Məhkəmə qərarları › İş №2-1(102)-459/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-459/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-459/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( yaşayış yeri üzrə qeydiyyata alınma ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “cavabdehin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1497/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xxxxndə qeydiyyatdadır. O, faktiki olaraq ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən özbaşına tikiliyə faktiki yaşadığı yer üzrə qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.

2. Cavabdeh 22.10.2018-ci il tarixli, 059-35027Q-3218 saylı məktubla iddiaçının müraciətini təmin etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehlər Bakı şəhər Baş Polis İdarəsinə, Cavabdeh2nə, Azərbayc an Respublikası Daxili İşlər Nazirliyinə və Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin qeydiyyatda olduqları ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması, həmçinin Daxili İşlər Nazirliyinin məsul vəzifəli şəxsləri tərəfindən vurulmuş 100 manat məbləğində maddi və mənəvi ziyanın hesablanaraq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun cavabdehin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2-1(81)2489/2019 saylı qərardadı ilə Binəqədi rayon Polis İdarəsi c avabdeh qismində qəbul edilərək, Bakı şəhər Baş Polis İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Lənkəran şəhər Polis İdarəsi cavabdehlər siyahısından çıxarılmışlar.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonunda qeydiyyatdadır, lakin 2015-ci ildən ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Yeni yaşayış massivi adlanan ərazidə yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Buna səbəb isə yaşadığı fərdi evin mülkiyyət hüququnu təsdiq edən tələb olunan sənədlərdən hər hansı birinin olmamasıdır. Yaşayış yeri üzrə qeydiyyata alına bilmədiyindən bir çox hüquqları pozulur. Belə ki, ölkədə keçirilən seçkilərdə iştirak edə bilmir, işsizlik müavinəti almaq üçün müvafiq orqana müraciət edə bilmir, tibbi müayinədən keçə bilmir, ya şadığı şəhərdə sürücülük vəsiqəsi almaq üçün imtahan verə bilmir və digər sənəd məsələlərində əziyyət çəkir və nəticədə ölkə vətəndaşı olaraq hüquqları pozulur. Buna görə də məsələnin öz hüquqi həllini tapmasında köməklik göstərilməsi üçün həm bilavasitə Daxili İşlər Nazirliyinə, həm də Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir. Binəqədi rayon Polis İdarəsi tərəfindən verilən cavab məktubunda ailə üzvləri ilə birlikdə yaşadığı faktiki evə qeydiyyata alınması üçün təkcə zəruri sənədlərin siyahısı göstərilmiş və nəticədə məsələ öz hüquqi həllini tapmamışdır. Buna görə məsələnin öz hüquqi həllini tapması, hüquqlarının pozulmasına son qoyulması üçün qeydiyyatda olduğu, amma faktiki yaşamadığı yerdən qeydiyyatdan çıxarılması və Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata yazılması zəruridir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, e-2-1(81)2489/2019 saylı qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırda başqa ünvanda pasport qeydiyyatında olduğundan, həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadığı müəyyən edildiyindən, həmçinin qanunvericilikdə şəxsin digər ünvanda qeydiyyatda olduğu halda, faktiki yaşayış yeri üzrə qeydiyyata alınması üçün sənədlər olmadığı təqdirdə onun rayon polis idarəsinin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınmasına əsaslar olmadığından iddia rədd edilməlidir.

9. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin tə min edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2320/2019 saylı, 17 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, e-2-1(81)-2489/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qə rar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)540/2020 saylı, 17 iyun 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: Z.M.Quliyev və İ.Ə.Şəfiyev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının e-2-1(103)-2320/2019 saylı, 17 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının qeydiyyatda olduğu mənzilə mülkiyyət, habelə hər hansı əmlak hüququ olubolmamasını, Lənkəran şəhərində yaşayış yeri olub-olmamasını, həqiqətən yaşayış yeri ola n (olmayan) şəxs statusuna malik olmasını müəyyən etməmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1497/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, e-2-1(81)-2489/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikay ətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən İnzibati Prosessual Məcəllənin 12.1, 14.3, 58.7, 68.2, 69.3 və 82-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə ko llegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 22. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə

5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsi qəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqavil əsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqq ında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.

23. Azərbaycan Respublikası Prezidentinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 14.06.1996-cı il tarixli 493 nömrəli Fərmanı Bənd 2.1 Azərbaycan Respublikası vətəndaşlarının, 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərin və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarının yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Bənd 2.3 “Yaşayış yeri və olduğu yer üzrə qeyd iyyat haqqında” Qanunun 8-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunili yi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətində mübahisə edilən hallarla bağlı aşağıdakıları qeyd edir.

29. İşdən görünür ki, iddiaçı iddia ərizəsi, sonrada isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

30. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsassız hesab edərək iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, iddiaçı isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.

31. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən 10.04.2009-cu il tarixli MH ******* nömrəli çıxarışa əsasən, Liman şəhəri, Həzi Aslanov küçəsi 45 ünvandakı fərdi yaşayış evi X2 (1/4) və X1 (3/4) paylı mülkiyyətindədir. İddiaçı bildirmişdir ki, X3 onun atasıdır və Liman şəhəri, Həzi Aslanov küçəsi 45 ünvanı hazırda ünvan 3ya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu xxxx, xxxx ev onun atasının digər şəxslə birgə paylı mülkiyyətindədir, iddiaçının həmin ünvana hər hansı digər əmlak hüququnun mövcudluğu iş materialları ilə təsdiqini tapmır. İddiaçının yaşayış yeri Lənkəran şəhərindədir, yəni hüquqi baxımdan o, yaşayış yeri olan şəxsdir.

33. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Bu baxımdan, əgər iddiaçı qanuni anlamda yaşayış yerini, yəni xxxx, R.Rza küçəsi ev 48 ünvanı tərk edib, Bakı şəhərində özbaşına tikili olması onun özü tərəfindən də mübahisə edilməyən daşınmaz əmlakda yaşadığını irəli sürərək, Bakı şəhərində əvvəlcə faktiki yaşayış yeri üzrə, daha sonra yaşadığı inzibati ərazi vahidinin qeydiyyat orqanının inzibati binası üzrə qeydiyyata alınmasını tələb edirsə, bu halda onun bu iddiasının sahəvi qanunvericiliyin tələblərinə cavab verməsi mütləqdir.

34. Birinci halda, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqın da” AR Qanununun 5-ci maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin normaya görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Lakin, iddiaçı “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan sənədləri, yaşadığı əmlak özbaşına tikili olduğu üçün, təqdim edə bilmədiyindən, sözügedən normanın şərtləri onun tərəfindən yerinə yetirilmir.

35. İkinci halda isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.04.2003-cü il tarixli 55s nömrəli Sərəncamı yalnız yaşayış yeri olmayan şəxslərə şamil edilə bilər. Adıçəkilən Sərəncamla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə 2003-cü il 31 yanvar tarixli qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Lakin, iddiaçı, qeyd olunduğu kimi, yaşayış yeri olan şəxsdir, o bu yaşayış yerini (qeydiyyatda olduğu ünvanı) könüllü olaraq tərk etmişdir, hazırda yaşadığı özbaşına tikiliyə qeydiyyata alına bilməməsi isə nə cavabdeh inzibati orqanın, nə də bütövlükdə dövlətin məsul iyyət dairəsinə aid deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının “Vətəndaşların vəzifələrinin əsası” adlı 72ci maddəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər (İ). Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir (İİ). Qanunu bilməmək məsuliyyətdən azad etmir (İİİ). Qeyd olunan konstitusion prinsipə görə, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Özbaşına tikinti və onun nəticələri”ni tənzimləyən 180-ci maddəsi barədə məlumatlı idi, yaxud olmalı idi. O dur ki, iddiaçının, könüllü olaraq, şəxsi subyektiv mülahizələrlə tərk etdiyi yaşayış yeri (yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan) üzrə seçkilərdə iştirak etməsi, işsizlik müavinəti alması üçün müvafiq orqana müraciət etməsi, tibbi müayinədən keçməsi, sürücülük vəsiqəsi almaq məqsədilə imtahan verməsi üçün heç bir qanuni əngəl mövcud olmamışdır və yoxdur, bu səbəbdən onun vətəndaş kimi hər hansı hüquqları pozulmur.

36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana əmlak (mülkiyyət, istifadə, icarə və sair) hüquqlarının yaranıb yaranması məsələsi də inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə təhqiqatının predmeti ola bilməz. Çünki, bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlmək lə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. Sadalanan bu hüquqların yalnız mövcud olub-olmaması, mövcuddursa inzibati orqanın həmin hüquqa müdaxiləsinin qanuni olub-olmaması məsələləri inzibati mühakimə icraatında araşdırıla bilər.

37. Qeyd olunanlara əsasən, cavabdehin iddiaçını yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində təsbit olunan hallarda iddiaçını yeni yaşayış yeri, AR Nazirlər Kabinetinin 09. 04.2003-cü il tarixli 55s nömrəli Sərəncamı ilə müəyyən edilən halda isə Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata almaq səlahiyyətinə malik olduğundan, iddiaçının birinci halda həmin maddə ilə tələb olunan sənədləri cavabdehə təqdim etməsi, ikinci halda isə yaşayış yeri olmayan şəxs statusuna malik olması zəruri idi ki, bu hallar da iş üzrə mövcud deyil.

38. Beləliklə, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində göstərilən sənədlərin təqdim olunmaması ilə əsasla ndırılan 22.10.2018-ci il tarixli 059-35027Q-3218 nömrəli imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

39. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

40. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1497/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar