Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4590/2025 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etdiyi qərarın mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Iddiaçı X2 cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)- ****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı tərəfindən 2021-ci ilin may ayı üçün təqdim edilmiş bəyannamə məlumatlarına əsasən cavabdeh kameral vergi yoxlaması keçirmiş və ## #### 2022-ci tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya 16.258,45 manat əlavə vergi məbləği hesablanmışdır.
2. Iddiaçı tərəfindən 2021-ci ilin iyun ayı üçün təqdim edilmiş bəyannamə məlumatlarına əsasən cavabdeh kameral vergi yoxlaması keçirmiş və ## ###### 2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya 32.184,57 manat əlavə vergi məbləği hesablanmışdır.
3. Cavabdeh hesablamanın əsası kimi qeyd etmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində ##.##.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32.184,57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.
4. Bundan sonra iddiaçı tərəfindən ##.##.2022-ci il tarixində 2021-ci ilin iyun ayı üzrə yeni ƏDV bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə üzrə aparılmış kameral yoxlama nəticəsində ## ###### 2022-ci il tarixli qərar ləğv edilmiş, ##.##.2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək iddiaçıya 32.184,57 manat əlavə vergi məbləği hesablanmışdır.
5. Son olaraq iddiaçı tərəfindən ##.##.2023-cü il tarixində 2021-ci ilin iyun ayı üzrə yeni ƏDV bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə üzrə aparılmış kameral yoxlama nəticəsində ##.##.2022-ci il tarixli qərar ləğv edilərək ##.##.2023-cü il tarixli, qərar qəbul edilərək iddiaçıya 32184.57 manat əlavə vergi məbləği hesablanmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a. Birinci instansiya məhkəməsindəki icraat
6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin iyun 2021-ci il dövrü üzrə ## ###### 2023-cü il tarixli **************** saylı, ƏDV may 2021-ci il dövrü üzrə ## #### 2022-ci il tarixli **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən onlara ünvanlanmış uyğunsuzluq məktublarına əsasən qeyd olunan iyun 2021-ci il ƏDV bəyannaməsinə baxılmış və heç bir kənarlaşma aşkar edilməmişdir. Göstərdikləri kənarlaşmanın mənbəyi barədə ilkin sənədlər mövcuddursa iddiaçıya təqdim edilməsi xahiş edilmişdir. Lakin vergi orqanı məktublarına məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir.
Cavabdehin etirazları:
8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən 2021-ci ilin may ayı üçün təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş **************** nömrəli uyğunsuzluq məktubunda qeyd edilən elektron qaimə-fakturalar (VHF-si) üzrə **************** nömrəli uyğunsuzluq məktubunda qeyd edilən ƏDV məbləğləri ödənilmədiyi üçün, bu elektron qaimə-fakturalar (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə ##.##.2022-ci il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 16258,45 manat əlavə vergi məbləği hesablanmış və bu barədə ##.##.2022-ci il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində ##.##.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32184.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə ##.##.2022-ci il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32184.57 manat əlavə vergi məbləği hesablanmış və bu barədə ##.##.2022-ci il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və yoxlama nəticəsində qəbul edilmiş qərarların ləğv edilməsi üçün hər hansı əsas yoxdur. ##.##.2022-ci il tarixli **************** saylı qərara dair bildirirlər ki, vergi ödəyicisi tərəfindən ##.##.2022-ci il tarixində təqdim edilmiş bəyannamə üzrə aparılmış kameral yoxlama zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində ##.##.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32184.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32184.57 manat əlavə vergi məbləği hesablanmış və bu barədə ##.##.2022-ci il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.
birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. ƏDV iyun 2021-ci il dövrü üzrə ## #### 2022-ci il tarixli **************** nömrəli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunurmu?
2. ƏDV may 2021-ci il dövrü üzrə ## #### 2022-ci il tarixli **************** nömrəli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunurmu?
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş */**** nömrəli ## #### 2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, “ƏDV iyun 2021-ci il dövrü üzrə ## #### 2022-ci il tarixli *************** nömrəli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunmur, ## #### 2022-ci il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın düzgünlüyü müəyyən olunur”.
11. Bakı Inzibati Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi qismən təmin edilmiş, cavabdehin ## ###### 2023-cü il tarixli **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.
12. Birinci instansiya məhkəməsi ## #### 2023-cü il tarixli, */**** saylı ekspert rəyinə istinad edərək hesab etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən vergi məbləğinin hesablanması barədə qərarlardan yalnız may 2021-ci il ƏDV üzrə hesablanmış vergi məbləği ilə bağlı qəbul edilmiş ## #### 2022-ci il tarixli **************** nömrəli qərarın düzgünlüyü müəyyən olunduğundan, iddiaçının tələbi qismən təmin edilməklə yalnız cavabdeh inzibati orqanın iddiaçıya iyun 2021-ci il ƏDV dövrü üzrə vergi məbləğinin hesablanması barədə düzgünlüyü müəyyən olunmayan ## ###### 2023-cü il tarixli **************** nömrəli qərarı ləğv edilməlidir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-in 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. ... təqdim edilmiş ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki sənədlərlə öz təsdiqini tapmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova - sədrlik edən və məruzəçi, Z.Quliyev və K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının **(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı iddianın təmin olunan hissəsində ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
18. Iddiaçı tərəfindən ##.##.2023-cü il tarixində 2021-ci ilin iyun ayı üzrə yeni ƏDV bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə üzrə aparılmış kameral yoxlama ilə ##.##.2022-ci il tarixli 2219021333222200 qərar ləğv edilərək ##.##.2023-cü il tarixli, **************** saylı qərar qəbul edilmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsinin baxış predmetini cavabdehin ##.##.2023-cü il tarixli, **************** saylı qərarı təşkil edir. Lakin istinad olunan ekspert rəyində isə həmin qərarla ləğv edilmiş ## #### 2022-ci il tarixli *************** nömrəli qərarın əsaslığına qiymət verilmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia predmetini təşkil etməyən və ümumiyyətlə ləğv edilmiş əlavə vergilərin hesablanması barədə cavabdehin qərarının yoxlanılması barədə keçirilmiş ekspertiza nəticəsi iddianın təmininin əsasını təşkil edə bilməz.
21. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə ekspert qarşısına ƏDV-nin hesablanmasının düzgün olub-olmaması kimi qoyulmuş, göstərilən suallara ekspert səlahiyyətlərindən kənar çıxaraq qanunvericiliyin normalarını tətbiq edilməsinə dair mülahizələrini bildirmişdir ki, bu da öz növbəsində ekspertin fəaliyyət dairəsinə aid deyil. Ekspert hesablamalara dair öz mülahizələrini bildirməli olduğu halda, Vergi Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə hüquqi mövqe bildirilmişdir.
22. Halbuki, hazırkı işin xüsusiyyətinə görə müəyyən olunmalı hal, iddiaçının ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsinin müəyyən edilməsindən asılı olduğu üçün hər iki tərəfin ƏDV tutulan əməliyyatların həcmini təsdiq edən müvafiq sənədləri tələb edərək onu müqayisəli şəkildə təhlil edib müvafiq rəyi məhkəməyə təqdim etməli idi.
23. Lakin işə cəlb edilmiş ekspert bu istiqamətdə tədqiqat aparmamış və nəticəsini əsaslandırmamışdır.
24. Qeyd edilənlərdən əlavə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı məhkəməyə vəsatətlə müraciət edərək ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarın da ləğv edildiyini bildirmişdir.
d. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər E.Ə.Əliyev - məruzəçi, G.M.Abbasova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmiş və cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin iyun 2021-ci il dövrü üzrə ## #### 2024-cü il tarixli, **************** saylı qərarı ləğv edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdeh Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinin iyun 2021-ci il dövrü üzrə ## #### 2024-cü il tarixli, **************** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə “cavabdeh Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ## #### 2024-cü il tarixli, **************** saylı qərarının ləğv edilməsi” kimi icraata qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh məhkəmə qərarının iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Tələbin təmin edilməyən hissəsi ilə iddiaçı razılaşmış və şikayət verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını iddia tələbinin təmin edilmiş - yəni “cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ## ###### 2023-cü il tarixli **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməsi” hissəsində yoxlayır. Işin ikinci apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında “iş materiallarında olan ƏDV tutulan əməliyyatların həcmini təsdiq edən sənədlər müqayisəli şəkildə təhlil edilərək Iyun 2021-ci il üzrə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyə müəyyən edilsin və iyun 2021 ƏDV üzrə ##.##.2024-cü il tarixli, **************** saylı qərarla cavabdeh tərəfindən hesablanmış 21187,10 manat vergi məbləği müəyyən edilirmi” sualları qoyulmuşdur. Təqdim edilmiş */**** nömrəli ## #### 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ƏDV iyun 2021-ci il dövrü üzrə ##.##.2024-cü il tarixli, **************** saylı qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunmamışdır. Eyni zamanda ƏDV tutulan əməliyyatların həcmini təsdiq edən sənədlər müqayisəli şəkildə təhlil edilərək 2021-ci ilin iyun ayı üzrə iddiaçının vergidən yayındırılacaq dövriyyəsinin mövcud olmadığı müəyyən edilmişdir. Göründüyü kimi vergi orqanının iddiaçıya münasibətdə qəbul etdiyi iyun 2021-ci il ƏDV dövrü üzrə vergi məbləğinin hesablanması barədə ## #### 2024-cü il tarixli, **************** saylı qərarının düzgünlüyü müəyyən olunmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, təqdim edilmiş ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki sənədlərlə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə cavabdehin dəlillərini əsassız hesab edərək, ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Odur ki, iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etməklə cavabdeh haqlı olmamış, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
27. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a. Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, vergi hesablanan dövriyyə cari hesabat ayınadək olan dövr ərzində vergi ödəyicisinin onlayn kassa məlumatlarına əsasən müəyyən edilmişdir. Həmin məlumatlar inzibati icraat zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş, iş materiallarına əlavə edilmiş və indi yenidən onlayn kassa məlumatlarına dair excel cədvəl formasında təqdim edilir. Bununla belə, məhkəmə bu məlumatların məzmununu və göstərdiyi əlaqəni müstəqil şəkildə araşdırmamış, faktiki halları özü qiymətləndirmək əvəzinə əsassız olaraq ekspertiza təyin etmişdir.
29. Ekspert tərəfindən tərtib edilən rəy ümumi xarakter daşıyır, yeni fakt və ya hüquqi qiymətləndirmə ortaya qoymur, yalnız sənədlərdəki məlumatları təkrarlayır. Məhkəmənin iş materiallarını birbaşa araşdırmaq və sübutları qiymətləndirmək əvəzinə, yalnız əsaslı hesab edilməməli olan bu rəyə istinad etməsi qərarın obyektiv və hərtərəfli araşdırma əsasında qəbul edilmədiyini göstərir. Məhkəmənin mövqeyi yalnız ekspert rəyinə əsaslanmış, lakin bu rəydə cavabdehin hesablamalarının hansı konkret səbəblərdən və hansı faktiki göstəricilərlə təsdiqini tapmadığı barədə əsaslandırma təqdim edilməmişdir. Bu isə qərarın tam, əsaslandırılmış və qanuna uyğun hesab edilməsinə imkan vermir.
30. Məhkəmə tərəfindən sübutların tam və obyektiv araşdırılmaması, təqdim olunmuş onlayn kassa məlumatlarına hüquqi qiymət verilməməsi və əsassız olaraq ekspertiza təyin edilməsi nəticəsində qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilməmişdir. Ekspert rəyi ümumi xarakter daşıyaraq yeni faktlar ortaya qoymamış, apellyasiya məhkəməsi isə yalnız həmin rəyə əsaslanaraq digər sübutları qiymətləndirməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən iş materiallarına əlavə edilmiş cədvəl məlumatlarında ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan dövr üzrə iddiaçı X1 ümumi dövriyyəsi barədə məlumat öz əksini tapmışdır. Həmin dövriyyə nəzərə alınmaqla aparılmış tədqiqat zamanı müəyyən olundu ki, 2021-ci ilin iyun ayı üzrə vergi orqanının hesabladığı vergi və dövriyyə barədə məlumatlar cədvəl şəklində yerləşdirilmişdir. Hazırkı tədqiqat zamanı isə müəyyən edilir ki, ƏDV-si 21187,10 manat məbləğində olan dövriyyənin 2021-ci ilin iyun ayında dövriyyəyə daxil olması və belə bir vergi barədə hər hansı bir əməliyyatın mövcud olmasını təsdiq edən sənəd iş materiallarında mövcud deyildir. Bununla bağlı iş materiallarında vergi ödəyicisinin ƏDVDH üzrə çıxarışı, kassa əməliyyatları, bank çıxarışları və s. mövcuddur ki, həmin sənədlərə nəzər yetirdikdə, o cümlədən ƏDV tutulan əməliyyatların həcmini təsdiq edən sənədlər müqayisəli şəkildə təhlil edilərək 2021ci ilin iyun ayı üzrə iddiaçının vergidən yayındırılacaq dövriyyəsinin mövcud olmadığı müəyyən olunur. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən ƏDV iyun 2021-ci il dövrü üzr ## #### 2024-cü il tarixli **************** nömrəli Qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunmur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ƏDV iyun 2021-ci il dövrü üzrə ## #### 2022-ci il tarixli **************** nömrəli Qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunmur. O cümlədən ƏDV tutulan əməliyyatların həcmini təsdiq edən sənədlər müqayisəli şəkildə təhlil edilir k, 2021-ci ilin iyun ayı üzr iddiaçının vergidən yayındırılacaq dövriyyəsinin mövcud olmadığı müəyyən olunur. Ekspert rəyindən göründüyü kimi, ƏDV iyun 2021-ci il dövrü üzrə ## #### 2024-cü il tarixli **************** nömrəli Qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunmamışdır. Ekspert tərəfindən təqdim edilmiş cavabda ekspertizaya təqdim edilmiş sənədlər tam və hərtərəfli şəkildə təhlil edilmişdir, lazımi araşdırma aparılmışdır. Ekspert rəyi işdəki sənədlərlə öz təsdiqini tapmış və əsaslandırılmış cavablarla tərtib edilmişdir. Cavabdeh orqan ekspert rəyində göstərilənlərə əsaslı bir etiraz təqdim edə bilməmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 37. Kameral vergi yoxlaması 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3 Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5 Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6 Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. ... Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.6. Bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 94. Sübut etmək vəzifəsi 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1.vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2.vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDVnin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt (mübahisənin yarandığı vaxt qüvvədə olan redaksiyada) 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1.nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2.qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3.malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə iddia müddətinin bitdiyi vaxt; 166.1.4.natura şəklində aparıldıqda, habelə barter edildikdə– aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5.əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6.tələb hüququ güzəşt edildikdə - güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir Maddə 101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
34. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədlər Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
40. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iyun 2021-ci il dövrü üzrə ƏDV məsuliyyətinə cəlb edilmə ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı iyun 2021-ci il dövrü üzrə ƏDV-yə cəlb edilməsi barədə cavabdehin ## #### 2024-cü il tarixli qərarının ləğvindən ibarətdir.
43. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi iddiaçı X2 əlavə vergi məsuliyyətinə cəlb edərkən ona əsaslanmışdır ki, uçot-baza məlumatına əsasən iddiaçının ##.##.2020-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyətinin “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olduğu, ##.##.2020-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı və vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2021-ci ilin iyun ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin qarşılıqlı əlaqələrin təhlili nəticəsində ##.##.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109.309,78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77.125,21 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32.184.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə ##.##.2021-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32184,57 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə ##.##.2021-ci il tarixli qərar göndərilmişdir. Vergi ödəyicisi ##.##.2022-ci il tarixdə 2021-ci ilin iyun ayı üçün göstəricisiz dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş və qarşılıqlı əlaqələrin təhlili nəticəsində yaranmış kənarlaşmaya görə ödəyiciyə yenidən ##.##.2022-ci il tarixli uyğunsuzluq məktubu göndərilmiş və kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi bildirilmişdir. Kənarlaşma vergi ödəyicisi tərəfindən aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32.184,57 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə ##.##.2022-ci il tarixli qərar göndərilmişdir. Vergi ödəyicisi ##.##.2022-ci və ##.##.2023-cü il tarixlərdə 2021-ci ilin iyun ayı üçün göstəricisiz dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və müvafiq olaraq ##.##.2022-ci və ##.##.2023-cü il tarixlərdə kameral vergi yoxlaması ilə hesablanmış məbləğ bərpa olunmuşdur. Araşdırma zamanı vergi ödəyicisinin ##.##.2020-ci il tarixdən ƏDV qeydiyyatının qüvvəyə minməsi ilə əlaqədar hesablanmış 32.184,57 manat vergi məbləğinin 10.997,47 manat hissəsinin (2020-ci ilin sentyabr ayına aid olan online kassanın göstəricisi) azaldılması məqsədəmüvafiq hesab edilmiş və ##.##.2024-cü il tarixdə 10.997,47 manat vergi məbləği azaldılaraq vergi ödəyicisinə qərar göndərilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi iddianın predmeti olan cavabdehin ## #### 2024-cü il tarixli qərarı ilə iddiaçı barəsində iyun 2021-ci il dövrü üzrə hesablanmış ƏDV-nin düzgünlüyü ilə bağlı ekspertiza təyin etmişdir.
45. Ekspert qarşısında “iş materiallarında olan ƏDV tutulan əməliyyatların həcmini təsdiq edən sənədlər müqayisəli şəkildə təhlil edilərək iyun 2021-ci il üzrə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyə müəyyən edilsin və iyun 2021 ƏDV üzrə ##.##.2024-cü il tarixli qərarla cavabdeh tərəfindən hesablanmış 21.187,10 manat vergi məbləği müəyyən edilirmi” sualları qoyulmuşdur.
46. Təqdim edilmiş */**** nömrəli ## #### 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ƏDV iyun 2021-ci il dövrü üzrə ##.##.2024-cü il tarixli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunmamışdır. Eyni zamanda ƏDV tutulan əməliyyatların həcmini təsdiq edən sənədlər müqayisəli şəkildə təhlil edilərək 2021-ci ilin iyun ayı üzrə iddiaçının vergidən yayındırılacaq dövriyyəsinin mövcud olmadığı müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası işdə olan onlayn kassa məlumatlarına istinadla bildirir ki, iddiaçı iyun 2021-ci il dövründə hər hansı əməliyyat aparmamışdır.
48. Cavabdeh iddiaçının iyun 2021-ci il dövrü üzrə iddiaçının hansı əməliyyatları aparması, həmin əməliyyatlar üzrə dövriyyə (ƏDV) barədə məhkəmələrə mötəbər sübut təqdim etməmişdir.
49. Bu əsasla məhkəmə kollegiyası həmçinin məhkəmə ekspertiza mərkəzinin təqdim etdiyi rəyi mötəbər hesab edir
50. Cavabdehin kassasiya şikayətinin dəlilində qeyd edilir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2021-ci ilin iyun ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinə dair ##.##.2020-ci il tarixdən cari hesabat ayınadək olan onlayn kassa məlumatlarına əsasən ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə ümumi ƏDV məbləği 109.309,78 manat təşkil etsə də, həmin dövrlər üzrə təqdim edilən bəyannamələrdə ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə iddiaçı tərəfindən hesablanmış ümumi ƏDV məbləği 77.125,21 manat olmuşdur. Nəticədə təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 32.184,57 manatməbləğində ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
51. Əvvəla, cavabdeh özü də şikayətində iddiaçının konkret olaraq iyun 2021-ci il dövrü üzrə hansı kassa məlumatlarına əsasən və hansı məbləğdə ƏDV-nin hesablanmadığı barədə hər hansı dəlilə istinad etməmişdir.
52. Digər tərəfdən, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə görə vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti (o cümlədən üfüqi monitorinq) zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir.
53. Iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tətbiq edilməsi (yoxlanılan dövr üzrə ƏDV məbləğinin iyun 2021-ci il dövrünə aid edilməsi) üçün iddiaçının uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilməlidir.
54. Işin hazırkı vəziyyətində cavabdeh iddiaçının uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığının aşkar edilməsi ilə bağlı dəlil irəli sürməmişdir. Cavabdehin dəlilinə görə onlayn kassa məlumatlarına görə ƏDV-nin az göstərilməsi müəyyən edilmişdir.
55. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarına istinad edərək bu qənaətə gəlir ki, iddiaçının iyun 2021-ci il dövrü üzrə ƏDV məsuliyyətinə cəlb edilməsi üçün əsaslar olmadığından apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
56. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.