Məhkəmə qərarları › İş №2-1(102)-459/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-459/2019

16.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-459/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçılar xx qızı, xx qızı və xxx qızı Cavabdeh1nə (üçüncü şəxslər X3, X4, X2 və X1 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-459/19) Bakı şəhəri 16 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçılar xx qızı, xx qızı və xxx qızı Cavabdeh1nə (üçüncü şəxslər X3, X4, X2 və X1 iştirakı ilə) qarşı icra məmurunun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 06 sentyabr 2018-ci il tarixli 2-1(103)-1769/2018 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 yanvar 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar xx qızı, xx qızı və xxx qızının Cavabdeh1nə qarşı xx qızı, xx qızı və xxx qızının borclu olduqları 2(103)-4154/2014 saylı icra vərəqəsi əsasında Cavabdeh1 icra məmuru xxin qəbul etdiyi “icraata başlamaq haqqında” qərarının qanunla müəyyən edilmiş qaydada iddiaçılara göndərilməməsində, eyni zamanda, həmin icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 7.1.6-cı maddəsinin tələblərini pozaraq, icra vərəqəsinin Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılmamasında ifadə olunan hərəkətlərinin q anunsuz hesab edilməsinin ləğv edilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 09 aprel 2018-ci il tarixli iş № 2-1(81)-46/2018, (sədrlik edən hakim E.Məmmədov) qərarı ilə iddianın təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4154/2014 saylı icra vərəqəsi əsasında Cavabdeh1 icra məmuru xxin qəbul etdiyi “icraata başlamaq haqqında” qərarın qanunla müəyyən edilmiş qaydada iddiaçılara göndərilməməsində, eyni zamanda, həmin icra vərəqəsində qətnamənin qüvvəyə mindiyi tarix göstərilmədiyi təqdirdə icra məmuru tərəfindən icra vərəqəsinin onu verən məhkəməyə geri qaytarılmasında ifadə olunan hərəkətləri qanunsuz hesab edilməsiqərara alınmışd ır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxslər apelyasiya şikayəti və ona əlavə verərək birinci instansiya məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərarının ləğv olunmasını, iddia tələbinin rədd edilməsini və icra məmuru xxin icra vərəqəsini, onu verən məhkəməyə geri qaytarılmamasında ifadə olunan hərəkətlərinin tam qanuni hesab edilməsini xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 06 sentyabr 2018-ci il tarixli iş № 2-1(103)-1769/2018 (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) qərardadı ilə üçüncü şəxslərin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərarının ləğvedilməsi, iddiaçıların id dia tələbi üzrə inzibati məhkəmə icraatının mümkün sayılmaması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçılar kasasiya şikayətini onunla əsaslandırmışdılar ki,apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsinin qərarı guya əsassızdır. Hakim hesab edir ki, iddiaçıların tələbləri üzrə icraat inzibati məhkəmədə guya mümkünsüzdür. Halbuki, iddiaçılar öz iddia ərizələrində cavabdeh qismində Cavabdeh1 göstəriblər. İddiaçılar qeyd etdikləri kimi Cavabdeh1 icra məmuru C.Əliyev 07 noyabr 2013-cü il tarixli icra vərəqi əsasında başlamış icraatın xitamı ilə bağlı təqdimatla Səbail rayon Məhkəməsinə müraciət etmiş və yalnız orada iddiaçılar 21 noyabr 2014-cü il tarixli “icraatın başlanması haqqında” qərarın mövcudluğundan xəbərdar olmuşlar və yalnız, dəfə lərlə, müraciətlərindən sonra həmin qərarı alaraq 21 iyul 2016-cı il tarixdə Cavabdeh1nə qarşı birinci instansiya məhkəməsinə həmin qərarın ləğv edilməsinə, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə və 07 aprel 2016-cı il tarixli formal və qanunsuz aktın etibarsızlığına dair iddia ilə müraciət etmişlər. Hesab edirlər ki, apelyasiya instansiyası məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərardadı qanunsuzdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçılar kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdilər. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərə k bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılarınnümayəndəsi Nümayəndə da, iddiaçıların vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegi yasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs xxxa və nümayəndəsi xxx məhkəmə iclasına vəkilsiz gəldikləri üçün, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçılarının nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçıların kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərardadı isə dəyişdirilməd ən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-e dilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 06 sentyabr 2018-ci il tarixli, 21(103)-1769/2018 saylı qərardadla apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərarının ləğvedilməsi, iddiaçıların iddia tələbi üzrə inzibati məhkəmə icraatının mümkün sayılmaması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 35.1, 35.3-cü maddələrinə, “İcra haqqında” Qanunun 20, 26, 29.1, 87.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılıb mahiyyəti üzrə qərar qəbul edilməsi üçün prosessual əsaslar mövcud olmamış, bununla da qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Ali Məhkəməni n İnzibati-İqtisadi Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki,iddiaçıların kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılan mülki iş üzrə 07 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi icra edilməsi üçün cavabdeh icra orqanına göndərilmişdir. İddiaçılar (icra sənədi üzrə borclular) tərəfindən sözügedən icra vərəqəsini onunla mübahisələndirilir ki, icra vərəqəsində qətnamənin nə vaxtdan qanuni qüvvəyə minməsi barədə məlumat qeyd edilməmiş və həmin icra vərəqi 21.11.2014-cü il tarixdə cavabdeh icra şöbəsinin icra məmuru C.Əliyev tərəfindən qəbul edilib bir sıra icra tədbirləri görülsə də, icraata başlamaq haqqında iddiaçılara təqdim edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, icra vərəqində qətnamənin nə vaxtdan qanuni qüvvəyə minməsi barədə məlumatın qeyd edilməməsinə görə icra vərəqinin geri qaytarılması icra orqanının (məmurunun) “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsi ilə müəyyən edilən səlahiyyəti kimi müəyyən edilmişdir. Bundan başqa“İcra haqqında” Qanunun 6.1 və 6.1.1 -ci maddələrindən görünür ki, məhkəmə qərarları (qətnamə, qərar və s.) özü ayrılıqda icra sənədləri sayılır. Göründüyü kimi, iddiaçıların icra məmuru tərəfindən icraata qəbul edilmiş icra sənədinin geri qaytarılmasını tələb etməkdə subyektiv hüququ müəyyən edilə bilməz. Həmçinin cavabdehə qarşı iddia tələblərindən göründüyü kimi, iddiaçılar cavabdeh icra orqanını n (məmurunun) icra vərəqəsinin geri qaytarılmamasında və “icraata başlamaq haqqında” qərarının surətinin onlara göndərilməməsində ifadə edilən hərəkətlərinin qanunsuz hesab edilməsini tələb etsələr də bunun müqabilində onların konkret maddi tələbi də mövcud deyil. İş materiallarından görünür ki, icra məmurunun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin 04.07.2016-cı il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının mübahisəli 07.11.2014-cü il tarixli icra sənədinin icraatına xitam verilmişdir ki, həmin qərardadın da iddiaçılar tərəfindən mübahisələndirildiyi müəyyən olunmur. “İcra haqqında” Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanunun 20-ci maddəsinə edilmiş dəyişikliklərə əsasə n icra sənədi üzrə icraata xitam verilməsinin yeni qaydası müəyyən olunaraq icra sənədi üzrə icraata xitam verilməsi icra məmurunun səlahiyyətlərinə aid edilmiş və icra məmurunun belə qərardadından tərəflərin və icra sənədini vermiş digər orqanın müvafiq məhkəməyə şikayət vermək hüququ müəyyənləşdirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında isə şərh verilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçılar tərəfindən qaldırılan hazırkı iddia - istər cavabdeh icra orqanının (məmurunun)icra vərəqəsinin geri qaytarılmamasında, istərsə də “icraata başlamaq haqqında” qərarın surətinin onlara göndərilməməsində ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair hissəsində inzibati məhkəmə icraatının predmeti ola bilməz. Belə ki, onlar tərəfindən mübahisələndirildiyi cavabdeh icra orqanının hərəkətsizliyinin əsasını mülki icraat qaydasında baxılan iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş icra sənədi təşkil edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra məmurunun hərə kətlərindən (və ya hərəkətsizliyindən) verilən şikayətlərə dair məsələlər “İcra haqqında” Qanunun 87.1-ci maddəsinin müəyyən etdiyi qaydalarla tənzimlənir. Həmin Qanunun icraatın tərəflərinin hüquq və vəzifələrini müəyyən edən 29.1-ci maddəsi isə onu ehtiva edir ki, icraatın tərəfləri (tələbkar və borclu) icra məmurunun icra sənədinin icrasına dair qəbul etdiyi istənilən qərarından irəli gələn məsələləri mübahisələndirmək və şikayət vermək hüququna malikdir. Hazırkı halda da, məhz, iddiaçılar tərəfindən cavabdeh icra orqanının (məmurunun) hərəkət və hərəkətsizliyi ilə bağlı məsələlər mübahisələndirildiyini nəzərə alsaq bu mübahisənin inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəməsində mübahisələndirilməsi mümkün hesab olunmur. Çünki, icra sənədinin icrası ilə bağlı icra məmu runun hərəkət və hərəkətsizliyi (və yaxud qəbul etdiyi qərarlar) inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir. Bu halda, qanuni qüvvəsini almış məhkəmə qərarının (qətnaməsinin və i.a.) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Bu baxımdan, tərəflərin icra orqanının (məmurunun) hərəkət və hərəkətsizliyindən (və ya qəbul etdiyi qərarlardan) şikayətlərə baxılması icra sənədini vermiş və həmin icra proseduru çərçivəsində icraya nəzarət edən məhkəmənin səlahiyyətlərinə aiddir. Yalnız icra orqanının icra icraatından kənar şəxslərin hüquq və azadlıqlarının pozan hərəkət və hərəkətsizliyindən (və ya qərarlarından) sonuncuların verdiyi şikayətləri (iddiaların) inzibati məhkəmə icraatı qaydasında baxılması üçün inzibati- iqtisadi məhkəmələrə aidiyyəti müəyyən edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində təsbit olunmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının dəyişməz mövqeyi ondan ibarətdir ki, inzibati məhkəmə icraatı qaydasında baxılması üçün mübahisələrin məhkəmə icraatına qəbul edilməsindən dərhal sonra i lk olaraq araşdırılmalı olan hüquqi məsələ qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olub-olmaması məsələsidir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2013-cü il tarixli qətnaməsi 2014-cü ildən qüvvəyə minsə də, iddiaçılar hüquqdan sui istifadə edərək əsassız olaraq, ardıcıl surətdə bir neçə iddialar qaldırmaqla həmin qətnamənin icrasına maneələr törətmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 120-ci maddəsinə müvafiq olaraq məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. İş materiallarından göründüyü kimi də, iddiaçılar bu qədər iddialar qaldırmaqla qüvvəyə minmiş qətnamənin bir neçə il icrasına maneəçilik törətmişdirlər. Qeyd olunanlara görə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iddiaçılardan müştərək qaydada 600 manat pul məbləğinin dövlətin büdcəsinin xeyrinə MPM-nin 120-ci maddəsinə əsasən tutulmasını zəruri hesab edir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı və MPM-nin 120-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar xx qızı, xx qızı və xxx qızının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli 21(103)-1769/2018 nömrəli qərardadı dəyişdirilmə dən qüvvədə saxlanılsın. İddiaçılar xx qızı, xx qızı və xxx qızından müştərək qaydada 600 manat pul məbləğinin dövlətin büdcəsinin xeyrinə tutulsun. Qərarın bu hissəsinin icrası Cavabdeh1nə tapşırılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar