Məhkəmə qərarları › İş №2-1(102)-457/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-457/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-457/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, tunel ustası peşəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967 təvəllüdlü, FİN:2OVSS41) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)2542/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1967-ci ildə Ermənistanın Spitak rayonunda anadan olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 47A, mənzil 33-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır.

2. İddiaçıya məxsus EZ ******* nömrəli hərbi biletin surətinə əsasən, o 06.05.1985-ci ildən 26.06.1987-ci ilədək SSRİ Sil ahlı Qüvvələrində hərbi xidmət etmişdir.

3. Azərbaycan SSR X3 Təhsili Komitəsi tərəfindən verilmiş 752159 nömrəli, 18.05.1985-ci il tarixli diplomun surətinə əsasən, iddiaçı 01.09.1984-cü ildə Bakı şəhəri, 4 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 16.05.1985-ci ildə istilik maşın sexləri və hidroelektrostansiya hissələri üzrə təmirçi çilingər peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir.

4. Azərbaycan Politexnik İnstitutu tərəfindən verilmiş 108535 №-li, 02.07.1993cü il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1988-ci ildə Azərbaycan Politexnik İnstutuna daxil olmuş və 1993-cü ildə hesablama maşınları kompleksləri sistemləri və şəbəkələri ixtisası üzrə tam kursu bitirmişdir.

5. Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş 022- 177 №-li, 13.04.2018-ci il tarixli arxiv arayışından görünür ki, X2 217 Y(n) saylı əmrə əsasən 27.11.1987-ci ildə müvəffəqiyyətlə müsahibədən keçdiyi üçün Ç.İldırım adına Azərbaycan Politexnik İnstutununun əyani hazırlıq şöbəsinə qəbul olunmuşdur. 16.07.1988-ci il tarixli, 105 Y(n) saylı əmrə əsasən, hazırlıq şöbəsinin dinləyiciləri müvəffəqiyyətlə yekun imtahanları verdikləri üçün İ kurs tələbələri sırasına əyani olaraq qəbul edilmişlər. 05.08.1988-ci il tarixli, 110 Y(n) saylı əmrə əsasən, X2 Ç.İldırım adına Azərbaycan Politetnik İnstitutunun “Avtomatika və hesablama” texnikası fakultəsinə əyani olaraq (gündüz şöbəsi) qəbul olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 311 saylı, 24.09.1991-ci il tarixli qərarına əsasən, C.İldırım adına Azərbaycan Politexnik İnstitutu Azərbayc an Texniki Universiteti adlandırılmışdır.

6. Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş 022-169 №-li, 25.09.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən 110-U(p) saylı, 05.08.1988-ci il tarixli əmrə əsasən Ç.lldırım adına Azərbaycan Politexnik İnstitutunun (halhazırki Azərbaycan Texniki Universiteti) “Avtomatika və hesablama texnikası" fakültəsinin əyani şöbəsinə qəbul olmuş (qr.№ 658 a1) və “Hesablama maşınları kompleksləri, sistemləri və şəbəkələri" ixtisası üzrə tam kursu bitirmişdir. 188-T(s) saylı, 05.07.1993-cü il tarixli əmrə əsasən ona YB-İ № 108535 saylı mühəndis-sistemotexnik diplomu verilmişdir (qeydiyyat nömrəsi 517).

7. Ədliyyə Nazirliyinin Nərimanov rayon VVAQ İdaərəsi tərəfindən verilmiş 22.08.1990-cı il tarixli, İ-JQ 264108 nömrəli familiyanın, adın, ata adının dəyişilməsi haqqında şəhadətnamənin surətinə əsasən, X1 familiyası Namazlı familiyasına dəyişdirilmişdir.

8. İddiaçıya məxsus notarial qaydada təsdiq edilmiş əmək kitaçasının surətinə əsasən, o, 01.09.1987-ci ildən 28.11.1987-ci ilə qədər Ermənistan SSR, Kursalı zavodunda fəhlə (2 ay 28 gün) işləmiş, 01.09.1988-ci ildən 05.07.1993-cü ilədək Azərbaycan Texniki Universitetində tələbə (4 il 10 ay 5 gün) olmuş, 14.04.1992-ci il tarixindən 05.05.1994-cü il tarixinədək Bakı Metropoliteninin Tunel Qurğuları Xidmətində izoləedici və böyük tunel ustası (2 il 22 gün), 05.05.1994-cü il tarixindən 01.11.2004-cü il tarixinədək Əsaslı Təmir Xidmətində böyük tunel ustası (10 il 5 ay 27 gün), 01.11.2004-cü il tarixindən 30.08.2010cu il tarixinədək Əsaslı Təmir Xidmətinin 2 saylı dista nsiyasında tunel ustası (5 il 10 ay), 15.12.2010-cu il tarixindən 18.07.2014-cü il tarixinədək Əsaslı Təmir Xidmətində tunel ustası (3 il 7 ay 4 gün), 18.07.2014-cü il tarixindən 01.04.2018-ci il tarixinədək Əsaslı Təmir Xidmətinin Bina və qurğuların əsaslı təmir distansiyasında tunel ustası peşəsində çalışmışdır (3 il 8 ay 14 gün). 01.04.2018-ci il tarixindən hal-hazıradək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tunel Qurğuları Xidmətinin 4 saylı əsaslı təmir distansiyasının 4.7 saylı bina qurğu tikililərin əsaslı təmir sahəsində tunel ustası vəzifəsində işləyir.

9. Azərbaycan Respublikası "xxxx" QSC-nin A/231 №-li, 16.09.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 14.04.1992-ci il tarixindən 05.05.1994-cü il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində izoləed ici peşəsində, böyük tunel ustası vəzifəsində çalışmışdır (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə). 05.05.1994-cü il tarixindən 30.08.2010-cu il tarixinədək Bakı Metropoliteninin Əsaslı təmir xidmətində böyük tunel ustası, tunel ustası vəzifələrində işləmişdir (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə). 15.12.2010-cu İl taixindən 18.07.2014-cü il tarixinədək Bakı Metropoliteninin Əsaslı təmir xidmətinin Bina və qurğuların əsaslı təmir distansiyasında tunel ustası vəzifəsində çalışmışdır (tuneldə yalnız gecə işi, zərərii əmək şəraiti ilə). 18.07.2014-cü il tarixindən “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Əsaslı təmir xidmətində tunel ustası, 01.04.2018-ci il tarixindən isə Tunel qurğuları xidmətinin 4 saylı distansiyasının Vİİ sahəsində 9-cu dərəcəli tunel ust ası vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12№-li qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.Dağ-mədən işləri. 1.1.2., 21.5. Metropolitenlər. bəndlərinə uyğun olaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 28 il 29 gün (iyirmi səkkiz il iyirmi doqquz gün) təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli, 289 saylı Sərəncamına əsasən, Bakı Metropoliteni və "Azərtunelmetrotikinti” SC-nin yenidən təşkil edilərək səhmləri dövlətə məxsus "Bakı Metropoliteni” QSC yaradılmışdır.

10. Azərbaycan Respublikası "xxxx" QSC-nin 40N- 10/3-69 №-li, 19.01.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı 14.04.1992-ci il tarixindən 05.05.1994-cü il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində izoləedici peşəsində, böyük tunel ustası vəzifəsində (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 24%), 05.05.1994-cü il tarixindən 01.11.2004-cü il tarixinədək Əsaslı təmir xidmətində böyük tunel ustası (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 24%) vəzifəsində, 01.11.2004-cü il tarixindən 30.08.2010-cu il tarixinədək Əsaslı təmir xidmətinin 2 saylı distansiyasında tunel ustası (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 24%) vəzifəsində, 15.12.2010-cu il tarixindən 18.07.2014-cü il tarixinədək Əsaslı təmir xidmətində tunel ustası (gecə işi yalnız tuneld ə, xüsusi zərərli iş şəraitində 24%) vəzifəsində, 18.07.2014-cü il tarixindən 01.04.2018-ci il tarixinədək Əsaslı təmir xidmətinin Bina və qurğuların əsaslı təmir distansiyasında tunel ustası (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 24%) vəzifəsində çalışmışdır. 01.04.2018-ci il tarixindən hazırki vaxtadək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətinin 4 saylı əsaslı təmir distansiyasının 7 saylı əsaslı təmir sahəsində tunel ustası vəzifəsində işləyir (xüsusi zərərli iş şəraiti, tuneldə yalnız gecə işi 24%). İddiaçı xüsusi zərərli iş şəraitində əmək stajı 28 il 05 ay 25 gün (iyirmi səkkiz il beş ay iyirmi beş gün) (18.01.2021-ci il tarixinə) təşkil edir və onun işlədiyi peşələr hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanv ar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın müvafiq maddələrinə, habelə qüvvədən düşmüş 21.09.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş siyahının 1010100q—23269 (nəzarət ustaları (böyük ustalar), 1010300a—12520 (izolyasiyaçılar), 1010500b—23187 (1 №-li siyahıda sadalanan fəhlələrə rəhbərlik edən ustalar, böyük ustalar) kodlarına aiddir.

11. İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinadən cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 24.11.2020-ci il tarixli, **********7 saylı məktubda bildirilmişdir ki, 1 sentyabr 1987-ci il tarixli əmək kitabçasında qeyd olunan 14.04.1992-ci il tarixindən bugünədək Azərbaycan Respublikası "xxxx" QSC-də işlədiyi böyük tunel ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı üçün onun güzəştli iş stajı yoxdur və qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 52 yaşı tamam olduğuna görə 01.01.2019-cu il tarixindən güzəş tli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. İddia iş materiallarına əlavə edilmiş arayışlara istinad olunaraq əsaslandırılmışdır. İddiaçı qeyd etmişdir ki, onun 14 aprel 1992-ci il tarixdən 1 yanvar 2006cı il tarixədək zərərli iş stajı 13 il 8 ay 17 gün, ümumi staji isə 21 il 7 ay 3 gün təşkil edir. Bu səbəbdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməmişdir. Cavabdehin imtinasını əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmişdir.

14. Cavabdeh tərəfindən təqdim edilmiş etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynidir.

15. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021 -ci il tarixli, 2-1(112)-3954/2021 nömrəli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 01 yanvar 2006-ci il tarixədək hərbi xidmət və təhsil dövrü də daxil olmaqla 21 il 8 ay 26 gün ümumi, 13 il 8 ay 20 gün güzəştli iş stajı mövcuddur. Güzəştli iş stajının mövcudluğu ilə bağlı iddiaçının işlədiyi "Bakı Metropoliteni” QSC tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, həmin müəssisədə işlədiyi tunel ustası peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli siyahısı üzrə müəyyən edilmiş 1010100q—23269 (nəzarət ustaları (böyük ustalar), 1010300a—12520 (izolyasiyaçılar), 1010500b—23187 (1 №-li siyahıda sadalanan fəhlələrə rəhbərlik edən ustalar, böyük ustalar) kodlarda nəzərdə tutulmuş peşələrə aiddir.

17. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2-1(103)-2542/2021 nömrəli qərarı ilə (hakimlər M.N.Tağızadə-sədrlik edən və məruzəçi, X.A.Cəmilova və A.S.Hüseynov) apelyasiya şikayəti təmin edilməmişdir.

19. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddi a tələbinin təmin olunmaması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən 14 aprel 1992-ci il tarixdən hal-hazıra qədər "xxxx" QSC-də işlədiyi böyük tunel ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalı bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur və bu hal apelyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək sözügedən Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən, tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabin etinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan, 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasl hüququ vardır. Bundan başqa, Bakı İnzibati Məhkəməsinə və cavabdehə təqdim etdiyi 01 sentyabr 1987-ci il tarixli əmək kitabçasında qeyd olunan 14.04.1992-ci il tarixdən 01.02.1993-cü il tarixinədək olan müddətdə "xxxx" QSC-də çalışdığı “izolyasiyaçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda 1010300a -12520 kodu ilə və 01 fevral 1993-cü il tarixdən bu günədək işlədiyi böyük tunel ustası vəzifəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı i lə təsdiq olunmuş 1 nömrəli siyahıda 1010500b - 23187 kodu ilə qeyd olunmuşdur. İddiaçı qeyd olunanları nəzərə alaraq, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2-1(103)-2542/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayı nı həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 24. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şərait i xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

25. İnzibati Prosessual Məcəllə (İPM) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla v ə işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə ed ilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə maddi hüquq normaları mübahisəli hüquq münasibətlərinə düzgün tətbi q olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apelyasiya şik ayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apelyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apelyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apelyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hall arına hüquq normalarını düzgün tətbiq etmişdir və bu səbəbdən kollegiya, apelyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 21(103)-2542/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar