Məhkəmə qərarları › İş №2-1(102)-456/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-456/2019

20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-456/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X şəhər Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X şəhər Şöbəsinə qarşı “«Əmək kitabçasında qeyd olunan, 05.11.1980-cı ildən 15.05.1994-cü ilədək 56 №-li Səyyar Mexanikləşdirilmiş Dəstədə tikinti və quraşdırma işləri üzrə usta, 15.06.1994-cü ildən 07.01.2010-cu ildən X S əyyar Mexanikləşdirilmiş Dəstədə, 26.01.2010-cu ildən 28.01.2015-ci ilədək X Rayonu Kiş Bələdiyyəsində sədr müavini işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və 05.11.1980-cı ildən 15.05.1994-cü ilədək 56 №-li Səyyar Mexanikləşdirilmiş Dəstədə tikinti və quraşdırma işləri üzrə usta işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair X Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-464/18 saylı 30 avqust 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-cı il təvəllüdlü iddiaçı Iddiaçı 05.11.1980 -ci ildən 15.05.1994-cü ilədək 56 №-li Səyyar Mexanikləşdirilmiş Dəstədə tikinti və quraşdırma 2 işləri üzrə usta, 15.06.1994-cü ildən 07.01.2010-cu ildən X Səyyar Mexanikləşdirilmiş Dəstədə material üzrə mühasib, 26.01.2010-cu ildən 28.01.2015-ci ilədək X Rayonu Kiş Bələdiyyəsində sədr müavini işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-in X şəhər şöbəsinə müraciət etmiş, lakin sonuncu 11.05.2018-ci il tarixli **/**-*** nömrəli məktubla bildirmişdir ki, 1998-2005-ci illərdə iddiaçının almış olduğu əmək haqqılar və 1980-1994-cü illərə aid güzəştli iş stajı barədə arayışlar təqdim edilmədiyindən, habelə güzəştli iş stajının yerində qarşılıqlı yoxlamaq mümkün olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq dey ildir. İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05.11.1980-cı ildən 15.05.1994-cü ilədək 56 №-li Səyyar Mexanikləşdirilmiş Dəstədə tikinti və quraşdırma işləri üzrə usta, 15.06.1994-cü ildən 07.01.2010-cu ildən X Səyyar Mexanikləşdirilmiş Dəstədə işlədiyi müddətin güzəştli iş stajı kimi hesablanması və 11.05.2015-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi X İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2-1(84)-1098/2018 nömrəli qərarı ilə (hаkim V.Qasımov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublik ası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X şəhər şöbəsinin üzərinə iddiaçı Iddiaçı əmək kitabçasının təsdiqlənmiş surəti ilə 05.11.1980-cı ildən 15.05.1994-cü ilədək 56 №-li Səyyar Mexanikləşdirilmiş Dəstədə tikinti və quraşdırma işləri üzrə usta, 15.06.1994-cü ildən 07.01.2010-cu ildən X Səyyar Mexanikləşdirilmiş Dəstədə işlədiyi müddətin güzəştli iş stajı kimi hesablanması və 11.05.2015-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur. X İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2-1(84)-1098/2018 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. X Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-464/18 saylı 30 avqust 2018-ci il tarixli qərarı ilə cavabdehi n apellyasiya şikayəti təmin edilməmiş, X İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2-1(84)-1098/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı Iddiaçı 05.11.1980-cı ildən 15.05.1994-cü ilədək 56 №-li Səyyar Mexanikləşdirilmiş Dəstədə tikinti və quraşdırma işləri üzrə usta, 15.06.1994-cü ildən 07.01.2010-cu ildən X Səyyar Mexanikləşdirilmiş Dəstədə, 26.01.2010-cu ildən 28.01.2015-ci ilədək X Rayonu Kiş Bələdiyyəsində sədr müavini işləməsi əmək kitabçasında qeyd edilmişdir. Qanunvericiliyin tələbinə əsasən əmək stajı əmək kitabçası əsasında müəyyən edildiyindən həmin illər onun sosial sığorta stajına daxil edilməlidir. X Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-464/18 saylı 30 avqust 2018-ci il tarixli qərar ından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi yalnız əmək kitabçasına əsaslanmış, həmin əmək kitabçasındakı fakt müəyyən edilərkən isə şahid ifadələri alınmamışdır. Kassator hesab edir ki, əmək kitabçasının yazılma tarixini müəyyən etmək üçün ekspertiza keçirilməlidir. Belə ki, cavabdeh 980-1994-cü illərdə iddiaçının işlədiyi müəssisəyə dair sənədlər dövlət arxivinə təhvl verilmədiyindən həmin dövrün qarşılıqlı yoxlanılması mümkün deyildir. Bundan əlavə, X Səyyar Mexanikləşdirilmiş Dəstə 14.03.2003-cü il tarixdə qeydiyyata alındığından iddiaçının 1994-2003-cü illərdə qeydiyyata alınmamış X Səyyar Mexanikləşdirilmiş Dəstədəki fəaliyyətinin sosial sığorta stajına daxil edilməsi “Əmək pensiy aları haqqında” Qanunun 21-ci maddəsinə ziddir. Kassator İPM-nin 90, 96.9-cu maddələrinə istinad edərək X Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-464/18 saylı 30 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçıvəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası X Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(107)-464/18 saylı 30 avqust 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kassatorun kassasiya şikayətində göstərdiyi dəlillərlə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Iddiaçı 05.11.1980-cı ildən 15.05.1994-cü ilədək 56 №-li Səyyar Mexanikləşdirilmiş Dəstədə tikinti və quraşdırma işləri üzrə usta, 15.06.1994-cü ildən 07.01.2010-cu ildən X Səyyar Mexanikləşdirilmiş Dəstədə mühasib, 26.01.2010-cu ildən 28.01.2015-ci ilədək X Rayonu Kiş Bələdiyyəsində sədr müavin vəzifəsində işləmişdir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imti na etməsinin səbəbi onun 05.11.1980-cı ildən 15.05.1994-cü ilədək 56 №-li Səyyar Mexanikləşdirilmiş Dəstədə tikinti və quraşdırma işləri üzrə usta, 15.06.1994-cü ildən 07.01.2010-cu ildən X Səyyar Mexanikləşdirilmiş Dəstədə işlədiyi illər üzrə əmək haqqı arayışı, güzəştli iş stajı barədə arayış və güzəştli iş stajının yerində qarşılıqlı yoxlamaq mümkün olmaması olmuşdur. İddiaçının 26.01.2010-cu ildən 28.01.2015-ci ilədək X 4 Rayonu Kiş Bələdiyyəsində sədr müavini işləməsi və həmin illərin sosial sığorta stajına daxil edilməsi işin mübahisələnməyən halıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərə rli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. **.**.****-cı il təvəllüdlü iddiaçı Iddiaçı 11.05.2015-ci ilədək 25 il ümumi iş stajı, 12 il 06 ay xüsusi stajı toplamış və iddiaçının stajı əmək kitabçası ilə öz təsdiqini tapır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar ta rixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sən ədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 05.11.1980cı ildən 15.05.1994-cü ilədək 56 №-li Səyyar Mexanikləşdirilmiş Dəstədə tikinti və quraşdırma işləri üzrə usta, 15.06.1994-cü ildən 07.01.2010-cu ildən X Səyyar Mexanikləşdirilmiş Dəstədə mühasib, 26.01.2010-cu ildən 28.01.2015-ci ilədək X Rayonu Kiş Bələdiyyəsində sə dr müavini işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" Siyahısının 29-cu bölməsinin (Bina, qurğu və digər 7 obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) “b)” yarımbəndində tikinti və quraşdırma işləri üzrə ustalar nəzərdə tutulmuşdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən yalnız əmək kitabçasına əsasən qərar qəbul edilsədə iddiçının işləməsi təsdiqləmək üçün onunla birlikdə ilə işləmiş şahidlərin ifadələrin alınmaması və əmək kitabcasının yazılma tarixini dəqiqləşdirmək üçün məhkəmə tə rəfindən ekspertizanın təyin edilməməsini qeyd etmişdir. Məhkəmə kollegiyası kassatorun qeyd olunan dəlilləri ilə bağlı qeyd edir ki iddiaçının işləməsi təsdiqləmək üçün onunla birlikdə ilə işləmiş şahidlərin ifadələrin alınmasına və məhkəmə texniki xətşünaslıq ekspertizanın kecirilməsinə zərurət yoxdur. Belə ki, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur,həmçinin inzibatı orqan inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki şəxslər tərəfindən təqdim olunan sənədlərin həqiqətə uyğun olmadığı ilə baglı məhkəmədə iddia qaldırıla bilər. Əks halda qeyd olunan qanununa əsasən həmin sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur və şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı 11.05.2015-ci il tarixədək qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olmuş, bununla da ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını zəruri e dən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbi q olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. X Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-464/18 saylı 30 avqust 2018-ci il tarixli qərarı dəyişdir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar