Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4558/2025 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı ##.##.1964-cü il tarixdə anadan olmuşdur. H3 4443655 hərbi biletə əsasən o, ##.##.1982-ci il tarixdən ##.##.1984-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir.
2. Iddiaçıya məxsus əmək kitabçasına əsasən o, ##.##.1984-cü il tarixdən ##.##.1985-ci il tarixədək 2-ci dərəcəli fəhlə, ##.##.1985-ci il tarixdən ##.##.1986-cı il tarixədək körpü kranın maşinisti, #.##.1986-cı il tarixdən elektrik körpü kranı maşinisti, ##.##.1988-ci il tarixdən frezerçi, ##.##.1995-ci il tarixdən sınaq-eksperimental laboratoriyanın rəisi, ##.##.1998-ci il tarixdən ##.##.1999-cu il tarixədək frezerçi, ##.##.1998-ci il tarixdən ##.##.2009-cu il tarixədək “xxxx”də Poladəritmə sexində kran sürücüsü, ##.##.2009-cu il tarixdən ##.##.2014-cü il tarixədək “xxxx” SC-nin Dəmir Beton konstruksiyaları zavodunda çilingər, #.##.2014-cü il tarixdən xxxx QSC DBKI sahəsində çilingər, ##.##.2016-cı il tarixdən çilingər-təmirçi vəzifəsinə qəbul edilmiş və halhazıradək işləyir.
3. “xxxx” tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçı ##.##.1998-ci il tarixində xxxx Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində Poladəritmə sexinə kran sürücüsü peşəsinə işə qəbul edilmiş və ##.##.2009-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilmiş peşələr (vəzifələr) hazırda "xxxx" QSC-də mövcud olan və "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li siyahısı”nın 3-cü Metallurgiya Istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "metallurgiya istehsalatının kran maşinistləri" (2040200a—13792), həmin Qərarın "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı"nın 11-ci Metal emalı bölməsinin 5. Metal emalı üzrə sair peşələr bəndinin (a) Fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)” (1110400a—13790) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 3-cü Metallurgiya Istehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "metallurgiya istehsalatının kran maşinistləri", həmin Qərarın 11-ci Metal emalı bölməsinin 11.5. Metal emalı üzrə sair peşələr bəndinin (a) Fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)" peşələr ilə eynilik təşkil edir.
4. “xxxx” QSC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı ##.##.2009-cu il tarixindən “xxxx” SC-nin Dəmir-Beton Konstruksiyalar zavodunda fəhlə peşəsində işləmişdir. ##.##.2009-cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2009-cu il tarixindən "xxxx” SC-nin Dəmir-Beton Konstruksiyalar zavodunda çilingər peşəsinə qəbul edilmişdir. ##.##.2014-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2014-cü il tarixli *** saylı Sərəncamına əsasən xxxx və “xxxx” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “xxxx” QSC yaradılmışdır. ##.##.2014-cü il tarixindən “xxxx” QSC-nin X5 sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. ##.##.2015-ci il tarixindən “xxxx” QSC-nin Depolar üzrə iş Departamentinin Birləşmiş təsərrüfat xidməti sahəsində çilingər-təmirçi, ##.##.2015-ci il tarixindən Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsində işləyir. İddiaçı xüsusilə zərərli əmək şəraiti üzrə əmək stajı 08 il 11 ay 18 gün (səkkiz il on bir ay on səkkiz gün) (##.##.2024-cü il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə ## ###### 2007-ci il tarixli 12 Ns-li qərara müvafiq olaraq həmin siyahının 29.Bina, qurğu və digər obyektlərin inşası,yenidən qurulması,texniki təchizatı, bərpası və təmiri maddəsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinin fəhlələr yarımbəndində yer alan avadanlıqların təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) sətrinə aiddir.
5. “xxxx” QSC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı növbəli iş rejimində ##.##.2015-ci il tarixdən ##.##.2023-cü il tarixinə qədər “xxxx” QSC-nin tikilməkdə olan yeraltı obyektlərində, o cümlədən tunellərində göstərici nişanların, reklam sahəsinə aid olan avadanlıqların quraşdırılmasında çalışmışdır. Işlərin yekunlaşması ilə əlaqədar olaraq ##.##.2023-cü il tarixindən isə N.Nərimanov adına elektrik deposunda və metro keçidlərində bu günə kimi normal iş rejimində avadanlıqların (laytboklasrın) təmiri ilə məşğuldur.
6. X4 Ittifaqı Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı fasiləsiz olaraq ##.##.2015-ci il tarixindən ##.##.2023-cü il tarixinə qədər olan müddətdə növbəli iş rejimi ilə “xxxx” QSC-nin yer qurğularının rekonstruksiyasında, yeraltı işlərdə öz peşəsinə uyğun olaraq metro avadanlıqlarının quraşdırılması və təmiri ilə məşğul olmuşdur. Gecə saatlarında yeraltı və zərərli iş şəraitinə görə ona əlavə əmək haqqı hesablanmış, eyni zamanda süd məhsulları ilə təmin olunmuşdur. Hal-hazırda isə N.Nərimanov adına elektrik deposunda normal iş rejimi ilə işinə davam etməkdədir.
7. Iddiaçı ## ##### 2024-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh müraciətinə ## ###### 2024-cü il tarixli məktubu ilə imtina edərək bildirmişdir ki, xüsusilə zərərli əmək şəraiti üzrə əmək stajı 12 il 6 aydan az 8 il 11 ay 18 gün (səkkiz il on bir ay on səkkiz gün) (##.##.2024-cü il tarixinə) təşkil edir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya ## ##### 2024-cü il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ##### 1964-cü il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. ##.##.1980-ci il tarixdən ##.##.1984-ci il tarixədək (##.##.1982-ci il tarixdən ##.##.1984-cü il tarixədək hərbi xidmət) Qafan rayonunun Y.Gödəkli 8-illik məktəbin yanında qapalı yardımçı emaltxanada nitro-emal boyalarla 3-cü dərəcəli rəngsaz işləmişdir. Bundan sonra “Azərelektroterm” IB Bakı ağır elektrik qaynağı zavodunda ## #### 1984-cü ildən ## ####### 1985-ci ilədək 2-ci dərəcəli fəhlə, ## ###### 1985-ci ildən ## #### 1986-cı il tarixədək körpü kranının maşinisti, ## ######## 1986-cı il tarixdən ## #### 1988-ci il tarixdən 3-cü və 4-cü dərəcəli elektrik körpu kranı maşinisti, ## #### 1988-ci il tarixdən ## ######## 1988-ci il tarixdən ## ####### 1995-ci il tarixədək 2-ci və 3-cü dərəcəli frezerçi, ## ####### 1995-ci il tarixdən ## ### 1998-ci il tarixədək sınaq eksperimental laboratoriyanın rəisi, ## ### 1998-ci il tarixdən ## #### 1999-cu il tarixədək frezerçi vəzifələrində çalışmışdır. Bakı Steel Company Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində Poladəritmə sexində ## ###### 1998-ci il tarixdən ## #### 2009-cu il tarixədək kran sürücüsü vəzifəsində çalışmışdır.##.##.2009-cu il tarixindən ## ####### 2009-cu il tarixədək “xxxx” SC-nin Dəmir-Beton Konstruksiyalar zavodunda fəhlə peşəsində işləmişdir. ## ###### 2009-cu il tarixindən ## #### 2014-cü il tarixədək “xxxx" QSC-nin Dəmir-Beton Konstruksiyalar zavodunda çilingər peşəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2014-cü il tarixli *** saylı Sərəncamına əsasən xxxx və “xxxx” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx"xxxx"xxxx'' QSC-nin X5 sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. ## ###### 2015-ci il tarixindən "xxxx" QSC-nin Depolar üzrə iş Departamentinin Birləşmiş təsərrüfat xidməti sahəsində çilingər-təmirçi, ## #### 2015-ci il tarixindən Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsində çalışır. Iddiaçı ## ##### 2024-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh müraciətinə ## ###### 2024-cü il tarixli məktubu ilə imtina edərək məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişdir. Iddiaçı hesab edir ki, cavabdehin iddiaçıya pensiyanın təyin etməməsi əsassız və qanunsuzdur. Iddiaçının 25 ildən artıq ümumi iş stajı, 12 il 06 aydan artıq güzəştli şərtlərlə iş staşı olduğuna görə ona 60 yaşından, yəni ## ##### 2024-ci il tarixdən pensiya təyin edilməlidir.
10. Məhkəmə sorğusuna cavab olaraq “xxxx” QSC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, ##.##.1964-cü il təvəllüdlü İddiaçı ##.##.2009-cu il tarixindən ##.##.2009-cu il tarixinədək “xxxx” SC-nin Dəmir-Beton Konstruksiyalar zavodunda fəhlə, ##.##.2009-cu il tarixindən ##.##.2014-cü il tarixinədək “xxxx” SC-nin Dəmir-Beton Konstruksiyalar zavodunda çilingər peşəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2014-cü il tarixli *** saylı Sərəncamına əsasən xxxx və “xxxx” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “xxxx” QSC yaradılmışdır. ##.##.2014-cü il tarixindən İddiaçı “xxxx” QSCnin X5 sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə qəbul edilmiş, ##.##.2015-ci il tarixindən “xxxx” QSC-nin Depolar üzrə iş Departamentinin Birləşmiş təsərrüfat xidməti sahəsinə çilingər-təmirçi keçirilmiş, ##.##.2015-ci il tarixindən hal-hazıradək Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsində işləyir. Qeyd: Dəmir-Beton Konstruksiyalar zavodunda çilingər peşəsinin əsas vəzifə və funksiyaları sahədə olan avadanlıqların, qurğuların və təmir olunan maşınların konstruktiv xüsusiyyətlərini nəzərə alaraq müxanizmlərin kinematik və hidravlik sxemlərinin tətbiq edilməsi, təmir edilmiş avadanlıqların sınaqdan keçirilməsinin yoxlanılması, mürəkkəb detal və hissələrin bərpası, dəyişdirilməsi və s. işlərdən ibarətdir. Yeraltı işlərə aid deyil. Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsinin əsas vəzifə və funksiyaları avadanlıqların, mexanizmlərin elektrik qovşaqlarının daim təftiş edilməsi, mövcud və ya yarana biləcək nasazlıqların aşkarlanaraq təmir edilməsi, gərginlik birləşmələrinin (naqil və kabellər) izolə edilmiş düyünlərinin mütəmadi yoxlanılması, işıqlandırma sisteminə texniki xidmət və nasazlıqların aradan qaldırılması, mürəkkəb maşın, elektrik aparatı, cihazı, dəzgah və mexanizmlərin elektrik qovşaqlarının yoxlanılması, sınanması, tənzimlənməsi, qidalandırıcı naqil və kabellərə mütəmadi nəzarətin edilməsi, bütün tiplərdən olan elektrik maşınların, elektrik ləvazimatların lövhələrinə baxış, dinamik tarazlaşdırma, elektrik fırçaların yoxlanılması, tələb olunduğu halda yenisi iə əvəzlənməsi, digər elektrik təmiri ilə əlaqədar müxtəlif həcmli işlərin görülməsi və s. işlərdən ibarətdir. Xüsusi zərərli əmək şəraitində aparılmır. Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsinin zərərliliyinə görə İddiaçı əmək haqqına 8% əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verilir.
11. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçı İddiaçı 60 yaşının tamam olduğu tarixdən, yəni ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının icra etdiyi fəaliyyət, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5-ci bəndi, yəni “Metropolitenlərdə avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri” peşəsi iddiaçının faktiki icra etdiyi əmək funksiyasına məzmun və şərait baxımından tam uyğun gəlir. Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsi, məzmun və funksional mahiyyət baxımından güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr kateqoriyasına aid edilməlidir. Burada ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Məhz bu müqavilə çərçivəsində müəyyən edilmiş şərtlər, o cümlədən iş şəraitinin zərərli olması faktı hüquqi nəticələr doğuran mühüm məqam kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə “xxxx” QSC arasında əmək müqaviləsi bağlanarkən, iddiaçının əmək şəraiti müəyyən edilərkən işlədiyi şəraitin zərərli olması xüsusilə göstərilmişdir. Əmək Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsinə əsasən yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Iddiaçının da məhz zərərli iş şəraitində çalışdığı üçün bu hüquqdan faktiki olaraq istifadə etməsi, onun əmək şəraitinin zərərli xarakter daşıdığını sübut edən hüquqi əlamətdir. Belə ki, ona 6 təqvim günü əlavə məzuniyyət verilmiş, bununla yanaşı əmək haqqına əlavələr hesablanmışdır. Eyni zamanda, iş materiallarında olan və “xxxx” QSC-nin tərkibində fəaliyyət göstərən X3 Ittifaqı Komitəsi tərəfindən verilmiş rəsmi arayışa əsasən iddiaçı ##.##.2015-ci il tarixindən ##.##.2023-cü il tarixədək fasiləsiz şəkildə növbəli iş rejimində, metro infrastrukturu çərçivəsində yeraltı işlərdə, konkret olaraq yer qurğularının rekonstruksiyası, metro avadanlıqlarının quraşdırılması və təmiri üzrə fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Bu fəaliyyət dövründə iddiaçıya həm yeraltı və zərərli əmək şəraitinə görə əlavə əməkhaqqı ödənilmiş, həm də süd məhsulları ilə təminat həyata keçirilmişdir ki, bu da onun icra etdiyi əmək funksiyalarının zərərli olduğunu təsdiq etmişdir. Iddiaçının həmin peşələrdə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb ödənilir.
12. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinin fəhlələr yarımbəndində (a) avadanlıqların təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) vəzifəsi nəzərdə tutulmuşdur. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИT-İ ******* nömrəli əmək kitabçasında və “xxxx” QSC-nin iddiaçıya dair # ###### 2024-cü il tarixli A/*** nömrəli arayışında ##.##.2015-ci il tarixdən bugünədək Birləşmiş emalatxanaların reklam işinin təşkili və quraşdırılması sahəsində elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsində işlədiyi və xüsusilə zərərli əmək şəraiti üzrə iş stajının 8 il 11 ay 18 gün olduğu qeyd edilib. Bununla əlaqədar olaraq, Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, Birləşmiş emalatxanaların reklam işinin təşkili və onun quraşdırılması sahəsinin əmək şəraiti xüsusilə ağır və zərərli sahə olmadığından həmin sahədə çalışan şəxslərin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olmadığı müəyyən edilib.
TƏTBIQ EDILƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ I. Hər kəsin sosial təminat hüququ vardır. II. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsinə yönəlmişdir.
25. Işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş və ümumi iş stajı ilə bağlı şərtlərin ödənilməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Mübahisə yalnız iddiaçının xüsusi iş stajının mövcudluğu ilə bağlıdır. Cavabdeh iddiaçının ##.##.2015-ci il tarixindən bugünədək Birləşmiş emalatxanaların reklam işinin təşkili və quraşdırılması sahəsində elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsi vəzifəsində işlədiyi dövrlərin xüsusi iş stajına daxil edilməsini qəbul etməmişdir.
26. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçının qeyd olunan tarixdən etibarən icra etdiyi fəaliyyət, yəni Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsi, məzmun və funksional mahiyyət baxımından güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr kateqoriyasına aid edilməlidir. Burada ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Məhz bu müqavilə çərçivəsində müəyyən edilmiş şərtlər, o cümlədən iş şəraitinin zərərli olması faktı hüquqi nəticələr doğuran mühüm məqam kimi qiymətləndirilməlidir. Iddiaçı ilə “xxxx” QSC arasında əmək müqaviləsi bağlanarkən, iddiaçının əmək şəraiti müəyyən edilərkən işlədiyi şəraitin zərərli olması xüsusilə göstərilmişdir.”
27. Iş üzrə birinci instansiya məhkəməsi tərəfindən “xxxx” QSC-yə iddiaçının mübahisələndirilən dövrdə işlədiyi peşənin funksionallığının müəyyən edilməsi istiqamətində müvafiq sorğu ünvanlanmış və həmin sorğuya cavab verilmişdir (iş səh. 29- 30 və 69-70).
28. “xxxx” QSC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli arayışlarda qeyd edilmişdir ki, “Dəmir-Beton Konstruksiyalar zavodunda çilingər peşəsinin əsas vəzifə və funksiyaları sahədə olan avadanlıqların, qurğuların və təmir olunan maşınların konstruktiv xüsusiyyətlərini nəzərə alaraq mexanizmlərin kinematik və hidravlik sxemlərinin tətbiq edilməsi, təmir edilmiş avadanlıqların sınaqdan keçirilməsinin yoxlanılması, mürəkkəb detal və hissələrin bərpası, dəyişdirilməsi və s. işlərdən ibarətdir. Yeraltı işlərə aid deyil. Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsinin əsas vəzifə və funksiyaları avadanlıqların, mexanizmlərin elektrik qovşaqlarının daim təftiş edilməsi, mövcud və ya yarana biləcək nasazlıqların aşkarlanaraq təmir edilməsi, gərginlik birləşmələrinin (naqil və kabellər) izolə edilmiş düyünlərinin mütəmadi yoxlanılması, işıqlandırma sisteminə texniki xidmət və nasazlıqların aradan qaldırılması, mürəkkəb maşın, elektrik aparatı, cihazı, dəzgah və mexanizmlərin elektrik qovşaqlarının yoxlanılması, sınanması, tənzimlənməsi, qidalandırıcı naqil və kabellərə mütəmadi nəzarətin edilməsi, bütün tiplərdən olan elektrik maşınların, elektrik ləvazimatların lövhələrinə baxış, dinamik tarazlaşdırma, elektrik fırçaların yoxlanılması, tələb olunduğu halda yenisi iə əvəzlənməsi, digər elektrik təmiri ilə əlaqədar müxtəlif həcmli işlərin görülməsi və s. işlərdən ibarətdir. Xüsusi zərərli əmək şəraitində aparılmır.”
29. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən adı çəkilən müəssisəyə (iddiaçının iş yerinə) verilmiş sorğuda qoyulmuş suallara cavab verilərkən məsələyə tam aydınlıq gətirilməmişdir. Xüsusilə də iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün istinad etdiyi və işlədiyi peşənin funksiyalarının yer altında icra olunması və zərərliliyi baxımından peşənin qiymətləndirilməsi üçün zəruri olan məlumatlar kifayət qədər toplanmamışdır. Bu isə məhkəmənin iş üzrə mühüm əhəmiyyət kəsb edən halları obyektiv və hərtərəfli araşdırmasına mane olmuşdur.
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
32. Zərərli əmək şəraitində işçinin işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir.
33. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş yenidən araşdırılarkən iddiaçının “Birləşmiş emalatxanaların reklam işinin təşkili və quraşdırılması” sahəsində “elektrik avadanlıqlarının təmiri üzrə çilingər” vəzifəsi üzrə yerinə yetirdiyi funksiyalarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5.1-ci bəndi, yəni “tunellerdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan fəhlələr: avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri” vəzifəsinin funksionallığının eynilik təşkil edib-etməməsi bir daha araşdırılmalıdır. Bu məsələlərə aydınlıq gətirilmədən iddiaçının tələbinə düzgün hüquqi qiymət verilməsi mümkün deyildir.
34. Bununla yanaşı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən həmin sənəd (güzəştli arayış) məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. IPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, pensiya işlərinə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.
35. Eyni zamanda adı çəkilən ##.##.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
36. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən iddiaçının işlədiyi “Birləşmiş emalatxanaların reklam işinin təşkili və quraşdırılması” sahəsində “elektrik avadanlıqlarının təmiri üzrə çilingər” vəzifəsi üzrə yerinə yetirdiyi funksiyaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5.1-ci bəndi, yəni “tunellerdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan fəhlələr: avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri” peşələrinin funksiyalarına uyğunluğu, onun faktiki icra etdiyi əmək funksiyalarının güzəştli şərtlərlə pensiya hüququ verən peşələrlə funksional eyniliyi, xüsusilə də işlədiyi peşənin yer altında icra olunub-olunmaması məsələsini Ali Məhkəmənin icmal məktubunda göstərilən hüquqi izahlara uyğun şəkildə tam, obyektiv və hərtərəfli araşdırmalıdır.
37. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.