Məhkəmə qərarları › İş №2-1(102)-46/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-46/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-46/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət ehtiyacları üçün alınan əmlaka görə kompensasiya) Hakimlər Səyyad Kərimov (sədrlik edən və məruzəçi), Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) kompensasiyanın və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2-1(103)654/202 1 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Əmlak Komitəsi tərəfindən iddiaçıya verilmiş “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 07.07.1997-ci il tarixli, 004776 №-li Şəhadətnaməyə əsasən tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan, Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən “Mexaniki Təmir Sahəsi” 2013-cü ildə ərazidə aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində cavabdeh tərəfindən sökülmüşdür. 2. 27.10.2018-ci il tarixdə İddiaçı sökülmüş qeyri-yaşayış sahəsinə görə ödənilməmiş kompensasiya ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin iddiaçının müraciətinə cavab tərəfindən cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKT LARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı ona məxsus Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşmiş və dövlət ehtiyacları üçün alınmış ümumi sahəsi 1124,4 kv.m (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) olan “Mexaniki Təmir Sahəsi”nin 1 kv.m-i 1000 manatdan hesablanmaqla, 1.124.400 manat kompensasiya məbləğindən ödənilməyən 891.667 manat pul vəsaitinin, 1.124.400 manat kompensasiya məbləğinin 20 %-i miqdarın da əlavənin, 10.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ərizədə Bakı şəhər Xətai rayon İcra Hakimiyyətini cavabdeh, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyini üçüncü şəx qismində göstərməklə, ona məxsus Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşmiş və dövlət ehtiyacları üçün alınaraq sökülmüş ümumi 1124,4 kv.m sahəsi (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) ola n “Mexaniki Təmir Sahəsi”nin 1 kv.m-i 1000 manatdan hesablanmaqla 1.124.400 manat kompensasiya məbləğindən ödənilməyən 891.667 manat pul vəsaitinin, 1.124.400 manat kompensasiya məbləğinin 20 %-i miqdarında əlavənin, 10.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 04.05.2011-ci il tarixli, 1490 saylı Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı”nın icrası ilə əlaqədar olaraq Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Məmmədov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi altına düşən müəssisə və obyektlərin köçürülməsi müvafiq tapşırıq əsasında həyata keçirilmişdir. Qeyd olunan proqram icra olunarkən Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 07.07.1997-ci il tarixli, 004776 №-li Şəhadətnamə ilə tam mülkiyyət hüququ əsasında ona məxsus, ümumi 1124,4 kv.m sahəsi (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) olan “Mexaniki Təmir Sahəsi” də sökülmüşdür. Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Ehtiyaclarının ödənilməsi və yerli qurumlarla iş şöbəsinin müdiri Y.Qənbərov tərəfindən imzalanmaqla təsdiqlənmiş “Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Məmmədov küçəsinin kəsişməsinə kimi olan ərazidə yerləşən özəl müəssisə və obyektlərə məxsus əmlakın (torpaq sahəsinin və tikilinin) geri alınması üçün ödəniləcək kompensasiya dair hesablama” cədvəlində 6-cı sırada ona məxsus Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən “Mexaniki Təmir Sahəsi” qeyd olunmuş və həmin “Mexaniki Təmir Sahəsi”nin bazar dəyərinə uyğun ilkin qiyməti 1 kv.m-i 1000 manatdan olmaqla 1.124.400 (bir milyon yüz iyirmi dörd min dörd yüz) manat müəyyən edilmişdir. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Ehtiyaclarının ödənilməsi və yerli qurumlarla iş şöbəsinin dəvət etdiyi müstəqil qiymətləndirici “Finreİndependent Member of X1” şirkəti tərəfindən 2013-cü ilin avqust ayında daşınmaz əmlakın qiymətləndirilməsi üzrə hesaba t tərtib edilmiş və həmin hesabatda ona məxsus “Mexaniki Təmir Sahəsi”nin bazar dəyəri 736.300 (yeddi yüz otuz altı min üç yüz) manat müəyyən edilmişdir. Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən “Mexaniki Təmir Sahəsi” sökülməmişdən öncə, Xətai Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri də daxil olmaqla, sökülmə prosesini icra edən məsul vəzifəli şəxslər onları əmin etmişdir ki, əmlak sahibləri dövlət ehtiyacları üçün alınan əmlakın bazar dəyərinə uyğun ilkin qiyməti 1 kv.m-i 1000 manatdan olmaqla kompensasiya məbləğini tam şəkildə alacaqlar. Sadəcə onlara bildirilmişdir ki, söküntüyə məruz qalan əmlak sayının çoxluğu ilə əlaqədar dövlət büdcəsindən bu məqsədlə ayrılacaq kompensasiya məbləği böyük olduğundan pulun ödənilməsini bir qədər gözləməli olacaqlar. Qeyd olunan ərazidə sö küntü işləri 21 avqust 2013-cü il tarixdən 31 avqust 2013-cü il tarixədək icra olunsa da, uzun müddət ərzində kompensasiya məbləğinin ödənilməsi mümkün olmamış, əmlakı sökülən şəxslərin müxtəlif yüksək dövlət orqanlarına şikayət xarakterli müraciətlərindən sonra, nəhayət 08 dekabr 2015-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri onu və ondan başqa bir neçə əmlak sahiblərini rayon icra hakimiyyətinə dəvət edərək kompensasiya məbləğinin Maliyyə Nazirliyi tərəfindən ayrıldığını, lakin ayrılan vəsaitin az olduğunu əsas gətirməklə ilkin mərhələdə sökülən əmlakların əvvəlcədən müəyyən olunmuş bazar dəyərinin bir hissəsini ödəyəcəklərini, qalan kompensasiya məbləğini isə bu məqsədlə dövlət büdcəsindən vəsait ayrıldıqca ödəyəcəklərini bildirmişlər. Bununla bağlı ona 08 dekabr 2 015-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyətində razılaşma aktı adlı sənədi imza etdirmiş və bu sənəd əsasında 232733 manat ödənəcəyini, qalan kompensasiya məbləğinin də bu qaydada hər dəfə dövlət büdcəsindən vəsait ayrıldıqca ödəyəcəklərini bildirmişlər. Həmin gün imza etdiyi sənədin surətini istəsə də, kompensasiya məbləğini tam aldıqdan sonra sənədlərin hamısının birlikdə təqdim ediləcəyi bildirilmişdir. 08 dekabr 2015-ci il tarixdən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, hər dəfə Xətai Rayon İcra Hakimiyyətinə ödənilməmiş kompensasiya məbləği ilə bağlı müraciət edəndə, hələ dövlət büdcəsindən vəsait ayrılmadığını və yaxın vaxtlarda ayrılacağını bildirməklə gözləməyi tövsiyə etmişlər. 27.10.2018-ci il tarixli məktubla Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək, ona m əxsus Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşmiş ümumi 1124,4 kv.m sahəsi (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) olan “Mexaniki Təmir Sahəsi”nin 1 kv.m-i 1000 manatdan hesablanmaqla, ******* manat məbləğində kompensasiyanın ödənilməyən 891667 manat pul vəsaitinin, həmçinin Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı əsasında hesablanacaq 20 % əlavə haqqın qısa müddətdə ödənilməsini təmin etməyi xahiş etmişdir. Lakin bu günə qədər müraciətinə heç bir cavab verilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-1248/2020 nömrəli (hakim Nəriman Abıyev) qərarı ilə iddiaçının tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işdə olan sənədlərə əsasən, Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşmiş və dövlət ehtiyacları üçün alınaraq sökülmüş ümumi 1.124,4 kv.m sahəsi (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) olan “Mexaniki Təmir Sahəsi” dövlət ehtiyacları üçün iddiaçıdan alınmış, qeyd olunan daşınmaz əmlaka görə iddiaçıya təyin olunmuş kompensassiya məbləği sonuncuya ödənilmişdir. İddiaçı razılaşma aktına imza edərək, kompensassiyanın məbləği ilə razı olduğunu və onu qəbul etdiyini təsdiq etmişdir.

7. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 0.06.2021-ci il tarixli, 2-1(103)-654/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Aida Hüseyn və Səadət Bəktaşi) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-1248/2020 saylı qərarı dəyişdirilmədən saxlamışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Xətai rayon icra hakimiyyəti tərəfindən heç bir komissiya yaradılmamış və heç bir formada qiymətləndirmə aparılmamışdır. Həmç inin göstərilmişdir ki, qeyd edilən komissiya 28.04.2014-cü il tarixdə yaradılmışdır. Halbuki ona məxsus qeyri-yaşayış sahəsi 2013-cü il tarixdə sökülmüşdür. Bakı İnzibati Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi sübutlara qeyri-obyektiv, qərəzli, birtərəfli və yarımçıq yanaşmış, prosessual və maddi hüquq normalarının tələblərini pozmaqla onlara qiymət vermişdir. Məhkəmə 08.12.2015-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində imzalanmış razılaşma aktı adlı sənədi tərəflərin imza etməsini, dəyərindən çox aşağı olan məbləğdə pulun, yəni 232.733 manat vəsaitin ödənilməsini əsas götürmüş və iddianı əsaslı hesab etməmişdir. Lakin məhkəmə araşdırma zamanı söküntünün 2013-cü il tarixdə icra edilməsini, 2015-ci ilin sonunadək mülkiyyətçiyə heç bir məbləğdə pul ödənilməməsini, faktiki olaraq mülkiyy ətçinin təklif edilmiş pulu götürməyə məcbur edilməsini, həmçinin ödənilən kompensasiyanın ədalətli olmamasını, bu səbəbdən də qanunvericiliyin bununla bağlı tələblərinin pozulmasını ümumiyyətlə nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etiraz

12. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Konstitusiyası Maddə13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə

29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mü lkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə

71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiy yəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 14. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyul an məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquq u pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 15.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanına n və qorunan hüququdur. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 246 bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir Maddə 246.1. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə a lınmalıdır. Maddə 246.2. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.3. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Maddə 246.4. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Maddə 246.5 Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. 16. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir.

17. «İnzibati icraat haqqında» Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzib ati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 18. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən dig ər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri gö stərilmişdir.

23. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, ş ikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apelyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi il ə kifayətlənmək mümkündür. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. İşin hallarından göründüyü kimi, hazırkı mübahisə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı”nın icrası üzrə Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Məmmədov küçəsinin kəsişməsinə qədər olan ərazidə yeni bulvar və avtomobil yolunun tikintisi çərçivəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin cavadeh tərəfindən alınması ilə əlaqədar hesablanmış kompensasiya məbbləğinin ödənilməmiş hissəsinin və bu zaman ona vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlıdır.

28. Bu qərarın 13-15-ci bəndində istinad olunan normalara görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət eh tiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 29. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

30. Qeyd olunan normaların müddəaları baxımından, mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.

31. Bununla bağ lı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.

32. Yuxarıda istinad olunan normalarda dövlət ehtiyacları üçün torpaqların alınması mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. B ununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, müəyyən ərazidə şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyəti ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır.

33. Lakin mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi bax ımından yetərli deyil, bu zaman həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalara, tələblərə və şərtlərə də əməl olunması zəruridir.

34. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir.

35. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, konkret mübahisəyə münasibətdə, iddiaçının mülkiyyət hüququna onun mülkiyyətində olan qeyriyaşayış sahəsinin sökülməsində ifadə olunan müdaxilə yuxarıda qeyd olunan tələblərə əməl olunmaqla icra edilmişdir.

36. Belə ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “Dövlət əmlak ının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadatnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən mexaniki təmir sahəsi 07.07.1997-ci il tarixdə İddiaçı tərəfindən alınmışdır və ona məxsusdur.

37. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” 10.06.2013-cü il tarixli, 225 saylı Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Sərəncamla Xətai rayon İcra hakimiyyətinə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsinin təmin edilməsi tapşırılmışdır.

38. Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş dekabr 2015-ci il tarixli “Razılaşma aktı”ndan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 10.06.2013-cü il tarixl i, 225 saylı Sərəncamının icrasını təmin etmək məqsədilə köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti Başçısının 28.04.2014-cü il tarixli, 126 saylı Sərəncamı əsasında müvafiq komissiya yaradılmışdır. Komissiya tərəfindən müəyyən edilmişdir ki, layihəyə görə ərazidə aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə qədər olan ərazidə yeni bulvar və avtomobil yolunun, həmçinin Xəqani Rüstəmov küçəsində yol qovşağının tikintisi ilə əlaqədar tikintilərin altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi zərurəti yaranmışdır. Əmlakın yerləşdiyi ərazidə və ona yaxın ərazidə aparılmış sorğulara əsasən, Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin 1 kv m-i üçün 20 % əlavə də hesablanmaqla, tikilinin sahəsinin 1 kv m-nin orta bazar qiyməti müəyyənləşdirilərək əmlak sahiblərinə təklif olunmuşdur. Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 4 ünvanında yerləşən mexaniki təmir sahəsinin qiymətləndirilməsi hüquqmüəyyənedici sənəd əsasında və tikililərin texniki vəziyyəti nəzərə alınmaqla aparılmışdır. Qiymətləndirmə nəticəsində Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinin tələbləri nəzərə alınaraq təyin olnmuş bazar qiymətinə 20,0% əlavə haqq hesablanmaqla qiymətləndirmə gününə sahibkara 358,05 kv.metr sahəsi ol an tikilinin real bazar dəyəri 232.733,00 manat müəyyənləşdirilmişdir.

39. Kompensasiyanın cəmi ödənilməli məbləği 232.733,00 manat müəyyən olunmuş və iddiaçıya həmin məbləğdə vəsait təklif edilmişdir. İddiaçı kompensasiyanın ödənilməsi üzrə müvafiq komissiyanın iclasında iştirak etmiş, razılaşma aktına imza edərək, kompensassiyanın məbləği ilə razı olduğunu və onu qəbul etdiyini təsdiq etmişdir.

40. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən olunur ki, iddiaçıya məxsus daşınmaz əmlaka görə təyin olunmuş kompensasiya məbləği iddiaçıya ödənilmişdir.

41. Nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan iddiaçı tərəfindən həmin razılaşdırma aktının mübahisələndirilmədiyi müəyyən edilmişdir. Məhkəməyə həmin aktın ləğvi, dəyişdirilməsi və ya etibarsız sayılması barədə hər hansı sübut təqdim edilməmişdir. Bu mənada razılaşdırma aktı üzrə öhdəliklərin yerinə yetirildiyi hallarda və həmin aktın qüvvədə olduğu müddətdə yenidən kompensasiya tələb etməkdə iddiaçı haqlı sayıla bilməz.

42. İddiaçı hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən ona mənəvi ziyan vurulmasını iddia etməsinə rəğmən, məhkəməyə ona belə ziyanın vurulmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Mənəvi zərərlə bağlı tələb irəli sürən iddiaçı mülkiyyətindən məhrum olma şəkli, inzibati orqanın mülkiyyətin alınması ilə bağlı belə davranış şəklinin ona neqativ təsiri kimi vacib xüsusatları məhkəmə qarşısında sübut etməli və bununla bağlı sübutmə vasitələrini məhkəməyə təqdim etməlidir. Belə ki, məhkəmə tərəfindən iddiaçıya mənəvi zərərin vurulması və mənəvi zərərə görə kompensasiya məhz həmin xüsusatl atlar nəzərə alınmaqla və qiymətləndirilməklə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Hazırkı mübahisədə iddiaçıya münasibətdə cavabdeh tərəfindən ona mənəvi zərərin vurulmasını şərtləndirən davranışın və ya halların mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Nəzərə almaq lazımdır ki, iddiaçının ona mənəvi ziyanın vurulmasını sadəcə olaraq bəyan və iddia etməsi həəqiqətən həmin zərərin vurulmasının, bununla bağlı müvafiq kompensasiyanın müəyyən edilməsi üçün yetərli sayıla bilməz.

43. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar baxımından apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və əsaslıdır.

44. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda şərh edilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.06.2021-ci il tarixli, 2-1(103)-654/2021 nömrəli qərarı dəyişdir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar