Məhkəmə qərarları › İş №2-1(102)-456/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-456/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-456/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddiaya cavab verməli olmayan şəxsə qarşı verilən iddianın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə qarşı yardımçı sahəyə böl gə sxeminin tərtib olunması və ona natura formada kompensasiya payının verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli 2-1(103)-1784/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı 1 otaqlı paylı mülkiyyət üzrə mübahisəli mənzildə yaşayır. 2017-ci ildə evin digər hissəsi digər şəxslərə bağışlama müqaviləsi ilə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə qarşı məhkəməyə müraciət edərək, 18,5 kv.m. yardımçı sahəyə bölgə sxeminin tərtib olunması və ona natura formada kompensasiya payının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2-1(112)-5068/2020 saylı qərardadı ilə (hakim P.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh, ona qarşı irəli sürülmüş tələbə cavab verən inzibati orqan deyildir. Bundan başqa, iddia ərizəsində göstərilən tələb cavabdehin yerinə yetirdiyi vəzifələrə aid deyildir.

6. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli 2- 1(103)-1784/2020 nömrəli qərardadı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və X.Cəmilova) Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaya cavab verən orqan məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsidir. Məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə dəfələrlə müraciət etsə də, müsbət cavab al a bilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPMin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

13. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbayca n Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə q ərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

18. Apelyasiya instansiya məhkəməsi qərarında iddianın mümkün sayılmamasını onunla əsaslandırmışdır ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

19. Belə bir yoxlamadan hərəkətlə, hər bir inzibati iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli; 3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübu tetmə yükü iddiaçının üzərindədir.

20. Lakin hazırkı iddianın mümkün sayılması üçün tələbin buna cavab verməli olan inzibati orqana yönəldilməsi və iddiaçının hüquqlarının pozulmasının əsaslandırılması şərtlərinə iş üzrə əməl olunmur. Belə ki, iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatından məlum olduğu kimi, onun mübahisəsi yaşayış sahəsinin digər paylı mülkiyyətçiləri ilədir və heç bir halda cavabdehlə bağlı deyil. Bundan əlavə, qanunvericiliklə cavabdehin “bölgə sxemi” adlı sənəd tərtib etmək və “natura formada kompensasiya payı vermək” səlahiyyətləri nəzərdə tutulmamışdır və iddiaçı, ümumiyyətlə, bu sənədi niyə cavabdehdən tələb etdiyini əsaslandıra bilmir.

21. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr m ümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5).

22. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bu qərarına uyğundur.

23. Kassatorun mübahisəli mənzildə yaşaması, beləliklə həmin evə dair istifadə hüququnun olduğu, cavabdehə dəfələrlə müraciət etsə də müsbət cavab ala bilmədiyi barədə dəlilləri də qərarın ləğvinə əsas hesab olunmur.

24. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli 21(103)-1784/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar