Məhkəmə qərarları › İş №2-1(102)-455/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-455/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-455/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın etibarsızlığı ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 10.04.2025 hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər: X7, X14, X21 və X22) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1119/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassas iya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hazırkı iş üzrə mübahisə predmetinin əsasında ünvan 1 ünvanında yerləşmiş (hazırda yerində çoxmərtəbəli bina inşa edilmişdir) fərdi yaşayış evinin üçüncü şəxslərdən hansına məxsus olması dayanır.

2. Belə ki, üçüncü şəxs X21 həmin evin ilkin sahibi olmuş, sonradan həmin evin həm X5, həm də X17 adına sənədləşdirilməsi ilə bağlı cavabdehin sərəncamları olmuşdur.

3. Üçüncü şəxs X22 digər üçüncü şəxs X5 baldızıdır (əri X18 bacısıdır), digər üçüncü şəxs X14 isə mübahisəli evi X4 alan və hal-hazırda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa malik olmuş şəxsdir. Mübahisələndirilən evlə X15 əlaqəsi və evin X19 verilməsi

4. Bakı şəhəri Cavabdeh xx.xx.1996-cı il tarixli, 1989 nömrəli sərəncamına əsasən Rayon İcra Hakimiyyətinin müstəsna qaydada pasport qeydiyyatına baxan komissiyasının protokolu nəzərə alınmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1974-cü il tarixli “Vətəndaşların pasport qeydiyyatının bəzi qaydaları haqqında” Qərarının 4-cü bəndinə, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 7-5852/7 nömrəli razılıq məktubuna istinad edərək vətəndaş X21 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı və 2 uşağı) Lenin prospekti, 11B nömrəli özbaşına tikilmiş evə pasport qeydiyyatına götürülmüşdür.

5. X21 2006-cı ildə X23 (üçüncü şəxs X5 əri) ilə ünvan 2 ünvanına dair razılıq əldə etmiş, X18 mülkiyyətində olan Bakı şəhəri, Atatürk pr. 27 ünvanındakı 35 saylı mənzilini və 105.000 ABŞ dolları məbləğində pulunu ala raq evi ona vermişdir. X18 mülkiyyətində olan ev xx.xx.2007-ci il tarixli çıxarış əsasında X8 Kənan Rafiq oğlunun adına keçirilmişdir. Elə həmin ildə Vəliyev Rafiqin razılığı ilə X23 arvadı X7, iki azyaşlı uşağı ilə birlikdə N.Yusifbəyli küçəsi, ev 11B ünvanına qeydiyyata alınmışlar. X21 ailə üzvləri ilə birlikdə həmin ünvandan qeydiyyatdan çıxmışlar (İddiaçı X15 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı cavabdehin xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncamının etibarsız hesab edilməsinə dair iddianın mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-886/2021 nömrəli qərardadına, Bakı ŞİH-nin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən MH seriyalı 051240 nömrəli xx.xx.1996-cı il tarixli X18 adına verilmiş qeyd iyyat vəsiqəsinə və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli X13 adına verilmiş çıxarışa əsasən müəyyən edilən hallar). Mübahisələndirilən evin sənədləşdirilməsi ilə bağlı cavabdeh tərəfindən həm X5, həm də X17 adına sərəncamların verilməsi:

6. Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamı ilə, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 11 b ünvanında, 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 47,7 kv.m., köməkçi sahəsi 63,2 kv.m, ümumi sahəsi 110,9 kv.m. olan fərdi yaşayış evi tikinti, sanitar, yanğından mühafizə norma və qaydalarına uyğun gəldiyi üçün hüquqi qeydiyyatdan keçirilməsi və sərəncam əsasında Z.İ.Süleymanovanın adına Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış və texniki pasport verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilməsi qərara alınmışdır.

7. Bakı şəhəri Cavabdeh xx.xx.2014-cü il tarixli, 13 nömrəli sərəncamı ilə, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 11 b ünvanında, 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 47,7 kv.m., köməkçi sahəsi 63,2 kv.m., ümumi sahəsi 110,9 kv.m. olan fərdi yaşayış evi tikinti, sanitar, yanğından mühafizə norma və qaydalarına uyğun gəldiyi üçün hüquqi qeydiyyatdan keçirilməsi və sərəncam əsasında A.Ə.Əliyevanın adına Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış və texniki pasport verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilməsi qərara alınmışdır.

8. Bakı şəhəri Cavabdeh xx.xx.2014-cü il tarixli, 116 nömrəli sərəncamı ilə, Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamı ləğ v edilmişdir. İddiaçı MMC-nin mübahisələndirilən ərazidə yaşayış binaları inşa etməsi və sökülən mübahisəli evlə bağlı kompensasiyanın ödənilməsi:

9. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 328 nömrəli Sərəncamına əsasən Nəsimi rayonu, C.Məmmmədquluzadə, N.Yusifbəyli, Novruzov qardaşları və M.Sənani küçələrinin əhatəsindəki 999-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir.

10. Sözügedən sərəncamın icrası gedişində Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 11B ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsinə münasibətdə iddiaçı ilə X22 və X21 arasında xx.xx.2014-cü ildə alğı-satqı müqaviləsi bağlanılmış və müvafiq kompensasiya ödənilmişdir.

11. Qeyd edilən müqavilənin bağlanması üçün əsas Cavabdeh başçısının xx.xx.2014-cü il, 13 saylı sərəncamı, xx.xx.2014-cü il tarixli, 116 saylı sərəncamı, sözügedən ünvana dair R.Vəliyevin adına olan 1995-ci il tarixli texniki pasport, xx.xx.1996ci il tarixli Bakı şəhəri Cavabdeh R.Vəliyevin sözügedən ünvana pasport qeydiyyatına alınmasında dair sərəncamı, habelə 59 saylı MKİS-in xx.xx.1996-cı il tarixli aktı və digər sənədlər olmuşdur. Mübahisələndirilən evlə bağlı X5 mülkiyyət hüququnun qeydə alınması və evin digər üçüncü şəxs X3:

12. X2 RİH-nin xx.xx.2012-ci il tarixli, 185 saylı sərəncamı əsas tutaraq, cavabdeh DƏDRX-nin ünvan 5 ünvanında yerləşən 275,1 kv.m. torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli, 2-1(81)-3309/2014 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

13. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və X5 mübahisələndirilən ev və torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır.

14. X7 xx.xx.2014-cü il tarixdə sözügedən evi X10 alqı-satqı müqaviləsi əsasında satmışdır və sonuncunun mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Cavabdehin sərəncamlarının mübahisələndirilməsinə dair digər məhkəmə icraatları:

15. Bakı şəhəri Cavabdeh xx.xx.2017-ci il tarixli, 36 nömrəli sərəncamı ilə Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamı etibarsız hesab edilmişdir.

16. İddiaçı X5 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X21 və X22) “cavabdehin xx.xx.2017-ci il tarixli, 36 saylı sərəncamının etibarsız hesab edilməsi” tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etsə də, məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

17. Bundan sonra iddiaçının şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-2878/2017 nömrəli qərarına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdehin xx.xx.2012-ci il tarixli, 185 saylı sərəncamının etibarsız hesab edilməsinə dair xx.xx.20 17ci il tarixli, 36 saylı sərəncamı etibarsız hesab edilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-954/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Daha sonra iddiaçı X7 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 13 nömrəli və xx.xx.2014-cü il tarixli, 116 nömrəli sərəncamlarının etibarsız hesab edilməsini xahiş etmişdir. 20. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)1536/2016 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

21. Bundan sonra iddiaçının şikayəti əsasında işə baxan Bakı Ape llyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)-59/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 13 nömrəli və xx.xx.2014-cü il tarixli, 116 nömrəli sərəncamlarının etibarsız hesab edilmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-406/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)-59/2018 nömrəli qərarı qismən – “Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 116 saylı sərəncamının etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qərar q alan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırkı iş üzrə mübahisələndirilən sərəncamın qəbulu ilə bağlı

23. Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli, 156 nömrəli sərəncamı ilə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli 116 saylı Sərəncamının ləğv edilməsi qərara alınmışdır.

24. Cavabdeh xx.xx.2019-cu il tarixli, 156 nömrəli sərəncamında qeyd edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 018-20822/3Ə-32 saylı məktuba əsasən müəyyən edilmişdir ki, vətəndaş X22 xx.xx.2014-cü il tarixdə xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınaraq texniki səhv nəticəsində hazırlanmış şəxsiyyət vəsiqəsində yaşayış yeri N.Yusifbəyli küçəsi, e v 11A əvəzinə ev 11B göstərilmişdir.

25. Cavabdeh eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-406/2019 nömrəli qərarına da istinad edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

26. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

27. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 328 nömrəli Sərəncamına əsasən Nəsimi rayonu, C.Məmmmədquluzadə, N.Yusifbəyli, Novruzov qardaşları və M.Sənani küçələrin in əhatəsindəki 999-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi, ərazidə yerləşən tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən həll edilməsi, sifarişçiyə ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etməsi və həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etməsi, sahəni yerində qəbul etməsi, onun sanitar vəziyyətinə nəzarət etməsi, layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhə rsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirməsi, ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırması, layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etməsi, layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırması, layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etməsi həvalə edilmişdir.

28. Sözügedən sərəncamın icrası gedişində Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 11B ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsinə münasibətdə X22 və X21 ilə alğı-satqı müqaviləsi bağlanılmış və müvafiq kompensasiya ödənilmişdir. Bunun üçün əsas Cavabdeh başçısının xx.xx.2014-cü il, 13 saylı sərəncamı, xx.xx.2014-cü il tarixli, 116 saylı sərəncamı, sözügedən ünvana dair R.Vəliyevin adına olan 1995-ci il tarixli texniki pasport, xx.xx.1996-cı il tarixli Bakı şəhəri Cavabdeh R.Vəliyevin sözügedən ünvana pasport qeydiyyatına alınmasında dair sərəncamı, habelə 59 saylı MKİS-in xx.xx.1996-cı il tarixli aktı və digər sənədlər olmuşdur.

29. X7 xx.xx.2012-ci il tarixli, 185 saylı sərəncamı əsas tutaraq, cavabdeh DƏD RXin ünvan 5 ünvanında yerləşən 275,1 kv.m. torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli, 2-1(81)-3309/2014 saylı qərarı ilə iddia təmin edilmişdir. Z.Süleymanova xx.xx.2014-cü il tarixdə sözügedən mənzili X10 alğı-satqı müqaviləsi əsasında satmışdır.

30. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli, 185 saylı sərəncamını əsas tutaraq, X2 Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il, 13 saylı sərəncamı və xx.xx.2014-cü il tarixli, 116 saylı sərəncamlarının etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzr ə sonradan qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 21(103)-59/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 13 saylı və xx.xx.2014-cü il tarixli, 116 saylı sərəncamlarının etibarsız hesab olunması qət edilmişdir. İş üzrə yekun məhkəmə aktı olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-406/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 21(103)-59/2018 nömrəli qərarı qismən – “Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 116 saylı sərəncamının etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından sonra Z.Süleymanova Cavabdehnə müraciət etmiş və Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncama görə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 116 saylı sərəncamı ləğv edilmişdir.

32. Hazırda N.Sultanov İddiaçı MMC-yə qarşı Nəsimi Rayon Məhkəməsinə “ünvan 7 ünvanında yerləşən 275,1 kv.m. torpaq sahəsinin İddiaçı MMC-nin qanunsuz sahibliyindən alınaraq, iddiaçıya verilməsi və həmin torpaq sahəsi üzərində tikilmiş tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbinin əsaslarından biri B akı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncamı təşkil edir.

33. Sözügedən xx.xx.2019-cu il tarixli sərəncam hazırda İddiaçı MMC-yə qarşı iddianın qaldırılması üçün əsaslardan olduğu üçün onun maraqlarına toxunur. Həmin sərəncam etibarsızdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.5-ci maddəsinə görə faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız sayılır. Cavabdehin etirazları:

34. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

35. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7, X14, X21 və X22 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişlər.

36. Bakı İnzibati Məhkəməsini n xx.xx.2023-cü il tarixli, 2-1(112)-6967/2023 nömrəli qərarı ilə iddiaçının cavabdehə və digərləri 3-cü şəxs qismində cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

37. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamının qanuni inzibati akt olması öz təsdiqini tapmışdır. Belə ki, həmin sərəncamı etibarsız hesab edən Bakı şəhəri Cavabdeh xx.xx.2017-ci il tarixli, 36 nömrəli sərəncamı Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-2878/2017 saylı qərarı ilə etibarsız hesab edilmişdir.

38. Həmçinin Bakı şəhəri Cavabdeh xx.xx.2014-cü il tarixli, 13 nömrəli sərəncamı da Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli, 21(103)-59/2018 saylı qərarı ilə etibarsız hesab edilmişdir.

39. Yuxarıda sadalanan məhkəmə aktlarında ifadə olunmuş məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq da, Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli, 156 nömrəli sərəncamı ilə Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamını ləğv edən Bakı şəhəri Cavabdeh xx.xx.2014-cü il tarixli, 116 nömrəli sərəncamını ləğv etmişdir.

40. İddiaçı icrası mümkün olmayan hesab etdiyi Bakı şəhəri Cavabdeh xx.xx.2019cu il tarixli, 156 nömrəli sərəncamı Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamının qüvvəsini bərpa edir ki, həmin sərəncam əsasında da Z.Süleymanovanın adına yaşayış evi və torpaq sahəsi daşınma əmlakın dövlət reyestrində qeydə alınmış və sərəncam icra edilmişdir. Bu səbəbdən Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli, 156 nömrəli sərəncamının faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt olması təsdiqini tapmır.

41. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

42. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1119/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6967/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

44. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

45. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Bundan başqa, iddiaçı qeyd etmişdir ki: - Cavabdeh başçısının xx.xx.2014-cü il, 13 saylı sərəncamı yekunda araşdırılmamış qalmış və hüquqi qiymət verilməmişdir. - Sözügedən xx.xx.2019-cu il tarixli, 156 nömrəli sərəncam verilən zaman artıq həmin ərazidə İddiaçı MMC yüksək mərtəbəli binanı tikib bitirmişdir və bununla da icrası mümkün olmayan inzibati akt qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

46. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 47. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

65. İnzibat i aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibat i aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

48. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşd ırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellya siya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

49. Kassasiya ş ikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

50. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

51. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır.

52. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini t ənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, şikayət təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.

53. İddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının icrası mümkün olmayan hesab etdiyi Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli 156 nömrəli sərəncamı ilə Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli 185 nömrəli sərəncamı qüvvəsini bərpa edir ki, həmin sərəncam əsasında da Z.Süleymanovanın adına yaşayış evi və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sərəncam icra edilmişdir. Bu səbəbdən Bakı şəhəri Cavabd eh xx.xx.2019-cu il tarixli 156 nömrəli sərəncamının faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt olması təsdiqini tapmır.

54. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yaşayış binalarını inşa edən hüquqi şəxsdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 328 nömrəli Sərəncamına əsasən Nəsimi rayonu, C.Məmmmədquluzadə, N.Yusifbəyli, Novruzov qardaşları və M.Sənani küçələrinin əhatəsindəki 999-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Sözügedən sərəncamın icrası gedişində Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 11B ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsinə münasibətdə iddiaçı ilə X22 və X21 arasında xx.xx.2014-cü ildə alğısatqı müqaviləsi bağlanılmış və müvafiq kompensasiya ödənilmişdir. Hal-hazırda mübahisələndirilən ərazidə yüksəkmərtəbəli yaşayış binası inşa olunmuş və binada yaşayış mövcuddur.

55. Göstərilənlərlə bağlı qeyd edilməlidir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 328 nömrəli Sərəncamını icra edən zaman hazırkı iş üzrə mübahisələndirilən Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 11 b ünvanında yerləşən fərdi yaşayış evinin A.Əliyevaya məxsus olması barədə Bakı şəhəri Cavabdeh xx.xx.2014-cü il tarixli, 13 nömrəli sərəncamı qüvvədə olmuşdur.

56. İddiaçı da həmin sərəncamın hüquqi qüvvəsinə uyğun davranaraq Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 11B ünvanında yer ləşən yaşayış sahəsinə münasibətdə xx.xx.2014-cü ildə alğı-satqı müqaviləsi bağlamaqla müvafiq kompensasiya ödəmişdir.

57. Digər tərəfdən, qeyd edilməlidir ki, mübahisələndirilən evin üçüncü şəxs X6 məxsus olması barədə Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamı qəbul edilsə də, həmin sərəncam Bakı şəhəri Cavabdeh xx.xx.2014-cü il tarixli, 116 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Yəni iddiaçı, X22 və X21 ilə xx.xx.2014-cü ildə alğı-satqı müqaviləsi bağlayan zaman mübahisələndirilən yaşayış sahəsinin X6 məxsus olması barədə Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamı qüvvədə olmamışdır.

58. Buna baxmayaraq, X7 Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamı əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qa ldırmaqla ona mübahisəli yaşayış sahəsinə çıxarış verilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən dərhal sonra X5 mübahisəli yaşayış sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə qeydə alınmış, xx.xx.2014-cü il tarixdə X1 evi X10 alğı-satqı müqaviləsi əsasında satmışdır və sonuncunun mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır.

59. Ona görə də, mübahisəli yaşayış sahəsi ilə bağlı cavabdehin qəbul etdiyi sərəncamlarla bağlı iddiaçı, X7, X16, X22 və X21 arasında müxtəlif məhkəmə çəkişmələri olmuşdur (bax: İşin halları).

60. Həmin məhkəmə çəkişmələrinin nəticəsində mübahisələndirən yaşayış sahəsinin X20 məxsus olması barədə Bakı şəhəri Cavabdeh xx.xx.2014-cü il tarixli, 13 nömrəli sərəncamı ləğv edilmiş, eləcə də, yaşayış sahəsinin X6 məxsus olması barədə Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamının etibarsız hesab olunması barədə cavabdehin xx.xx.2017-ci il tarixli 36 saylı Sərəncamı ləğv edilmişdir.

61. Hazırda iş üzrə mübahisə predmeti olan cavabdehin xx.xx.2019-cu il tarixli 156 saylı Sərəncamı ilə Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli 116 nömrəli Sərəncamı (Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli 185 saylı Sərəncamının ləğv edilməsi barədə) etibarsız hesab edilmişdir.

62. Yəni hazırkı iş üzrə mübahisə predmeti olan cavabdehin xx.xx.2019-cu il tarixli 156 saylı Sərəncamı faktiki olaraq yaşayış sahəsinin X6 məxsus olması barədə Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamının hüquqi qüvvəsini bərpa etmişdir.

63. İş materialları ilə müəyyən edilir ki, hazırda X16 İddiaçı MMC-yə qarşı Nəsimi Rayon Məhkəməsinə "ünvan 7 ünvanında yerləşən 275,1 kv.m. torpaq sahəsinin "xxxx" MMC-nin qanunsuz sahibliyindən alınaraq, iddiaçıya verilməsi və həmin torpaq sahəsi üzərində tikilmiş tikililərin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, iddia tələbinin əsaslarından biri isə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncamıdır.

64. Hazırda iddiaçının kassasiya şikayətinin əsas dəlili cavabdeh tərəfindən icrası mümkün olmayan inzibati aktın – xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncamının qəbul edilməsidir.

65. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsində inzibat i aktın etibarsız sayılmasının əsasları göstərilmişdir. Həmin normada numerus clausus (dəqiq siyahı) qaydasında inzibati aktın etibarsız olmasının əsasları sadalanmışdır. Bu əsaslardan hər hansı birinin mövcud olması inzibati aktın heç bir hüquqi əhəmiyyətə malik olmadığını bildirir. Qanunvericiliyin bu əsasları dəqiq müəyyən etməsi ona xidmət edir ki, ilk növbədə inzibati aktı aydın şəkildə etibarsız edən hallar konkretləşdirilsin, eyni zamanda hüquqi dövlətdə mövcud olan prinsiplərdən irəli gələrək şəxsin etimadı qorunsun. Yəni şəxs müvafiq inzibati aktı kimdən və hansı formada gözləməli olduğunu, eləcə də, qəbul olunmuş inzibati akt icra ediləcəyi halda bunun nə ilə nəticələnəcəyini bilməlidir. 66. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1.5-ci maddəsinə əsasə n faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız sayılır. Həmin norma hüququn ümumi prinsiplərindən irəli gələrək müəyyən edir ki, heç kəs mümkün olmayan hərəkətləri həyata keçirməyə borclu deyildir və borclu hesab edilə bilməz. Maddənin qrammatik şərhindən göründüyü kimi söhbət faktiki səbəblər üzündən, yəni obyektiv olaraq həyata keçirilməsi mümkün olmayan inzibati aktlardan gedir.

67. Hazırkı inzibati işlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncamı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati aktdır.

68. Belə ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncamı Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tari xli, 185 nömrəli sərəncamının qüvvəsini bərpa edir ki, belə olan halda müvafiq alğı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydlər əsasında X10 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 11B ünvanında yerləşən yaşayış sahəsinin və 275,1 kv.m. torpaq sahəsinin sonuncuya geri qaytarılması ilə nəticələnməlidir.

69. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, X7, X16, X22 və X21 arasında olan müxtəlif məhkəmə çəkişmələri nəticəsində qəbul olunmuş məhkəmə aktlarının nəticələrinin yaratdığı hüquqi mövqeyə görə Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 11B ünvanında yerləşən yaşayış sahəsi və 275,1 kv.m. torpaq sahəsi X6 (alğı-satqı müqaviləsinə əsasən hazırda X10) məxsus olsa da, cavabdehin xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncamı əsasında tor paq sahəsinin ona qaytarılması mümkün deyil.

70. Belə ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 328 nömrəli Sərəncamı əsasında qeyd edilən ərazidə yüksəkmərtəbəli yaşayış binası tikmişdir və hazırda həmin binada yaşayış mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, yüksəkmərtəbəli yaşayış binasının sökülməsi və orada yaşayan xeyli sayda insanların mövcud və ya gözlənilən mülkiyyət hüquqlarının pozulması hazırkı iş üzrə mübahisələndirilən sərəncamın icrası ilə müqayisədə qeyri-mütənasib və ədalətsiz hesab olunmalıdır.

71. Çünki, iddiaçıya yüksəkmərtəbəli yaşayış binası tikmək səlahiyyətini verən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 328 nömrəli Sərəncamının hüquqi qüvvəsi mübahisələndirilməmiş, eləcə də, həmin sərəncamın icrası zamanı iddiaçı xx. xx.2014-cü il tarixdə qüvvədə olan inzibati akta (yaşayış evinin A.Əliyevaya məxsus olması barədə Bakı şəhəri Cavabdeh xx.xx.2014-cü il tarixli, 13 nömrəli sərəncamına) əsaslanmaqla alğı-satqı müqaviləsi bağlamış və müvafiq kompensasiya ödəmişdir.

72. Hazırda mübahisələndirilən cavabdehin xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncamının hüquqi qüvvəsini bərpa etdiyi Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamında qeyd edilən yaşayış sahəsi faktiki olaraq mövcud deyil. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, faktiki olaraq mövcud olmayan yaşayan sahəsinə hüquq verən sərəncamın hüquqi qüvvəsinin bərpası barədə qəbul edilən inzibati akt – sərəncam əslində faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati aktdır.

73. Belə olan halda, məhkəmə kollegiyası qe yd edir ki, Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli, 156 nömrəli sərəncamı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1.5-ci maddəsinə əsasən etibarsız sayılmalıdır.

74. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-1119/2024 nömrəli qərarı ləğv edilir. Yeni qərar qəbul edilir. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncamı etibarsız hesab edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar