Məhkəmə qərarları › İş №2-1(102)-458/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-458/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-458/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə hüququn qeydə alınması; reyestrdən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti; Nəsimi Bələdiyyəsi) “texniki pasportun və çıx arışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-1(103)-73/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dövlət reyestrindən çıxarışın verilməsini və texniki pasportun tərtib edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2018-ci il 24 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, qeyri-yaşayış binasının dövlət reyestrində qeydiyyata alınması üçün Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş qanunamüvafiq hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə ed ilməməsi, elektron baza məlumatlarına əsasən qeyri-yaşayış binasının yolun kənarında yaşıllıq olan ərazidə yerləşməsi və sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan ərazilərə aid olmaması əsası ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi barədə müraciət təmin edilməməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2018-ci il 21 iyun tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə texniki pasportun və mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırm ası:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Nəsimi rayonu, 4-cü mikrorayon H.Seyidzadə küçəsi, ev 2a-nın qarşısında, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsinin 1995-ci il 09 avqust tarixli, 18/03-8/531 nömrəli məktubuna və Nəsimi Bələdiyyəsi ilə bağlanmış 2003-cü il 22 yanvar tarixli, 03/93 nömrəli müqaviləyə əsasən istifadəsində olan torpaq sahəsində qeyri-yaşayış obyekti tikdirmiş və bu günə qədər mövcud olan obyektdən istifadə etməkdədir. Tikili 2015-ci ildə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 75 nömrəli sərəncamı ilə rəsmiləşdirilmişdir. Qeyd olunan sənədləri obyektə mülkiyyət hüququnu rəsmiləşdirmək məqsədilə cavabdehə təqdim etmişdir. Lakın cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdi qlənmiş qanunamüvafiq hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə olunmaması və elektron baza məlumatlarına əsasən qeyri-yaşayış binasının yolun kənarında yaşıllıq olan ərazidə yerləşməsi və sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan ərazilərə aid olmaması əsası ilə onun müraciətini təmin etməmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab etmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 14 mart tarixli, 2- 1(81)127/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının sahibliyində və istifadəsində olan ünvan 1 ün vanında yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı bələdiyyədən icarəyə götürdüyü, yəni qanuni əsaslarla istifadəsində olan torpaqda qeyri-yaşayış sahəsi inşa etmiş, qeyri-yaşayış sahəsi icra hakimiyyəti tərəfindən istismara qəbul edilmişdir. Qeyri-yaşayış sahəsinin qanunauyğun şəkildə icarəyə götürülmüş sahədə inşa edilməsi və icra hakimiyyəti tərəfindən istismara qəbul edilməsi iddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsas kimi qanunvericilikdə nəzərdə tutulmuşdur.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edi lməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2019-cu il 24 iyul tarixli, 2-1(103)-1561/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-1(81)-127/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, inzibati orqan iddiaçı tərəfindən qeyri-yaşayış binasının dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqmüəyyənedici sənədlərin, o cümlədən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan əraziyə aid olduğuna dair sənədləri əlavə etmədiyinə görə dövlət reyestrində qeydiyyatdan imtina edərək haqlı olmuşdur.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 yanvar tarixli, 2-1(102)-113/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2019-cu il 24 iyul tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıya aid sənədlərin surət olmaqla əsillərini təqdim etməməsini bildirmiş, apellyasiya instansiyası məhkəməsi sənədlərin həqiqiliyi barədə araşdırma aparmamışdır. Qanunvericili yə əsasən iddiaçının inşa etdiyi qeyri-yaşayış binasına hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktının olması zəruridir. İddiaçının bildirməsinə görə tikilinin yerləşdiyi 100 kv.m torpaq sahəsi bələdiyyə tərəfindən onun uzunmüddətli icarəsinə verilmişdir. Cavabdeh isə torpaq sahəsinin bələdiyyə mülkiyyətinə ayrılmış ərazinin hüdudları xaricində yerləşdiyini bəyan etmişdir. Qeyd edilən ziddiyyət məhkəmə tərəfindən araşdırılmamış, tikilinin olduğu torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən icarəyə verilmiş 100 kv.m torpaq sah əsində olmasına aydınlıq gətirilməmişdir. 100 kv.m torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə bələdiyyə qərarı və aidiyyəti orqanların rəylərinin mövcud olması araşdırılmamış, bələdiyyənin məhkəmə icraatına cəlb edilməsi müzakirə edilməmişdir. Həmçinin apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş layihədə göstərilən otaqların faktiki olaraq tikilmədiyini, torpaq sahəsinin 100 kv.m, tikili sahəsinin 86,3 kv.m olduğu halda, faktiki olaraq torpaq sahəsinin 208,7 kv.m, tikili sahəsinin 82,6 kv.m olduğunun müəyyən edildiyi qənaətinə gəlmiş, gəldiyi nəticəni işin faktiki halları ilə araşdırmamışdır. Yəni iddiaçı tərəfindən inşa edilən tikilinin ona icarəyə verilmiş 100 kv.m torpaq sahəsinin daxilində, yaxud xaricində olmasını müəyyən etməmişdir. Apellyasiya instansiyası məh kəməsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı ilə bağlı da faktiki və hüquqi qiymətləndirmə aparmamışdır. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının 75 nömrəli, 2015-ci il 17 aprel tarixli sərəncamının müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı kimi özündə ehtiva etməsini məhkəmə rayon icra hakimiyyətini işə cəlb etməklə araşdırıb qiymətləndirməmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-1(103)-73/2021 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 14 mart tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, 2a saylı binanın qarşısında yerləşən İddiaçı istifadəsində olan 100 kv.m. torpaq sahəsinin onun uzunmüddətli icarəsinə verilməsi barədə Nəsimi rayon bələdiyyəsinin qərarı mövcud olmamış, həmin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq aidiyyəti orqanlardan rəylər alınmamış, torpaq sahəsi bələdiyyənin ərazi hüdudları daxilində yerləşsə də, rəsmiləşdirilməsi tələb olunan qeyri-yaşayış binasının məhz həmin torpaq sahəsi üzərində yerləşməsini mütəxəssis və ekspert vasitəsilə müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, hazırki işdə iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi daşınmaz əmlakın dövlət qeydiyyatı üçü n əsas verən hallar tam sübuta yetirilmədiyindən və bu barədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsində sadalanan sənədlər iddiaçı tərəfindən tam olaraq təqdim olunmadığından tələb olunan inzibati aktın verilməsi üçün şərtlər də tam ödənilməmiş sayılır. Hazırkı işdə məhkəmə kollegiyası iddiaçı tərəfindən arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun sübuta yetirilmədiyini nəzərə alaraq hesab etmişdir ki, onun tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın verdiyi imtina qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİ YA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iş materiallarında olan "Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair" 03/93 saylı, 2003-cü il 21 yanvar tarixli müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən 100 kv.m torpaq sahəsi 2003-cü il 21 yanvar tarixdən 2052-ci il 21 yanvar tarixədək iddiaçıya icarəyə verilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsinin tələbinə uyğun olaraq, torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair qərar olmadan bələdiyyə iddiaçı ilə icarə müqaviləsi bağlamazdır. Qeyd edilən icarə müqaviləsinin hüquqi qüvvəsi bugünkü günədək davam edir və bugünkü günədək iddiaçı icarə haqqını Bələdiyyəyə ödəmişdir və Bələdiyyə də həmin ödənişləri iddiaçıdan qəbul etmişdir. Bunu təsdiq edən bütün müvafiq ödəniş qəbzləri də mövcuddur. Qeyd edilən müqavilənin ləğv edildiyi və etibarsız hesab edildiyinə dair iş materiallarında hər hansı sənəd mövcud deyil. Digər tərəfdən, iddiaçı ilə bələdiyyə arasında 2003-cü il tarixdən bugünkü günədək qüvvədə olan müqaviləyə heç bir əhəmiyyət verilmədən, bələdiyyənin qərarının olmaması əsasına görə müvafiq sənədləşdirmənin imtina edilməsinin hüquqi əsası yoxdur və bələdiyyənin öhdəliyinin yerinə yetirməməsi məsuliyyətinin yükü iddiaçının üzərinə qoyula bilməz.

18. Məhkəmənin "müvafiq aidiyyəti orqanlardan rəylər alınmamış" və 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubunda əsaslardan biri kimi göstərilən "Bakı şəh ər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilməmiş" arqumenti ilə bağlı nəzərinizə çatdırılmalıdır ki, iddiaçı sözügedən qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən qanunvericiliklə tələb edilən bütün sənədlərin əsillərini məhkəməyə təqdim etmiş və həmin sənədləri təqdim etməsi məhkəmənin qərarında da öz əksini tapmışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhər ərazisinin tikinti planlaşdırma idarəsinin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı 1995-ci il 9 avqust tarixli, 18/03-8/531 saylı məktubuna əsasən, iddiaçıya yaşadığı binanın qarşısında yararsız qalmış 100 kv.m. torpaq sahəsində bostan təşkil edilməsinə etiraz edilmədiyi göstərmişdir. Göründüyü kimi, q eyd edilən torpaq sahəsi 1990-cı ildən istifadədə olsa da, 1995-ci ildən rəsmiləşdirilmişdir. Daha sonra, iş materiallarında olan "Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair" 03/93 saylı, 2003-cü il 21 yanvar tarixli müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən 100 kv.m torpaq sahəsi 2003-cü il 21 yanvar tarixdən 2052-ci il 21 yanvar tarixədək iddiaçıya İcarəyə verilmişdir. Məhkəmənin qərarında da göstərildiyi kimi, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 75 saylı 2015-ci il 17 aprel tarixli Sərəncamı ilə iddiaçıya istifadəsində olan Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, 2 a saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti tərə findən təsdiqlənmiş qanunamüvafiq hüquqmüəyyənedici sənədlərin əsli məhkəməyə təqdim olunmuşdur.

19. Torpaq sahəsinin bir hissəsinin Nəsimi rayon bələdiyyəsinə aid olması hələ 2008-ci ildə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-23/2008 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 2008-ci il 6 mart tarixli qətnaməsində təsbit edilmişdir. Bundan başqa, iş üzrə təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidmətinin mütəxəssisləri tərəfindən təsdiq olunmuş 2021-ci il 8 iyun tarixli, **********44 saylı mütəxəssis rəyinə əsasən, elektron kadastr bazasından verilmiş məlumatlar əsasında mübahisələndirilən ərazinin Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 2000-ci il 26 sentyabr tarixli, 919 nömrəli sərəncamı ilə Nəsimi rayonu, Nəsimi Bələdiyyəsinə ayrılması nəzərdə tutulan dövlət mülkiyyət torpağı olduğu və Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşməsi göstərilmişdir. Odur ki, cavabdehin imtina məktubunda sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan ərazilərə aid edilmədiyinə istinad edilsə də, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə bir daha təsdiq edilmişdir ki, istifadədə olan torpaq sahəsi bələdiyyə ərazisində aiddir. Təyin edilmiş ekspertiza nəticəsində torpaq sahəsinin yeri müəyyən edilsə də, onun üzərində yerləşən qeyriyaşayış sahəsinin yeri müəyyən edilə bilməmişdir. Məhkəmə isə yeri müəyyən edə bilinməyən qeyri-yaşayış sahəsi ilə bağlı qərar vermişdir. Halbuki, əgər ekspertin rəyi tam deyilsə, məhkəmə əlavə ekspertiza təyin etməli idi. Belə ki, İPM-in 29-1-ci maddəsi nə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur və MPM-in 102.1-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Bundan başqa, ekspert rəyində qeyri-yaşayış sahəsinin yerinin müəyyən edilməməsi ilə bağlı göstərilmişdir ki, Nəsimi rayonu, Nəsimi Bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmiş cizgi miqyassız, koordinatsız, hər hansı bir istinad nöqtəsindən məsafənin göstərilməsi qeyd edilmədiyindən, eləcə də bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında əsasnamənin 19-cu bəndində nəzər də tutulan qaydada planlama aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından, İddiaçı tərəfindən inşa edilmiş tikilinin Nəsimi rayon Bələdiyyəsi tərəfindən onun icarəsinə verilmiş ünvan 4 ünvanında yerləşən 100 kv.m. torpaq sahəsinin üzərində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Nəsimi Bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmiş cizgidə istinad nöqtələri qeyd olunmuşdur. Sözügedən obyektin (H.Seyidzadə küçəsi-54) bir tərəfində H.Seyidzadə küçəsi ev 2a ünvanlı 9 mərtəbəli yaşayış binası, bir tərəfində maşınyuma məntəqəsi, bir tərəfində də 4 saylı İstilik məntəqəsi yerləşir. Obyektdən istinad nöqtələrinə qədər olan məsafələri də ölçmək mümkün olmuş, lakin bu edilməmişdir. Göründüyü kimi, məhkəmə əlavə e kspertiza təyin etmədən, qeyri-yaşayış sahəsinin yerini müəyyən edə bilməyən ekspert rəyi əsasında qərar vermişdir. Beləliklə, sübutlar tam, hərtərəfli qiymətləndirilməmiş və məhkəmə qərarının əsaslandırılması tələbini pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Cavabdeh və üçüncü şəxslər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakı dövlət reyestri haqqında” Qanun: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:... 8.0.9.2.... qeyri-yaşayış binalarına... münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra ha kimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə.

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Ma ddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 26. “Daşınmaz əmlakı dövlət reyestri haqqında” Qanunun 8.0.9-cu maddəsinin müddəalarının tələblərindən göründüyü kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi q üvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:... 8.0.9.2.... qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10-cu maddəsinin müddəalarının tələbinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

27. İddiaçının "Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair" 03/93 saylı, 21 yanvar 2003-cü il tarixli müqaviləyə, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 17 aprel 2015-ci il tarixli 75 №-li sərəncamına və həmin sərəncamda qeyd olunan eskiz layihəsinə istinadları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2 və 8.0.10.1-ci maddələrinin tələblərini ödəmir. Belə ki, həmin sənədlərin mötəbərliyi qəbul edildikdə belə, Nəsimi Rayon İcra Hakimiyyəti təsdiq edir ki, 17 aprel 2015-ci il tarixli 75 №-li sərəncam tikintiyə icazə barədə inzibati akt kim i qiymətləndirilsə də, həmin qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 302 saylı 11 sentyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına İcazə” əlavə verilməli idi.

28. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci bəndinə əsasən, İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə əsasən, bu Əsasnamənin 44.11.11.5-ci bəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2008-ci il tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatına görə, İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular, istehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə binalar və qurğular İİ məsuliyyət səviyyəli bina qurğulara aid edildiyindən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.18.2-ci bəndinə əsasən, bu Əsasnamənin 44.11.11.5-ci bəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyindən, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 17 aprel 2015-ci il tarixli 75 №-li sərəncamı tikinti obyektinin istismarına icazə verən inzibati akt qüvvəsinə malik deyil.

30. Beləl iklə, “Daşınmaz əmlakı dövlət reyestri haqqında” Qanunun yuxarıda istinad edilən normalarının tikilinin istismara qəbulunu və ya tikilinin istismarına icazəni şərtləndirən tələbi iddiaçı tərəfindən təmin olunmadığından cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-1(103)-73/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar