Məhkəmə qərarları › İş №2-1(102)-46/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-46/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-46/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, sosial sığorta haqlarının 2002-ci ilədək ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili Rəfiyeva Aygül İlham qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanı nda Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-308/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur və hazırda Bakı şəhərində yaşayır.

2. İddiaçıya məxsus hərbi biletdə və əmək kitabçasında əksini tapmış məlumatlara görə o, xx.xx.1970-xx.xx.1971-ci illərdə “Azərenerjitəmir” zavodunda tornaçı işləmiş, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək Sovet Ordusunda xidmət etmiş, xx.xx.1975-ci ildən xx.xx.1976-cı il tariədək P.Montin adına zavodda tornaçı, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı ilədək Avtomobil nəqliyyat kontoru AzMİİ “Xəzərbalıq” müəssisəsində sürücü, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək P.Montin adına zavodda tornaçı, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci ilədək Xətai (keçmiş Şaumyan) rayon yeyinti ticarəti idarəsi 60 saylı mağazada lotokçu, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilədək Şaumyan RYT 16 saylı mağazada satıcı, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək Nizami yeyinti ticarəti 16 saylı mağazada, daha sonra 6 saylı mağazada, xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci ilədək Bakı mexaniki sexində tornaçı, daha sonra sürücü işləmiş, xx.xx.1988-ci il tarixdən XTTTS DİM “Farmasiya” müəssisəsinə 3-cü dərəcəli sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixli əmrlə Birliyin tərkibində fəaliyyət göstərən Təmir-ti kinti sahəsinin bazasında “Xəzri” təmir tikinti və ticarət sahəsi təsis edilmiş, 48k saylı xx.xx.2004-cü il tarixli əmrlə xx.xx.2004-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh müraciətin təmin olunmasından imtina etmiş və xx.xx.2019-cu il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilədək olan əmək fəaliyyəti təsərrüfat hesablı müəssisədə olduğundan və həmin dövrdə məcburi dövlət sosial sığorta ayırmalarının ödənilməsi öz təsdiqini tapmadığından ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Dövlə t Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, əmək kitabçasına uyğun olaraq xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilədək işlədiyi müddətin sığorta stajına daxil edilməklə, xx.xx.2018-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Çünki xx.xx.1970-ci ildən xx.xx.2004-cü il tarixədək müxtəlif müəssisələrdə işləmişdir və bu barədə ona aid əmək kitabçasında işə daxil olma və işdən azad olma ilə bağlı müvafiq qeydlər aparılmışdır. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsini n xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)2039/2019 saylı qərarı ilə (hakim X.İmanov) iddia təmin edilmiş, xx.xx.1970-ci ildən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilməklə, İddiaçı 64 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu dur.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-308/2020 nömrəli qərarı ilə (hakimlər E.Nagiyeva (sədrlik edən və məruzəçi), V.Məmmədov və H.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2039/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun 63 yaşı xx.xx.2017-c i ildə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeydinə uyğun olaraq iddiaçının yaşa görə əmək pensiyası hüququ 64 yaşından, yəni xx.xx.2018-ci ildən yaranır. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının 64 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixə 25 ildən artıq (31 il 09 ay 13 gün) sosial sığorta stajının olması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində deyilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikas ı Qanununun 1.0.1, 1.0.2 və 21.1-ci maddələrinin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm sərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. İddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan əmək fəaliyyəti təsərrüfat hesablı olduğundan və həmin dövrdə məcburi dövlət sosial sığorta ayırmaları ödənilmədiyindən iddianın təmin edilməsi qanuni deyil, əsassızdır. Bu səbəbdən, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-308/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarı əsassızdır. Həmin qərarda maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasassiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. DSMF-nin Xətai rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, **********3 nömrəli imtina məktubu əsaslıdır. b. Kassasiya şikayətinə etirazlar

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili Rəfiyeva Aygül İlham qızı kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə q ərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 3.Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılı r. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... Maddə 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

18. «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.... 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. 19. "Vətəndaşların pensiya təminatı haqqında" Qanun (1974-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur) Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: Əmək (sosial sığort a) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını subut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayə tin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini t ələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, iddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil etmişdir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır.

25. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs:

1. Q anunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun.

26. İddiaçının pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

27. İddiaçının xx.xx.1970-ci ildən, xx.xx.2004-cü il tarixədək işləməsi onun adına açılmış əmək kitabçasında və “Xəzri” təmir-tikinti və ticarət sahəsinin 018 saylı, xx.xx.2019-cu il tarixli arayışında oz əksini tapmışdır.

28. İddiaçının əmək fəaliyyətinin əvvəlki dövründə, yəni xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanun, əmək kitabçasını iş stajını müəyyən edən əsas sənəd kimi qəbul edirdi.

29. Hazırda qüvvədə olan «“Əmək pensiyaları haqqında” Qanu na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2.1-ci bəndi də 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını müəyyən etmək üçün əmək kitabçasını mötəbər sübut kimi qəbul edir.

30. Cavabdeh iddiaçının əmək fəaliyyətinin xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilədək olan dövrünü qəbul etmir və bu mövqeyini onunla əsaslandırır ki, iddiçının bu dövrdə işlədiyi müəssisə təsərrüfat hesablı müəssisə olmuşdur və həmin dövrdə məcburi dövlət sosial sığorta ayırmalarının ödənilməsi öz təsdiqini tapmır.

31. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilədək işlədiyi XTTTS DİM “Farmasiya” müəssisəsi tərəf indən məcburi dövlət sosial sığorta ayırmalarının ödənilməməsi barədə heç bir sübut yoxdur. Cavabdeh bu barədə şifahi olaraq fikir irəli sürmüşdür və bunu təsdiq edən hər hansı sorğu, sorğuya cavab və s. təqdim olunmamışdır.

32. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” qanunun 19-cu maddəsnin tələbinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və ö z hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

33. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtinanın əsaslarını sübut etməlidir. Lakin cavabdeh tərəfindən iddiaçıya pensiya təyin olunarkən onun müraciəti ilə bağlı inzibati icraat aparması, mübahisələndirilən dövrdə iddiaçının işlədiyi müəssisə tərəfində sosial söğorta haqlarının ödənilməsini müəyyən etmək üçün sorğu verməsi və s. bu kimi məsələlərin araşdırıldığı müəyyən olunmur.

34. Göründüyü kimi, cavabdeh inzibatı orqan inzibati icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır.

35. Kassatotun iddiaçının işlədiyi “1988-cu ildən 1994-cü ilədək dövrdə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət so sial sığorta haqlarının ödənilməsi sığorta stajının hesablanması üçün əsas şərt kimi müəyyən olunmuşdur” dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, hazırda qüvvədə olan «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları»nın 3.1 və 3.2.1-ci bəndlərində, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.

36. Həmçinin qeyd edilməlidir ki, hazırkı işdə bu məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə həll edilməlidir. Çünki iddiaçının sosial s ığorta haqlarına istinadən mübahisələndirilən əmək stajının 1988-cu ildən xx.xx.2006-cı ilədək olan dövrü məhz həmin qanunun qüvvədə olduğu dövrə aiddir və müvafiq olaraq həmin dövrün pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi məsələsi də həmin Qanunun tələblərinə görə həll olunmalıdır.

37. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

38. Göründüyü kimi xx xxxxxx 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. xx xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır.

39. Bu normadan hərəkətlə iddiaçının 1998-xx.xx.2002-ci illərdə işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə təl əb olunmamalıdır. 2002-2006-cı illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının 1998-xx.xx.2006cı illərə aid işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir. Bu qaydada hesablandıqda iddiaçının əmək stajı 25 ildən çox təşkil edir.

40. Məhkəmə kollegiyası qeyd olunan əsaslardan çıxış etməklə hesab edir ki, apelyasiya məhkəməsi işin halları üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üşün əsaslar müəyyən olunmur.

41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-308/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar