Məhkəmə qərarları › İş №2-1(102)-4591/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4591/2025

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4591/2025 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh2 başçısının Masazır qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyev ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh2 başçısının Masazır qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində birinci icraat 1.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh2 Masazır kənd Nümayəndəliyinin ##.##.1995-ci il tarixli ** saylı sərəncamının və cavabdeh2 Masazır kənd Icra Nümayəndəliyinin ##.##.1996-cı il tarixli ** saylı vətəndaşlara torpaq sahəsi ayrılması barədə sərəncamının etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.Iddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0,0597 ha torpaq sahəsini ##.##.2010-cu il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında iddiaçı İddiaçı pulunu ödəməklə satıcı X2 alqısatqı yolu ilə almışdır. Bununla bağlı iddiaçının adına ##.##.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, həmçinin ##.##.2010-cu il tarixdə “torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Həmin vaxtdan etibarən uzun illərdir ki, torpaq sahəsi iddiaçının mülkiyyətində olmaqla faktiki istifadəsindədir, lakin iddiaçı bir neçə müddətdir ki, ölkə hüdudlarından kənarda yaşayır. Iddiaçıya bu yaxınlarda məlum olmuşdur ki, yuxarıda qeyd olunan ünvanda ona məxsus torpaq sahəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv edilmişdir. Iddiaçı bununla bağlı cavabdeh təşkilata müraciət edərək məsələni araşdırmağa cəhd etmişdir. Cavabdeh isə bununla bağlı öz məktubunda bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə (sədrlik edən hakim Ə.R.Səmədov) X2 adına olan ************ reyestr nömrəli çıxarış qismən, yəni 0,0647 ha hissədə ləğv edilmiş və onun əsasında həmin torpaq sahəsinə dair aparılmış əməliyyatlar nəticəsində verilmiş hüquqmüəyyənedici sənədlər etibarsız hesab edildiyindən, İddiaçı adına olan ************ reyestr nömrəli çıxarış ləğv edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi üzərində başqa şəxsin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yuxarıda göstərilənlərə əsasən ərizənin icrası mümkün olmamışdır. Bu səbəbdən iddia ərizəsilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək “İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına verilmiş ********** qeydiyyat nömrəli ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ##.##.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli ##.##.2023-cü il qeydiyyat tarixli ‘Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, Abşeron rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0,0597 ha torpaq sahəsinə dair iddiaçı İddiaçı adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsününün bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi Idarəsinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Yekun olaraq Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə iddia ərizəsi mümkün sayılmamışdır. Iddia ərizəsi məhkəməyə təqdim edən zaman İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına verilmiş ********** qeydiyyat nömrəli ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ##.##.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsini, Abşeron rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0,0597 ha torpaq sahəsinə dair iddiaçı İddiaçı adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsününün bərpa edilməsini tələb etmişdir. Məhkəmə isə qeyd etmişdir ki, hazırda qüvvədə olan ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında almışdır. Sözügedən torpaq sahəsinə dair kök sənəd isə cavabdeh2 Başçısının Masazır kənd nümayəndəliyi üzrə ##.##.1995-ci il tarixli ** saylı Sərəncamıdır. Sərəncam hazırda qüvvədə olduğundan sərəncam ləğv edilməmiş, dövlət reyestrindən çıxarışın ləğv edilməsi mümkün deyildir. Iddia ərizəsinə əlavə etdiyi cavabdeh2 Abşeron Rayon Dövlət Arxivinin 15.01,2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Xırdalan Südçülük-Tərəvəzçilik sovxozunun direktorunun ##.##.1995-ci il tarixli ** saylı sərəncamına əsasən X2 10 sot torpaq sahəsinin naturada bölgüsünü rayon memarlıq şöbəsilə razılaşdırıldıqdan sonra təhkim edilmiş həyətyanı torpaq sahəsində Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə ev tikdirilməsini məqsədəuyğun hesab edir. Iddia ərizəsinə əlavə etdiyi cavabdeh2 Abşeron Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan cavabdeh2 Masazır kənd Icra Nümayəndəliyinin sənədlərində ##.##.1995-ci il tarixli ** saylı sərəncam aşkar edilməmiş, eyni zamanda Abşeron Rayon Xırdalan Südçülük- Tərəvəzçilik sovxozunun 1990-1995-ci illərin işçilərin işə qəbul - işdən azad edilmə barədə əmrlər kitabında və cavabdeh2 Masazır kənd Icra Nümayəndəliyinin ##.##.1996-cı il tarixli ** saylı vətəndaşlara torpaq sahəsi ayrılması barədə sərəncamında X1 adı aşkar edilməmişdir. Göründüyü kimi qeyd olunan sərəncam kökü məlum olmayan sənəd üstündə yalnız kağızdan ibarət əhəmiyyətsiz əqddir. Bu səbəbdən iddiaçı qeyd olunan sərəncamın etibarsız hesab edilməsilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 3.Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərardadı ilə (hakim Q.Məmmədli) iddia mümkün sayılmamışdır. 4.Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, iddia tələbində qeyd olunan inzibati aktlar ##.##.1995-ci il və ##.##.1996-cı il tarixlərdə qəbul edilmişdir. Iddiaçı isə həmin torpaq sahəsini ##.##.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Daha sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən torpaq sahəsinə dair M.Əliyevanın adına aparılmış qeydiyyat 0,0647 ha torpaq sahəsinə münasibətdə ləğv edilmiş, eləcə də, həmin qeydiyyat əsasında həmin torpaq sahəsinə dair aparılmış qeydiyyatlar, o cümlədən, 0,0597 ha torpaq sahəsinə dair iddiaçının adına aparılmış qeydiyyat da ləğv edilmişdir. Həmin torpaq sahəsi hazırda üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs xüsusi mülkiyyətindədir. Qeyd olunan sərəncamlar qəbul edilən zaman iddiaçının torpaq sahəsinə dair hər hansı hüququ mövcud olmamışdır. Iddiaçı apaellyasiya şikayəti verərək qərardadın ləğv edilərək, işə mahiyyəti üzrə baxılması üçün onun birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(105)- ****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 7.Iddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri:

8. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmələr iddianın mümkün hesab edilməməsi qərarına gələn zaman qısa bir əsaslanma vermiş, iş üzrə araşdırma aparmadan iddianın mümkünsüz hesab edilməsi qərarına gəlmişlər. Iş üzrə birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində aparılan araşdırma zamanı məhkəmələr işin faktiki hallarına, proses iştirakçılarının mülahizələrində göstərdiyi faktlara və sübutlara istinad etmədən qərar qəbul edilmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

9. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. Iddia mümkün sayılmadıqda məhkəmə IPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar..

10. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

11.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 12.Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

13. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. 14.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 15.Iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. 16.Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Iddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. 17.Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. 18.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 19.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. Iddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. 20.Məhkəmə kollegiyasının qənaətinə görə, aşağıda qeyd olunmuş səbəblərdən hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. 21.Hazırkı iddia tələbi cavabdeh2 başçısının Masazır kənd nümayəndəliyi üzrə ##.##.1995-ci il tarixli ** saylı sərəncamının və cavabdeh2 Masazır kənd icra nümayəndəliyinin ##.##.1996-cı il tarixli, ** saylı vətəndaşlara torpaq sahəsi ayrılması barədə sərəncamının etibarsız hesab edilməsi barədədir. 22.Iş materiallarına əsasən müəyyən edilir ki, X2 ##.##.2010-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan torpaq sahəsinin 0,0597 ha hissəsini iddiaçıya satmışdır. Daha sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən torpaq sahəsinə dair M.Əliyevanın adına aparılmış qeydiyyat 0,0647 ha torpaq sahəsinə münasibətdə ləğv edilmiş, eləcə də, həmin qeydiyyat əsasında həmin torpaq sahəsinə dair aparılmış qeydiyyatlar, o cümlədən, 0,0597 ha torpaq sahəsinə dair iddiaçının adına aparılmış qeydiyyat da ləğv edilmişdir. Həmin torpaq sahəsi hazırda üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs xüsusi mülkiyyətindədir. 23.Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, iddia tələbində qeyd olunan inzibati aktlar ## ##### 1995-ci il və ## ###### 1996-cı il tarixlərdə qəbul edilmişdir. Iddiaçı isə həmin torpaq sahəsini ##.##.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Göründüyü kimi, qeyd olunan sərəncamlar qəbul edilən zaman iddiaçının torpaq sahəsinə dair hər hansı hüququ mövcud olmamışdır. Iddiaçı subyektiv hüququnu özünün istinad etdiyi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə itirmişdir. 24.Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işə baxmış məhkəmələr iddianın mümkünsüz sayılması ilə bağlı düzgün nəticəyə gəlmişlər. 25.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 26.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar