Məhkəmə qərarları › İş №2-1(102)-458/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-458/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-458/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Bakı şəhəri Binəqədi xidmət nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması, işin hallarının tam araşdırılmamasına görə qərarın ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanın da Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli 2-1(103)850/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1940-ci ildə doğulmuşdur və Bakı şəhərində yaşayır.

2. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 08.01.1962-ci ildən əmək fəaliyyətinə başlamışdır. 2002-ci ildə ona yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona əmək pensiyası təyin edilərkən 07.09.1977-ci ildən 23.07.1981-ci ilə qədər X1 Respublikasının Annaba şəhəri Universtitetin də professor vəzifəsində işlədiyi dövrün əmək haqqının nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və imtinanı onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-1- 26.3-3-cü maddələrinə 17 may 2011-cil tarixdə edilmiş dəyişikliklərə uyğun olaraq 01.01.2006-cı il tarixədək olan 48 il 02 ay 22 gün iş stajına və 01.01.2006-cı il tarixdən 01.10.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın məbləği 01.10.2017-ci il tarixdən 435,74 manat təşkil etmişdir. Sonrakı artımlar nəzərə alınmaqla 01.01.2019-cu il tarixdən ona 474,40 manat pensiya hesablanaraq ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Bir inci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2019-cu il 05 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 07.09.1977-ci ildən 23.07.1981-ci il tarixədək X1 Respublikasının Annaba şəhəri Universtitetində professor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla hüququnun yarandığı 01.01.2008-ci il tarixdən pensiyanın yenidən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əmək fəaliyyəti barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Cavabdehin ona pensiya təyin etməkdən imtinası əsassızdır. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4756/19 saylı 03 dekabr 2019cu il tarixli qərarı ilə (hakim Ş.Süleymanova) iddia tələbi qismən təmin edilmiş, İddiaçı 07.09.1977-ci ildən 23.07.1981-ci il tarixədək X1 Respublikasının Annaba şəhəri Universtitetində professor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla hüququnun yarandığı 01.01.2008-ci il tarixdən pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə həvalə edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlərə, arayışlara əsasən iddia tələbi qismən təmin olunmalıdır.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın l əğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli 2-1(103)-850/2020 nömrəli qərarı ilə (hakimlər M.Tagızadə (sədrlik edən və məruzəçi), A.Tanrıverdiyev və X.Cəmilova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4756/19 saylı iş üzrə qəbul etdiyi 03 dekabr 2019-cu il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAY ƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” Qanununun 26.3-1 - 26.3-3-cü maddələrinə 17 may 2011-ci il tarixdə edilmiş dəyişikliklərə uyğun olaraq iddiaçıya 01.01.2006-cı il tarixədək olan 48 il 2 ay 22 gün iş stajı nəzərə alınmaqla pensiya hesablanmışdır. Bu dövrə iddiaçının X1 Respublikasında işlədiyi dövr də daxil edilmişdir. Belə ki, iddiaçının 01.01.2006-cı il tarixədək olan 48 il 2 ay 22 gün iş stajına və 01.01.2006cı il tarixdən 01.10.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın məbləği 01.10.2017-ci ildən etibarən 435.74 manat təşkil etmişdir. Sonrakı artımlar da nəzərə a lınmaqla 01.01,2019-cu il tarixdən iddiaçının pensiyası 474.40 manat hesablanaraq ödənilir. Müxtəlif dövrlərdə pensiya qanunvericiliyində pensiya təyin edilməsi zamanı əmək haqlarının nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin məcburiliyi ilə bağlı müxtəlif yanaşmaların olduğunu nəzərə alaraq münasibətlərin yarandığı zaman qüvvədə olan müvafiq qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı müxtəlif dövrlərdə iki fərqli yanaşma mövcud olmuşdur. Həmin Qanunun iş stajına daxil edilən əmək fəaliyyətinin növləri adlanan 67-ci maddəsinə Azər baycan Respublikasının 2002-ci il 3 dekabr tarixli Qanunu ilə əlavə edilmiş səkkizinci hissəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanundan fərqli olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 2002-ci ildən qüvvəyə minmiş 67-ci maddəsinin səkkizinci hissəsində qanunla müəyyən edilmiş hallar istisna olmaqla, məcburi dövlət sosial sığorta haqlarının ödənildi yi əmək fəaliyyəti müddətinin əmək stajına daxil edilməsi müəyyən edilmişdir. b. Kassasiya şikayətinə qarşı etiraz

14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflər iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında ” Qanun: Maddə

2. Sosial sığorta stajı-əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci mad dəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. M əhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı i şə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdir ə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. Birinci instansiya məhkəməsinin qərarı ilə «İddiaçı 07.09.1977-ci ildən 23.07.1981-ci il tarixədək X1 Respublikasının Annaba şəhəri Universtitetində professor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla hüququnun yarandığı 01.01.2008-ci il tarixdən pensiyanın yenidən hesablanaraq ödənilməsi» vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə həvalə edilmişdir.

23. Cavabdeh isə bildirir ki, iddiaçıya pensiya təyin edilərkən və pensiyası yenidən hesablanarkən, qeyd olunan dövr, yəni iddiaçının 07.09.1977-ci ildən 23.07.1981-ci il tarixədək işlədiyi müddət nəzərə alınmışdır.

24. Həqiqətən də iş materiallarının 137-ci səhifəsində olan pensiyanın hesablanması vərəqindən görünür ki, iddiaçıya pensiya təyin edilərkən faktiki 44 il iş stajı nəzərə alınmaqla ona pensiya təyin edilmişdir.

25. İddiaçının əmək kitabçasından görünür ki, 01.08.1962-ci ildən əmək fəaliyyətinə başlamış, 24.11.1964-cü ildə istehsalatdan ayrılmaqla aspiranturaya daxil olmuş, aspiranturanı bitirdikdən sonra 03.12.1967-ci ildə yenidən işə qəbul edilmiş və pensiya yaşına çatdığı 28.04.2002-ci il tarixədək fasiləsiz işləmişdir. Əmək kitabçasında əksini tapmış bu qeydlər onun 28.04.2002-ci il tarixədək 37 il 5 ay 5 ay 4 gün stajını təsdiq edir. İddiaçının hərbi xidmət keçməsi və ali təhsil aldığına dair sübutlar işə əlavə olunmamışdır. İşin bu vəzyyətindən görünür ki, iddiaçıya 2002-ci ildə pensiya təyin edilərkən onun 07.09.1977-ci ildən 23.07.1981-ci ilə qədər X1 Respublikasının Annaba şəhəri Universitetində professor vəzifəsində işlədiyi dövr nəzərə alınmışdır. Bu halda məhkəmənin «İddiaçı 07.09.1977-ci ildən 23.07.1981-ci il tarixədək X1 Respublikasının Annaba şəhəri Universitetində professor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla hüququnun yarandığı 01.01.2008-ci il tarixdən pensiyanın yenidən hesablanaraq ödənilməsi» barədə gəldiyi nəticə ziddiyyətlidir.

26. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edənədək inzibati orqana yazdığı 17.09.2019-cu il tarixli ərizəsində (səh 5) bildirmişdir ki, «“Əmək pensiyaları haqqında” qanunun 20.12.2007-ci ildə edilmiş dəyişikliklər və əlav ələr edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 26.2-ci maddəsinə əsasən mənim pensiyam 01 yanvar 2008-ci il tarixdən Əlcəzair XDR-də işlədiyim müddət nəzərə alınmaqla yenidən hesablanmalı idi.... Qeyd edilən Qanuna əsasən təqaüdlərin yenidən hesablanmasında göstərilən illər üzrə invalyuta rubldan sovet rubluna keçmək üçün 4,6 əmsalına vurmaqla hesablanması barədə DSMF-nin Binəqədi rayon şöbəsinə müraciətim nəzərə alınmamış və mənə təyin olunmuş pensiya dəyişilməz olaraq qalmışdır. Xahiş edirəm ki, yuxarıda göstərilənləri nəzərə alıb mənim əmək pensiyamın yenidən hesablanmasına göstəriş verəsiniz».

27. İddiaçının inzibati orqana verdiyi ərizədə xahişinin məzmunu və əsasları ilə, birinci instansiyası məhkəməsinin qərarı ilə cavabdehin üzərinə qoyulmuş vəzifə fərqlidir. Bu halda məhk əmə iddiaçıya hüquqi yardım etməklə iddia tələbini dəqiqləşdirməli, iddiaçının pensiyanı məhz hansı əsaslarla yenidən hesablanmasını tələb etməsini müəyyən etməli idi. Birinci instansiya məhkəməsinin qərarından inzibati orqanın pensiyanı yenidən hesablayarkən məhz hansı əsasla - iddiaçının Əlcəzair XDR-də işlədiyi illərin staja daxil etməklə yaxud həmin dövrdə aldığı əmək haqqı məbləğini nəzərə almaqla hesablamalı olması müəyyən edilmir.

28. İşə baxmış apelyasiya instansiyası məhkəməsi isə göstərmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinə görə pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusu na əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır.

29. Beləliklə, işdən müəyyən olunur ki, iddiaçıya 2002-ci ildə aprel 2000-mart 2002-ci illərin əmək haqqı əsasında yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı pensiya təyin edilən vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71ci maddəsinə istinadən əmək fəaliyyətinin ardıcıl gələn 5 ilin, yəni 09.1977-ci il tarixdən 23.07.1981-ci ilədək olan orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanmasını xahiş etmişdir.

30. Apelyasiya baxışı zamanı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərk əzi Filialı tərəfindən təqdim edilmiş 08 oktyabr 2020-ci il tarixli **********8 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı 28 aprel 2002-ci ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə əmək pensiyası vətəndaşın təqdim etdiyi əmək haqqı cədvəlində qeyd olunan 1 aprel 2000-ci il tarixdən 31 mart 2002-ci il tarixədək aldığı əmək haqları əsasında hesablanmışdır. 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi əsasında vətəndaşın yaşa görə əmək pensiyasının şərti çevrilməsi aparılaraq pensiyanın məbləği 46.56 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-1 - 26.3-3-cü maddələrinə 17 may 2011-ci il tarixdə edilmiş dəyişikliklərə uyğun olaraq vətəndaşın 1 yanvar 2006-c ı il tarixədək olan 48 il 2 ay 22 gün iş stajı əsasında 01.07.2011-ci il tarixdən pensiyanın məbləği 178.56 manata çatdırılmışdır. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq 01.10.2017-ci il tarixdən fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında yenidən hesablanaraq 435.74 manata çatdırılmışdır. Vətəndaşın 07.09.1977-ci il tarixdən 23.07.1981-ci il tarixədək X1 Respublikasının Annaba şəhəri Universitetində işlədiyi zaman aldığı əmək haqqı pensiya hesablanması zamanı nəzərə alınmamışdır.

31. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıya pensiya hesablanan zaman 07.09.1977-ci il tarixdən 23.07.1981-ci il tarixədək olan dövr üzrə əmək haqqı nəzərə alınmamışdır. Bu halda kollegiya razılaşır ki, iddiaçıhəmin dövr üzrə orta aylıq əmək haqqı nəzərə alınmaqla 01.01.200 8-ci il tarixdən pensiyanın yenidən hesablanılaraq ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

32. Lakin iş materiallarından, iddiaçının pensiya təyin edilən vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinə istinadən əmək fəaliyyətinin ardıcıl gələn 5 ilin, yəni 09.1977-ci il tarixdən 23.07.1981-ci ilədək olan orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanmasını xahiş etməsi müəyyən olunmur. İş materiallarında bu barədə hər hansı sübut yoxdur. Əksinə, görünür ki, iddiaçı 1 aprel 2000-ci il tarixdən 31 mart 2002-ci il tarixədək aldığı əmək haqları barədə arayış təqdim etmişdir və inzibati orqan da həmin əmək haqqı üzrə pensiya təyin etmişdir.

33. İddiaçının 1977-1981-ci illərdə aldığı əmək haqqına dair arayışlar, ona pensiya təyin edildikdən sonra - 2007- ci ildə verilmişdir və bu arayışların cavabdehə nə vaxt təqdim olunması, həmin sənədlər əsas tutulmaqla pensiyanı yenidən hesablamaqdan nə vaxt imtina etməsi iş materiallarından aydın deyildir.

34. Nəzərə alınmalıdır ki, “Əmək Pensiyaları haqqında” qanunun yaşa görə əmək pensiyasının məbləğini müəyyən edən 104-cü maddəsində göstərilir ki, yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P= SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir.

35. Göründüyü kimi qüvvədə olan qanunvericilik yaşa görə pensiyanın məbləğinin hesablanması üçün əmək haqqının deyil, əmək pensiyasının sığorta hissəsinin və yaşa görə əmək pensiyasının yığım hissəsinin nəzərə alınmasını tələb edir. Bu halda məhkəmələr iddiaçının verilmiş iddia tələbində hüquqi marağının nədən ibarət olduğunu müəyyən etməli idi.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası, aşağı instansiya məhkəmələrinin bu iş üzrə araşdırmasını İPM-nin 12-ci maddəsinin və 14.1-ci maddəsinin tələblərinə uyğun hesab etmir.

37. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

38. İşə təkrar baxan məhkəmə, yuxarıda gostərilən məsələləri tam araşdırmalı və əsaslandırılmış nəticəyə gəlməlidir.

39. Yuxarıda göstərilənlərə və İPM-nin 96 v ə 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli 21(103)-850/2020 nömrəli qərarı ləğv edilsin İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar