Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-457/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (52 yaşdan qadına güzəştli şərtlərlə pensiya təyin edilməsi, güzəştli iş stajı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1502/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.
2. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən, o, 16.11.1984-cü ildən 06.08.1986-cı ilə qədər 306 saylı uşaq bağçasında dayə, 21.11.1986-cı ildən 21.01.1987ci ilə qədər 446 saylı tikinti trestində fəhlə, 11.02.1987-ci ildən 21.08.1987-ci ilə qədər Bakı Soyuducu zavodunda fəhlə, 10.11.1987-ci ildən 28.02.1994-cü ilə qədər 1 saylı Tə mir Tikinti İdarəsində makinaçı, 05.04.1994-cü ildən 14.04.1998-ci ilə qədər 9 saylı Təmir Tikinti İdarəsində rəngsaz, 18.05.1998-ci ildən 05.03.2006-cı ilə qədər Yasamal rayonu 1 saylı Təmir Tikinti İdarəsində yenə rəngsaz vəzifəsində işləmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh **********2 saylı, 11 iyul 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının ümumi iş stajı 20 ildən az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin sığorta stajına daxil edilməklə ona güzəştli şərtlərə əmək pensiyası təyin edilməsi və 12.12.2015ci il tarixdən yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 05.04.1994-cü ildən 14.04.1998-ci ilədək və 18.05.1998-ci ildən 05.03.2006-cı ilədək Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının «Ümumi peşələr» bölməsində göstərilən təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə məşğul olan rəngsaz vəzifəsində işləmişdir. 2006-cı ilin yanvar ayınadək ümumi və xüsusi iş stajını toplamış qadınların 52 yaşından pensiya almaq hüququ vardır. Hesab edir ki, qeyd edilən şərtlər ona münasibətdə tam ödənildiyindən cavabdehin imtinası əsassızdır.
7. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir. Etirazın əsasları imtina məktubunda göstərilənlərlə eynidir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1-(81)-4517/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia təmin edilərək, iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 12 dekabr 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləği fərqinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, təsdiq olunmuş sənədlərlə iddiaçının 01.01.2006-cı il tarixə 20 il 11 ay 10 gün ümumi və 12 il 7 ay 21 gün güzəştli iş stajı oldu ğu müəyyən edilir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır.
10. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-450/2020 saylı, 11 fevral 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və S.S.Seyidova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1-(81)-4517/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərə k qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1115/2020 saylı, 24 iyun 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.Ə.Şəfiyev, hakimlər: Z.M.Quliyev və R.S.Nəbizadə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-450/2020 saylı, 11 fevral 2020ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 9 saylı Təmir Tikinti İdarəsində, 1 saylı Təmir Tikinti İdarəsində və «xxxx» MMC-də rəngsaz işləyərkən təhlükəliliyi 3‐cü sinifdən aşağı olmayan zərərl i maddələr tətbiq etməklə işləməsi barədə sübut yoxdur. Apelyasiya instansiyası məhkəməsi, iddiaçının rəngsaz işləyərkən təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tətbiq etməklə işləyib - işləmədiyini müəyyən etmək üçün öz təşəbbüsü ilə əlavə araşdırma aparmalı və nəticəsindən asılı olaraq qərar qəbul etməli idi. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1502/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: A.Ə.Hüseyn və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1-(81)-4517/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
17. Apelyasiya instansiya məhkəmə si qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi arayışda onun zərərli işlərdə işləməsi sübut edilmədiyindən ona güzəştli şərtlərlə pensiya təyin edilə bilməz.
18. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Düzdür, həmin peşənin güzəştli sahə sayılması üçün “təhlükəliliyi üçüncü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" kimi qeyd olunsa da iş materiallarında ola n iddiaçının işlədiyi müəssisələrin adlarından və onların xüsusiyyətlərindən göründüyü kimi iddiaçı peşəkar təmir tikinti idarələrində rəngsaz vəzifəsində işləmişdir. Buna dair 9 saylı Təmir tikinti idarəsindən müvafiq aydınlaşdırıcı arayış əldə edə etmək mümkün olmasa da (həmin idarə hazırda mövcud deyil) digər idarədə yəni 1 saylı təmir tikinti idarəsindən zəruri arayışı əldə edilmişdir. Arayışdan belə nəticəyə gəlmək olar ki, iddiaçının işlədiyi peşə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahının ümumi peşələr adlanan 35-ci bölməsinə uyğundur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkə mə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respu blikasının Qanunu: (01.07.2017ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə g üzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 25. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdi q edən əsas sənəd hesab edilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı veri lməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti mə hkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instan siyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
31. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda q eyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, qadın cinsindən olan şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1. 01.07.2017-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2. 01.07.2017-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması; 3. 01.07.2017-ci ilə qədər 52 yaşının tamam olması tələb olunur.
32. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla 52 yaşını 12.12.2015-ci il tarixdə tamamlamışdır.
33. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərlə əsasən o, 16.11.1984-cü ildən 06.08.1986-cı ilə qədər 206 saylı uşaq bağçasında dayə vəzifəsində, 21.11.1986-cı ildən 21.01.1987-ci ilə qədər 446 saylı tikinti trestində fəhlə vəzifəsində, 11.02.1987-ci ildən 21.08.1987-ci ilə qədər Bakı Soyuducu zavodunda fəhlə vəzifəsində, 10.11.1987-ci ildən 28.02.1994-cü ilə qədər 1 saylı Təmir-Tikinti İdarəsində makinaçı vəzifəsində, 05.04.1994- cü ildən 14.04.1998-ci ilə qədər 9 saylı Təmir-Tikinti İdarəsində rəngsaz, 18.05.1998-ci ildən 05.03.2006-cı ilə qədər Yasamal rayonu 1 saylı Təmir-Tikinti İdarəsində rəngsaz, 14.08.2006-cı ildən 24.06.2009-cu ilə qədər «xxxx» MMC-də rəngsaz vəzifəsində işləmişdir.
34. Hazırda mübahisə edilən hal iddiaçının 05.04.1994-cü ildən 14.04.1998-ci ilə qədər 9 saylı Təmir Tikinti İdarəsində, 18.05.1998-ci ildən 05.03.2006-cı ilə qədər Yasamal rayonu 1 saylı Təmir-Tikinti İdarəsində, 14.08.2006-cı ildən 24.06.2009-cu ilə qədər «xxxx» MMC-də rəngsaz vəzifəs ində işlədiyi müddətin güzəştli iş stajı kimi nəzərə alınmaması ilə bağlıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahıda «Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər» bölməsinə aid rəngsazlar (2290100a13450), «Dəniz və çay donanması» bölməsinə aid doklarda gəmilərin rənglənilməsi və sıyrılması ilə məşğul olan rəngsazlar (23003030-13450), «Ümumi peşələr» bölməsində isə, təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar (**********450) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi müəyyən edilmişdir.
36. İddiaçının işlədiyi rəngsaz vəzifəsi öz xüsusiyyətinə görə həmin siyah ının «Ümumi peşələr» bölməsində nəzərdə tutulan təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar (23200000-13450) peşəsinə uyğundur.
37. Eyni zamanda, iddiaçının peşəsi həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 35-ci bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsinə uyğundur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıdakı siyahılarda rəngsaz vəzifəsi yalnız təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olduğu halda zərərli iş kimi nəzərdə tutulmuşdur.
39. İş materiallarından görünür ki, iddiaçı təkrar apelyasiya baxışı zamanı Yasamal rayonu Əlillər Cəmiyyətinin nəzdində 1 saylı Təmir-Tikinti İdarəsi tərəfindən verilmiş arayışı təqdim etmişdir. Arayışda qeyd edilir ki, iddiaçı Yasamal rayonu ərazisində 1 saylı TəmirTikinti İdarəsində rəngsaz vəzifəsində işlədiyi illər təhlükəlilik dərəcəsi 2-ci və daha yuxarı sinifə aid olan təhlükəli maddələrlə qapalı hava şəraitində işləmişdir ki, (həmin vaxtda süd məhsulları ilə təmin edilmişdir) bu da onun güzəştli şərtlərlə pensiya hüququ yaranmasına imkan verir.
40. Apelyasiya instansiyası məhkəməsi bu arayışı haqlı olaraq iddiaçının zərərli işlərdə işləməsini təsdiq edən sübut kimi qəbul etməmişdir. Belə ki, təqdim edilmiş arayış tarixi, nömrəsi kimi mühü m rekvizitlərin olmaması ilə yanaşı müəssisənin müdiri tərəfindən deyil, kadrlar şöbəsinin müdiri tərəfindən imzalanmışdır.
41. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, həmin arayışın məzmununda iddiçının “təhlükəlilik dərəcəsi 2-ci və daha yuxarı sinifə aid olan təhlükəli maddələrlə işlənilməsi”ndən bəhs edilir. Halbuki, siyahıda 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tətbiq etməklə işləyən rəngsaz vəzifəsi zərərli iş kimi nəzərdə tutulmuşdur. Bu da təqdim edilmiş arayışın qeyri-dəqiq olmaqla mötəbərliyini şübhə altına almağa əsas verən haldır. Beləliklə, təqdim edilmiş arayışla iddiaçının rəngsaz işləyərkən təhlükəliliyi 3cü sinifdən aşağı olmayan zərərli maddələr tətbiq etməklə işləyib-işləmədiyini müəyyən etmək mümkün deyildir. 42. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilm iş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
43. Bu arayışın təyinatı, şəxs in işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmış, işdə olan sübutlara düzgün hüquqi qiymət vermiş, iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin təmin edilməsi üçün ə saslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1502/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.