Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4556/2025 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı iddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı iddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və digər” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. iddiaçı1 ünvanlanmış ##.##.2022-ci il tarixli məktubda qeyd edilir: “Pensiya işinizə aid sənədlərdə Sizə Xətai rayon şöbəsi tərəfindən # ###### 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı (işləyən) kimi yaşa görə əmək pensiyası təyin edildiyi, # ###### 2011-ci il tarixindən prokurorluq orqanlarından azad olmağınızla əlaqədar pensiyanızın yenidən hesablandığı qeyd olunub. Müraciətinizə əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, # ###### 2011-ci il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 819,12 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 368,60 manat, rütbəyə görə əlavəniz 127,00 manat, digər növ əlavələriniz 752,92 manat olmaqla orta aylıq əmək haqqınız 2067,64 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun # #### 2017-ci il tarixinədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən 31 il 4 ay 26 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (2067,64 manat) 80 faizi-1654,11 manat məbləğində hesablanıb. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən # ###### 2014-cü il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 943,50 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 424,58 manat, rütbəyə görə əlavəniz 127,00 manat, digər növ əlavələriniz 857,62 manat olmaqla orta aylıq əmək haqqınız 2352,70 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun # #### 2017-ci il tarixinədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən 31 il 4 ay 26 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (2352,70 manat) 80 faizi-1882,16 manat məbləğində hesablanıb. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən # #### 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 1036,58 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 466,46 manat, rütbəyə görə əlavəniz 127,00 manat, digər növ əlavələriniz 935,95 manat olmaqla orta aylıq əmək haqqınız 2565,99 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 31 il 4 ay 26 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (2565,99 manat) 80 faizi- 2052,79 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən Sizə ##.##.2011-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 250417,62 manat pensiya məbləği ödənilməli olduğu halda, 254264,33 manat ödənildiyindən nəticədə 3846,71 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 3846,71 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Mərkəzi Filial tərəfindən cari ilin mart ayından etibarən əmək pensiyanız 2052,79 manat müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. Bundan başqa # ###### 2022-ci il tarixindən hesablanmaqla Sizə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azerbaycan Respublikası Prezidentinin 2022-ci il # #### tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi-205,28 manat məbləğində maddi yardım ödənilir”.
2. DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli *********** nömrəli qərarından görünür ki, iddiaçı1 yenidən hesablanmış pensiya məbləği 2052,79 manat olmuşdur. Pensiyanın yenidən hesablanması zamanı əsas götürülən dövlət məvacibi aşağıdakılardan ibarət olmuşdur: vəzifə maaşı 1036,58 manat, ixtisas dərəcəsinə görə əlavə 127 manat, qulluq stajına görə əlavə 466,46 manat, mükafatlar 120,93 manat, mükafatlar əmək haqqı 815,02 manat.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a.Birinci instansiya məhkəməsindəki icraat
3. iddiaçı1 (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək, “cavabdehin iddiaçının pensiyasının yenidən hesablanması barədə 2022-ci ildə qəbul edilmiş qərarının ləğv edilməsi və ##.##.2011-ci ildən 2022-ci ilin sonunadək olan dövr üzrə hər il üçün müəyyənləşdirilmiş inflyasiya faizinə uyğun olaraq pensiyanın indeksləşməsi, bu zaman qulluq stajına görə əlavə məbləğin azaldılmaması və hesablamanın artan yekunla aparılmaqla ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1979-cu ildən ##.##.2011-ci ilədək olan dövrdə 31 il 5 ay ərzində prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. İddiaçının 25 ildən çox xidməti nəzərə alınaraq, ##.##.2006-cı ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ona qulluq stajına görə vəzifə maaşının 45% miqdarında əlavə məbləğ hesablanıb pensiya təyin edilmişdir. 60 yaşı tamam olduqdan sonra xidməti başa vurmağı ilə əlaqədar ##.##.2011ci il tarixdə yaşa görə pensiyaya çıxmışdır. Daha sonra iddiaçının pensiya işi üzrə yenidən hesablama aparılmaqla ona ömürlük pensiya təyin edilmişdir. 25 ildən çox qulluq illərinə görə ona ##.##.2006-cı ildən etibarən işləyən pensiyaçı kimi müvafiq məbləğdə pensiya təyin edildikdən sonra işləməyinə baxmayaraq, eləcə də pensiya təyin edilən gündən sonra işlədiyi dövr ərzində fərdi hesabında pensiya kapitalı toplanmasına və işləyən pensiyaçı kimi yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazandığı sığorta hissəsini tam şəkildə almağa hüququ olmasına baxmayaraq, pensiya kapitalının sığorta hissəsi ona tam məbləğdə ödənilməmişdir. Pensiyaya çıxdıqdan sonra bu hal 17 il ərzində davam etmiş, bu müddət ərzində pensiya işi üzrə dəfələrlə yenidən hesablamalar aparılmasına baxmayaraq, qanunsuzluğa son qoyulması üçün tədbir görülməmişdir. Belə ki, bu illər ərzində istehlak qiymətlərində yaranmış fərqə (artıma) görə tətbiq edilən indeksləşmə əməliyyatı pensiya sənədləri üzrə hesablanıb ödənilməsi üçün konkret məbləğ müəyyənləşdirilsə də, qulluq stajına görə aldığı vəsaitin məbləği həmin məbləğ qədər, yəni indeksləşmə hesablaması nəticəsində alınan məbləğ səviyyəsində azaldılmış, son nəticədə ona heç bir ödəniş edilməmiş və pensiyanın ümumi məbləği dəyişməz olaraq qalmışdır
5. Cavabdeh etirazı onunla əsaslanmışdır ki, Fondun Xətai rayon şöbəsi tərəfindən 0# ###### 2006-cı il tarixdən prokurorluq orqanlarının əməkdaşı (işləyən) kimi yaşa görə əmək pensiyası təyin edilmiş, 0# ###### 2011-ci il tarixdən prokurorluq orqanlarından azad olması ilə əlaqədar pensiya məbləği yenidən hesablanmışdır. Daha sonra Azərbaycan Respublikası * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ####### 2018-ci il tarixli *-*(**)-****/**** nömrəli Qərarı nəzərə alınmaqla aparılan araşdırma zamanı məlum olmuşdur ki, 0# ###### 2011-ci il tarixdə iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 819,12 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 368,60 manat, rütbəyə görə əlavəsi 127,00 manat, digər növ əlavələri 752,92 manat olmaqla orta aylıq əməkhaqqısı 2067,64 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 0# #### 2017ci il tarixədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən 31 il 4 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqısının (2067,64 manat) 80 faizi-1654,11 məbləğində müəyyən edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 0# ###### 2014-cü il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 943,50 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 424,58 manat, rütbəyə görə əlavəsi 127,00 manat, digər növ əlavələri 857,62 manat olmaqla orta aylıq əməkhaqqısı 2352,70 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası Qanunun 0# #### 2017-ci il tarixədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən 31 il 4 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (2352,70 manat) 80 faizi-1882,16 məbləğində müəyyən edilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 0# #### 2018-ci il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1036,58 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 466,46 manat, rütbəyə görə əlavəsi 127,00 manat, digər növ əlavələri 935,95 manat olmaqla orta aylıq əməkhaqqısı- 2565,99 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası Qanunun 20.8.2-ci maddəsinə əsasən 31 il 4 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (2565,99 manat) 80 faizi-2052,79 manat məbləğində müəyyən edilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar ## ###### 2022-ci il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1369,00 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 616,05 manat, rütbəyə görə əlavəsi 127,00 manat, digər növ əlavələri 1196,70 manat olmaqla orta aylıq əməkhaqqısı 3308,75 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası Qanunun 20.8.2-ci maddəsinə əsasən 31 il 04 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (3308,75 manat) 80 faizi – 2647 manat məbləğində müəyyən edilib. İddiaçıya ##.##.2011-##.##.2024-cü il tarixləri arasındakı dövr üzrə ümumilikdə 319043,89 manat pensiya məbləği ödənilməli olduğu halda, 320840,70 manat ödənildi nəticədə 1796,81 manat artıq pul vəsaiti ödənilib.
6. Cavabdehin dəqiqləşdirilmiş iddia tələbinə dair təqdim etdiyi yazılı münasibətdə bildirilmişdir ki, ##.##.2025-ci ildə keçirilmiş məhkəmə iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın 2022-ci ildə iddiaçının hesabının yenidən yoxlanmasına dair tərtib edilmiş inzibati akt “Əmək pensiyaları haqqında” Qanunun və sözügedən sənədin tənzimləyici normativ aktların müddəalarında təsbit edilmiş pensiya təminatı hüquqlarının pozduğuna əməldə 25 il xidmətdən sonra daha 6 il 5 ay işlədiyinə görə fərdi hesaba məcburi sığorta ödənişləri hesabına pensiya kapitalı toplandığına, beləliklə yaş pensiyası kimi yaşa görə əmək pensiyasının təyini edilməsinin məbləği tam şəkildə hüquqi olduğuna görə 2006–2022-ci illərdə hər il üçün müəyyənləşdirilmiş ödənişli faizinə əsasən həmin illər üzrə yenidən hesablanmış və təyin edilmiş pensiya məbləğinin yaşa görə əlavə məbləği azaldılmaqla “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq sözügedən illər üzrə pensiya məbləğinin artan məbləğinin yenidən hesablanması və ödənilməsi pensiya hüququnun bərpası zəruriliyinin cavabdehin üzərinə qoyulması, cavabdeh orqanın vəzifəli işçilərinin pensiya qanunvericiliyini normalarını laqeydcəsinə tətbiq etmələrinə görə 5 il əvvəl iddiaçıya artıq ödəniş (1796 AZN) edilməsi epizoduna görə pozuntunun iddiaçının təqsiri üzündən baş vermədiyinin nəzərə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı qeyd olunur ki, iddiaçının pensiya işinə dair sənədlərdə ona Fondun Xətai rayon şöbəsi tərəfindən # ###### 2006-cı il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi, prokurorluq orqanlarından azad olunması ilə əlaqədar əmək pensiyasının # ###### 2011-ci il tarixindən yenidən hesablandığı qeyd olunub. İddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı həmin tarixədək topladığı pensiya kapitalı nəzərə alınıb. Eyni zamanda bildirilir ki, aparılan araşdırma zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ###### 2018ci il tarixli *-*(***)-****/** nömrəli qərarı nəzərə alınmaqla iddiaçının pensiya məbləği ## #### 2022-ci il tarixində qanunvericiliyə uyğunlaşdırılaraq 2348,72 manatdan 2052,79 manata azaldılmış, həmçinin ona ##.##.2011–##.##.2022-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 3846,73 manat artıq ödənilmiş vəsaitin ödənildiyi müəyyən edilib. Qeyd edilənlərlə əlaqədar şəxsə ## #### 2022-ci il tarixli *********** nömrəli məktubla məlumat verilib. # ###### 2022-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının əmək pensiyası 2023-cü il tarixində vəzifə maaşlarının artırılması ilə əlaqədar pensiyasının tərkibinə daxil edilən məbləğlərin onun pensiyasına əlavə və maddi yardımla əmək pensiyası ## ###### 2023-cü il tarixindən etibarən də yenidən hesablanaraq müvafiq hesablanma nəticəsində ona ümumilikdə 1247,84 manat fərq məbləğ ödənmişdir, həmçinin iddiaçının # ###### 2023-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar pensiyası yenidən hesablanmış və həmin tarixdə 3339,72 manat məbləğində müvafiq pensiya ödənilmişdir. Ona 2023-cü ilin yanvar ayı üzrə ödənilməli olan 428,02 manat pul vəsaiti hesablanıb. Bundan başqa, iddiaçıya dövlət qulluqçusu kimi 2023-cü il fevral ayı üçün ödənilməli olan 59,44 manat əlavə hesablanıb. Həmin vəsait 2023-cü ilin fevral ayında müvafiq kart hesabına köçürülüb. Əmək pensiyalarının # ###### 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası həmin tarixdə 3373,16 manat məbləğində yenidən hesablanıb. Ona 2024-cü ilin yanvar ayı üzrə ödənilməli olan 374,05 manat pul vəsaiti hesablanıb. Əmək pensiyasının # ###### 2025-ci il tarixindən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası həmin tarixdə 3101,75 manat məbləğində müəyyən edilib. Ona cari ilin yanvar ayı üzrə ödənilməli olan 300,81 manat pul vəsaiti hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən, əmək pensiyasının yenidən hesablanması və ya pensiya hüququnun yaranması nəticəsində artıq aylıq pul vəsaiti ödənildikdə, bu Qaydının 6.1.4-cü, 6.1.6-cı və 6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla keçmiş dövr üzrə artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği # #### 2025-ci il tarixinə 1496,01 (3846,73–1247,84–428,02–374,05–300,81) manat təşkil edir. Həmçinin ##.##.2022-ci il tarixindən sonra iddiaçıya dair artıq ödəmə barədə hər hansı qərar qəbul olunmayıb.
7. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim – T.Məlikov).
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Qulluq illərinə əlavənin hesablanması qaydası isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi - bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır.
9. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən 2017-ci il ####un #-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının ## ###### 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddədə “2017-ci il ####un #-dən əmək pensiyasına çıxmış bu” sözləri “Bu” sözü ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il ######ın #-dən qüvvəyə minmişdir.
10. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır.
11. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ##.##.2017- ##.##.2022-ci il tarixinə qədər qüvvədə olan 2-ci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.
12. İşin faktiki hallarına əsasən də, iddiaçıya ##.##.2006-cı il tarixdə pensiya təyin edilmiş, o, həmin vaxtdan sonra əmək fəaliyyətinə davam etdirmiş və fərdi şəxsi hesabında pensiya kapitalı yığmışdır. Belə olan halda, iddiaçının ##.##.2011-ci il tarixədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il ####un #-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmasını tələb etmək hüququ var.
13. Bu isə ona əsas verir ki, cavabdeh ilkin olaraq həm sığorta hissəsini, həm də qulluq stajına görə əlavələr hissəsini artırmaqda haqlı olmuş, lakin daha sonra ##.##.2022ci il tarixli yenidən hesablama qərarı ilə gəldiyi mövqeyi nəticəsində qulluq stajına görə əlavələri azaltmaqda haqlı olmamışdır.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – P.Hüseynov, hakimlər – G.Sevdimalıyeva, G.Sevdimalıyeva).
16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, iddiaçının ##.##.2011-ci il tarixədək toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmasını tələb etmək hüququ vardır. Belə ki, cavabdeh əvvəlcə iddiaçıya təyin edilmiş pensiya məbləğinin həm sığorta hissəsini, həm də qulluq stajına görə əlavələr hissəsini artırmaqda haqlı olsa da, daha sonra ##.##.2022-ci il tarixli yenidən hesablama qərarı ilə qulluq stajına görə əlavələri azaltması düzgün olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Mövcud qanunvericiliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh tərəfindən aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Lakin cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 0# ###### 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən sözügedən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanırdı. Bununla əlaqədar olaraq hər il yanvar ayının 1-dən prokurorluq orqanlarının işçilərinin, hakimlərin, deputatların, hərbi qulluqçuların, dövlət qulluqçularının və s. əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırıldıqda onların pensiyasının qulluq stajına görə əlavəsi də həmin artım məbləği qədər azaldılırdı. Nəticədə həmin şəxslərin ümumi pensiya məbləğləri dəyişməz olaraq qalırdı. Həmin Qanuna 0# ###### 2023-cü il tarixindən edilmiş dəyişiklik nəticəsində 29.2-ci maddə Qanundan çıxarılmış, həmçinin 29.1-ci maddəyə əsasən sığorta hissəsi ilə birlikdə qulluq stajına görə əlavələrin də indeksləşdirilməsinə başlanıldı. Nəticədə sözügedən kateqoriyadan olan şəxslərin əmək pensiyaları 0# ###### 2023-cü il tarixindən etibarən indeksləşdirilmə yolu ilə artırılır. Lakin texniki səhv səbəbindən iddiaçının əmək pensiyasının həm sığorta hissəsi, həm də qulluq stajına görə əlavə hissəsi ##.##.2020-ci il tarixindən də indeksləşdirilərək 16.6 faiz artırılmışdır. Halbuki həmin tarixdə pensiyanın yalnız sığorta hissəsi indeksləşdirilərək artırılırdı və həmin artım məbləği qədər qulluq stajına görə əlavə azaldılırdı. Buna görə də həmin tarixdə iddiaçının ümumi pensiya məbləği artırılmamalı idi.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə artıq ödənilmiş məbləğin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Hazırkı qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırda qüvvədə olan redaksiyada) 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; (##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyada)
45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.
45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır (##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyada).
22. “Əmək pensiyaları haqqında” Qanun (##.##.2023-cü il tarixədək olan redaksiyada): Maddə 29.2. 2017-ci il ####un #-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədəmüvafiq hesab edir.
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı işləməyən pensiyayaçı kimi ##.##.2011-ci ildən 2022-ci ilin sonunadək olan dövr üzrə hər il üçün müəyyənləşdirilmiş inflyasiya faizinə uyğun olaraq pensiyanın indeksləşməsinə, bu zaman qulluq stajına görə əlavə məbləğin azaldılmamasına və hesablamanın artan yekunla aparılmaqla ödənilməmiş pensiya məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir.
29. Məhkəmə kollegiyası bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun (##.##.2023-cü il tarixədək qüvvədə olan redaksiyasına) 29.2-ci maddəsinə əsasən, 2017-ci il ####un #-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.
30. Cavabdehin kassasiya şikayətində bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 0# ###### 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən sözügedən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanırdı. Bununla əlaqədar olaraq hər il yanvar ayının 1-dən prokurorluq orqanlarının işçilərinin, hakimlərin, deputatların, hərbi qulluqçuların, dövlət qulluqçularının və s. əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırıldıqda onların pensiyasının qulluq stajına görə əlavəsi də həmin artım məbləği qədər azaldılırdı. Nəticədə həmin şəxslərin ümumi pensiya məbləğləri dəyişməz olaraq qalırdı. Həmin Qanuna 0# ###### 2023-cü il tarixindən edilmiş dəyişiklik nəticəsində 29.2-ci maddə Qanundan çıxarılmış, həmçinin 29.1-ci maddəyə əsasən sığorta hissəsi ilə birlikdə qulluq stajına görə əlavələrin də indeksləşdirilməsinə başlanıldı. Nəticədə sözügedən kateqoriyadan olan şəxslərin əmək pensiyaları 0# ###### 2023-cü il tarixindən etibarən indeksləşdirilmə yolu ilə artırılır.
31. Beləliklə, cavabdehin dəlilləri mahiyyət etibarı ilə ondan ibarət olmuşdur ki, istinad edilən qanunun 0# ###### 2023-cü il tarixinədək qüvvədə olmuş 29.1-ci maddəsinin məzmunundan aydın olur ki, prokurorluq işçilərinin əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırıldıqda, onların pensiyasının qulluq stajına görə əlavəsinin də indeksləşdirilmə yolu ilə artırılmasının hüquqi əsası olmamışdır.
32. Belə ki, cavabdeh öz mövqeyini onunla əsaslandırmışdır ki, texniki səhv səbəbindən iddiaçının əmək pensiyasının həm sığorta hissəsi, həm də qulluq stajına görə əlavə hissəsi ##.##.2020-ci il tarixindən də indeksləşdirilərək 16.6 faiz artırılmışdır. Halbuki həmin tarixdə pensiyanın yalnız sığorta hissəsi indeksləşdirilərək artırılırdı və həmin artım məbləği qədər qulluq stajına görə əlavə azaldılırdı. Buna görə də həmin tarixdə iddiaçının ümumi pensiya məbləği artırılmamalı idi.
33. İşə baxmış məhkəmə kollegiyası isə cavabdehin həmin dəlillərinə ətraflı qiymət vermədən iddianın əsaslılığı nəticəsinə gəlmişdir.
34. Halbuki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
35. Apellyasiya şikayətinin dəlilinə məhkəmə tərəfindən lazımi qiymət verilməməsi iş üzrə əsassız nəticəyə gəlinməsinə səbəb olmaqla yanaşı, həm də hüququn təməl sütunu hesab edilən hüquqi müəyyənlik prinsipinə, bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdıqları hüquqi mövqelərə ziddir
36. Yuxarıda qeyd edilənlər iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmadığını təsdiq edir. Ona görə də təkrar apellyasiya baxışında qeyd edilən işin həlli üçün mühüm əhəmiyyət kəsb edən qeyd edilən halların araşdırılması və dəqiq müəyyənləşdirilməsi təmin edilməlidir.
37. Bu səbəbdən bu hallar aydınlaşdırıldıqdan sonra iddiaçının tələbinin əsaslı sayılıb-sayılmaması məsələsinə də düzgün qiymət verilə bilər.
38. Odur ki, apellyasiya məhkəməsi tərəfindən növbəti apellyasiya baxışı zamanı sadalanmış hallar yoxlanılmalı və digər sübutlarla qarşılıqlı şəkildə müəyyən edilməli, nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.
40. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
41. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2- 1(103)- ****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir.