün əlavə olaraq inzibati aktın qəbul edilməsi tələb olunur, yoxsa yox? Bu suala cavabın müəyyənləşdirilməsi isə normativ-hüquqi aktın vəzifə müəyyən edən normasının təhlilindən asılıdır. Belə təhli ldən asılı olaraq bəzən belə bir inzibati aktın qəbul edilməsi qaçılmaz ola bilər, bəzən isə normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

65. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur.

66. Məhkəmə kollegiyası kassatorun iddia müddətinin ötürülməməsinə dair dəlilini (bax yuxarı da § 49) əsaslı hesab edərək apellyasiya instansiya məhkəməsinin həmin məsələ ilə bağlı mövqeyi ilə razılaşmır.

67. Əvvəla, əgər məhkəmə iddia müddətini ötürülmüş hesab edirdisə, o zaman iddianın mahiyyət üzrə əsaslı olub-olmaması, təmin edilib-edilməməli olması məsələsini deyil, iddianın qeyrimümkün hesab edilməsi məsələsini həll etməli idi.

68. Belə ki, AMP-nin müvafiq qərarının (bax yuxarıda § 62) tələblərinə görə, iddia müddətlərinə əməl olunması iddianın mümkünlüyü komponentlərindən biridir.

69. Məhkəmə hazırkı işdə müraciət etmə üzrə iddia müddətinin ötürüldüyünü hesab etdiyi halda, iddianın qeyri-mümkünlüyü məsələsini həll etmək əvəzinə, işi mahiyyəti üzrə həll etmiş, icraatı bu məsələ barədə gəldiyi nəticəyə uyğun şəkildə tamamlamışdır.

70. Ümumiyyətlə isə, məhkəmə kollegiyası apel lyasiya instansiyası məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.

71. Hazırkı iddia üzrə prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsinin düzgün qimətləndirilməsi üçün ilk növbədə həmin iddianın növünü düzgün müəyyən etmək lazımdır. Hazırkı iş üzrə son apellyasiya baxışında məhkəmə pensiyanın yenidən hesablanması haqqında iddianı məcburetmə haqqında iddiaya aid etmişdir.

72. İPM-nin 33.1-ci maddəsinə (bax yuxarıda § 60) görə, məcburetmə haqqında iddianın verilməsi inzibati aktı qəbul etmək vəzifəsi ilə bağlıdır.

73. Əmək pensiyasının təyin edilməsi birbaşa vətəndaşın hüquqi statusu ilə bağlı məsələdir, belə ki, pensiya təyin edilməsi haqqında qərar qəbul olunduqda vətəndaş dövlət tərəfindən pensiyaçı kimi tanınır və həmin andan etibarən qanunvericilik də bu kateqoriyadan olan şəxslər üçün müəyyən edilmiş təminatlar həmin vətəndaşa da şamil olunur. Eyni sözlər əmək pensiyasının bir növündən başqa növünə keçirilməsinə də aiddir. Göründüyü kimi, əmək pensiyasının təyin edilməsi haqqında qərar vətəndaş üçün hüquqi nəticələr yaratmaqla onun hüquqi vəziyyətini dəyişdirir, həmin qərar qəbul edilənədk malik olmadığı statusu təmin edir.

74. Bundan başqa, həmin qərarın qəbul olunması üçün ilk növbədə maraqlı şəxsin ərizə ilə sosial təminat orqanına müraciət etməsi, müvafiq sənədləri təqdim etməsi tələb olunur. Başqa sözlə, qanuna görə pensiya hüququnu qazanmış vətəndaş özü aidiyyəti quruma müraciət etmədən bu orqanın həmin şəxsə münasibətdə pensiya təyin etmək vəzifəsi yoxdur.

75. Qanundan irəli gələn vəzifə üzrə pensiyanın yenidən hesablanması isə vətəndaşa yeni statusun verilməsi ilə bağlı deyildir. Artıq “qazanılmış hüquq” kimi pensiya hüququnu (pensiyaçı statusunu) əldə etmiş vətəndaşın ona əvvəllər təyin olunmuş pensiyası qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduqda səlahiyyətli dövlət orqanı tərəfindən bu şəxsin pensiyaçı statusuna toxunulmadan yenidən hesablanır.

76. Bu prosesi şəxslə bağlı əvvəllər baş vermiş keyfiyyət dəyişikliyi (pensiyaçı statusunun əldə olunması) daxilində gedən kəmiyyət dəyişiklikləri (əvvəllər təyin olunmuş pensiyanın qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduqda yenidən hesablanması) kimi də təsəvvür etmək mümkündür.

77. Həmçinin o da nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddiada göstərilən qanundakı dəyişikliklər ümumi xarakterli olmaqla ayrı-ayrı deyil, müvafiq şərtlərə uyğ un olaraq bütün aidiyyəti vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Bu, həmin müddəanın səlahiyyətli dövlət orqanının üzərinə pensiyaların müvafiq qaydada yenidən hesablanması vəzifəsini (öhdəliyini) qoyduğu anlamına gəlir.

78. Hazırkı işdə isə dövlət orqanı bu vəzifəni (öhdəliyi) vaxtında yerinə yetirərək yenidən hesablamanı aparmamışdır. Bununla əlaqədar vətəndaşın yenidən hesablamanın aparılması məqsədilə ərizə ilə bu orqana uzun müddət sonra müraciət etməsi və ya qanun qüvvəyə mindikdən sonra bir ay müddətində müraciət etməməsi həmin qurumu qanunla üzərinə qoyulmuş vəzifəni (öhdəliyi) lazımi qaydada icra etmək vəzifəsindən (öhdəliyindən) azad etmir.

79. Belə ki, hər bir vətəndaşın pensiya işi sosial müdafiə qurumlarında saxlandığından onların pensiyalarına dair bütün sənədlər də həmin quru mlarda toplanmışdır. Qanunvericilikdə, istənilən pensiya artımı ilə nəticələnən dəyişikliklər hər bir vətəndaşı razı saldığından pensiyanın yenidən hesablanması üçün hər bir vətəndaşın ayrı-ayrılıqda ərizə ilə müvafiq orqana müraciət etməsi ümumi nəticəyə təsir etməyən və edə bilməyən formallıqdan başqa bir şey deyildir.

80. Qeyd olunanlar o anlama gəlir ki, vətəndaşların pensiyalarının qanunla müəyyən edilmiş qaydada yenidən hesablanması vəzifəsi sosial təminat orqanının qanundan irəli gələn vəzifəsi olduğundan müvafiq faktiki hərəkətlərin yerinə yetirilməsi ilə müşayiət olunan öhdəlik xarakteri daşıyır, bu zaman vətəndaşın hüquqi vəziyyətini dəyişdirən inzibati aktın qəbul edilməsi tələb olunmur.

81. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin va hidliyini təmin olunması qaydasında qəbul etdiyi müvafiq qərardaddan (bax yuxarıda § 64) aydın olur ki, inzibati akt hakimiyyət tədbiri olmaqla inzibati orqan tərəfindən qəbul edilməli, publik hüquq sahəsinə aid olan konkret məsələləri nizamlamalı, qanunvericilikdə nəzərdə tutulmuş formaya uyğun olmalı, ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı, yəni həmin şəxslərin hüquqi vəziyyətini dəyişdirməli, üzərinə vəzifə və öhdəliklər qoymalı və ya onlara bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaratmalı, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış etməlidir.

82. Həmin qərardada görə, faktiki xarakterli hərəkətlər isə hər hansı konkret inzibati aktın və ya normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativ-hüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə bəzən belə bir inzibati aktın qəbul edilməsi qaçılmaz olsa da, bəzən normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər.

83. Ona görə də məhkəmə kollegiyasının mövqeyinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2008-ci il 1 yanvar tarixindən 2009-cu il 11 noyabr tarixinədək qüvvədə olmuş 26.2-ci maddəsinin və mövcud məhkəmə təcrübəsinin təhlili belə qənaətə gəlməyə əsas verir ki, həmin maddənin sosial t əminat orqanı üçün vəzifə müəyyən edən norması kifayət qədər aydın olmuş, icrasının həyata keçirilməsi üçün əlavə inzibati aktların qəbul edilməsinə lüzum olmamışdır. Sosial təminat orqanı həmin Qanunla müəyyən edilmiş vəzifəni özündə topladığı pensiya sənədlərindəki məlumatları nəzərə almaqla icra etmək imkanına malik olmuşdur. Beləliklə, sosial təminat orqanı sözügedən Qanunu faktiki xarakterli hərəkətlər etməklə icra etməli olmuşdur.

84. Maraqlı şəxs “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsini (bax yuxarıda § 61) rəhbər tutaraq, inzibati orqan tərəfindən vaxtında yerinə yetirilməmiş vəzifənin həyata keçirilməsini həmin orqandan tələb edə bilər. Onun tələbi təmin olunmadıqda isə, həmin inzibati orqana qarşı öhdəliyin icrası haqqında iddia qaldıra, cavabdehin üzərinə inzibati aktı n qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını tələb edə bilər.

85. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə vətəndaşın pensiyasının yenidən hesablanması sosial təminat orqanının qanundan irəli gələn və müvafiq faktiki hərəkətlərlə yerinə yetirilməli olan vəzifəsidir (öhdəliyidir). İddiaçı münasibətdə bu öhdəlik yerinə yetirilmədiyindən onun istənilən vaxt məhkəmədə öhdəliyin icrası haqqında iddia qaldıraraq bu vəzifənin yerinə yetirilməsini sosial təminat orqanından tələb etmək hüququ vardır.

86. Onu da qeyd etmək lazımdır ki, ölkəmizin inzibati məhkəmələrində artıq uzun müddət ərzində formalaşmış təcrübəyə görə, pensiyaların təyin olunması və yenidən hesablanması işlərinə məhz öhdəlik xarakter li iddialar çərçivəsində baxılır.

87. Beləliklə, hazırda baxılan iş üzrə məhkəmə kollegiyası hesab edir ki, sözügedən məsələ ilə bağlı son apellyasiya baxışında məhkəmənin gəldiyi nəticə maddi və prosessual qanunun tələblərinə uyğun olmamışdır.

88. Bundan başqa, məhkəmə kollegiyası hazırkı işdə istinad olunan qanunun geriyə qüvvəsinin olmamasına münasibətdə də apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və kassatorun dəlillərini (bax yuxarıda §§ 50-51) əsaslı hesab edir.

89. Əvvəla, hazırkı iş üzrə məhkəmənin mövqeyi KMP-nin məsələyə dair formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 63) uyğun deyildir. KMP-nin mövqeyinə görə, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz d avranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır.

90. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə qəbul etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr 03/2020 saylı qərardadında da istər KMP-nin, istərsə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə geniş istinad edilərək pensiya məsələlərinə dair əvvəllər qüvvədə olmuş qanunun müvafiq şərtlər və qaydalar çərçivəsində tətbiq olunmasının mümkünlüyü ətraflı şəkildə əsaslandırılmışdır.

91. Bununla belə, məhkəmə kollegiyasının mövqeyi belədir ki, hazırkı işdə qanunun geriyə tətbiq olunması məsələsinin mövcudluğundan, daha doğrusu, belə tətbiq üçün zərurətin mövcudluğundan ümumiyyətlə söhbət gedə bilməz.

92. Belə ki, qanunun geriyə qüvvəsi o zaman mümkündür ki, qanun onun qəbul olunmasından əvvəl yaranmış münasibətlərin tənzimləməsi məqsədilə bu münasibətlərə şamil olunsun. Hazırkı işdə isə belə vəziyyət mövcud deyildir. 93. “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixindən 2009-cu il 11 noyabr tarixinədək qüvvədə olmuş 26.2-ci maddəsini (bax yuxarıda § 59) rəhbər tutan İddiaçı ona 2004-cü ildə təyin olunmuş pensiyanın bu Qanuna müvafiq olaraq 2008-ci il yanvarın 1-dən yenidən hesablanmasını tələb edir.

94. Qanunun tələbindən və iddianın məzmunundan görünür k i, bu qanunun onun qəbulundan əvvəl yaranmış münasibətlərə tətbiq olunması hazırkı işdə müzakirə predmeti deyildir. Mübahisənin yaranması sosial təminat orqanının qanundan irəli gələn vəzifəsini vaxtında yerinə yetirməyərək İddiaçı pensiyasını 2008-ci il yanvarın 1-dən yenidən hesablamaması ilə əlaqədardır. Bu zaman İddiaçı istinad etdiyi normanın hazırda qüvvədə olmaması məsələnin mahiyyətini dəyişmir.

95. Yəni, hazırda məhkəmənin həll etməli olduğu məsələ qanunun geriyə qüvvəsini tətbiq etmək deyil, 2008-ci il 1 yanvar tarixindən 2009-cu il 11 noyabr tarixinədək qüvvədə olmuş normanın İddiaçı münasibətdə 2008-ci il 1 yanvar tarixindən tətbiqidir. Çünki yuxarıda qeyd olunduğu kimi, müvafiq normanın hazırda qüvvədə olmaması, zamanında öz öhdəliyini yerinə yetirməmiş sosial təminat orqanını bu öhdəliyi yerinə yetirmək vəzifəsindən azad etmir.

96. Qeyd etmək lazımdır ki, işin materiallarından görünür ki, İddiaçı pensiyası 2008-ci ilin 1 yanvar tarixindən yenidən hesablanmışdır. Təsadüfi deyildir ki, Ali Məhkəmənin iş üzrə qəbul etdiyi əvvəlki qərarlarında da bu məqam xüsusi vurğulanmış, lakin göstərilmişdir ki, bu hesablamanın həmin vaxt qüvvədə olan qanunun tələblərinə uyğun aparılıb-aparılmadığı, aparılmadığı halda, bunun səbəbləri məhkəmə araşdırmasının predmeti olmayıb.

97. İPM-nin 96.11-ci maddəsinə əsasən (bax yuxarıda § 60), mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburi olduğu halda, hazırkı iş üzrə Ali Məhkəmənin sözü gedən göstərişlərinə son apellyasiya baxışı zamanı tam əməl olunmadığından iş üzrə əsas qeyri-müəyyənliyə (iddiaçıya 2008-ci ilin 1 yanvar tarixdən pensiya yenidən hesablanarkən həmin vaxt qüvvədə olan qanunun tələblərinə uyğun aparılıb-aparılmaması, aparılmamışdırsa, bunun səbəbləri) yenə də aydınlıq gətirilməmiş, istinad olunan prosessual tələb pozulmuş, nəticədə qanuni və əsaslı olmayan qərar qəbul edilmişdir.

98. İş üzrə mövcud olan qeyri-müəyyənliklərə aydınlıq gətirilmədən mübahisəni tam, hərtərəfli və obyektiv həll etmək mümkünsüzdür.

99. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq belə qənaətə gəlir ki, yeni apellyasiya baxışı zamanı yuxarıda qeyd olunmuş nöqsanlar aradan qaldırılmalı, maddi və prosessual hüquq normalarına, Ali Məhkəmənin bütün göstərişlərinə tam əməl olunmalı, aydın olmayan məqamların dəqiqləşdirilməsi istiqamətində ətraflı araşdırma aparılmalıdır.

100. Yuxarıda göstərilənlərə və İPM-in 96.5 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2020-ci il 16 noyabr tarixli, 2-1(103)BAM/2020 saylı qərarı ləğv edilsin və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar