Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4562/2025 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: şikayət üzrə apellyasiyanın mümkünlüyü, müddət ötürülməklə verilmiş apellyasiya şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İtifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın ** saylı ## ####### 1989-cu uil tarixli protokolundan çıxarışdan müəyyən olunur ki, həmin qərar əsasında “Gülüstan-2” bağ sahəsində ** saylı torpaq sahəsi (500 kv.m) İddiaçı adına hesab olunmuş və ona bağçılıq yoldaşlığı üzvlük vəsiqəsi verilməsi qərara alınmışdır.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən ##.##.2013-cü ildə verilmiş A seriyalı ****** nömrəli «torpaq sahəsinin planı və ölçüsü»ndən müəyyən olunur olur ki, Bakı şəhər XDS İK-nin ##.##.1989-cu il tarixli **/*** saylı qərarı və ADNA-nın «Gülüstan» bağçılıqyoldaşlığın ##.##.1989- cu ıl tarixli ** saylı protokulu ilə ünvan 1ndə yerləşən və bağ evinin tikintisi üçün iddiaçı İddiaçı ayrılmış ** saylı bağın 500 kv.m torpaq sahəsi ilə bağlı torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək baş plandan çıxarış və əsas döngə nöqtələrinin koordinatları qeyd olunmuş və Dövlət torpaq kadastrı kitabında ##.##.2013-cü il tarixdə 33588 nömrəsi ilə uçota alınmışdır.
3. DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ## ##### 2017-ci il tarixli ************ nömrəli məktubdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ** saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddiaçının ********** nömrəli, ##.##.2017-ci il tarixli poçt vasitəsilə daxil olmuş ərizəsinə baxılmış, cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlər kserosurətdir və Bakı şəhər ərazi idarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. İdarənin elektron bazasında göstərilən bağların ayrıc aktı barədə məlumat yoxdur. Bundan əlavə, bağ sahəsi mübahisəli olduğundan torpaq sahəsinə dair İdarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ### 2007- ci il tarixli sərəncamına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 7.1 və 9.1.2-ci maddələrinə istinad edilərək, iddiaçının ərizəsinin təmin olunmasından imtina edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə (bundan sonra DƏDRX-nin Bakı şəhər ərazi idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1ndə yerləşən ** saylı bağın 0,05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli **/*** saylı qərarı ilə AZ.NKİ-nin əməkdaşlarına keçmiş Lenin rayonunun Ləhiş qəsəbəsindəki ərazidə torpaq sahəsi ayrılmış, Azərbaycan Neft Kimya İnstitutunun rektorluğunun Həmkarlar ittifaqının Komitəsi ilə birgə keçirdiyi iclasın ** saylı ## ####### 1989-cu uil tarixli protokolundan çıxarış ilə “Gülüstan-2” bağ sahəsində ** saylı torpaq sahəsi iddiaçının adına ayrılmış və iddiaçı bağçılıq yoldaşlığına üzv qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən ##.##.2013-cü ildə qeyd olunan torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. İddiaçı ona ayrılmış bağ torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə və ona əlavə edilmiş sənədlərlə DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə müraciət etmiş, lakin cavabdehin ##.##.2017-ci il tarixli ************ saylı məktubu ilə ərizəsi təmin olunmamış, imtinaya əsas kimi sənədlərin surət olmasına və DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyasında adının aşkar olunmamasına istinad olunmuşdur.
6. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim: X.X.İmanovun) 2017-ci il ## #### tarixli, *-*(**)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflərin izahatı və məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar ittifaqının Komitəsi ilə birgə keçirdiyi iclasın ** saylı ## ####### 1989-cu il tarixli protokolunu ilə “Gülüstan-2” bağ sahəsində yerləşən sahəsi 500 kv.m olan ** saylı bağ torpaq sahəsi iddaçı İddiaçı ayrılmış, DTXK-nın Bakı şəhər şəbəsi tərəfindən qeyd olunan torpaq sahəsinə dair ##.##.2013-cü ildə A seriyalı ****** nömrəli «torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İddiaçı qeyd olunan 500 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə ## ##### 2017-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməmişdir. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan torpaq sahəsi məhz ##.##.2007-ci ilədək fəaliiyət göstərmiş və həmin tarixədək vətəndaşlara torpaq ayırmaq səlahiyyəti olmuş təşkilat tərəfindən iddiaçıya ayrılmış, cavabdeh iddiaçının adının bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamasına, İdarənin elektron bazasında göstərilən bağların ayrıc aktı barədə məlumat olmamasına və İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə dair çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamasına istinad etsə də, bu halları təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.7-ci maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklü-lüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Hazırki iş üzrə də, Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar ittifaqı komitəsi ilə birgə keçirdiyi iclasın ** saylı ## ####### 1989-cu il tarixli protokolundan çıxarış yuxarıda qeyd edilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir.
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və P.A.Hüseynov) 2025-ci il ## ####### tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək, * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin ## #### 2017-ci il tarixli, *-*(**)-****/**** saylı qərarının ləğv edilməsi və iddianın rədd olunması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, işin hallarına görə Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İtifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın ** saylı ## ####### 1989cu uil10.tarixli protokolundan çıxarışdan müəyyən olunur ki, həmin qərar əsasında “Gülüstan- 2” bağ sahəsində ** saylı torpaq sahəsi (500 kv.m) İddiaçı adına hesab olunmuş və ona bağçılıq yoldaşlığı üzvlük vəsiqəsi verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən ##.##.2013-cü ildə verilmiş A seriyalı ****** nömrəli «torpaq sahəsinin planı və ölçüsü»ndən müəyyən olunur olur ki, Bakı şəhər XDS İK-nin ##.##.1989-cu il tarixli **/*** saylı qərarı və ADNA-nın «Gülüstan» bağçılıq yoldaşlığın ##.##.1989-cu ıl tarixli ** saylı protokulu ilə ünvan 1ndə yerləşən və bağ evinin tikintisi üçün iddiaçı İddiaçı ayrılmış ** saylı bağın 500 kv.m torpaq sahəsi ilə bağlı torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək baş plandan çıxarış və əsas döngə nöqtələrinin koordinatları qeyd olunmuş və Dövlət torpaq kadastrı kitabında ##.##.2013-cü il tarixdə 33588 nömrəsi ilə uçota alınmışdır. DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ## ##### 2017-ci il tarixli ************ nömrəli məktubdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ** saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddiaçının ********** nömrəli, ##.##.2017-ci il tarixli poçt vasitəsilə daxil olmuş ərizəsinə baxılmış, cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlər kserosurətdir və Bakı şəhər ərazi idarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. İdarənin elektron bazasında göstərilən bağların ayrıc aktı barədə məlumat yoxdur. Bundan əlavə, bağ sahəsi mübahisəli olduğundan torpaq sahəsinə dair İdarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ### 2007-ci il tarixli sərəncamına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 7.1 və 9.1.2-ci maddələrinə istinad edilərək, iddiaçının ərizəsinin təmin olunmasından imtina edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq “Gülüstan-2” bağçılıq yoldaşlığın Ayrıc aktı məhkəməyə təqdim olunmuşdur.
11. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq ##.##.2024-cü il tarixli məktubla “Gülüstan-2” bağçılıq yoldaşlığın üzvlərinin siyahısı məhkəməyə təqdim edilmişdir.Həmin siyahıda iddiaçının adı aşkar edilməmişdir. Həmçinin, həmin sənədlərlə birgə X1 və X3 xüsusi mülkiyyətində olan torpaq sahələrinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur.
12. Bundan sonra apellyasiya baxışı zamanı məhkəmənin *-*(***)-****/**** saylı,##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühəndis-texniki ekspertiza təyin olunaraq ekspert qarşısında torpaq sahəsinin naturada yerinin və koordinatlarının müəyyən edilməsi, 3-cü şəxslərin yeri ilə üst-üstə düşübdüşməməsi və sair suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025ci il tarixli, **/**** saylı ekspert Rəyində rəyə gəlinmişdir ki: Qərardadın birinci sualı üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları təqdim edilmiş sahə qeydiyyata alınmış 005013029411 (1200.0 kv.m sahə X1 xüsusi mülkiyyətindədir) və 005013026447 (500.0 kv.m sahə X3 xüsusi mülkiyyətindədir) reyestr nömrəli bağ sahələri ilə üst-üstə düşür. Sahə daxilində iddiaçının adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan ölçüsünün baza məlumatı var. Qərardadın ikinci sualı üzrə: Bildiririk ki, nümayəndə kimi Abbasov Azər adlı şəxslə birlikdə sahəyə yerli baxış keçirildi. İddiaçının nümayəndəsi tərəfindən ** saylı bağ sahəsi kimi şərti olaraq göstərilən 500.0 kv.m sahə ümumi hasar daxilində yerləşir. Ümumi sahə 2403.0 kv.m təşkil edir. Ümumi 2403.0 kv.m olan sahənin koordinatlarını əks etdirən izahlı sxem rəyə əlavə olunur. Qərardadın üçüncü sualı üzrə: Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları təqdim edilmiş sahə qeydiyyata alınmış 005013029411 (1200.0 kv.m sahə X1 xüsusi mülkiyyətindədir) və 005013026447 (500.0 kv.m sahə X3 xüsusi mülkiyyətindədir) reyestr nömrəli bağ sahələri ilə üst-üstə düşür. Sahə daxilində iddiaçının adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan ölçüsünün baza məlumatı var. Qərardadın dördüncü sualı üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə heç bir mövcud bağçılıq-yoldaşlıq ayrıcı daxilində yerləşmir.Arxiv məlumatlarına əsasən iddiaçının adına "Gülüstan-2” bağçılıq-yoldaşlıq birliyi nəzdində ** saylı bağ sahəsinə dair (500.0 kv.m) verilmiş ##.##.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsü sənədi mövcuddur.Lakin həmin plan-ölçünün verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır.
13. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsi qeydiyyata alınmış 005013029411 (1200.0 kv.m sahə X1 xüsusi mülkiyyətindədir) və 005013026447 (500.0 kv.m sahə X3 xüsusi mülkiyyətindədir) reyestr nömrəli bağ sahələri ilə üst-üstə düşür. X3 xüsusi mülkiyyətində olan həmin torpaq sahəsinə çıxarışı Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İtifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın ** saylı ## ###### 1989-cu il tarixli protokolundan çıxarış əsasında almışdır. X1 isə xüsusi mülkiyyətində olan həmin torpaq sahəsinə çıxarışı * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2017-ci il tarixli qərarı əsasında almışdır.İddiaçı həmin qərarı mübahisələndirməmişdir.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
15. İddiaçı tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin rəyin 2-ci bəndində qeyd olunur ki, iddiaçının nümayəndəsi tərəfindən ** saylı bağ sahəsi kimi şərti olaraq göstərilən 500.0 kv.m sahə ümumi hasar daxilində yerləşir. Ümumi sahə 2403.0 kv.m təşkil edir.Həmçinin 3- cü sualın cavabında qeyd edir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları təqdim edilmiş sahə qeydiyyata alınmış 005013029411 (1200.0 kv.m sahə X1 xüsusi mülkiyyətindədir) və 005013026447 (500.0 kv.m sahə X3 xüsusi mülkiyyətindədir) reyestr nömrəli bağ sahələri ilə üst-üstə düşür. Məhkəmə kollegiyası bu zaman nəzərə almamış və araşdrıma aparmamışdır ki, iddiaçının istifadəsində və sahibliyində olan 500 kv.m torpaq sahəsi ilə digər şəxslərin mülkiyyətində olan 1700 kv.m (1200+ 500) torpaq sahəsinin hansı hissələri üst-üstə düşür. Bu torpaqlar hansı hissədə üst-üstə düşür? Hansıki, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə digər qonşularla hər hansı formada torpaq zəbti və digər hallarla bağlı mübahisə mövcud deyil. Bu 2403 kv.m torpaq sahəsinin 1700 (1200 + 500) kv.m hissəsi üst-üstə düşmüşsə, qalan 700 kv.m torpaq sahəsinin aqibəti nə olmuşdur. Belə ki, rəyin 3-cü bəndidə göstərilir ki, sahə daxilində iddiaçının adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan ölçüsünün baza məlumatı var. Bu məlumat olduğu halda, cavabdeh inzibati orqan eyni torpaq sahəsinə necə ayrı-ayrı şəxslərə çıxarış verir. Məhkəmə kollegiyası onu da nəzərə almamışdır ki, Bakı şəhər XDS İK-nin ##.##.1989-cu il tarixli **/*** saylı qərarı və ADNA-nın «Gülüstan» bağçılıb yoldaşlığın ##.##.1989-cu il tarixli ** saylı protokulu ilə ünvan 1ndə yerləşən və bağ evinin tikintisi üçün iddiaçı İddiaçı ayrılmış ** saylı bağın 500 kv.m torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən ##.##.2013-cü ildə verilmiş A seriyalı ****** nömrəli «torpaq sahəsinin planı və ölçüsü» mövcuddur ki, həmin torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək baş plandan çıxarış və əsas döngə nöqtələrinin koordinatları qeyd olunmuş və Dövlət torpaq kadastrı kitabında ##.##.2013-cü il tarixdə 33588 nömrəsi ilə uçota alınmışdır. Bu idarə 2015-ci ildə ləğv edildikdən sonra, bütün arxiv məlumatları da məhz cavabdeh inzibati orqana təhvil verilmişdir. Əgər iddiaçının istifadəsində olan torpaq sahəsi hər hans şəxsin torpaq sahəsi ilə üst-üstə düşərdisə, bu zaman ##.##.2015ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası ərazisində bütün torpaq sahələri üzrə vahid baza məlumatlarını özündə əks etdirən səlahiyyətli dövlət qurumu heç bir zaman iddiaçıya torpaq sahəsinin planı və ölçüsü sənədini verməzdi. Yəni, həmin dövrədək olan müddətdə torpaq sahələri ilə bağlı vahid elektron baza cavabdeh inzibati orqanda deyil, məhz həmin təşkilatda mövcud olmuşdur. Eləcə də, iddiaçıya torpaq sahəsi ayırlmasına əsas olan hüquqmüəyyənedici sənədlər hazırda da qüvvədə olmaqla hər hansı səlahiyyətli dövlət qurumu tərəfindən ləğv edilməyib, dəyişdirlməyib, eləcə də məhkəmə qaydasında etibarsız sayılmamışdır. Bu sənədlər iddiaçının özündə olmaqla, iddiaçı həmin sənədlərin arxivinin təhlükəsizliyini qorumaq vəzifəsi daşımır. DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ## ##### 2017-ci il tarixli ************ nömrəli məktubda və iddiaya dair etirazda "İdarənin elektron bazasında göstərilən bağların ayrıc aktı barədə məlumat yoxdur" qeyd edilsə də, nədənsə (qərarın 29-cu bəndi) məhkəmənin sorğusuna cavab olaraq "Gülüstan-2" bağçılıq yoldaşlığın Ayrıc aktı məhkəməyə təqdim olunması müəyyən olunur. Bu ayrıc aktı əvvəlcədən İdarədə olduğu halda cavabdeh inzibati orqan bu aktı gizlətmiş və birinci instansiya məhkəməsinə təqdim etməmişdir.
b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. [38] 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən inzibati məhkəmə icraatının iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
22. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
23. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
24. Bu qayda eynilə apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin apellyasiya şikayətinin mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır.
25. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
26. İş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1ndə yerləşən ** saylı bağın 0,05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2017-ci il ## #### tarixli, *-*(**)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh isə qeyd olunan qərarın qəbul edilməsindən 6 ildən çox müddət keçdikdən sonra apellyasiya şikayəti vermişdir.
27. Kollegiya qeyd edir ki, iş materiallarında * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il ## #### tarixli, *-*(**)-****/**** nömrəli qərarının cavabdeh tərəfindən konkret olaraq hansı tarixdə əldə olunması müəyyən edilməsə belə, təkcə bu hal cavabdeh tərəfindən 6 il sonra verilən şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi üçün əsas hesab edilə bilməz.
28. Belə ki, iş materiallarından müəyyən edilir ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli qərarı qəbul edilən zaman, yəni 2017-ci il ## #### tarixli məhkəmə iclasında cavabdehin səlahiyyətli nümayəndəsi iştirak etmiş, bununla da cavabdeh tərəf məhkəmənin sözügedən qərarı ilə Bakı şəhəri, ünvan 1ndə yerləşən ** saylı bağın 0,05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin ona həvalə edilməsindən məlumatlı olmuş, lakin apellyasiya şikayəti məhkəmə qərarı elan olunduqdan 6 ildən çox müddət keçdikdən sonra verilmişdir.
29. Halbuki, bu qərarın 17-ci maddəsinə qeyd olunan hüquq normalarına görə, hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən inzibati məhkəmə icraatının iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər.
30. Hazırki iş üzrə isə məhkəmə qərarı elan olunduqdan sonra şikayətin 1 il müddət ərzində verilməməsinin yuxarıda qeyd olunan səbəblərlə əlaqəli olması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim olunması iş materialları ilə müəyyən edilmir.
31. Kollegiya onu da qeyd edir ki, məhkəmə qərarı ilə iddia tələbi təmin edilmiş iddiaçının həmin qərarın icra edilməsi üçün 6 ildən çox müddət ərzində cavabdehi hər hansı (yazılı və ya şifahi) qaydada xəbərdar etməməsi də ağlabatan hesab olunmur.
32. Nəzərə alınmalıdır ki, cavabdehin 6 ildən çox müddət ərzində işin taleyi ilə maraqlanmaması, bununla bağlı heç bir prosessual hərəkət etməməsi adi və vicdanlı prosessual davranış standartlarına uyğun hesab edilə bilməz. Uzun müddət davam edən tam passivlik tərəfin öz hüquqlarına münasibətdə lazımi diqqət və qayğı göstərmədiyini göstərən hal kimi qiymətləndirilməlidir.
33. Əks yanaşma qəbul edilərsə, bu hüquqi müəyyənlik prinspini zəiflədər, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının uzun illər sonra yenidən mübahisələndirilməsi üçün qeyri-məhdud imkan yaradar və məhkəmə aktlarının sabitliyinə xələl gətirər. Apellyasiya məhkəməsi tərəfindən isə cavabdehin şikayəti üzrə apellyasiyanın mümkünlüyünə düzgün hüquqi qiymət verilməmiş, bu qərarda qeyd olunan hallar nəzərə alınmadan şikayətə mahiyyəti üzrə baxılmışdır.
34. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-**/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.