Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-458/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə (Açar söz: intizam tənbeh tədbiri barədə əmrin ləğvi və əmək müqaviləsinə digər əsasla xitam verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “intizam tənbehinin görülməsi barədə əmrin ləğv edilməsi və əmək müqaviləsinə başqa əsasla xitam verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2261/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qərarınd an cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03 mart 2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 2013-cü ilin noyabr ayında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində müvəkkil vəzifəsinə stajçı kimi işə qəbul olmuş, 2018-ci ilədək həmin orqanda müxtəli vəzifələrdə çalışmış, icraatında olmuş ***** nömrəli cinayət işinin istintaqı zamanı öz vəzifələrini layiqincə icra etməməsi barədə Departamentin baş direktoru X tərəfindən 02 fevral 2018-ci il tarixində xidməti məruzə yazılmış, onun barəsində xidməti araşdırma başlanmış, 23 fevral 2018-ci il tarixli, ********* nömrəli “İntizam tənbeh tədbirinin görülməsi barədə” əmrinə əsasən Azərbaycan Respublika sının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunan əmrin qanunsuz sayılaraq ləğv edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı, aşağıda qeyd olunan hallara əsaslanaraq əmrin əsassız və qanunsuz olduğunu hesab edir: -əmrdə təqsirləndirilən X1 vergi orqanlarında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda bu fakta müstəntiq tərəfindən hüquqi qiymət verilmədiyi bildirilsə də təqsirləndirilən şəxsin əməli cinayət qanunverici liyinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - VM) 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2013-cü il tarixli qərarına əsasən düzgün olaraq tövsif edilməklə ona CM-in 213.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir; -əmrdə “16 avqust 2017-ci il tarixli *** nömrəli ekspertiza rəyində X” MMC-də 1759528,65 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktının təsdiq olunması, lakin buna baxmayaraq əlavə ekspertiza keçirilməsi barədə qərar qəbul edilməsi və ekspertin 26 dekabr 2017-ci il tarixli **** nömrəli rəyində X”-nin yalnız 49.612 manat məbləğdə vergidən yayınmasının müəyyən edilməsi” nöqsan kimi göstərilsə də, əslində cinayət işi üzrə ilkin ekspertiza rəyində ekspert rəyin açıq-aşkar şərti verildiyini göstərmiş, bundan əlavə, birinci ekspertiza rəyinin nəticəsi müəssisə tərəfindən idxal olunmuş bütün mallar üzrə, əlavə ekspertiza rəyi isə yalnız “X” içkisinin idxalı ilə bağlı əldə edilmiş gəlirlər üzrə yayındırılmış vergilərin hesablanması ilə bağlı olmuşdur; -əmrdə səthi istintaq aparıldığı və səyyar vergi yoxlamasının təyin edilmədiyi bildirilsə də, əslində ***** nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunun göstəriş məktubu daxil olmuş, həmin göstəriş məktubu əsasında davamlı və çoxsaylı istintaq hərəkətləri aparılmış, prosessual məcburiyyət tədbirləri tətbiq edilmiş, ekspertizalar təyin edilmiş, müxtəlif dövlət orqanlarına sorğul ar, vəsatətlər və əməliyyat tapşırıqları verilmiş, Dövlət Gömrük Komitəsinə dəfələrlə sorğular verilmiş, sorğulara Komitə tərəfindən cavab verilməmiş, daha sonra Dövlət Gömrük Komitəsindən sənədlərin məhkəmə qaydasında alınması barədə vəsatət verilsə də, Nazirlik tərəfindən razılıq verilməmiş, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə prosessual nəzarəti həyata keçirən prokurora, eyni zamanda, Nazirlik səviyyəsində daxili nəzarəti həyata keçirən rəhbərliyə dəfələrlə müraciət edilmişdir; -əmrdə istintaq müddətinin bitməsinə bir neçə gün qalmış müstəntiq tərəfindən səyyar vergi yoxlanılması barədə qərar qəbul edilməsi, həmin qərarın istintaq idarəsinin rəisi tərəfindən geri qaytarılması nöqsan kimi göstərilsə də, idarə rəisi tərəfindən istintaq müddəti bitməmiş həmin qərar ın qəbul edilməsinə razılıq verilməməsi “karqo işləri” ilə bağlı qeyri rəsmi səyyar vergi yoxlaması təyin edilməsinə icazə verilməməsini bir daha təsdiq etmişdir; -əmrdə cinayət işinə hissəvi xitam verilməsi barədə qərarın rəhbərliyin razılığı olmadan qeydiyyata alınması nöqsan kimi göstərilsə də, əslində bütün sənədlər avtomatlaşdırılmış vergi informasiya sisteminin (X) kargüzarlıq altsistemi vasitəsilə qeydiyyata alındığından, razılıq almadan qərar qəbul etmək faktiki cəhətdən də mümkün deyil; -əmrdə idxal edilmiş ümumi bankaların sayının və vergilərin qat-qat aşağı hesablandığı bildirilsə də ticarət əlavəsinin nə qədər təşkil edilməsini müəyyənləşdirmək üçün dindirmə zamanı qeyd olunan rəqəmlərə mütənasib şəkildə ümumi gəlir məbləğinin idxal edilmiş bankların sayına bölməklə hər banka ü zrə ticarət əlavəsi 0,04 manat müəyyən edilmiş, bankaların sayının texniki cəhətdən səhv qəbul edilməsinin səbəbi X məlumatlarında malın adının qarşısında olan “miqdar” sütunundakı rəqəmin banka sayı göstəricisi hesab etməsi olmuş, X-yə baxış zamanı idxal edilmiş ümumi bankaların sayının texniki səhv nəticəsində 3.782.640 “litr” olduğu halda həmin rəqəm “ədəd” kimi götürülmüş, X-yə kurasiya üzrə prokurorla birlikdə baxış keçirdiyindən həcmin “litr” əvəzinə “ədəd” kimi qəbul edilməsinin texniki səhvin nəticəsində olmasını kurasiya üzrə prokuror da təsdiqləmişdir; -əmrdə göstərilmiş 26 dekabr 2017-ci il tarixli **** nömrəli ekspertin rəyinin X-də qeydiyyata alınmamasının səbəbi iş yükünün çoxluğu ilə əlaqədar olmuş, ekspert rəyi cinayət işinə tikilmişdir; -əmrdə göstərilmiş qərarların “Prose ssual sənədlərin qeydiyyatı” kitabında qeydiyyata alınmaması dəlilinə gəlincə, prosessual qərarların qeydiyyata alınmamasının səbəbi məhz qərarların nəticəsi barədə Departamentin rəis müavini X3 tərəfindən 7 gün ərzində məlumat verilməməsi, qərarların X kargüzarlıq altsistemində qalması, sonradan isə həmin qərarların qəbul edilməsinə rəhbərliyin razılığının olmaması ilə bağlı olmuş; -23 fevral 2018-ci il tarixli ******* nömrəli intizam tədbirinin görülməsi barədə əmrin imzalandığı tarixdə Cinayət işinə hissəvi xitam verilməsi haqqında 24.01.2018-ci il tarixli qərar ləğv edilməmiş, cinayət prosessual qanunvericiliyin tələbinə əsasən, məhkəmənin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qiymət verə biləcəyi faktlara Nazirliyin Daxili Təhlükəsizlik Departamenti tə rəfindən qiymət verilərək, kobud pozuntu kimi qiymətləndirilmiş, lakin həmin kobud pozuntunun ƏM-in və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin hansı müddəasına əsasən təsdiq olunması əsaslandırılmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi iddia ərizəsi ilə bağlı məhkəməyə verdiyi etirazında bildirmişdir ki, aparılmış araşdırma nəticəsində iddiaçının ““Elektron cinayət işi” modulundan istifadə ilə bağlı Qaydalar”ın 5.1-ci bəndinin tələblərinin pozulduğu müəyyən olunmuş və məhz bu səbəbdən onun vergi orqanlarında xidmətinə xitam verilmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2-1(82)83/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, AR Vergilər nazirinin iddiaçıya dair İntizam tənbehi tədbirinin görülməsi b arədə 23.02.2018-ci il tarixli ******* nömrəli əmri ləğv edilmiş, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi ilə bağlı müraciətinə dair məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı cinayət işinin araşdırılması ilə bağlı hərəkətləri qanuni və əsaslı olmuş, cavabdeh inzibati orqanın əmrdə göstərdiyi xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bununla bağlı qərarda qeyd edilmişdir ki, “...əmrdə kobud pozuntu kimi göstərilən xüsusatlar...inzibati orqanın deyil, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və (və ya) məhkəmənin səlahiyyətinə aid məsələlərdir ki, iş materialla rında cinayət işinin istintaqı ilə bağlı müstəntiqin kobud pozuntulara yol verməsini göstərən nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, nə də məhkəmə nəzarətini həyata keçirən məhkəmənin xüsusi qərarı var. Şərh edilən hallarından belə nəticəyə gəlmək olur ki, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı tələskənliyə yol verərək, sübutları tam şəkildə araşdırmamış, iddiaçının xeyrinə toplanmış sübutlara qiymət vermədən, ilkin analizin rəyini əsas götürərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir.”. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2019- cu il tarixli, 2-1(103)-2261/2019 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-83/2019 nömrəli, 23 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli inzibati akt formal-hüquqi və maddi-hüquqi baxımından qanuni olmuş, qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmiş, iddiaçının yol verdiyi pozuntuları müəyyən edərək birinci instansiya məhkəməsinin maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədən qərar verdiyi nəticəsinə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2261/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şi kayətinin dəlilləri İddiaçı, kassasiya şikayətinin dəlillərində apellyasiya instansiya məhkəməsinin apellyasiya şikayətinin dəlillərinə qiymət vermədiyini, qərarda iddiaçının hansı intizam pozuntusunu törətdiyini göstərmədiyini qeyd etmiş, həmçinin aşağıda qeyd olunanlara düzgün qiymət verilmədiyini bildirmişdir.
1. Gah cinayət işi üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilmədiyini, gah da istintaq müddətinin bitməsinə bir neçə gün qalmış bu barədə qərar qəbul edildiyini qeyd etməklə, inzibati orqan ziddiyyətli dəlillər irəli sürmüş, iddiaçı tərəfindən 24 yanvar 2018-ci ildə “növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə” qərar X kargüzarlıq altsistemində qeydiyyata alınmış, lakin qərar 21 yanvar 2018-ci il tarixində “viza rədd etmə” əm əliyyatı ilə geri qaytarılmışdır.
2. İstintaq idarəsinin rəisi X1 araşdırmaya təqdim etdiyi izahatında iddiaçı tərəfindən “X” MMC-nin sahibkarlıq fəaliyyətində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı təkliflərin təqdim edilmədiyini, səyyar vergi yoxlamasının təyin olunması təklif olunsaydı, birmənalı olaraq həmin təklifi qəbul edəcəyini göstərsə də, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 mart 2019-cu il tarixli qərarından müəyyən olunur ki, İstintaq idarəsinin rəisi X1 qeyd olunanların tam əksini göstərmişdir. Həmçinin, inzibati orqan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qərarının preyudisial qüvvəyə malik olmadığını bildirsə də, cinayət prosessual qanunveri ciliyin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın şəxsin cinayət təqibini istisna edən qərarı preyudisial qüvvəyə malikdir və sözügedən qərarla Iddiaçı cinayət işinin istintaqı zamanı prosessual pozuntulara yol verməsi faktı təsdiqini tapmadığından, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
3. İnzibat orqan “X MMC tərəfindən ölkə ərazisinə 3.782.640 ədəd X” içkisi idxal olunmuş, Vergilər Nazirliyinin uçot məlumat bazasında olan gömrük məlumatlarına əsasən isə 14.667.408 ədəd (banka) və ya 3.782.640 litr “X” içkisi daxil olduğu müəyyən edilmişdir və “X” içkisinin sayının düzgün göstərilməməsi qeyd olunan cinayət işinin istintaqı dövründə dövlət büdcə sinə ödənilməli olan vergi məbləğinin dəfələrlə azaldılmasına, cinayət işinin ibtidai istintaqının düzgün istiqamət üzrə aparılmamasına səbəb olduğunu bildirsə də, iş materiallarında həmin halı təsdiq edən heç bir mötəbər sübut yoxdur.
4. İnzibati orqan cinayət işi üzrə icraatın dayandırılması və ona hissəvi xitam verilməsi barədə 24 yanvar 2018-ci il tarixli qərarları ləğv etməklə iddiaçının prosessual pozuntulara yol verdiyini təsdiq etsə də, 23 fevral 2018-ci il tarixli intizam tədbirinin görülməsi barədə əmr imzalanan zaman Azərbaycan Respublikası Baş Prokurorluğunun belə bir qərar mövcud olmamış, mübahisələndirilən əmrdən 3 gün sonra qəbul edilmiş “qərarların ləğv edilməsi və cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 26 fevral 2018ci il tarixli qərarda heç bir prosessual pozun tu göstərilməmiş, vəsatətdə göstərilənlərin dəqiqləşdirilməsi məqsədilə qərarlar ləğv edilmişdir.
5. İnzibati orqan, iddiaçının “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”, “Elektron cinayət işi” modulundan istifadə ilə bağlı Qaydalar”ı pozduğunu bildirsə də, həmin halı təsdiq edən “Prosessual sənədlərin qeydiyyatı” kitabından çıxarış ümumiyyətlə iş materiallarına əlavə olunmamış, bunda əlavə, həmin qərar layihəsi 24 yanvar 2018-ci ildə hazır olmasına baxmayaraq 21 yanvar 2018-ci ildə ona baxılaraq viza rədd qərarı verilmişdir və həmin qərarlar layihə formasında yazılıb yoxlanılması üçün rəhbərliyə verildiyindən və “Elektron cinayət işi modulunda” qeydiyyata alınan sənədə sonradan dəyişiklik etmək mümkün olmadığından göstərilən modulda qeydiyyata alınma həmin dövr mümkün deyildi. Kassator, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 64.2, 64.4cü, “İnzibati icraat haqqında” Qanunun 14.2, 14.3-cü, Əmək Məcəlləsinin 71.2, 71.3-cü, Cinayət Prosessual Məcəlləsinin 65.1-ci, “Dövlət vergi orqanlarında Xidmət haqqında Əsasnamə”nin 48-ci, İnzibati-Prosessual Məcəllənin 68.1, 74, 90-99-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2261/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının vəkili kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazı mi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2261/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Departamentin baş direktorunun 02.02.2018-ci il tarixli ******** nömrəli xidməti məruzəsinə Daxili təhlükəsizlik departamentində baxılmışdır. Xidməti məruzədə “X" MMC və “X” MMC barədə Departamentin İstintaq idarəsində istintaqı aparılan ***** nömrəli cinayət işi üz rə həmin idarənin 2-ci şöbəsinin müstəntiqi olan iddiaçı tərəfindən 24.01.2018-ci il tarixdə cinayət işi üzrə icraata təqsirləndirilən şəxs X3 barəsində hissəvi xitam verilməsinə dair qərar qəbul edildiyi, Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün məktubla qeydiyyata alınaraq imzaya yönəldildiyi (X *********), cəmiyyət tərəfindən 14.667.188 ədəd “X” içkisi idxal olunduğu halda, xitam qərarında idxal olunmuş “X” içkisinin 3.726.264 ədəd qeyd olunduğu bildirilərək, bu hal X1 elan olunmuş ittiham üzrə hesablanmış vergi məbləğinin idxal olunmuş malların faktiki həcminə görə ödənilməli olan vergilərdən qat-qat aşağı olması qənaətinə gəlməyə əsas verdiyi və istintaq zamanı X3 vergi orqanlarında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktına hüquqi qi ymət verilmədiyi üçün göstərilənlərin araşdırılması xahiş olunmuşdur. Aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən xidməti fəaliyyəti zamanı kobud nöqsanlara yol verildiyi və bununla da ƏM-in 10-cu maddəsinin “a” bəndinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 1-ci hissəsinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydalan"nın 4.1-ci, 4.2-ci, 4.3-cü, 4.9-cu bəndlərinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları’’nın 3.5.1-ci yarımbəndinin, “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”nın 22.4-cü bəndinin və vergilər nazirinin 03.11.2016-cı il tarixli ****** nömrəli əmri ilə təsdiq edilmiş “Elektron cinayət işi” modulundan istifadə ilə bağlı Qaydalar”ın 5.1-ci bəndinin tələblərinin pozulduğu müəyyən o lunmuş, bu səbəbdən cavabdehin İntizam tədbirinin görülməsi barədə 23.02.2018-ci il tarixli ******* nömrəli əmrinə əsasən iddiaçının vergi orqanlarında xidmətinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir Kassasiya şikayətinin birinci dəlilinə münasibətdə Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası VM-nin 38.3.6-cı maddəsində digər əsaslarla yanaşı cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarının olması vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlamasının keçirilməsi üçün birbaşa əsas kimi təsbit edilmişdir Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edi lmişdir ki, sadalanın normaların tələblərinə baxmayaraq iddiaçı cinayət işinin ibtidai istintaqının tam, obyektiv və hərtərəfli aparılması məqsədilə qanunvericilikdə ona verilmiş səlahiyyətlərindən istifadə etməmiş, yəni istintaq dövründə kifayət qədər müddət olmasına baxmayaraq, iddiaçı tərəfindən hər iki cəmiyyətin adından Azərbaycan Respublikasına idxal edilmiş külli miqdarda müxtəlif adda və çeşiddə malların sonrakı aqibəti, ƏDV üzrə əvəzləşdirmələrin dəqiqləşdirilməsi, ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə mal qalığının müəyyən edilməsi, vergi tutulan əməliyyatların dövriyyəsi və həmin dövriyyəyə görə hesablanmalı olan vergilərin məbləğini müəyyən etmək məqsədilə vaxtında növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edilməmiş, yalnız cinayət işi üzrə istint aq müddətinin bitməsinə bir neçə gün qalmış iddiaçı 24 yanvar 2018-ci il tarixində bu barədə qərar qəbul etmiş, lakin həmin qərar idarə rəisi tərəfindən “mənimlə müzakirə edin" dərkənarı qeyd olunaraq “viza rədd etmə" əməliyyatı ilə geri qaytarılmışdır Kassasiya şikayətinin ikinci dəlilinə münasibətdə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Məhkəmə Kollegiyası qeyd edir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 13 mart 2019-cu il tarixli qərarı hazırkı məhkəmə qərarının qəbul edilməsi üçün heç bir preyudisial qüvvəyə malik deyil. Ali Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyəbaxılarkən məhkəmə üçünhadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyətihissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi, inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hasidəyə aidiyyəti hissəsində məhz məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı məcburidir. Hazırda sözügedən 13 mart 2019-cu il tarixli qərar isə məhkəmənin yox, cinayət təqibini həyata keçirən orqanın qərarı olduğundan preyudisial qüvvəsi yoxdur. Kassasiya şikayə tinin üçüncü dəlilinə münasibətdə Məhkəmə Kollegiyası işin apellyasiya instansiya məhkəməsində araşdırılmış hallarına istinad edərək bildirir ki, iddiaçının ibtidai istintaq zamanı yol verdiyi əsas kobud səhv ondan ibarət olmuşdur ki, o, cinayət işinin materialları ilə bağlı bütün sənədləşmələrdə, o cümlədən, Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında 24 yanvar 2018-ci il tarixli qərarda “X MMC tərəfindən ölkə ərazisinə 3.782.640 ədəd X” içkisinin idxal olunduğu göstərmişdir. Əgər iddiaçı yeni ekspertizanın keçirilməsi ilə bağlı qərarında ekspert qarşısında qoyulmuş sualda “X” MMC tərəfindən idxal olunan “X” içkisinin sayını 3.782.640 ədəd deyil, düzgün olaraq 14.667.408 ədəd kimi göstərsəydi, o zaman vergi ödəyicisinin ƏDV öhdəliyi 105.605,33 manat (14.667.408,0 ədəd x0,0 4 manatx18%) təşkil edəcəkdi. Qeyd olununanlardan göründüyü kimi, iddiaçı ibtidai istintaq zamanı “X” MMC tərəfindən idxal olunan “X” içkisinin sayında kobud nöqsana yol verməklə külli miqdarda (105.605,33 - 27.235 = 78.370,33) vergidən yayınma halının aşkara çıxarılmasını mümkünsüz etmişdir və bu hallar apellyasiya instansiya məhkəməsində öz təsdiqini tapmışdır. Başqa sözlə, cinayət işi üzrə təqsirləndirilən şəxslərin təqsirlərinin sübuta yetirilməməsinə əsas səbəblərdən biri məhz ibtidai istintaq müddətinin başa çatması ilə bağlı olmuşdur ki, qeyd olunan hal isə iddiaçının vaxtında ibtidai istintaqı düzgün istiqaməti üzrə aparmadığı və ibtidai istintaq zamanı kobud pozuntulara yol verdiyi ilə əlaqələndirmək olar. Kassasiya şikayətinin dördüncü dəlilinə münasibətdə Məhkəmə Kollegiyası qey d edir ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarından görünür ki, cavabdeh, məhz Departamentin rəhbərliyinin iddiaçının yol verdiyi pozuntu hallarını aşkar edərək, cinayət işi üzrə müəyyən edilən yeni faktların yenidən araşdırılması məqsədilə iddiaçının qəbul etdiyi qərarların ləğv edilməsi məsələsinə baxılması ilə bağlı Baş Prokurorluğa məktubla müraciət etmiş, Baş Prokurorluq isə yol verilən pozuntulara görə qərar qəbul etməklə iddiaçının cinayət işi üzrə icraatın dayandırılması və həmin cinayət işi üzrə cinayət təqibinə hissəvi xitam verilməsi barədə qərarların ləğv edilməsini və cinayət işi üzrə icraatın təzələnməsini qərara almışdır. Göründüyü kimi, cinayət işinə prosessual rəhbərliyi həyata keçirən Baş Prokurorluq belə iddiaçının cinayət işinin ibtidai i stintaqı zamanı yol verdiyi kobud nöqsanların mövcudluğunu qəbul edərək onun tərəfindən cinayət işi üzrə qəbul edilmiş qərarları ləğv etmiş və cinayət işi üzrə icraatı təzələmişdir. Kassasiya şikayətinin beşinci dəlilinə münasibətdə bildirilir ki, iddiaçı şikayətində iş materiallarına bu halı təsdiq edən çıxarış əlavə olunmadığını bildirsə də, elə həmin şikayətin növbəti abzasında belə bir halın mövcudluğunu etiraf edərək onun baş vermə səbəblərini izah etməyə çalışmışdır. Əlavə olaraq Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-in 52.3-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublika sının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Həmin blankların formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən birgə müəyyən olunur. Apellyasiya instansiya məhkəməsində işin araşdırılan hallarından məlum olur ki, qeyd olunun Qaydaların və qanunvericilik normaların tələblərinə zidd olaraq iddiaçı məhkəmə ekspertizası rəyinin Departamentdə kargüzarlıq qaydalarına uyğun olaraq qeydiyyata alınması, cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında və Cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarl arın Elektron cinayət işi modulunda qeydiyyata alınması təmin edilməmiş, həmçinin, 24 saat ərzində Prosessual sənədlər qeydiyyatı kitabında qeydiyyata alınmalı olduğu halda, bundan 7 gün sonra həmin kitabda qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı xidməti vəzifələrinin icrası zamanı kobud nöqsanlara yol verərək mövcud olan qanunvericiliyin və vergilər nazirinin müvafiq əmrləri ilə təsdiq edilmiş daxili intizam qaydalarının tələblərini kobud şəkildə pozmuşdur. Yuxarıda qeyd olunanları ümumiləşdirərək Ali Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində aparılmış araşdırma nəticəsində ***** nömrəli cinayət işinin istintaqı dövründə iddiaçı tərəfindən bir sıra nöqsanlara yol verildiyi müəyyən olunmuş, kargüzarlıq qaydalarına riayət edilməmiş, iddiaçı tərəfindən q əbul edilən qərarlar Elektron cinayət işi modulunda qeydiyyata alınmamış, istintaq dövründə kifayət qədər müddət olmasına baxmayaraq iddiaçı tərəfindən vaxtında növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edilməmiş, təqsirləndirilən şəxs tərəfindən ödənilməli olan vergi məbləğinin müəyyən edilməsi üçün əlavə sübutlar toplanmamış, səthi istintaq aparılmış, yalnız şahid ifadələri və öz şəxsi riyazi hesablamasına əsaslanaraq vergi müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəti cəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıdakı normalara istinad edərək ape llyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının vergi orqanlarında xidmətinə xitam verməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur vəcavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamış, əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və əd alətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2261/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.