Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-459/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR (açar sözlər: qanunvericiliklə əsl olmayan cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4, vəkili X8 oğlunun iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəli rlər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)2546/2019 saylı qərardadından cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və onun vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli, **********028700 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu təsdiq edilmişdir və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi də Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil edildiyindən, həmin sərəncama əsasən iş üzrə cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilməsinə etiraz etmədiyini bildirmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)2447/2019 saylı qərardadı ilə iş üzrə ilk cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilmişdir (hakim – E.M.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2546/2019 saylı qərardadı ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərardadından Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən ayrıayrılıqda verilmiş şikayətlər üzrə apellyasiya icraatı mümkün sayılmamış və apellyasiya şikayətlərinin qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadından cav abdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və onun vəkili Vəkil2 kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsini və Vergilər Nazirliyi əsl cavabdeh olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, X1 müstəqil qaydada mübahisələndirilməyən qərardadların tərkibində tərəfin əvəz edilməsi barədə qərardadlar nəzərdə tutulmamış, belə ki, məhkəmə ilkin cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə dair qəbul etdiyi qərardadında yeganə əsas kimi Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1340 nömrəli sərəncamına istinad etmiş, qeyd olunan sərəncama əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu təsdiq edilmiş və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin struktura daxil edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli, 1340 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu təsdiq edilmiş, həmin struktur Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatı (baş idarələr, idarələr, şöbələr və bölmələr) və Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlardan ibarət olmuşdur ki, onlara da Milli Gəlirlər Baş İdarəsi, Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsi, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi, Aksizli və X2 Nəzarət Baş İdarəsi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdar əsi, Bakı şəhəri X7 üzrə Baş idarəsi, Çağrı Mərkəzi (baş idarə səlahiyyətli) və yerli bölmələr (baş idarələr, idarələr və şöbələr) aid edilmiş, inzibati orqan hesab edilən Vergilər Nazirliyinin yeni qurumları yaradılmamış, nazirliyin mövcud olduğu departamentlər yeni struktura əsasən baş idarələr adlandırılmışdır ki, bu da yeni inzibati orqanın yaradılması kimi şərh oluna bilməz, Vergilər Nazirliyinin yeni strukturuna əsasən departamentlərin inzibati binası, yerləşdiyi yer və uçotda olan vergi ödəyicilərin dairəsi dəyişdirilməmiş, yalnız adında “departament” sözləri “baş idarə” sözləri ilə əvəz edilmişdir, bu isə departamentlərin ləğv edilərək onların maddi-texniki bazasında yeni qurum olan baş idarələrin yaradılmasına dəlalət etmir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X6 və vəkil i X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli məhkəmə qərardadının ləğv edilməsini və Vergilər Nazirliyi əsl cavabdeh olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respubl ikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassa siya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin nümayəndəsi X4, vəkili X3 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2546/2019 saylı qərardadı dəyi şdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdeh əvəz edilən zaman iddiaçının razılığı tələb edilir, hazırki iş üzrə isə iddiaçı əsl olmayan tərəfin əvəz olunmasına etiraz etmədiyini bildirmiş, lakin qərardad ilkin əsl olmayan və əvəz edilmiş əsl cavabdehlər tərəfindən mübahisələndirilmiş, qanunvericiliyə əsasən əsl olmayan cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığından, apellyasiya şikayətləri mümkün sayılmamalıdır, həmçinin iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərar Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edildiyi üçün iddianın təmin olunacağı halda qə rarın Nazirlik tərəfindən icra oluna biləcəyi sual altındadır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə istinadla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məcəllənin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83.3-cü maddəsinə əsasən aşağıdakı məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz: 83.3.1. məhkəmə prosesinin aparılması qaydaları haqqında məhkəmə qərardadlarının (sərəncamlarının); 83.3.2. məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında məhkəmə qərardadlarının; 83.3.3. sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd edilməsi haqqında məhkəmə qərardadlarının; 83.3.4. müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarının; 83.3.5. hakimlərə, məhkəmə tərkiblərinə etirazlar ilə bağlı məhkəmə qərardadlarının; 83.3.6. bu Məcəllənin 21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3-cü, 55.4-cü və 77.2-ci maddələrində nəzərdə tutulmuş hallarda. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər üzrə apellyasiya icra atının mümkün sayılmaması və apellyasiya şikayətlərinin qəbulundan imtina edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh əvəz edilən zaman iddiaçının razılığının tələb edildiyini, hazırki iş üzrə isə iddiaçının əsl olmayan tərəfin əvəz olunmasına etiraz etmədiyini bildirsə də, məhkəmə qərardadının ilkin əsl olmayan və əvəz edilmiş cavabdehlər tərəfindən mübahisələndirildiyini, qanunvericilikdə əsl olmayan cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə qərardaddan şikayət verilməsinin nəzərdə tutulmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəb ul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)2546/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xx xxxxx 2019-cu il tarixli, 2-1(103)-2546/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-459/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-459/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver