Məhkəmə qərarları › İş №2-1(102)-457/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-457/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-457/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı9, İddiaçı14, İddiaçı18, İddiaçı19, İddiaçı20 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sərəncamın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı14, İddiaçı18, İddiaçı19, İddiaçı9, İddiaçı20 Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MMC, X8, X9, X7, X1, X10, X3, X5, X6) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 2-1(103)-963/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qərarından iddiaçılar İddiaçı14 və İddiaçı9 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. MH seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsində istifadədə olan 0.0991 ha torpaq sahəsində yerləşən 104 nömrəli, 2 mərtəbəli binada 41 kv.m. ümumi, 32 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 18 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı14 adına qeydiyyata alınmışdır.

2. Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 104, mənzil 11 tam mülkiyyət hüququ üzrə İddiaçı9 adına qeydiyyata alınmışdır. 3. "xxxx" MMC-nin direktoru xx.xx.2020-ci il tar ixli, 01 nömrəli məktubla Yasamal rayon İcra Hakimiyyətinə müraciət edərək, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində yerləşən ərazidə istismar müddəti başa çatmış, Bakı şəhərinin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən yaşayış binalarının və digər tikililərin sökülməsinə, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsinə rəy verilməsini xahiş etmişdir. Yasamal rayon İcra Hakimiyyəti ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq kompensasiyanın verilərək sökülməsinin şirkət tərəfindən təmin edilməsi şərtilə, həmin ərazinin müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikinti sinin layihələndirilməsi üçün "xxxx" MMC-yə ayrılmasına etiraz etməmiş və qaldırılan məsələni Bakı şəhər İcra Hakimiyyətinin müzakirəsinə təqdim etmişdir. 4. “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2020-ci il tarixli rəyinə əsasən, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2 №li memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisləri Anar Vahid, Seymur Məmmədov, 3 №li memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Emin Cəfərov Tikintidə X2 Agentliyinin 04 avqust 2020-ci il tarixli, 34/06409 nömrəli tapşırığına əsasən Bakı şəhəri, ünvan 1 ünvanlarda yerləşən 2 mərtəbəli yaşayış evlərinə vizual texniki baxış keçirmiş və həmin ünvanlarda yerləşən 2 mərtəbəli yaşayış evlərinin texniki cəhətdən yolver ilməz vəziyyətdə olması barədə rəy verilmişdir.

5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısına ünvanlanmış 01 oktyabr 2020-ci il tarixli xx/xx-4228 saylı məktubun təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, Qızıl Şərq və T.Şahbazi küçələrinin kəsişmələrində yerləşən ərazidə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1.97 hektar torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 7-1797/17 nömrəli məktubuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Yuxarıda qeyd olunan ünvanda yerləşən 1.97 hektar torpaq sahəs inin müvafiq qanunvericiliyə uyğun olaraq üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərtilə, yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz edilməmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 29 oktyabr 2020-ci il tarixli **********83 saylı məktuba əsasən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq, ayrılması nəzərdə tutulan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 1.97 hektar torpaq sahəsinin yerquruluşu planı hazırlanarkən ərazidə yaşayış və qeyri-yaşayış binaları, yaşayış bi nasının zirzəmisində kitabxana və qeyri-yaşayış sahəsi, eləcə də dövlətə məxsus yarımstansiya və su nasosxanasının yerləşdiyi məlum olmuşdur. Yaşayış və qeyri-yaşayış sahələri, dövlətə məxsus yarımstansiya və su nasosxanası ilə bağlı məsələlərin mövcud qanunvericiliyə uyğun həll edilməsi, zirzəmidə yerləşən kitabxana və qeyri-yaşayış sahəsinin yerləşdirilməsi barədə üçtərəfli (balanssaxlayıcı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) müqavilənin bağlanılması şərtilə, tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 hektar torpaq sahəsinin yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyə tinə ayrılmasına etiraz edilməmişdir.

7. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 255 nömrəli Sərəncamına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli müraciətini, Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 1152/d nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli xx/xx-4228 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********83 nömrəli razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2020-ci il tarixli rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012- ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərtilə, yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışd ır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçılar İddiaçı9, İddiaçı14 və digərləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Bakı şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 2020-ci il tarixli 255 nömrəli sərəncamının ləğv edilməsini, "xxxx" MMC-nin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186, 308-ci maddələrinin tərkibinin mövcudluğunun yoxlanması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarmaqla Azərbaycan Respublikası Baş Prokuroruna təqdim olunmasını xahiş etmişlər.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən sərəncamda binanın yerləşdiyi torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunver iciliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında alınması şərtilə verildiyi qeyd edilsə də, "xxxx" MMC sərəncamın şərtlərini pozaraq iddiaçıların razılığı olmadan binada söküntü işləri aparır.

10. Üçüncü şəxs "xxxx" MMC iddiaya dair etiraz ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 255 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Həmid Sultanov (keçmiş İ.Qutqaşınlı küçəsi), Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində 1.97 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx"' MMC tərəfindən tənzimlənməsi şərtilə, yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" MMC-yə ayrılmışdır. Sərəncamın icrasını təmin etmək məqsədi ilə qeyd olunan ərazidə yerləşən Qızıl Şərq küçəsi 102, 103, 104, 105 saylı binaların ümumi sayı 124 olan mülkiyyətçiləri və istifadəçiləri ilə danışıqlar aparılaraq mənzil sahibi ilə razılıq əldə edilmiş və müqavilələr bağlanılaraq köçürülmüşlər. Müqavilə şərtlərinə əsasən, mənzil sahiblərinə yaşayış üçün yararsız binalarda yerləşən mənzillərinin əvəzində, həmin ərazidə inşa ediləcək müasir yaşayış kompleksində mövcud olmuş mənzil sahələrinə daha artıq sahə əlavə olmaq şərtilə, təmirli mənzillərin verilməsi nəzərdə tutulur. Əlavə olaraq, yeni yaşayış sahələri inşa edilib mənzil sahiblərinə təhvil verilənədək, müvəqqəti mənzil kirayə etmələri üçün şirkət tərəfindən onlara aylıq kompensasiya ödənilir. Beləliklə, şirkət heç kimi m ülkiyyətindən məhrum etmir, sadəcə olaraq, köhnə mənzillərin mülkiyyətçilərini həmin yerdə inşa olunacaq yeni yaşayış kompleksində dəyəri xeyli dərəcədə əvvəlki mənzillərin dəyərini üstələyən mənzillərlə təmin etmək öhdəliyini üzərinə götürür. Mənzil sahibləri ilə müqavilələrin bağlanması 2020-ci ilin dekabr ayından başlanılıb, həmin vaxtdan da kirayə haqları ödənilir. İddia ərizəsində iddianı əsaslandırmaq üçün “iddianın dəlilləri” adı altında təqdim edilmiş hissədə iddiaçıların subyektiv fikirlərindən başqa heç bir dəlil və sübut göstərilməmişdir. Ümumiyyətlə, Azərbaycan Respublikasında, onun paytaxtı Bakı şəhərində istismar müddəti başa çatmış, texniki cəhətdən yolverilməz vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində inşa olunan müasir binalarla əvəz olunması layihələrinə qarşı çıxmaq, ən azından həmin binada yaşamış və hal-hazırda kirayədə yaşayaraq yaşayış binasının tikintisinin yekunlaşmasını gözləyən yüzlərlə insana qarşı ədalətsizlikdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim P.Hüseynov) 22 oktyabr 2021-ci il tarixli, 21(112)-6017/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd olunan ünvanda cəmi 124 ailədən 7 ailə istisna olmaqla, digər sakinlərlə "xxxx" MMC arasında sakinlərin mənzillərinin əvəzinə yeni inşa olunacaq yaşayış binasında ümumi sahəsinə 20% əlavə etməklə, yeni mənzillərin verilməsi və yeni mənzillərə köçənədək müəyyən müddətə başqa mənzillərdə yaşamaları üçün mənzil kirayə haqlarının ödənilməsi ilə bağlı razılıq əldə olunmuş və müvafiq müqavilələr imzalanmışdır. Həmçinin sərəncamın qəbulu zamanı qanun pozuntusuna yol verilməmişdir, odur ki, sərəncamın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

13. Birinci instansiya məhkəməsinin qərarından iddiaçılar apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Hüseyn -

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Hüseyn - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) 2-1(103)-963/2022 nömrəli iş üzrə 7 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd edilmişdir ki, araşdırma zamanı xx.xx.2022-ci il tarixdə tərəflərin iştirakı ilə mübahisəli ünvana yerində baxış keçirilmişdir. Yerində baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hərbi Şəhərcik, Qırmızı Şərq küçəsində yerləşən ikimərtəbəli yaşayış binasının qarşısında və yan tərəfində yerləşən binalar tamamilə sökülmüş, boş ərazidə yeni binanın tikintisi üçün bünövrə qazılmışdır. Həmçinin, hazırda mövcud olan iki mərtəbəli binanın sakinlərinin bir hissəsi köçürülmüşdür

16. İddiaçılar İddiaçı14 və İddiaçı9 həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasın ı xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlilləri işin hallarına, iddia tələbinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğundur. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçıların sözügedən ərazidə daşınmaz əmlakları mövcuddur və sözügedən sərəncam onların mülkiyyət hüquqlarına müdaxilə təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1 inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsini n qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, hazırkı şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏS İNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kolleg iyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə z əruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Hazırkı iş üzrə kassatorlar Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 255 nömrəli Sərəncamını onların mülkiyyət hüquqlarını pozduğu əsası ilə mübahisələndirirlər. 29. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanuns uz sayılır.

30. Hazırkı iş üzrə işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə də müəyyən olunur ki, mübahisələndirilən sərəncamın qəbulu zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir (müvafiq rəylər alınmış, səlahiyyətli qurumlar tərəfindən razılıq verilmişdir- bax hazırkı qərarın 3-6-cı bəndləri). Odur ki, sərəncamın “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbi baxımından ləğv edilməsinə əsas yoxdur.

31. Digər tərəfdən, kassatorlar sərəncamın onların mülkiyyət hüququna müdaxilə təşkil etdiyini bildirirlər.

32. Bu dəlillə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

33. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət h üququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. eç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

34. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

35. Kassatorların mübahisələndirdiyi sərəncamın məzmunu aşağıdakı kimidir: “...Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilsin”.

36. Göründüyü kimi, mübahisələndirilən sərəncamın məzmununda kassatorların Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit edilmiş və əsas insan hüquqlarından biri olan mülkiyyət hüququna müdaxilə xarakterli müddəa nəzərdə tutulmamış, əksinə, yalnız mülkiyyətçilərin razılığı ilə söküntü-tikinti işl ərinin aparılmasına icazə verilmişdir.

37. Odur ki, sözügedən sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinə zidd olmamaqla, kassatorların mülkiyyət hüquqlarını pozmur və onların bununla bağlı dəlilləri əsassızdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci il tarixli, 21(103)-963/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar