Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-455/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; iddia müddəti). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.03.2022 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “inzibati orqanın əmrində dəyişiklik edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 dekabr tarixli, 2-1(103)-2817/2021 nömrəli qərardadından id diaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2021-ci il 8 may tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 0446 saylı, 2010-cu il 30 sentyabr tarixli əmrində dəyişiklik edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 26 avqust tarixli, 2-1(112)-6558/2021 nömrəli qərarı ilə iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı məhkəmə icraatında iddiaçının Müdafiə Nazirliyi MHH Komissiyasına şəhadətləndirilməsi ilə bağı müraciətinin 2018-ci ilə təsadüf etməsi ilə bağlı hər hansı tutarlı dəlil gətirilmir, eləcə də barəsində həmin Komissiyanın 2018-ci il 28 may tarixli qərarının hərbi xidmət dövrünün sonunda, yəni onun tərxis olunduğu dövrdə qəbul olunmasını istisna edən hallar müəyyən olunmur. Odur ki, MHH Komissiyasının 2018-ci il 28 may tarixli qərarının qəbulu Müdafiə Nazirliyinin 2010-cu il 30 sentyabr tarixli əmrinin mübahisələndirilməsi üzrə müvafiq (30 günlük) müddətin buraxılmamış sayılmasına və ya buraxılma səbəbinin üzrlü sayılmasına əsas kimi çıxış edə bilməz.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 dekabr tarixli, 2-1(103)-2817/2021 nömrəli qərardadı ilə Bakı İnzi bati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddia tələbində məhz mübahisələndirmə haqqında iddia tələbi kimi qəbul etsə də, nəzərə almamışdır ki, əslində hazırkı iddia tələbi məhz icra olunmuş inzibati aktın qanunsuz sayılmasından söhbət gedir və məhkəmə bu istiqamətdə araşdırma aparmamış, yalnız cavabdehin mülahizələri ilə kifay ətlənmişdir. Beləliklə, məhkəmə mübahisənin düzgün həlli üçün işin bütün faktiki halların araşdırmadan yalnız iddia müddətinin keçməsi əsası ilə hazırkı iddia rədd etməklə iddiaçının hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Göründüyü kimi, bu növdə olan iddialara isə İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün iddia müddəti tətbiq edilmir. Belə ki, məhkəmə tərəfindən isə hazırkı iddianın əslində tanınma haqqında iddia olmasına əhəmiyyət vermədən, iddianın hansı növ iddiaya aid olmasını dəqiqləşdirmədən və bunla bağlı İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş yardım etmədən qanunsuz və əsassız olaraq iddianı mümkünsüz saymışdır. Halbuki, hazırkı iddia tanınma haqqında iddia olmaqla icra olunmuş inzibati akta dəyişiklik edilməsi iddiaçının ko nstitusiya ilə nəzərdə tutulmuş pensiya təminatı hüququnun pozulmasının bərpasına yönəlmişdir. Belə ki, məhz həmin qərar əsasında icra edilməklə iddiaçıya müvafiq pensiya təyin edilmişdir. Bundan əlavə, müddətin bərpası barədə ərizədə göstərilən və müddətin bərpası üçün nəzərdə tutulan əsaslara düzgün diqqət verməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
9. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı halla rda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayət in əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
12. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edi lməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
14. İddiaçının mübahisələndirdiyi əmrin qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin Məcəllənin 298-ci maddəsinə əsasən, şəxs özü nün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən, hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən yaranan işlərə bu Məcəllənin 27-ci fəslində müəyyən edilmiş qaydada baxılır.
15. İşin materiallarına görə, iddiaçının istinad etdiyi Mərkəzi Hərbi-Həkim Komissiyasının 2018-ci il 18 may tarixli, 984 №-li qərarında göstərilən xəstəliklər (diaqnozlar) onda 2005-ci ildə müəyyən edilmiş, bu barədə məlumatlar MN X1 verilmiş xəstəlik tarixindən çıxarışlarda, çıxarış-epikrizlərdə göstərilmişdir. İddiaçı həmin xəstəliklər üzrə 2005-ci ildə müalicə almışdır. Başqa sözlə, mübahisələndirilən əmrin ver ildiyi vaxtda iddiaçı hərbi xidmət zamanı aldığı xəstəliklərdən məlumatlı olmuşdur. Lakin o, barəsində verilmiş 2010-cu il 30 sentyabr tarixli əmrlə bağlı məhkəmədə hər hansı mübahisə açmamış, əvvəlki qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti həmin qanunun qüvvədə olduğu vaxtda ötürmüşdür.
16. Hazırkı iddia tələbində məhz icra olunmuş inzibati aktın qanunsuz sayılmasından söhbət getdiyinə və məhkəmə tərəfindən bu istiqamətdə araşdırma aparmadığına dair şikayətin dəlilinə gəldikdə, məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab etmir. Belə ki, əvvəla, iddiaçı mübahisələndirdiyi əmrdə məhz dəyişiklik edilməsini tələb etdiyi aşkardır. Digər tərəfdən, mübahisə olunan əmr İPM-in 36.2-ci maddəsində nəzərdə tutulmuş mənada “artıq icra olunmuş” (əhəmiyyətini itirmiş) inzibati akt deyil. Hə min inzibati akt hüquqi qüvvəsini, deməli hüquqi əhəmiyyətini saxlayır, belə ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının hüquqi əsasını təşkil etməkdədir. Bu səbəbə görə, iddiaçının yuxarıda qeyd olunun əmrə qarşı İPM-in 36.2-ci maddəsinə istinadla “əmrin qanunsuz sayılması” barədə iddiası da mümkünsüz olardı.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 dekabr tarixli, 2-1(103)-2817/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.