Məhkəmə qərarları › İş №2-1(102)-46/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-46/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-46/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yardımçı binaya dair arayışın (Forma 1) verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əml akın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-623/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus olan AZE seriyalı 0*******, nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

2. İ-ЖГ № 457048 nömrəli, xx.xx.1977-ci il tarixli nikah haqqında şəhadətnaməyə əsasən Aydın Rza oğlu ilə İddiaçı xx.xx.1977-ci ildə nikaha daxil olmuşlar. İş materiallarında olan AZ İİ № 057940 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 40 nömrə ilə müvafiq qeyd aparılmışdır. 3. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı İddiaçı miras əmlakdan tam irs almalıdır. 4. xx.xx.1997-ci ildə tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportuna əsasən, ünvan 2 ünvanında yerləşən təsərrüfat məqsədli yardımçı binanın tikildiyi il 1953-cü il, tikini sahəsi 18,0 kv.m, əsas sahəsi 18,0 kv.m təşkil edir.

5. İddiaçı cavabdehə müraciət edərək, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsini xahiş etmişdir.

6. Cavabdehin 12 mart 2021-ci il tarixli məktubu ilə iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı binaya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum X4 ilə xx.xx.1977-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. 29 dekabr 2019-cu il tarixdə X4 vəfat etmiş və buna dair 08 yanvar 2020-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. ünvan 2 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı bina xx.xx.1997-ci il tarixli texniki pasporta əsasən mərhum A.Nəsirovun adına qeydiyyatdan keçmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ şəhadətnaməsinə əsasən, mərhum A.Nəsirovun qanun üzrə vərəsəsi olan iddiaçı (arvadı) miras əmlaklarına tam varislik almışdır. Hazırda miras əmlakı olan ünvan 2 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı binaya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) əldə edilməsinə zərurət yarandığından, iddiaçının nümayəndəsi və vəkili tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əmlak Xidmətləri Məkanına 26 yanvar 2021-ci il tarixli, 22/21 saylı ərizə ilə müraciət edilmiş və vərəsəlik hüquqlarını təsdiq edən sənədlər həmin ərizəyə əlavə olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx. 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunanları əhatə edən arayış yazılı və ya elektron formada hüquq sahibinə (hüquq təsdiqedici sənəd), onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə verilir. Beləliklə, növbəti dəfə xx.xx.2021-ci il tarixli təkrar ərizə ilə iddiaçının özü tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, mərhum X3 məxsus ünvan 2 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı binaya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına a lınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsi xahiş edilmiş və zəruri sənədlər ərizənin qoşma hissəsinə əlavə olunmuşdur. Buna baxmayaraq, uzun müddət keçmiş və bu günədək qeyd edilən ərizələrə heç bir reaksiya verilməmiş və görülən tədbirlər barədə məlumat verilməmişdir.

9. Cavabdeh iddiaya dair etirazında göstərmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən təsərrüfat məqsədli yardımçı binaya dair məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qan ununun 5.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə (hüquqmüəyyənedici sənəd), onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Bununla bağlı İdarə tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsinə **********59 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilir.

10. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-5983/21 nömrəli qərarı (hakim A.Əhədova) ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddia predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla 26 ünvanında yaşayış binasının həyətində yerləşən 18.0 kv.metrdən ibarət yardımçı bina vaxtilə qazpaylaşdırıcı məntəqə olmuş, daha sonra iddiaçının mərhum əri A.R.Nəsirovun müraciəti əsasında ona Nərimanov rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə həmin binadan təsərrüfat məqsədi ilə istifadə etmək üçün verilmişdir. Qeyd edilən binaya dair xx.xx.1997ci il tarixdə tərtib edilmiş texniki pasportda texniki pasportun məhz “Qeyri-yaşayış fonduna daxil olan dövlət binaları və özəl obyektlərinin pasportu olduğu qeyd edilməklə, dolayısı ilə sözügedən obyekt dövlət binası olaraq təsərrüfat məqsədli yardımçı bina kimi təqdim edilmişdir. Həmçinin dövlət əmlakının idarə edilməsinə və sərəncam verilməsinə məsul olan dövlət orqanı Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda sözügedən yardımçı binanın dövlət əmlakı olduğu, onun vətəndaşın mülkiyyətinə deyil, istifadəsinə verildiyi və həmin əmlakdan istifadə edilməsi ilə bağlı Xidmətlə icarə müqaviləsinin bağlanılmasının zəruri olduğu bildirilmişdir.

12. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia etdiyi əmlakla bağlı qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. İş üzrə təqdim olunmuş sənədlərə əsasən iddia predmeti olan daşınmaz əmlak dövlət mülkiyyətində olan əmlak olmaqla iddiaçının mərhum ərinə yalnız istifadə üçün verildiyi müəyyən olunur. Belə olan halda cavabdeh orqanın iddiaçını n həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışı verməkdən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

13. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-623/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli (hakimlər: S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) qərarı ilə Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qərarı dəy işdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə əsaslanır. Şikayətdə 27 may 1997-ci il tarixli texniki pasportun məhkəmə tərəfindən hüquqmüəyyənedici sənəd hesab olunmamasına münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasın ın Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na 2001-ci il 1 yanvaradək tərtib olunmuş texniki pasport da aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, işin halları məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamış və bu səbəbdən iddiaçının hüquqlarının əsaslı şəkildə pozulması ilə qərar qəbul olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Mülki Məcəllə Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hü ququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə 2.0.2 Daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq xidmətin fəaliyyət istiqamətlərinə aiddir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 3 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat 2.1-ci bəndinə əsasən, arayışı əldə etmək üçün hüquq sahibi Xidmətin ərazi idarələrinə ərizə ilə müraciət etməlidir. Hüquq sahibi fiziki şəxs olduqda ərizəyə şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini, nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni və şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməlidir. 4.1-ci bəndinə görə, daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışda aşağıdakı məlumatlar g östərilir: 4.1.1. hüquq sahibinin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı); 4.1.2. daşınmaz əmlak obyektinin növü, ünvanı (olduğu yer), hüququn qeydə alındığı reyestr kitabının və vərəqinin nömrəsi; 4.1.3. mülkiyyətçilər haqqında məlumat (hüquq sahibinin adı, payı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi); 4.1.4. hüquqmüəyyənedici sənəd haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin nömrəsi və sənədin tarixi); 4.1.5 daşınmaz əmlakın təsviri: 4.1.5.1. torpaq sahəsi haqqında hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha), kateqoriyası, məqsədli istifadəsi; 4.1.5.2. su obyekti həcmi, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.3. çoxmənzilli yaşayış binası haqqında binanın tiki ldiyi il, mərtəbəliliyi, mənzillərin sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi, qeyri-yaşayış sahəsi, çoxmənzilli yaşayış binasının tərkibi (həyətyanı tikili və qurğular) haqqında məlumat (liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq, tikinti və şəhərsalma qanunvericiliyinin tələbləri nəzərə alınmaqla müəyyən edilən torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.4. qeyri-yaşayış binasının binanın tikildiyi il, mərtəbəliliyi, ümumi sahəsi (kv.m), tərkibi (həyətyanı tikili və qurğular) haqqında məlumat (liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha)); 4.1.5.5. qurğunun, çoxillik əkmənin, torpaq sahəsi haqqınd a məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.6. qeyri-yaşayış sahəsinin binanın tikildiyi il, mərtəbəliliyi, qeyri-yaşayış sahəsinin mərtəbəsi (yerləşdiyi mərtəbə), ümumi sahəsi (kv.m); 4.1.5.7. mənzilin yerləşdiyi binanın tikildiyi il, mərtəbəliliyi, mənzilin mərtəbəsi, yaşayış otaqlarının sayı, yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), ümumi sahəsi (kv.m); 4.1.5.8. fərdi yaşayış evi haqqında- liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter, mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.9. bağ evi və yaşayış evləri haqqında məlumat (liter, tikildiyi il, mərt əbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter (sıra №-si), mərtəbəliliyi, təyinatı (adı), tikintialtı sahə (kv.m), cəmi), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.10. əmlak kompleksi kimi müəssisə haqqında liter, binanın tikildiyi il, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.11. müəssisə filialının hüquqmüəyyənedici sənəd haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin nömrəsi və sənədin tarixi), müəssisə filialının tərkibi haqqında məlumat (liter, binanın tikildiyi il, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.6. məhdudlaşdırılma (yüklülük) haqqında məlumat; 8.2-ci bəndinə görə, müraciət etmiş şəxsə arayışın və ya arayış verilməsindən imtina edilməsi üçün bu Təlimatın 8.3-cü bəndində nəzərdə tutulmuş imtina halları mövcud olduqda əsaslandırılmış imtina məktubunun yazılı və ya elektron formada verilməsi 1 (bir) iş günü müddətində təmin edilməlidir. 8.3-cü bəndinə əsasən arayışın verilməsindən aşağıdakı hallarda imtina edilə bilər: 8.3.1. arayışın alınması üçün ərizə bu Təlimatın 1.2-ci bəndində göstərilmiş şəxslər tərəfindən verilmədikdə; 8.3.2. məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatı ləğv edildikdə. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 5.1-ci bəndinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2.1-c i maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır

23. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcr übəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikay ətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qal dırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyət baxımından iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağ lı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya tələb etdiyi arayışın verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Kassasiya şikayətinin Azərbayc an Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda 2001-ci il 1 yanvaradək tərtib olunmuş texniki pasportların da nəzərdə tutulması ilə bağlı əsas dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin Siyahıda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin dairəsi müəyyənləşdirilmişdir. İstinad olunan Siyahının 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı N azirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, 2.4-cü bəndində isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, Siyahıda digər şərtlər də nəzərə alınmaqla daşınmaz əmlaka dair texniki pasportların hamısı deyil, yalnız şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş pasportlar və üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahə sinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər qismində təsbit olunmuşdur.

32. Hazırkı mübahisəyə münasibətdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.1997-ci il tarixli texniki pasport isə Siyahıda nəzərdə tutulmuş anlamda nə şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport, nə də üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə verilmiş texniki pasport kimi qiymətləndirilə bilməz. Belə ki, ünvan 2 ünvanında yaşayış binasının həyətində yerləşən 18.0 kv.metrdən ibarət yardımçı bina vaxtilə qazpaylaşdırıcı məntəqə olmuş, daha sonra iddiaçının mərhum əri A.R.Nəsirovun müraciəti əsasında ona Nərimanov rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı əsasında təsərrüfat məqsədi ilə istifadə etmək üçün verilmişdir. Yəni həmin binanın qeyri-yaşayış, təsərrüfat təyinatlı əmlak olduğu, onun vətəndaşın mülkiyyətinə deyil, istifadəsinə verildiyi, üzərində istifadə hüququnun müvafiq qaydada reyestrdə qeydə alınmadığı iş üzrə materiallarla təsdiq olunur. Bu hallar iddiaçının özü tərəfindən də təkzib olunmur. Başqa sözlə, iddiaçının istinad etdiyi texniki pasport evə və ya üzərind ə mülkiyyət hüququ qeydə alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə deyil, yardımçı, qeyriyaşayış binasına münasibətdə tərtib olunduğundan, həmin texniki pasport Siyahının 1.11ci və 2.4-cü bəndlərində nəzərdə tutulmuş anlamda hüquqların əldə edilməsini təsdiq edən texniki pasport kimi təfsir oluna bilməz.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab edilməli, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 25 fevral 2022-ci il tarixli, 21(103)-623/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar