Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4584/2025 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya təminatı sahəsində dövlətlərarası əməkdaşlıqla bağlı sazişin qüvvəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı ##.##.1958-ci il tarixdə anadan olmuş, ##.##.1975-ci ildən ##.##.1977ci il tarixədək diş texniki peşəsi üzrə təhsil almışdır.
2. ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur.
3. Iddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara əsasən o, ##.##.1974- ##.##.1974-cü illərdə Kərpic zavoduna fəhlə, ##.##.1980-ci il tarixdə Mərkəzi Paxtaaralsk rayon poliklinikasına diş texniki, ##.##.1980-ci il tarixdə Qazaxıstan SSR Əmək Məcəlləsinin 32-ci maddəsinə əsasən öz xahişi ilə diş texniki vəzifəsindən azad olunmuşdur. ##.##.1981-##.##.1984-cü illərdə “Mereke” sanatoriyasına diş texniki, ##.##.1984-##.##.1985-ci illərdə “Mereke” sanatorium profilaktorium diş texniki, ##.##.1985-##.##.1985-ci illərdə “Pombıttexnika” Baş zavoduna birinci dərəcəli kiçik zərgər, ##.##.1986-##.##.1986-cı illərdə Səhiyyə məntəqəsinə diş texniki, ##.##.1987- ##.##.1992-ci illərdə MRX diş protez kabinəsinə diş texniki, #.##.1993-##.##.2010-cu illərdə Merkensk rayon xəstəxanasında diş texniki vəzifəsində işləmişdir.
4. Iddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
5. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1993-cü il tarixindən ##.##.2010-cu il tarixinədək Qazaxıstan Respublikasında olan əmək fəaliyyəti dövrünün araşdırılması ilə bağlı sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, 1993-1996-cı illər üzrə Merken rayon xəstəxanasının əmək haqqı kitablarında və əmək haqqı cədvəllərində iddiaçının adına rast gəlinməmişdir. Həmçinin, 1997-2010-cu illərə dair əmək haqqı və əmr kitabları dövlət arxivinə təhvil verilmədiyindən əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəblə həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Beləliklə, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və ##.##.2023-cü il tarixindən iddiaçıya 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib.
6. “Jambıl vilayəti Höküməti Səhiyyə idarəsi Merke rayonu Mərkəzi xəstəxanası” Kommunal Dövlət Müəssisəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli *** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, “...İddiaçı Həsənquliyeviç ##.##.1993-cü ildən etibarən * saylı əmrə əsasən Merke Rayon Xəstəxanasına diş texniki kimi işə qəbul edilmişdir. ##.##.2010-cu ildə öz istəyi ilə işdən azad edilmişdir. 1993-cü ildən 2010-cu ilədək fasiləsiz olaraq işləmişdir. Baş həkimin v.i.e.Darmenov M.İ. imza və möhür var.”
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən mübahisələndirilməyən 15 il 9 ay 4 gün sığorta stajı var. Sığorta stajının düzgün hesablanmamasına səbəb Qazaxıstan Respublikasında ##.##.1993-cü il tarixdən ##.##.2010-cu il tarixdək işlədiyi müddətin nəzərə alınmamasıdır. Halbuki, qeyd edilən illər üzrə işləməsi əmək kitabçasındakı qeydlər, həmçinin arxiv arayışı ilə təsdiqini tapır. Hər hansı sənədin saxlanılmaması və ya arxivə təhvil verilməməsi hüququnun pozulmasına səbəb ola bilməz.
9. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ## ### 2025-ci il tarixli qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı hüququ yarandığı ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin etirazının əsasını təşkil edən iddiaçıya məxsus əmək kitabçasında ##.##.1993-cü il tarixindən ##.##.2010-cu il tarixinədək Qazaxıstan Respublikasında olan əmək fəaliyyəti dövrünün araşdırılması ilə bağlı göndərilmiş sorğuya cavab olaraq iddiaçının 1993-1996-cı illər üzrə Merken rayon xəstəxanasının əmək haqqı kitablarında və əmək haqqı cədvələrində adına rast gəlinməməsi və 1997-2010-cu illərə dair əmək haqqı və əmr kitabları dövlət arxivinə təhvil verilmədiyindən əmək haqqı alıb-almamasının müəyyən edilməməsi halı iddiaçının təqsiri nəticəsində baş verməmişdir və bu səbəbdən də onun məsuliyyət sferasına aid edilə bilməz. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, ona münasibətdə hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
11. Iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. Həmin dövrlər qanunvericiliyə əsasən nəzərə alındıqda əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının sığorta stajı 25 ildən artıq olur və beləliklə də, iddiaçı tərəfindən 25 illik ümumi iş stajı tələbi də ödənilmiş olur.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
13. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBIQ EDILƏN HÜQUQ
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1.Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir.
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (87-ci maddənin ## #### 2024-cü il tarixədək qüvvədə olan redaksiyası): Maddə 87. Işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir.
2. Işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 3. Əmək pensiyası hüququ olan şəxslər Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır: a) mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə;
Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
20.“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1.Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21.“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş” Azərbaycan Respublikasının ## ###### 1996-cı il tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 5 ... Pensiyaların hesablanması əmək stajına daxil edilən iş dövrünün əməkhaqqından (gəlirindən) aparılır. Əməkhaqqının (gəlirin) miqdarı bir Tərəfin, pensiya təyin olunduğu anda digər Tərəfin milli valyutasına və yaxud beynəlxalq ekvivalentə nisbətdə rəsmi təsdiq edilmiş milli valyutasından müəyyən olunur. Maddə 13 Bu Saziş 5 il müddətinə bağlanılır və Tərəflərdən biri müvafiq qüvvədə olma müddətinin keçməsinə 6 ay qalmış onun qüvvəsinin dayandırılması barədə öz arzusunu yazılı bildirmədikdə avtomatik olaraq hər dəfə 5 il uzadılır.
22. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının ## #### 2000-cı il tarixli Qanunu Maddə 9. Müəyyən güzəştlərə əsas verən staj da daxil olmaqla, əməkçi miqrantın Tərəflərin ölkələrindən birinin ərazisində əmək fəaliyyəti müddətində əldə etdiyi əmək stajı qarşılıqlı olaraq hər iki Tərəf ölkəsində tanınır. Əməkçi miqrant işlə təmin edən Tərəfi tərk etdikdə işəgötürən, əməkçi miqranta onun əmək fəaliyyətinin müddəti və əməyin ödənilməsi haqqında (hər ay üçün əmək haqqının məbləği göstərilməklə) möhürlə təsdiq edilmiş arayış təqdim etməlidir. Maddə 19 Tərəflərin birinin ərazisində yaşayan əməkçi miqrant və onun ailə üzvləri bu Sazişin yerinə yetirilməsi ilə bağlı ortaya çıxan istənilən məsələ ilə əlaqədar digər Tərəfin səlahiyyətli orqanlarına birbaşa və ya yaşayış yerindəki aidiyyəti hakimiyyət orqanları vasitəsi ilə müraciət edə bilər. Bir Tərəfin səlahiyyətli orqanının sorğusu əsasında digər Tərəfin səlahiyyətli orqanı həmin Tərəfin qanunvericiliyinə uyğun olaraq, arxiv materialları da daxil olmaqla bu Sazişin yerinə yetirilməsi ilə bağlı zəruri sənədləri təqdim edir. Maddə 21 ... Bu Saziş 5 il müddətinə qüvvədədir. Əgər Tərəflərdən biri növbəti müddətin başa çatmasına üç ay qalmış Sazişin qüvvəsinin ləğv edilməsi niyyəti barədə diplomatik kanallarla digər Tərəfə yazılı bildiriş göndərməzsə, onda bu Sazişin qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaqdır.
23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin iddiaçıya 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ##.##.2023-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, vətəndaşın sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur.
32. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, mübahisə olunan dövrə aid sənədlərin arxivə təhvil verilməməsi səbəbindən əmək haqqının alınıb-alınmamasının məlum olmaması və 1993-1996-cı illərə görə Merken rayon Xəstəxanasının şəxsi heyət üzrə əmrlər kitablarında və əmək ödənişlər üzrə hesablaşmalar kitablarında İddiaçı Həsənquliyeviç familiyasının qeyd olunmaması iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz.
33. Bununla yanaşı, Azərbaycan Respublikasının ***-IQ saylı ## #### 2000-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Saziş təsdiq edilmişdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müəyyən güzəştlərə əsas verən staj da daxil olmaqla, əməkçi miqrantın Tərəflərin ölkələrindən birinin ərazisində əmək fəaliyyəti müddətində əldə etdiyi əmək stajı qarşılıqlı olaraq hər iki Tərəf ölkəsində tanınır.
34. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.