Məhkəmə qərarları › İş №2-1(102)-457/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-457/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-457/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarı əsasında verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs in 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxs: Ağdaş rayonu Kotanarx Bələdiyyəsi) qarşı “0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-364/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, İNZ(84)-1092/2012 nömrəli qərarına əsasən Ağdaş rayonunun Kotanarx kəndi üzrə islahat zamanı torpaq payı almaq hüququ olan subyektlərə hesablanmış pay torpaq sahəsinə uyğun olaraq İddiaçı2 verilməmiş 0,43 hektar pay torpaq sahəsinin Ağdaş rayon Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondu hesabına ayrılıb verilməsi və həmin 0,43 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılmışdır.

2. Həmin qərarla İddiaçı2 ayrılmış 4300 kv.m torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli, A441150 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir.

3. İddiaçı həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********63 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir.

4. İmtina onunla əsaslandırmışdır ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə elektron xəritə bazasında (DWJ) göst ərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq vardır. Belə ki, ləğv olunmuş DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş A seriyalı 441150 nömrəli 4300 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X3 kitabında xx.xx.2013-cü il tarixində 677 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları başqa şəxslərin mülkiyyətində olan torpaq (pay) sahələrinin üzərinə düşür. Bu da 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barə də ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2inz(84)1092/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərarı ilə verilmiş A441150 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq Ağdaş rayonunun Kotanarx kəndi ərazisində yerləşən 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2012-ci il tarixli qərarı ilə Ağdaş rayonunun Kotanarx kəndi üzrə islahat zamanı torpaq payı almaq hüququ olan subyektlərə h esablanmış pay torpaq sahəsinə uyğun olaraq iddiaçıya verilmiş 0.43 hektar pay torpaq sahəsinin Ağdaş rayon Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondu hesabına ayrılıb verilməsi və həmin 0.43 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılmışdır. Qərar qanuni qüvvəsini aldıqdan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinin göstərişinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Ağdaş rayonunun Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondundan iddiaçıya 0.43 hektar torpaq sahəsi ayrılmış, sərhədləri müəyyən edilərək naturada tanıdılmış və bu barədə iddiaçının adına X3 kitabında xx.xx.2013-cü il tarixdə 677 nömrə ilə qeydiyyata alınmış seriya A 441150 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənərək verilmişdir. Həmin vaxtdan fasiləsiz olaraq həmin 0.43 hektar torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə və torpağa görə vergisini ödəməklə həmin torpaq sahəsini idarə edir. Həmin torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında adına qeydə aldırmaq məqsədi ilə 2021-ci ilin sonlarında cavabdehə müraciət etsə də, müraciətindən imtina edilmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh tərəfindən iddia tələbinə dair verilən yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

8. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023cü il tarixli **********31 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, A 441150 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənəd ində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi Ağdaş rayonu, Kotanarx bələdiyyəsinin “X1 X2”ndə mövcud olan xəritəsində JN- 61, JN-66, JN-68, JN-246C, JN247C, JN-248C, JN-249C və JN-250C saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları əsasında mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üstə düşür, Elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu, Kotanarx bələdiyyəsinin “X1 X2”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi 0.5667 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar (ümumi istifadədə olan), uqodiyası təmiz örüş, mülkiyyətçisi Ağdaş rayonu Kotanarx bələdiyyəsi. Torpaq sahəsinin istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələri və yerləşmə vəzi yyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Ağdaş rayonu, Kotanarx bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür, İddiaçının naturada göstərdiyi 0.5667 ha torpaq sahəsi A 441150 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi A 441150 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsi ilə (əvvəlki DWJ məlumat bazasına uyğun olaraq) üst-üstə düşmür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-177/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2inz(84)-1092/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərarı ilə verilmiş A441150 nömrəli planölçü sənədində qeyd edilən torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq Ağdaş rayonunun Kotanarx kəndi ərazisində yerləşən 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdeh orqan sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı məhkəmə qərarında həmin torpaq sahəsi üzərində qeydə alınmalı hüquqla bağlı hər hansı qeydin olmadığını bildirir və hesab edir ki, məhz buna görə də torpaq sahəsinə yalnız plan-ölçü sənədinin hazırlanması ilə kifayətlənmişdir. Məhkəmə cavabdeh orqanın həmin dəlilini əsassız hesab etmişdir. Belə ki, istinad olunan qərarda A ğdaş rayon Kotanarx kəndində aqrar islahat aparılan zaman adambaşına düşən torpaq payı 0.43 ha müəyyən edilmiş, iddiaçının adının texniki səhv nəticəsində pay torpaq almaq hüququ olan subyektlərin siyahısına salınmamasına hüquqi qiymət verilərək 0.43 ha pay torpaq sahəsinin Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondu hesabına ayrılıb iddiaçıya verilməsi qərara alınmışdır. Yəni, torpaq sahəsinin iddiaçıya mülkiyyət hüququ ilə ayrılması sözügedən qərarda vurğulanmışdır. Cavabdeh orqan iddia olunan torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı, uqodiyasının isə örüş olmasını qeyd etsə də, işdə olan A441150 №-li plan ölçü sənədinin qaiməsində də 4300 kv.m torpaq sahəsinin örüş olduğunu qeyd etmişdir.

11. Həmçinin cavabdeh orqan qeyd edir ki, həmin plan-ölçü sənədində qeyd edilmiş to rpaq sahəsinin koordinatları digər subyektlərə məxsus torpaq sahələri ilə üstüstə düşür. Belə olan halda müəyyən edilir ki, Kotanarx kəndi üzrə digər subyektlərə verilmiş torpaq sahələrinin də uqodiyası örüş olmuş, lakin cavabdeh orqan həmin torpaq sahələrinə Dövlət Aktı tərtib etmişdir.

12. Cavabdeh orqanın mütəxəssis rəyinə əlavə etdiyi yerquruluşu planı ilə müəyyən olunur ki, A441150 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsi 8 mülkiyyətçiyə aid torpaq sahəsinin ərazisindən keçməklə ərazinin istifadə vəziyyətinə və torpaqların bölgüsü qaydasına uyğun deyil. Bu isə həmin plan-ölçü sənədində qeyd edilmiş koordinatların düzgün olmamasını birbaşa sübut edir.

13. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 nömrəli Fərmanının tələbləri baxımından iddi açının texniki sənədlərindəki (plan-ölçü) məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsi olduğundan, iddiaçı, A441150 nömrəli plan-ölçü sənədinin əsas döngə nöqtələrinin koordinatlarına uyğun düzəliş edilməklə faktiki istifadə vəziyyətinə uyğun qeydiyyatın aparılmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-364/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməm iş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-177/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin İNZ(84)-1092/2012 nömrəli xx.xx.2012-ci il tarixli qərarı ilə məhz iddiaçıya Ağdaş rayonunun Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondunun torpaqlarından 0.43 ha torpaq sahəsinin verilməsi qərara alınmış, həmin qərar qanuni qüvvəsini almışdır. Qanuni qüvvəyə minmiş qərarın icrası isə məcburidir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlillə ri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh eyni zamanda qeyd edir ki, Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 nömrəli 10 avqust 2012-ci il tarixli qərarında 0.43 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması barədə qərar verilməmişdir. Məhkəmə kollegiyası yanlış olaraq bu qənaətə gəlmişdir. Qərarda sadəcə olaraq torpaq sahəsinin ayrılıb verilməsi göstərilmişdir, yəni torpaq sahəsinə hüquq (icarə hüququ və ya mülkiyyət hüququ) göstərilməmişdir. Bununla yanaşı məhkəmə qərarında torpaq sahəsinə dair planölçü sənədinin tərtib edilməsi vəzifəsi qoyulmuşdur, bu isə texniki sənədin tərtib edilməsi deməkdir.

19. Hazırki halda isə iddiaçıya sözügedən torpaq sahəsi qanunvericiliklə müəyyən ed ilmiş qaydada icarəyə verilməmişdir (bələdiyyə ilə icarə müqaviləsi bağlanmamış, müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamışdır). Ağdaş rayonu Kotanarx bələdiyyəsi tərəfindən 0.43 ha torpaq sahəsinə dair iddiaçıya torpaq sahəsi ayrılmamış, torpaq sahəsinə dair alqı-satqı müqaviləsi və/və ya alqı-satqı aktı bağlanmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. İddiaçı kassasiya şikayətinə dair etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu günd ən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda o laraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qət idir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdik ləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

26. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin İNZ(84)-1092/2012 nömrəli xx.xx.2012-ci il tarixli qərarı ilə məhz iddiaçıya Ağdaş rayonunun Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondunun torpaqlarından 0.43 ha torpaq sahəsinin verilməsi qərara alınmış, həmin qərar qanuni qüvvəsini almışdır. Qanuni qüvvəyə minmiş qərarın icrası isə məcburidir.

27. Məhkəmə kollegiyası həmin hissədə apelly asiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçıya məhz bələdiyyənin ehtiyat fondunun torpaqlarından 0.43 ha torpaq sahəsinin verilməsi məhkəmə qərarı əsasında baş vermiş, həmin məhkəmə qərarı hal-hazırda qüvvədədir. Ona görə də, cavabdeh məhkəmə qərarı ilə öz təsdiqini tapmış həmin halları mübahisələndirməkdə haqlı hesab edilə bilməz.

28. Bununla yanaşı, işin müəyyən edilən hallarına görə iddiaçıya yuxarıda qeyd edilən məhkəmə qərarı əsasında 0.43 ha torpaq sahəsi ayrılsa da, iddiaçının faktiki istifadəsində 0.5667 ha torpaq sahəsi olduğu qeyd edilir. Lakin həmin torpaq sahəsi də iddiaçının adına tərtib olunmuş A 441150 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlardan kənarda yerləşir.

29. Apellyasiya instansiyası məhkəməsi Azərbayc an Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 nömrəli Fərmanının tələbləri baxımından iddiaçının texniki sənədlərindəki (plan-ölçü) məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılmasının cavabdeh orqanın vəzifəsi olduğunu, ona görə də, iddiaçı, A441150 nömrəli plan-ölçü sənədinin əsas döngə nöqtələrinin koordinatlarına uyğun düzəliş edilməklə faktiki istifadə vəziyyətinə uyğun qeydiyyatın aparılmasının cavabdeh orqandan tələb etməkdə haqlı olduğunu qeyd etsə də, iddiaçıya ayrılmış 0.43 ha torpaq sahəsinin onun faktiki istifadəsində olan 0.5667 ha torpaq sahəsinin məhz hansı hissəsinə düşməsi ilə bağlı zəruri araşdırma aparmamışdır.

30. Apellyasiya instansiyası məhkəməsi nə zərə almalı idi ki, torpaq sahəsi - yer səthinin bir hissəsi kimi sərhədləri, təyinatı və digər göstəriciləri olan fərdi-müəyyən (əvəzedilməz) əşyadır.

31. Əgər məhkəmə iddianı əsaslı hesab edərək cavabdehin üzərinə “plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulmalı olduğu barədə” nəticəyə gəlirsə, deməli iddiaçıya ayrılmış 0.43 ha torpaq sahəsinin onun faktiki istifadəsində olan 0.5667 ha torpaq sahəsinin məhz hansı hissəsinə aid edildiyini, iddiaçının qeydə alınmalı hüququ ilə əhatə edilən torpaq sahəsinin yerləşmə vəziyyətini (sərhədlərini), onun döngə nöqtələrinin koordinatla rını dəqiq müəyyən etməklə məhkəmə qərarında göstərməli, buradan, icrası mümkün olan, üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmalı olduğu torpaq sahəsi ilə bağlı yeni mübahisə predmeti yaratmayan qərar qəbul etməli idi. Hazırkı işdə bu, baş verməmişdir.

32. Beləliklə, İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin ol unması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-364/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar