Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-457/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinəqarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı,cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı “iddiaçıya 10 may 1994-cü il tarixli, 407/241 saylı sərəncam əsasında ayrılmış 5/446 saylı tor paq sahəsinin harada yerləşdiyinin müəyyən edilməsi, həmin torpaq sahəsinə cizgi və xəritədən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1459/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının 407/241 nömrəli, 10 may 1994-cü il tarixli sərəncamı ilə iddiaçıya Mərdəkan qəsəbəsində, 5/446 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçının etibarnamə üzrə nümayə ndəsi Nümayəndə1 ünvanlanmış 5 may 2017-ci il tarixli 1374 saylı məktubda qeyd edilmişdir ki, iddiaçıya Mərdəkan qəsəbəsində 5/446 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılması barədə keçmiş Əzizbəyov RİH başçısının 10.05.1994-cü il tarixli, 407/241 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Bu sərəncamda onun ləğv edilməsi barədə hər hansı qeyd yoxdur. Mərdəkan Bələdiyyəsi tərəfindən verilmiş 04.04.2017-cı il tarixli arayışda qeyd olunur ki, iddiaçıya Mərdəkan qəsəbəsində 5/446 saylı sahədə ayrılmış torpaq sahəsi Mərdəkan bələdiyyəsində 2001-ci il tarixdən qeydiyyata alınmışdır, 31 dekabr 2017-ci il tarixə qədər vergi borcu yoxdur. Bakı şəhəri Xəzər RİH başçısının 1-ci müavini tərəfindən iddiaçıya ünvanlanmış 13.07.2016-cı il tarixli məktubda qey d olunur ki, Əzizbəyov RİH başçısının 407/241 saylı, 10.05.1994-cü il tarixli sərəncamı ilə Mərdəkan qəsəbəsində ona ayrılmış 5/446 saylı sahənin cizgisinin və xəritədən çıxarışının verilməsi ilə bağlı RİH-ə daxil olmuş və 10.06.2016-cı il tarixdə qeydiyyatdan keçmiş ərizədə qeyd olunan məsələ tapşırığa əsasən qəsəbə nümayəndəliyinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Qəsəbə nümayəndəliyinin verdiyi rəsmi məlumata əsasən torpaq sahəsinin mübahisəli olduğunu nəzərə alaraq həmin sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. Bakı şəhəri Xəzər RİH başçısının Şağan qəsəbə nümayəndəliyi tərəfindən Xəzər RİH başçısına ünvanlanmış 11 iyul 2016-cı il tarixli məktubda qeyd olunur ki, 17.06.2016cı il tarixli məktubun icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, ci zgi və xəritədən çıxarışın verilməsindən ötrü Xəzər RİH-ə müraciət etmiş iddiaçının nişan verdiyi ünvana qəsəbə nümayəndəsinin müavini T.Dadaşov tərəfindən baxış keçirilmişdir. Məlum olmuşdur ki, iddiaçının adına olan 407/241 nömrəli torpaq sərəncamı 10.05.1994-cü ildə Əzizbəyov RİH tərəfindən verilmişdir. Yalnız üstündən 22 il keçəndən sonra vətəndaş rəsmi olaraq Xəzər RİH-ə müraciət etmişdir ki, onun yuxarıda qeyd edilən ünvanda fərdi həyətyanı torpaq sahəsi vardır və onu özəlləşdirmək niyyətindədir. Yerində araşdırma zamanı sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsinin mübahisəli olması da elə ötən bu uzun illərdən qaynaqlanır. Belə ki, yaxınlıqda olan qonşularla aparılan söhbət zamanı məlum olmuşdur ki, həmin həyətyanını iki metrdən hündür olan divarları təqribən 13-14 il bundan ö ncə Sərvət adlı şəxs tərəfindən çəkilmiş və ora dəmir darvaza qoyulmuşdur. İddiaçı rəsmi səlahiyyətli nümayəndəsi kimi çıxış edən Nümayəndə1 bildirmişdir ki, həqiqətən də həmin ünvandakı torpaq sahəsinin ətrafına onlara məlum olmayan şəxs tərəfindən daş divar hörülmüş və dəmir darvaza qoyulmuşdur. Torpaq sahəsinin mübahisəli olduğunu nəzərə alaraq cizgi və xəritədən çıxarışın verilməsi hələ ki, tərəflərindən məqsədəuyğun sayılmır. Nümayəndəlik olaraq məsələnin araşdırılmasını davam etdirirlər. Bu istiqamətdə hər hansı bir məlumat əldə edərlərsə, o zaman onlara yazılı məlumat ünvanlanacaqdır. İddiaçı 15 dekabr 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıya 10 may 1994-cü il tarixli, 407/241 saylı sərəncam əsasında ayrılmış 5/446-saylı saylı torpaq sahəsinin harada yerləşdiyinin müəyyən edilməsi, həmin torpaq sahəsinə cizgi və xəritədən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Torpaq Məcəlləsinin 65-ci maddəsinə görə, torpaq sahəsi ayrıldığı andan akt-cizgi verilməli idi, amma verilməyibdir. İddiaçı tərəfindən Mərdəkan qəsəbəsi icra hakimiyyətinə 8000 manat torpaq vergisi ödənilmişdir. İddiaçının sərəncamı Mərdəkan Bələdiyyəsində 2001-ci ildən qeydiyyata alınmışdır və torpaq vergisi borcu yoxdur. Sərəncam üzrə torpaq sahələrinin harada yerləşdiyini, 1994-cü ildə Mərdəkan qəsəbə nümayəndəliyinin sədr müavini işləmiş, X1 göstərmişdir və sərhəd ölçülərini t əyin edib iddiaçıya təhvil vermişdir. İddiaçı 1997-ci ildə torpaq sahəsinin hasar tikintisinə başlamışdır. 1997-ci və ya 1998-ci il olardı, iddiaçının torpaq sahəsinin Mərdəkan yolu tərəfində Mamed Xeyrullayeviç adlanan şəxsin 2 torpaq sahəsinin tikintisi gedirdi. Buzovna tərəfində isə həyətində donuz saxlayan Əlisafa kişinin mülkü idi. 1997-ci və ya 1998-ci illərdə Buzovna yolu qırağı, yaşıllıq zolağına düşən bütün tikililər, Əzizbəyov RİH tərəfindən uçurulmuşdur. Bu tikililər arasında iddiaçıların da torpaq sahələrinin hasar tikilisini söküblər. Səbəbi isə torpaq sahələri yaşıllıq zolağına düşdüyünə görə və yüksək gərginlikli elektrik xəttinə yaxın olduğuna görə sökülürdü. 2001-ya-2002-ci ilə kimi Buzovna yolu qırağı, yaşıllıq zolağına düşən sökülmüş tikililərin, bərpasına və tikintisinə icazə verilməmişdir. Hasar tikintisində işləyən fəhlə və ustaların notarial qaydada təsdiq olunmuş, şahid ərizələri və şəxsiyyət vəsiqələrinin surəti var. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 71.1-ci, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci, Torpaq Məcəllənin 55-ci, Mülki Məcəllənin 560, 157-ci, İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(82)-754/2018 saylı iş) 7 mart 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya 10 may 1994-cü il tarixli, 407/241 saylı sərəncam əsasında ayrılmış, 5/446 saylı torpaq sahəsinin harada yerləşdiyinin müəyyən edilməsi vəzifəsi cavabdehə həvalə olunmuş, iddia tələbin qalan hissədə təmin edilməmişdir. Birinci in stansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki,iddiaçıya torpaq sahəsi cavabdeh tərəfindən 10 may 1994-cü il tarixli, 407/241 saylı sərəncam əsasında ayrılmış və ayrılan sahənin də harada yerləşməsini dəqiq müəyyən etmək onun qanunla üzərinə düşən vəzifəsidir. 5/446 saylı torpaq sahəsinin harada yerləşdiyinin göstərilməsindən cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 mart 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X8-məruzəçi, X5 və X6, 2-1(103)-1459/2018 saylı iş) 27 sentyabr 2018-ci il qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 16 oktyabr 2018-ci il ta rixdə qərarın surətini almış, 16 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya Mərdəkan qəsəbəsində 5/446 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m. torpaq sahəsinin ayrılması barədə Əzizbəyov RİH-in başçısı 10.05.1994- cü il tarixli 407/241 saylı sərəncam qəbul etmişdir. Sərəncamla torpaq sahəsi ayrılarkən müvafiq torpaq sahəsi iddiaçıya naturada ayrılaraq təhvil verilmiş, iddiaçı həmin torpaq sahəsini təhvil almışdır. Hazırda 24 il sonra iddiaçı iddia edir ki, torpaq sahəsinin yerini müəyyən edə bilmir, məhkəməyə müraciət edərək torpaq sahəsinin yerinin mü əyyən edilməsinin Xəzər RİH-nin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia əsassızdır, iddiaçıya ayrılmış torpaq sahəsinin harada yerləşməsi vəzifəsinin icra hakimiyyətinin üzərinə qoyulması məhkəmə heç bir maddi hüquq norması ilə əsaslandırıla bilməmişdir, torpaq sahəsinin harada yerləşməsinin müəyyən edilməsi hazırda icra hakimiyyətinin səlahiyyətləri daxilində deyil, dövlət orqanı kimi icra hakimiyyətinin üzərinə qanunda göstərilməyən vəzifələrin qoyulması yolverilməzdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin qərarında da qeyd olunur ki, sərəncam üzrə torpaq sahəsinin harada yerləşdiyini, 1994-cü ildə Mərdəkan qəsəbə nümayəndəliyinin sədr müavini işləmiş X1 göstərmiş və sərhəd ölçülərini təyin edib iddiaçıya təhvil vermişdir. İddiaçı 1991-ci ildə torpaq sahəsinin hasar tikintisinə baş lamışdır. Bununla əlaqədar olaraq iddiaçıya həmin torpaq sahəsinin sərhəd ölçüləri və harada yerləşməsi məlumdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarı ləğv olunmalıdır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdehin 10 may 1994-cü il tarixli sərəncamı ilə fərdi ev tikmək üçün ona ayrılmış torpaq sahəsinin harada yerləşməsinin ona tanıdılmasını xahiş edir. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir. İşdə olan sənədlərdən görünür ki, fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsinin iddiaçıya ayrıl masına dair cavabdehin 10 may 1994-cü il tarixli sərəncamı mövcuddur, torpaq sahəsinin (qonşu) sərhədləri, coğrafi mövqeyi, naturada yerləşməsinə dair hər hansı sübut mövcud deyildir. İddiaçıya torpaq sahəsi verilməsi barədə sərəncam verilərkən qüvvədə olmuş (9 noyabr 1991-ci ildə qəbul edilmiş) Torpaq Məcəlləsinin 23-cü maddəsinin birinci bəndində qeyd edilir ki, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifad ə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir (29cu maddə). Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir (30-cu maddənin birinci bəndi). Torpaq mülkiyyətçilərinin və sahiblərinin (47-ci maddənin birinci bəndi), torpaq istifadəçilərinin və icarəçilərinin (48-ci maddənin birinci bəndi) torpaqdan təyinatı üzrə istifadə etmək hüquqları vardır. Torpaq mülkiyyətçiləri, sahibləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatına və verilməsi şərtlərinə müvafiq surətdə istifadə etməyə borcludurlar (49-cu maddənin birinci bəndi). 1994-cü ildə artıq rayon, şəhər xalq deputatları Sovetlərinin mövcud olmaması, torpaq sahəsinin ayrılmasının cavabdehin səlahiyyətinə aid olması mübahisə doğurmur. Torpaq sahəsinin yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilməsi, yer quruluşu orqanlarının yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməsi, iddiaçının torpağa dair hüququnun qeydə alınması barədə dövlət aktının olması, torpaq sahəsi ayrıldıqdan sonra iddiaçının ondan təyinatı üzrə istifadə etməsi işdə olan sənədlərlə sübuta yetmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 65-ci maddəsində qeyd edilir ki, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (1-ci bənd). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (2-ci bənd). Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir (3-cü bənd). Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövl ət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq sahəsinin iddiaçıya ayrılması barədə onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməsinə dair, yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Bəhs edilən hüquq normalarına istinad edən məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilməsi, yer quruluşu orqanlarının yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməsi, iddiaçının torpağa dair hüququnun qeydə alınması barədə dövlət aktının olması, torpaq sahəsi ayrıldıqdan sonra iddiaçının ondan təyinatı üzrə istifadə etməsi, torpaq sahəsinin iddiaçıya ayrılması barədə onun sərhədlərinin yerdə (naturada) və xəritədə müəyyən edilməsi, habelə ye rquruluşu planlarının və təsvirlərinin tərtib edilməsi işdə olan sənədlərlə sübuta yetmədiyindən, iddiaçının tələb etdiyi torpaq sahəsinə hüququnun yaranması istisna edilir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, 10 may 1994-cü il tarixli sərəncamın 2.3cü bəndində sərəncamın çıxdığı tarixdən bir il ərzində tikintiyə başlanması və üç il müddətinə qurtarması qeyd edilmiş, iddiaçı sərəncamın digər bəndləri ilə yanaşı bu bəndinə də əməl etməmişdir. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş hüququdur. İddiaçın mübahisə açdığı 1200 kv.m torpaq sahəsinə faktiki sahibliyi həyata keçirməsi təsdiq edilmir. Odur ki, iddianı təmin etməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmamışdır. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 7 avqust 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı üçüncü şəxs X3 fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmasına dair cavabdehin 30 dekabr 1999-cu il tarixli sərəncamının etibarsız hesab edilməsinə dair iş üzrə iddiası rədd edilmiş, məhkəmə qərarı yuxarı məhkəmələr tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Adı çəkilən qərarda isə qeyd edilmişdir ki, iddiaçı mübahisə açdığı torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyindən artıq həmin torpaq sahəsinə onun mövcud olan istifadə hüququna xitam verilmiş, bu səbəbdən də torpaq sahəsi üçüncü şəxsə ayrılarkən iddiaçının torpaq sahəsi üzərində istifadə hüququ mövcud olmamışdır. Odur ki, iddiaçı torpaq sahəsindən uzun müddə t təyinatı üzrə istifadə etmədiyinə görə torpaq sahəsinə istifadə hüququnu itirdiyindən cavabdehin 10 may 1994-cü il tarixli sərəncamı qüvvədə olduğu halda 30 dekabr 1999-cu il tarixli sərəncamın qanunsuz olması barədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddianı təmin edərkən hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İddianın təmin edilməsi üçün əsaslar olmadığından kassasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia rədd edilməlidir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. nəticəvi hissə: Məhkəmə kollegiyası şə rh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1459/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-457/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-457/2019
05.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver