Məhkəmə qərarları › İş №2-1(102)-4587/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4587/2025

17.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4587/2025 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“mənzil uçotuna alınma tarixi saxlanılmaqla mənzil uçot işinin köçürülməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı “mənzil uçotuna alınma tarixi saxlanılmaqla mənzil uçot işinin köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Ağcabədi Rayon Icra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli * №-li Sərəncamına əsasən Ağcabədi rayonu, Minəxorlu kənd sakinləri, şəhid ailəsi üzvləri İddiaçı Ağcabədi Rayon Icra Hakimiyyətində mənzil növbəsinə götürülmüşdür.

2. Iddiaçı Ağcabədi Rayon Icra Hakimiyyətinə ##.##.2024-cü il tarixdə ərizə ilə müraciət edərək yaşayış yeri üzrə qeydiyyatını ##.##.2024-cü il tarixdən ünvan 1 ünvanına dəyişdiyi üçün mənzil növbəsinin ilkin tarixi saxlanılmaqla ailə üvlərinin də həmin Sərəncama daxil edilməsi və mənzil uçotunun hazırda qeydiyyatda olduğu Xətai rayon Icra Hakimiyyətinə köçürülməsini xahiş etmişdir.

3. Ağcabədi Rayon Icra Hakimiyyətinin ## ####### 2024-cü il tarixli, 5-30/3-3- ***/**** №-li Sərəncamına əsasən Ağcabədi Rayon Icra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli, ** nömrəli Sərəncamının 1-ci hissəsində qismən dəyişiklik edilərək mənzil uçotu siyahısına İddiaçı 3 nəfərdən ibarət ailə tərkibi (özü – İddiaçı; oğlu - X2; qızı – X1) əlavə olunmuş, İddiaçı Ağcabədi Rayon Icra Hakimiyyətində mənzil uçotuna götürülmə tarixi (##.##.2021-ci il) dəyişdirilmədən saxlanılmışdır.

4. Ağcabədi Rayon Icra Hakimiyyətinin ## ####### 2024-cü il tarixli *-**/*-*-***/**** nömrəli Sərəncamına əsasən Ağcabədi Rayon Icra Hakimiyyəti başçısının ## ###### 2021-ci il tarixli, ** nömrəli sərəncamı ilə mənzil uçotuna götürülmüş İddiaçı yaşayış yeri üzrə qeydiyyatını ünvan 1 ünvanına dəyişdiyi üçün ##.##.2024-cü il tarixli ərizəsi nəzərə alınaraq mənzil uçotundan çıxarılmış, mənzil uçot işi Xətai rayon Icra Hakimiyyətinə göndərilmişdir.

5. Cavabdeh (bundan sonra – cavabdeh) ##.##.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...Mənzil Məcəlləsinin 55.1.3-cü maddəsinə əsasən vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyatdan çıxarılırlar. Bildiririk ki, Ağcabədi rayonu ərazisi Bakı şəhərinin inzibati ərazi vahidi tərkibinə daxil olmadığından yeni yaşayış yerində qeydiyyata alınma tarixi saxlanılmaqla daxil edilməsi, hüquqi baxımdan mümkün deyildir. Yuxarıda qeyd olunanlara və qüvvədə olan qanunvericiliyinin tələblərini nəzərə alaraq xahişinizi təmin etmək imkanımız xaricindədir”.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı iddia qaldıraraq Ağcabədi Rayon Icra Hakimiyyətində mənzil uçotuna alınma tarixini saxlamaqla mənzil uçot işinin Xətai Rayon Icra Hakimiyyətinə köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Tamamilə formal əsaslarla onun mənzil növbəsinə götürülməyindən imtina edilmişdir. Belə ki, oğlu Fəxrəddin Atayev sinə və kürək sümüklərində olan xəstəliyindən əziyyət çəkir, oğlunun xəstəliyi ilə əlaqədar Bakı şəhərində yaşamalı olmuşdur. Oğlunun müalicəsi yalnız Bakıda mümkündür.

8. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.

9. Bakı Inzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 2025-ci il ## ### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Ağcabədi Rayon Icra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli * №-li Sərəncamı ilə şəhid ailəsi kimi uçota alınmış, sonradan ## ####### 2024-cü il tarixli, 5-30/3-3-***/**** №-li Sərəncamla mənzil uçotan ailə üzvləri də daxil edilmişdir. Iddiaçı #.##.2024-cü il tarixdən Bakı şəhərində qeydiyyata düşdüyünə görə, Ağcabədi Rayon Icra Hakimiyyətinin ## ####### 2024-cü il tarixli *-**/*-*-***/**** nömrəli Sərəncamına əsasən mənzil uçotundan çıxarılmış, mənzil uçot işi Xətai rayon Icra Hakimiyyətinə göndərilmişdir. Iddiaçının Bakı şəhərində yaşamaması, Bakı şəhərində pasport qeydiyyastının formal olması onun özünün də verdiyi izahatlara əsasən müəyyən edilir. Iddiaçı mənzil növbəsinə götürüldüyü zaman onun yaşayış yeri üzrə qeydiyyatı Ağcabədi rayonu olmuş, #.##.2024-cü il tarixdən isə qeydiyyatı Bakı şəhərimə dəyişdirilmişdir. Buna baxmayaraq hər nə qədər iddiaçı mənzil növbəsinin köçürülməsi hüququnun yarandığını iddia etsə də, iddiaçı, məhz 7 illik müddətin nəzərə alınmaqla bu hüquqa malik olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı mənzil növbəsinə götürülməsindən əlavə, iddiaya məhz “uçota alınma tarixi saxlanılmaqla mənzil növbəsinin köçürülməsi” formasında baxılması xahiş olunmuşdur. Iddiaçının mənzil növbəsinin köçürülməsi ilə bağlı arzuladığı hərəkət, bilavasitə təkcə iddiaçının deyil, ümumiyyətlə həmin əsas ilə mənzil növbəsinə dayanan şəxslərin hüquqlarına toxunur və bilavasitə bərabərlik hüququnun pozulmasına səbəb olur. Iddiaçı Bakı şəhərində qeydiyyatda olması əsası ilə təkcə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsini arzulamır. Iddiaçı konkret olaraq əvvəlki mənzil növbəsinin olduğuna və hazırda Bakı şəhərinin dislokasiyasında qeydiyyatda olmasına əsaslanaraq, mənzil növbəsinin köçürülməsini arzulayır. Halbuki, iddiaçı bunu tələb etmək hüququna malik olmamışdır. Çünki, iddiaçının əvvəlki uçota alınma tarixi saxlanılmaqla (##.##.2021-ci ildən) əsasında mənzil növbəsinin köçürülməsi həyata keçirilərsə, bu zaman iddiaçı ilə eyni hüquqa malik olan və həmin müddət ərzində Xətai Rayon Icra Hakimiyyətində mənzil növbəsində dayanan şəxslərin növbəsi dəyişir. Bunun nəticəsində isə həmin şəxslərin mənzil hüququnun reallaşdırılması proseduru uzanır və nəticə etibarı ilə vətəndaşların inzibati orqana göstərdiyi etimad hüququ pozulur. Hazırkı vəziyyətdə iddiaçının mənzil növbəsinin köçürülməsi təkcə iddiaçının deyil, ümumiyyətlə həmin əsasla mənzil növbəsinə dayanan bütün şəxslərin hüquq və maraqlarına toxunur. Iddiaçı mənzil növbəsinin köçürülməsini və hazırki iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Iddiaçının tələbi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi ilə bağlı olmadığından, məhkəmə tərəfindən bu hissəyə əlavə münasibət bildirilməsi zərurət olmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iddia tələbinin qismən təmin edilməsi formasında məhkəmə qərarının qəbul edilməsi mümkün deyildir. Çünki, iddiaçının həm inzibati orqana müraciəti, həm də müraciətinə uyğun dəqiqləşdirilmiş formada hazırkı iddia tələbi konkret formada olmuş və bilavasitə uçota alınma tarixi saxlanılmaqla mənzil növbəsinin köçürülməsi ilə bağlı olmuşdur ki, bu zaman məhkəmə iddia tələbindən kənara çıxaraq onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi məsələsinə münasibət bildirildiyi və iddia tələbinin həmin hissədə təmini ##.##.2021-ci il tarixdən Ağcabədi rayonu üzrə mənzil növbəsində olma ilə hüquqi vəziyyətin aradan qaldırılmasına səbəb ola bilər ki, iddianın qeyd olunan formada qismən təmini iddiaçının hüquqi marağına zidd hesab edilir. Məhkəmə Ağcabədi Rayon Icra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli sərəncamına münasibətdə bildirir ki, Ağcabədi Rayon Icra Hakimiyyəti iddiaçının Bakı şəhəri üzrə mənzil uçotuna alınması məsələsini həll edə bilməz. Iddiaçı Bakı şəhəri üzrə mənzil növbəsinə götürülmədiyindən, ##.##.2021-ci il tarixdən Ağcabədi rayonu üzrə mənzil növbəsinin davam etdirilməsini həmin icra hakimiyyətindən tələb edə bilər. Hazırkı məhkəmə qərarının mövcudluğu, onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma tarixi nəzərə alınmadan Bakı şəhəri üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmək və ona qarşı iddia qaldırmaq hüququnu istisna etmir. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. Imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

11. Iddiaçı apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli məhkəmə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov - sədrlik edən və məruzəçi, G.A.Sevdimalıyeva və O.N.Ismayılov) 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı Inzibati Məhkəməsinin 2025-ci il ## ### tarixli, *-*(***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

14. Iddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddanın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.

b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 51.1. bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; Maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; Maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir; Maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

18. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli Fərmanı: Bənd 2.3. Həmin Məcəllənin 51.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.

19. Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: Bənd 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur.

20. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin” ##.##.2021-ci il tarixli Sərəncamı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il ######ın #-dən 2020-ci il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

21. «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları» (Qaydalar XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiayasının 1988-ci il # ##### tarixli qərarı ilə təsdiq edilmişdir): Bənd 4. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu, mənzil sahəsi almaq üçün növbənin müəyyənləşdirilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzillərin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa əməl olunmaqla həyata keçirilir. Icraiyyə komitələrinin qərarı ilə bu məqsəd üçün Bakı şəhər və rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır. Bənd 7.1. Bakı şəhərində daimi yaşayan ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər. Bənd 17. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna qəbul edilmək üçün vətəndaş müvafiq surətdə yaşayış yerində rayon X5 Icraiyyə Komitəsinə ərizə verir. Ərizəçi ilə birlikdə Bakı şəhərində nə qədər yaşadıqlarından asılı olmayaraq onunla birlikdə pasport qeydiyyatına alınmış və onunla birlikdə yaşayan arvad, habelə onların öhdəsində olan uşaqlar və səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlər mənzil şəratinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Ailənin birlikdə yaşayan digər ailə üzvləri ərizəçi ilə birlikdə mənzil şəratini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna yalnız bu şərtlə qəbul edilirlər ki, son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunun pasport qeydiyyatı təsdiq etsin.

22. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. Inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

23. Inzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

26. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Avropa Insan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

31. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Ağcabədi Rayon Icra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli * №-li Sərəncamı ilə şəhid ailəsi kimi uçota alınmış, sonradan ## ####### 2024-cü il tarixli, 5-30/3-3-***/**** №-li Sərəncamla mənzil uçotan ailə üzvləri də daxil edilmişdir. Iddiaçı ##.##.2024-cü il tarixdən Bakı şəhərində qeydiyyata düşdüyünə görə, Ağcabədi Rayon Icra Hakimiyyətinin ## ####### 2024-cü il tarixli *-**/*-*-***/**** nömrəli Sərəncamına əsasən mənzil uçotundan çıxarılmış, mənzil uçot işi Xətai rayon Icra Hakimiyyətinə göndərilmişdir. Cavabdeh isə ##.##.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...Mənzil Məcəlləsinin 55.1.3-cü maddəsinə əsasən vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyatdan çıxarılırlar. Bildiririk ki, Ağcabədi rayonu ərazisi Bakı şəhərinin inzibati ərazi vahidi tərkibinə daxil olmadığından yeni yaşayış yerində qeydiyyata alınma tarixi saxlanılmaqla daxil edilməsi, hüquqi baxımdan mümkün deyildir. Yuxarıda qeyd olunanlara və qüvvədə olan qanunvericiliyinin tələblərini nəzərə alaraq xahişinizi təmin etmək imkanımız xaricindədir”.

32. Kollegiya apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əvvəlki uçota alınma tarixi saxlanılmaqla mənzil növbəsinin köçürülməsi həyata keçirilərsə, bu zaman iddiaçı ilə eyni hüquqa malik olan və həmin müddət ərzində Xətai Rayon Icra Hakimiyyətində mənzil növbəsində dayanan şəxslərin növbəsi dəyişir. Bunun nəticəsində isə həmin şəxslərin mənzil hüququnun reallaşdırılması proseduru uzanır və nəticə etibarı ilə vətəndaşların inzibati orqana göstərdiyi etimad hüququ pozulur.

33. Iddiaçı kassasiya şikayətində analoji iş olaraq Ali Məhkəmənin *-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarını qeyd etmiş, lakin nəzərə almamışdır ki, həmin iş üzrə iddia predmeti hazırkı iddia predmeti ilə eyni deyil. Belə ki, sözügedən işdən müəyyən edilir ki, həmin iş üzrə iddiaçı olan tərəfin əvvəlki uçota alınma tarixi saxlanılmaqla mənzil növbəsinin köçürülməsi məhkəmə qərarı ilə deyil, inzibati orqanın özünün qəbul etdiyi inzibati akt əsasında baş tutmuşdur.

34. Iddiaçı həmçinin kassasiya şikayətində Icra Hakimiyyətlərinin vətəndaşın birinə bir formada, digərinə fərqli formada yanaşma nümayiş etdirməsinin qanunsuz olduğuna diqqət çəkərək, Icra Hakimiyyətlərinin vahidliyi prinsipinin pozulduğunu qeyd etmişdir.

35. Şikayətin qeyd olunan dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, Inzibati Icraat Haqqında Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Lakin həmin qanunun 13.5-ci maddəsində qeyd olunmuşdur ki, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Bu səbəbdən də Kollegiya hesab edir ki, kassasiya şikayətinin qeyd olunan dəlili də əsassızdır və mübahisələndirilən qərarın ləğvi üçün əsas təşkil etmir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar