Məhkəmə qərarları › İş №2-1(102)-456/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-456/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-456/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (dövlət qulluqçusunun pensiyasının hesablanması, hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, 1(bir) aylıq vəzifə maaşı həcmində müavinət, vəzifə maaşının 3 qat mislində mükafat) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynov a Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiaçının əmək pensiyasını məbləğinin vəzifə maaşına əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1970/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı q əbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra – iddiaçı) xx xxxxxx 1946-cı ildə Kəlbəcər rayonunun Alçalı kəndində anadan olmuşdur, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi). İddiaçıya xx xxxxxx 2008-ci il tarixində dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyasının düzgün hesablanmadığını bildirərək, pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Nərimanov rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2019-cu il tarixli, **********7 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının dövlət qulluğunda stajı 9 il 7 aydır. Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcəsinin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 03 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15% məbləğində əlavə haqq ödənilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 776 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin qanunlar qüvvəyə mindiyi tarixdən aidiyyəti üzrə dövlət qulluğunda çalışan vətəndaşlara şamil edilir. Dövlət qulluqçusu dövlət qulluğunda işlədiyi dövrdə onun vəzifə maaşına yuxar ıda qeyd edilən 15% miqdarında pul təminatını (hakimiyyət səlahiyyətlərinin icrasına görə) il ərzində vəzifə maaşının 3 qat mislində mükafatı və bir qat vəzifə maaşı miqdarında maddi yardımı aldığı halda qeyd edilənlər pensiyanın hesablanmasına şamil edilir. Bu cavabla razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının məbləğinin vəzifə maaşına əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırımışdır ki, o, xx xxxxxx 2008-ci ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası alır. Hesab edir ki, o na əmək pensiyası təyin edilərkən pensiya məbləği düzgün hesablanmamışdır. Belə ki, əmək pensiyası təyin edilərkən onun dövlət qulluğunda olduğu 9 il 7 aylıq stajı nəzərə alınmış və yalnız vəzifə maaşı əsas götürülmüşdür. Lakin dövlət qulluğunda çalışdığı müddətdə vəzifə maaşına hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə edilən 15% miqdarında pul təminatı, il ərzində vəzifə maaşının 3 qat mislində mükafat və bir qat vəzifə maaşı miqdarında maddi yardım məbləğləri əmək pensiyasının hesablanmasında nəzərə alınmamışdır. Nəticədə hər ay təxminən 300 manat məbləğində pul itirir. Əmək pensiyasının məbləğinin yenidən hesablanması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Nərimanov rayon şöbəsinə yazılı müraciət etsə də, müraciəti əsassız olaraq təmin edilməmişdir. İddiaçı daha sonra qeyd etmişdir ki, dövlət qulluğunda çalışdığı müddət ərzində ona dövlət qulluqçusu kimi hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15%-i miqdarında əlavə haqq ödənilmişdir, il ərzində vəzifə maaşının 3 qarı mislində və bir vəzifə maaşı miqdarında maddi yardım almışdır. Ona görə də həmin əlavələr onun əmək pensiyasının sığorta hissəsinə daxil edilməlidir. Lakin ona məlum olmayan səbəblərdən əmək pensiyası təyin edilərkən vəzifə maaşına əlavələr nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-1414/2019 nömrəli, xx xxxx 2019cu il tarixli qərarı ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilərək, iddiaçının əmək pensiyası məbləğinin vəzifə maaşına əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Nərimanov rayon şöbəsinin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, dövlət qulluqçusunun pensiyasının hesablanması zamanı əsas götürülən dövlət məvacibinin tərkibinə vəzifə maaşı, mükafatlar, vəzifə maaşına əlavələr( ixtisas dərəcəsinə, qulluq stajına və s. əlavələr), habelə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişləri daxildir. Bununla belə, pensiya hesablanması zamanı əsas götürülən dövlət məvacibinə əlavələrin nəzərə alınması mövcud qanunvericilikdə nəzərdə tutulan şərtlərlə məhdudlaşdırılır. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçının əmək pensiyasının məbləği vəzifə maaşına əlavələr nəzərə alınmaqla yenidən hesablanmalıdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1970/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh DSMF Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmiş dir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1970/2019 iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-1414/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin olunmuş, dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində müavinətin nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması və xx xxxxxx 2008-ci il tarixdən ödənilməmiş fərqin ona ödənilməsi, eləcə də dövlət qulluqçusunun hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15%-i miqdarında əlavə haqq nəzərə alınaraq onun pen siyasının xx xxxx 2008-ci il tarixdən yenidən hesablanmaqla ona ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia tələbləri qalan hissələrdə təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırda iddiaçı onun pensiyasının dövlət qulluqçusunun məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində müavinət, hakimiyyət səlahiyyətlərinin icrasına görə 15% əlavə haqqın nəzərə alınmaqla hesablanmalı olduğuna dair tələblərini sübuta yetirə bildiyi halda, dövlət qulluqçularına ildə 3 vəzifə maaşı həcmində mükafat alınması barədə tələblərinə dair mötəbər dəlillərini təqdim etməmişdir. Cavabdeh isə iddiaçının hazırkı qərarla təmin olunan tələblərini istisna edən faktiki şərtlərin mövcudluğuna dair sübut təqdim etməmişdir. Apelyasiya instansiya məhkəməsinin qərarından iddiaçı v ə cavabdeh tərəfindən kassasiya şikayətləri vermişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qərarının qismən ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. İddiaçının kassasiya şikayətinin dəlilərinin faktiki və hüquqi əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. İddiaçı bildirir ki, o, dövlət qulluğunda çalışarkən 3 aylıq vəzifə maaşı həcmində mükafat almışdır. Hazırda, işlədiyi dövlət strukturlarının bir qismı ləğv edilmiş, bir qismi digər strukturlara birləşdirilmişdir. Bu səbəbdən tələbinin həmin hissəsini təsdiq edən sübutları məhkəməyə təqdim etmək imkanı yoxdur. Cavabdeh tər əfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qərarının qismən ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Cavabdehin kassasiya şikayətində bildirilir ki, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2005-ci il, 07 fevral tarixli, 194 nömrəli fərmanı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrlə tənzimlənir. Əlavə 1-in 11-ci bəndi ilə müəyyən edilir ki, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icras ına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. İddiaçı tərəfindən isə həmin arayış təqdim edilməmişdir. Məhkəmə tərəfindən isə arayışın olmaması nəzərə alınmamış, arayış olmadan həmin məbləğ nəzərə alınmış, bununla da Azərbaycan Respublikası Prezidentinin fərmanının tələbləri kobud şəkildə pozulmuşdur. Daha sonra qeyd edilir ki, məhkəmə tərəfindən hesab edilmişdir ki, iddiaçının əmək pensiyası hesablanarkən hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq nəzərə alınmalıdır. Halbuki, məhkəmə iddiaçının vəzifəsinin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli, 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş“Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısında olub-olmadığını yoxlamamış, iddiaçının“d övlət qulluğunun müxtəlif vəzifələrində”işləmiş olmasını vurğulamaqla kifayətlənmişdir. Şikayət müəllifi daha sonra qeyd edilir ki, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Lakin həmin müavinət dövlət məvacibinin tərkibinə daxil deyil. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Göründüyü k imi, məzuniyyətə çıxarkən verilən müavinət dövlət məvacibinin tərkibinə daxil edilməmişdir. Buna görə də, həmin müavinətin verilməsi dövlət məvacibinin artırılması kimi qiymətləndirilərək pensiyada olan dövlət qulluqçularının əmək pensiyalarının məbləğinin yenidən hesablanmasına səbəb ola bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, cavabdehin kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. Cavabdehin vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci madd əsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətlər qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onların mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın rədd edilən hissəsindən (əmək haqqının 3 misli miqdarında mükafat nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasından) iddiaçı, iddianın təmin edilən hissəsindən (əmək haqqının 1 misli miqdarında müavinət, hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı əmək haqqının 15% miqdarında əlavənin dövlət qulluqçusu pensiyasının pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması) isə cavabdeh kassasiya şikayəti vermişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisə olunduğundan tam yoxlanılacaqdır. Məhkəmə kollegiyası iddia çının verdiyi kassasiya şikayətini əsassız hesab edərək qeyd edir ki, apelyasiya instansiya məhkəməsi iddianı bu hissədə təmin etməməkdə haqlı olmuşdur. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 24.1-ci maddəsinə görə, dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2002-ci il tarixli 774 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tə rəfindən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir: kollektiv mükafatlandırılma; fərdi mükafatlandırılma. Əsasnamənin 7-ci bəndinə əsasən dövlət qulluqçularının fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir; vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə lazımi köməklik göstərilməsi; rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; normativ hüquqi aktların layihələrinin hazırlanması və qəbul edilməsində fərqlənməsi. Əsasnamənin 8-ci bəndinə əsasən dövlət qulluqçusuna işin nətic ələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır. Əsasnamənin 10-cu bəndinə əsasən dövlət qulluqçularının fərdi mükafatlandırılması onun qulluq keçdiyi struktur bölmə rəhbərinin və ya yuxarı dövlət orqanının təqdimatı, habelə attestasiya komissiyasının tövsiyəsi əsasında onun qulluq keçdiyi dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əsasnamənin 12-ci bəndinə əsasən dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nə zərdə tutulur. Qanunvericiliyin sadalanan müddəalarından göründüyü kimi, dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, qanunvericilikdə dövlət qulluqçusunun hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən birmənalı norma yoxdur, bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığı üçün iddiaçı həmin əlavəni nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilməz. Dövlət qulluqçusuna mükafat fərdiləşmiş qaydada, heç də bütün dövlət qulluqçularına deyil, Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş tələblərə cavab v erən şəxsə, dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə verilir; bu məqsədlə dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsait müəyyən edilsə də, veriləcək mükafatın yuxarı həddi məhdudlaşdırılmır və qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir. Sözügedən mükafatın verilməsinin dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə dövlət qulluqçusuna verilməsini və hazırkı halda, dövlət qulluqçusuna bərabər tutulan vəzifədə çalışdığı dövrlərdə iddiaçının işəgötürəni tərəfindən ona iddiada göstərilən mükafatın (dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqının 3 misli həcmində əlavənin) verilməsini təsdiq edən sübutların olmamasını nəzərə alaraq, iddianı həmin hissədə tə min etməməklə apelyasiya məhkəməsi haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası iddiaçının verdiyi kassasiya şikayətini əsassız hesab edir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində isə əmək haqqının 1 misli miqdarında müavinət və hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15%-i miqdarında əlavələrin əsassız olaraq nəzərə alınması mübahisə edilir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti ilə əlaqədar olaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” xx.xx.2003-cü il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət verilir və bu müavinət dövlət qulluqçularına hər il işlədiyi mər kəzi icra hakimiyyəti orqanı tərəfindən ödənilir. Həmin müavinət pulundan sosial sığorta və vergi tutma aparıldığı üçün bir aylıq vəzifə maaşı həcmində müavinət pulu da iddiaçının dövlət məvacibinə daxil edilməklə pensiya hesablanarkən nəzərə alınmalıdır. Dövlət qulluqçusu növbəti məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinətin verilməsi səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından və sair asılı edilməmişdir. Həmin müavinətin verilməsi dövlət qulluqçusunun yalnız məzuniyyətə çıxması ilə şərtləndirilmişdir və dövlət qulluqçusunun məzuniyyət hüququ məhdudlaşdırılmamışdır. Odur ki, bu hissədə iddianı təmin etməklə apelyasiya instansiya məhkəməsi haqlı olduğundan kassasiya şikayəti həmin hissədə əsassızdır. İddiaçının əm ək pensiyası hesablanarkən hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqqın əsassız olaraq nəzərə alınması ilə bağlı cavabdehin kassasiya şikayətində əks etdirdiyi mövqe ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Dövlət qulluğu haqqında” Qanunun 22.7-ci maddəsinə görə, dövlət qulluqçusuna qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq qanunvericiliklə müəyyən edilmiş qaydada artırılır. Qanunun 22.8-ci maddəsinə görə, dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, bu Qanun dövlət qulluqçu su üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydasını müəyyən edilir. Qanunun 2-ci maddəsində qeyd edilir ki, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı qanunvericiliklə müəyyən edilir. “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 776 nömrəli Fərmanının 2-ci bəndində qeyd edilmişdir ki, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilsin. Fərmanın birinci bəndi ilə “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı” təsdiq edilmişdir. Həmin Siy ahıya əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na uyğun olaraq hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçuları aşağıdakılardır: 1. ali - 5-ci kateqoriya dövlət orqanlarında administrasiya (aparat) rəhbərləri və administrasiya (aparat) rəhbərlərinin müavinləri, işlər müdirləri və işlər müdirlərinin müavinləri, şöbə müdirləri və şöbə müdirlərinin müavinləri; 2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidm ətində inzibati vəzifələrin ali - ikinci təsnifatlarında qulluq keçən dövlət qulluqçuları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və Azərbaycan Respublikası Prezidentinin Katibliyində sektor müdiri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində şöbə müdiri, onun müavinləri, habelə müstəqil struktur vahidi olan sektorun müdiri; 3. kollegial orqanların fəaliyyətini təmin edən dövlət orqanlarının rəhbərləri (katib və s.) və rəhbər müavinləri; 4. 3-cü - 5-ci kateqoriya dövlət orqanlarının (mərkəzi, yerli icra hakimiyyəti orqanları və məhkəmələr istisna olmaqla) rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının müavinləri, yerli icra hakimiyyəti başçılarının yanında olan orqanla rın rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri və nümayəndələrinin müavinləri;

5. Ali - 5-ci kateqoriya dövlət orqanlarında sədrin (rəhbərin) köməkçiləri və müşavirləri, Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin köməkçisi, İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri və rəhbərinin müavini. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək pensiyası hesablanarkən hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçularına ödənilən aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmalıd ır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsaslı saymır. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının “dövlət qulluğunun müxtəlif vəzifələrində” işləmiş olduğunu qeyd etməklə kifayətlənərək, onun dövlət qulluğunda hansı vəzifədə işlədiyini müəyyən etməmiş, eləcə də iddiaçının vəzifəsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nda olub-olmadığını yoxlamamış, beləliklə də mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hal araşdırılmamışdır. Halbuki, yuxarıda qeyd edilənlərə əsasən, bütün dövlət qulluqçularına deyil, yalnız adı çəkilən Siyahıda göstərilən, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət sə lahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilir. Odur ki, iddianı bu hissədə təmin edən apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İPM-in 12 və 58.7-ci maddələrinin tələbinə əməl etməmişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətlə ndirilir. Təkrar apelyasiya baxışı zamanı apelyasiya instansiyası məhkəməsi iddiaçının əvvəllər dövlət qulluğunda işlədiyi vəzifələri müəyyən etməli, həmin vəzifələrin adı çəkilən Siyahıda olub-olmadığını yoxlamalı, yalnız bundan sonra iddiaçının pensiyası yenidən hesablanarkən hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçularına ödənilən aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın nəzərə alınmalı olub-olmamasına qiymət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı “iddiaçının əmək pensiyası hesablanarkən hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçularına ödənilən aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın nəzərə alınması” hissəsində ləğv edilməli, iş hissədə təkrar baxılma sı üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1970/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı qismən - hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15%-i miqdarında əlavə haqq nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması hissəsində ləğv edilsin və bu hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar