Məhkəmə qərarları › İş №2-1(102)-458/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-458/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-458/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabe liyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2879/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus 4552 saylı attestatın surətinə əsasən o, xx.xx.1977 - xx.xx.1978ci il tarixdə 12 nömrəli texniki peşə məktəbində təhsil almışdır. 2. НЗ seriyalı ******* saylı hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1979 - xx.xx.1981ci il tarixdə həqiqi hərbi xidmətdə olmuşdur.

3. İddiaçıya məxsus ИТ-İ №0413576 saylı xx.xx.1978-ci il tarixli əmə k kitabçasının surətinə əsasən o: -xx.xx.1978 - xx.xx.1979-cu il tarixdə Bakı Soyuducular Zavodunda texniki nəzarət şöbəsində 2-ci dərəcəli nəzarətçi; -xx.xx.1979 - xx.xx.1979-cu il tarixdə quraşdırma sexində 1-ci dərəcəli quraşdırıcıçilingər işləmiş; -xx.xx.1979 - xx.xx.1981-ci il tarixdə həqiqi hərbi xidmətdə olmuş; -xx.xx.1981 - xx.xx.1982-ci il tarixdə Qala filialının buraz sahəsində iplik əyirənin köməkçisi; -xx.xx.1982 - xx.xx.1983-cü il tarixdə “Xəzər dəniz neft-qaz sənayesi” Ümumittifaq sənaye birliyinin neft və qaz çıxarma üzrə idarəsinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində atıcı; -xx.xx.1983 - xx.xx.1985-ci il tarixdə Qala filialının buraz sexində iplik əyirənin köməkçisi; -xx.xx.1985 - xx.xx.1985-ci il tarixdə “Elektromaşına” Bakı zavodunda 1 saylı sexdə elektrik maşınlarının e lementlərinin sarıyıcısı (dolayıcı) şagirdi; -xx.xx.1985 - xx.xx.2000-ci il tarixdə həmin sexdə elektrik maşınlarının elementlərinin sarıyıcısı (dolayıcı); -xx.xx.2000 - xx.xx.2001-ci il tarixdə ATB firmasında elektrik mühərrikləri təmir sexində sarıyıcı; -xx.xx.2001 - xx.xx.2005-ci il tarixdə "xxxx" (Bakı Elektrik Maşınları Zavodu) ASC-nin 7 nömrəli elektrik mühərriklərinin təmiri sahəsində 3-cü dərəcəli sarıyıcı; -xx.xx.2005 - xx.xx.2007-ci il tarixdə "xxxx" ASC-də 1 saylı sexdə 3-cü dərəcəli elektrik maşınları elementlərinin sarıyıcısı; -xx.xx.2008 - xx.xx.2012-ci il tarixdə "xxxx" ASC-də dolayıcı (sarıyıcı); -xx.xx.2012-ci il tarixdən hal-hazıradək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Zuğulba” İqamətgahında (şöbə statusunda) mühəndis kommunikasiyaları şəbəkəsinin müt əxəssisi vəzifəsində işləyir.

4. Azərbaycan Respublikası "xxxx" ASC-nin 10 saylı xx.xx.2020-ci il tarixli və 09 saylı xx.xx.2021-ci il tarixli arayışlarına əsasən iddiaçı Bakı Elektik Təmiri zavoduna xx.xx.1985-ci ildə 1 saylı sexə elektrik maşınlarının elementlərinin sarıyıcısı şagirdi kimi işə qəbul edilmişdir. xx.xx.1985-ci ildə həmin sexdə, elektrik maşınlarının elementlərinin sarıyıcısı uzrə 1-ci dərəcəni almış, xx.xx.1988-ci ildə elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 2-ci dərəcəni almış, xx.xx.1994-cü ildə elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 3-cü dərəcəni almış və xx.xx.2000-ci ildə işdən azad edilmişdir. Hal-hazırda “Bakı Elektromaşın” zavodu "xxxx" ASC adlanır. xx.xx.1985-ci ildən xx.xx.2000-ci illər ərzində işin gedişatında aşağıda adları çəkilən ma teriallarla işləmişdir. 1). Mikalent - 174 LFS-TT QOST 4268-79. 2). Corab şəkilli qaytan AS-4 (b)TY- 17 RSFSR-44,5873-79. 3). İzoləedici yapışqan lent- LSEPLO,17-2 OTY;TY-16-503,01674 (kompaundun tərkibinə aviasiya yağı və kükürd daxildir). 4). Şüşə lent LES,01820 QOST- 5937-81. 5). Şüşə tekstolit ST-L-QOST126552-74. 6). Parafin QOST-23683-79. 7). Əyiltkən şüşə Mikanit - Q2FKP-20 - 0,25,8727-78. 8). Şüşə tekstolit STER-2 QOST-126552-74. Yüksək gərginlikli izolyasiyaçıların elektrik maşınlarının elementlərinin sarıyıcılarının əməyi işəmuzd qiymətləndirilmişdir. 5. "xxxx" ASC-nin 125/34 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən iddiaçı 2001-ci ilin noyabr-dekabr aylarında, 2002-ci ildə həmin müəssisədə əmək haqqı almışdır.

6. İddiaçı 8 fevral 2021-ci il tarixdə cavabdehə müraci ət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

7. Cavabdehin 17 mart 2021-ci il tarixli, **********4 nömrəli imtina məktubunda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi 14 avqust 1978-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1985 - xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik maşınlarının elementlərinin sarıyıcısı, xx.xx.2001 - xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində isə "xxxx" ASC-nin elektrik mühərriklərinin təmiri sahəsində sarıyıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən xx.xx.2001 - xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində qeyd olunan iş stajına dair məlumatlarının yerində dəqiqləşdirilməsi zamanı işlədiyi sarıyıcı vəzifəsinin ağ ır və zərərli vəzifə hesab edilmədiyi üçün güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olmadığı müəyyən edilmişdir. Bundan başqa ona yalnız 2002-ci il üzrə əmək haqqı hesablandığı aşkar edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrləri iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən faktlar "xxxx" ASC-nin xx.xx.2020ci il tarixli aktı ilə təsdiq edilmişdir. Eyni zamanda xx.xx.1985 - xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi elektrik maşınlarının elementlərinin sarıyıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəblərdən onun güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 21 aprel 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 04 iyul 2017-ci il tarixdən başlayaraq təyin olunub ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı ərizəsində bu qərarın 1-7-ci bəndlərində qeyd olunan məlumatlara istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, onun xx.xx.2006-cı il tarixinə kimi ümumi iş stajı 27 il 9 ay 9 gün, "xxxx" ASC-də elektrik mühərriklərinin təmiri sahəsində dolayıcı işlədiyi 3 il 5 ay 14 gün müddətdən əmək haqqı almadığı 2 il 3 ay 14 gün müddət çıxılmaq şərti ilə isə 25 il 5 ay 25 gün təşkil etmişdir. xx.xx.2006-cı il tarixinə kimi yığılmış 25 il 5ay 25 gün ümumi iş stajının 19 il 10 ay 23 gününü “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əlvə edilmiş 2 nömrəli Siyahının Elektrotexnika istehsalatı və el ektrotexniki avadanlığın təmiri sahəsinə aid XV fəslində 2160000a-15034 kodla nəzərdə tutulmuş xüsusi ilə zərərli və ağır peşə hesab olunan məftil və tros dolayan (sarıyıcı) işləməklə qazanmışdır. Qeyd etmişdir ki, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan sənədləri təqdim etməklə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan müraciətinin icrasından imtina etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, "xxxx" ASC-nin 16 mart 2020-ci tarixli 10 saylı genişləndirmə arayışı ilə elektrik maşınlarının elementlərinin sarıyıcısı (dolayıcısı) çalışarkən mikalent, corab şəkilli qaytan, izoləedici yapışqan lent (tərkibinə aviasiya yağı və kükürd daxildir), şüşə lent, şüşə tekstolit, parafin, əyiltkən şüşə mikanit və şüşə tekstolit kimi zərərli materiallarla işləməsi təsdiq olunmuşd ur. "xxxx" ASC-nin 16 mart 2020-ci tarixli 10 saylı genişləndirmə arayışına əlavə olan 07 aprel 2021-ci il tarixli 09 saylı arayışı ilə elektrik maşınlarının elementlərinin sarıyıcısı peşəsinin Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əlavənin 2 nömrəli Siyahısının Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri sahəsinə aid XV fəslində 2160000a-15034 kodla müəyyən edilmiş məftil və tros dolayanlar peşəsinə uyğun olması bir daha öz təsdiqini tapmışdır.

10. Cavabdeh iddia ərizəsinə qarşı mahiyyətcə imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. 11. "xxxx" ASC-nin 125/020 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəmənin sorgusu üzrə bildirilmişdir ki, iddiaçı 23 noyabr 2001-ci il tarixdən 17 may 2005-ci il tarixindək "xxxx" (Bakı Elektrik Maşınları Zavodu) ASC-nin 7 nömrəli elektrik mühərriklərinin təmiri sahəsində 3-cü dərəcəli sarıyıcı vəzifəsində işləmişdir. Əmək haqqı cədvəlinə əsasən işlədiyi müddət ərzində 2001-ci ilin noyabr-dekabr aylarında və 2002-ci ilin 12 ayı ərzində əmək haqqı almış və bu məbləğdən Dövlət Sosial Müdafiə Fonduna müvafiq ödənişlər köçürmüşdür. "xxxx" ASC-dəki ümumi iş stajı 3 il 5 ay 6 gün, əmək haqqı ödənilən iş stajı isə 1 il 2 ay olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li əlavə 2 №-li siyahısı üzrə XV fəs ildə Elektrotexnika istehsalat və elektrotexniki avadanlıqların təmiri sahəsində kod: 2160000a - 15034-lə qeyd edilmiş məftil və tros dolayanlar peşəsi güzəştli iş stajı hesab edilir. 12. "xxxx" ASC-nin məhkəmənin sorgusu üzrə verilmiş 33 saylı xx.xx.2021-ci il tarixli məktubundan və əmək haqqı barədə arayışdan görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək elektrik maşınlarının elementlərinin (elektrik mühərriklərinin məftillərinin dolaqlarının) sarıyıcısı işləmiş və işlədiyi dövr ərzində əmək haqqı almışdır. 13. "xxxx" ASC-nin məhkəmənin sorgusu üzrə verilmiş 15 saylı xx.xx.2022-ci il tarixli məktubuna əsasən, "xxxx" ASC 1961-ci ildən 1 kvt dan-1000 kvt-a qədər elektrik mühərriklərinin istehsalı və təmiri ilə məşqul olmuşdur. İddiaçı da Azelektromaşın EİB nə zdində Bakı Elektrik Təmiri zavoduna xx.xx.1985-ci ildə 1 saylı sexə elektrik maşınlarının elementlərinin sarıyıcısı şagirdi kimi qəbul edilmiş, xx.xx.1985-cü ildə həmin sexdə elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 1-ci dərəcəni almış, xx.xx.1988-ci ildə elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 2-ci dərəcəni almış, xx.xx.1994-cü ildə elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 3-cü dərəcəni almış və xx.xx.2000-ci ildə AR ƏMnin 75-ci maddəsinin “a” bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə işdən azad edilmişdir. Hal-hazırda “Bakı Elektromaşın” zavodu "xxxx" ASC adlanır. Müəssisədə işləyən sarıyıcılar (dolayıçılar, izolyasiyaşılar) aşağıdakı işləri yerinə yetirmişdir. Gücü 100 kvt dan yuxarı olan elektrik mühərriklərinin dolanması, sarınması və izol ə edilməsi texnoloji prosesinə əsasən sarıyıcı və dolayıcı xüsusi texnoloji qaydalarla izolyasiya materiallarının konstruktor sənədlərinə uyğun kəsir, izolyasiya materiallarını və dolaq naqillərini stator nüvəsi içliyinin yuvalarına yerləşdirir, sarğı qruplarının alın hissələrini fazalar arası izolə edir və dolağın alın hissəsini şüşə lilli iplə banda edir. Bu işlərin yerinə yetirilməsində aşağıdakı material və avadanlıqlardan istifadə edilir. 1). Mikalent - 174 LFS-TT QOST 4268-79. 2). Corab şəkilli qaytan AS-4 (b)TY-17 RSFSR-44,5873-79. 3). İzoləedici yapışqan lent- LSEPLO,17-2 OTY;TY-16-503,01674 (kompaundun tərkibinə aviasiya yağı və kükürd daxildir). 4). Şüşə lent LES,01820 QOST-5937-81. 5). Şüşə tekstolit ST-L-QOST126552-74. 6). Parafin QOST-23683-79. 7). Əyiltkən şüşə Mikanit - Q2 FKP-20 - 0,25,8727-78. 8). Şüşə tekstolit STER-2 QOST-126552-74. Yüksək gərginlikli elekrik mühərriklərinin elementlərinin sarıyıcılarınin (dolayıcılarının və izolyasiyaçıların) zərərli əməyi mükafatlı və işəmuzd qiymətləndirilmiş, zərərli iş şəraitinə görə əlavə məzuniyyət verilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-895/2022 nömrəli, 25 may 2022-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

15. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Bakı Elektik Təmiri zavodunun 1 saylı sexində elektrik maşınlarının elemen tlərinin sarıyıcısı (15 il 05 ay 26 gün), xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" (Bakı Elektrik Maşınları Zavodu) ASC-nin 7 nömrəli elektrik mühərriklərinin təmiri sexində sarıyıcı (3 il 05 ay 25 gün), xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də 1 saylı sexdə 3-cü dərəcəli elektrik maşınları elementlərinin sarıyıcısı (7 ay 9 gün) vəzifələrində işləməklə xx.xx.2006-cı il tarixədək 19 il 08 ay 25 gün əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışmaqla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajını toplamışdır. Eyni zamanda, iddiaçının "xxxx" ASC-dəki ümumi iş stajı 3 il 5 ay 6 gün, əmək haqqı ödənilən iş stajı isə 1 il 2 ay olmuşdur. Belə ki, "xxxx" ASC-nin 125/34 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışı ilə müəyyən edi lmişdir ki, iddiaçı 2001-ci ilin noyabr – dekabr aylarında, 2002-ci ildə həmin müəssisədə əmək haqqı almışdır. Belə olan halda iddiaçının güzəştli iş stajı 19 il 08 ay 25 gün – (3 il 05 ay 25 gün – 1 il 2 ay) = 17 il 05 ay hesablanmalıdır.

16. Elektrik maşınlarının elementlərinin sarıyıcısı vəzifəsinin 2 nömrəli siyahıdakı peşələr ilə üst-üstə düşməməsi ilə baglı cavabdehin dəlilləri ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, işəgötürənin məhkəmə sorgusuna cavabından da göründüyü kimi müəssisədə işləyən sarıyıcılar (dolayıçılar, izolyasiyaşılar) eyni işləri yerinə yetirir, yəni gücü 100 kvt-dan yuxarı olan elektrik mühərriklərinin dolanması, sarınması və izolə edilməsi texnoloji prosesinə əsasən sarıyıcı və dolayıcı xüsusi texnoloji qaydalarla izolyasiya materiallarının konstruktor sənədlərinə uyğun kəsir, izolyasiya materiallarını və dolaq naqillərini stator nüvəsi içliyinin yuvalarına yerləşdirir, sarğı qruplarının alın hissələrini fazalar arası izolə edir və dolağın alın hissəsini şüşə lilli iplə banda) edir, yüksək gərginlikli elekrik mühərriklərinin elementlərinin sarıyıcılarınin (dolayıcılarının və izolyasiyaçıların) zərərli əməyi mükafatlı və işəmuzd qiymətləndirilmiş, zərərli iş şəraitinə görə əlavə məzuniyyət verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının çalışdıgı elektrik maşınlarının elementlərinin sarıyıcı peşəsi 2 nömrəli Siyahının XV. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsində 2160000a a) fəhlələr yarımbölməsində 2160000a—15034 kod ilə məftil və tros dolayanlar peşəsi ilə eynilik təşkil edir.

17. Cavabdeh apellyasiya ş ikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2879/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-895/2022 nömrəli, 25 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSA SİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayətində işin hallarını və imtina məktubunun dəlillərini sadalanmış, İPM-nin 58.6-cı və 90-99-cu maddələrinə istinad edərək şikayətin təmin olunmasını xahiş etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığort a stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 24. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pe nsiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respu blikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil ed ilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xü susilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: XV. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri 2160000a a) fəhlələr yarımbölməsi 2160000a—15034 kod ilə məftil və tros dolayanlar

27. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsind ə məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla uyğunluq təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

36. Belə ki, iş materiallarına əsasən iddiaçının 01 yanvar 2006-cı ilədək tələb olunan 12 il 6 aydan artıq (19 il 08 ay 25 gün) güzəştli iş stajının mövcudluğu iş üzrə öz təsdiqini tapmış, eləcə də güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir.

37. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi peşə nəzərdə tutulmuşdur: XV. “E lektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” bölməsi, 2160000a a) fəhlələr yarımbölməsi, 2160000a—15034 kod ilə məftil və tros dolayanlar.

38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi inzibati icraat dövründə ətraflı araşdırma apararaq həmçinin düzgün müəyyən etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasına, iş yerlərindən təqdim edilmiş arayışlara və hərbi biletə əsasən onun qanunvericiliklə tələb olunan tarixədək 25 ildən artıq ümumi iş stajı da mövcuddur.

39. Xüsusi olaraq qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta st ajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 23-27-ci (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2879/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar