Məhkəmə qərarları › İş №2-1(102)-46/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-46/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-46/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələb inə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 2-1(103)-1262/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1983cü il tarixədək hərbi xidmətdə olmuşdur.

2. İddiaçı əmək kitabçasına əsasən, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Hallavar” sovxozunda fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Dilavər” sovxozunda fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək X7 Karbamid-melamin işəsalma sexində aparatura avadanlığının təmiri üzrə çilingər, qazelektrik qaynaqçısı, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək 2 saylı sexdə müvəqqəti olaraq elektrik maşınlarının və aparatlarının quraşdırıcısı, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Leytenant Şmidt” adına zavodun 1 saylı Poladəritmə sexində çilingər, təmirçi çilingər, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Bakı eksperimental mexaniki təmir” zavodunda elektrik çilingəri, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı “Ulduz” zavodu “Ulduz” İB HS və HKS sexində qəza-bərpa işləri üzrə çilingər, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Leytenant Şmidt” adına zavodunun 1 saylı Poladəritmə sexində təmirçi çilingər vəzifələrində işləmişdir.

3. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmas ını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (20 il 1 ay 27 gün – xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2003-cü il arasındakı dövrlər) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pen siyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17260,37 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, 52 ya şının tamam olduğu xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur, xx.xx.1981-ci ildən xx.xx.2003-cü ilə kimi 22 il ümumi əmək stajı, o cümlədən 10 il 10 ay güzəştli iş stajı vardır. Belə ki, o, xx.xx.1992-ci ildən xx.xx.2003-cü ilə kimi Səttarxan (keçmiş L.Şmidt) adına zavodun xüsusilə zərərli əmək sahəsi olan 1 saylı Poladtökmə sexində təmirçi çilingər peşəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahının “Metallurgiya istehsalatı” adlı İİİ bölməsinin 2-ci bəndinin 1030200a-1753a yarımbəndində nəzərdə tut ulmuşdur. O, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, 52 yaşının tamam olduğu xx.xx.2015ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdeh iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndini tətbiq etməli olduğu halda, imtina məktubunda həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə istinad edərək onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş ümumi stajının 25 ildən az, yəni 20 il 1 ay 27 gün olduğunu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum m əbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini qeyd etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır.

7. Cavabdehin iddiaya qarşı etirazında göstərdiyi dəlillər onun imtina məktubunun dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (19 il 5 ay), güzəştli iş stajı isə 10 ildən az (7 il 8 ay 19 gün) təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-2744/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim olunmuş arxiv arayışları da nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının mövcud olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlibgəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarda (“Güzəştli arayış”da) qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçının istinad etdiyi əmək kitabçasında qeyd olunan peşələr əmək şəraiti zərərli olan işlərə aid edilməmişdir. Belə ki, idd iaçının işlədiyi Leytenant Şmidt adına zavod (1 saylı Poladəritmə sexində çilingər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “Metallurgiya istehsalatı” bölməsinə (İİİ) aid deyil. Belə ki, qeyd olunan bölmədə aşağıdakı sahələr nəzərdə tutulmuşdur:

1. Domna istehsalatı (kod ********) - a) fəhlələr (kod 1030100a) - təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları (kod 103010 0a—1753a). Məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi sahənin “Domna istehsalatı”na aid olmadığı müəyyən olunmuşdur. Bu isə o deməkdir ki, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya ins tansiyası məhkəməsində birinci icraat

11. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə bir zavodda, bir sexdə işləmişdir. O, 1974-cü il tarixdən həmin zavodda işləməyə başlamış, iddiaçını isə 1980-ci il tarixdən tanımağa başlamışdır. O, 1992-ci il tarixdə qazla kəsici peşəsində işləmiş, həmin tarixdə iddiaçı onun yanında çilingər peşəsində işləmişdir. O, hal-hazırda 2007-ci il tarixdən, 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. Zavod sökülməsinə baxmayaraq iki sex qalmışdır və o, pensiyaya çıxdıqdan sonra da orada işləmişdir.

12. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə bir zavodda işləmişdir. Zavod əvv əllər Leytenant Şmidt adına, sonradan Səttarxan adına zavod adlandırıldı. Onlar təxminən 1990-cı illərdən birlikdə işləmişlər. O, özü isə 1977-ci il tarixdən həmin zavodda işləməyə başlamışdır. Zavodda bir neçə sex fəaliyyət göstərirdi. Onların işlədiyi sex 1 nömrəli Poladəritmə sexi idi. O, zavodda çapıcı, qazla kəsici peşələrində işləmiş, iddiaçı isə çapıcı alətlərin təmiri ilə məşğul idi, bir sözlə iddiaçı çilingər peşəsində işləyirdi. O, zavod sökülənədək orada işləmişdir. Lakin iddiaçının oradan nə vaxt çıxdığı tarix yadında deyil. Zavod isə 2008-ci il tarixdə sökülmüşdür. Ağır sahədə işlədiyinə görə 52 yaşından güzəştli şərtlərlə pensiya alır.

13. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş X3 məxsus xx.xx.2008-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına daxil olan i çliyin surətində qeyd edilmişdir ki, o, Leytenant Şmidt adına zavodda xx.xx.1974-xx.xx.1979, xx.xx.1980-xx.xx.1981, xx.xx.1984-xx.xx.1986, xx.xx.1987-xx.xx.1995-ci il tarixlərdə polad sexində qazla kəsici, L.Şmidt adına zavod "xxxx" ASC-ə çevrildikdən sonra xx.xx.2000-xx.xx.2007, xx.xx.2008xx.xx.2010-ci il tarixlərdə qazla kəsici peşəsində işləmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş X4 məxsus xx.xx.1977-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən o, Leytenant Şmidt adına zavodda xx.xx.1977-xx.xx.2010-cu il tarixlərdə çapıcı, qazla kəsici peşələrində işləmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş X10 Sistemindən çıxarışlara əsasən, X3 və X4 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının (hakimlər: Səadət Bəktaşi /sədrlik edən və məruzəçi/, Azər Hüseynov və Aida Hüseyn) 17 iyun 2022-ci il tarixli, 2-1(103)-1394/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-2744/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 52 yaşı xx.xx.2015-ci il tarixdə tamam olmuşdur və o, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər (2 il 1 ay 7 gün) həqiqi hərbi xidmətdə olmuş, əmək kitabçasına əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (4 ay 5 gün) “Hallavar” sovxozunda fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (7 ay 2 gün) “Dilavər” sovxozunda fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək (3 il 7 ay 20 gün) X7 Karbamid-melamin işəsalma sexində aparatura avadanlığının təmiri üzrə çilingər, qazelektrik qaynaqçısı, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək (2 ay) 2 saylı sexdə müvəqqəti olaraq elektrik maşınlarının və aparatlarının quraşdırıcısı, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək (1 il 9 ay 24 gün) Leytenant Şmidt adına zavodun 1 saylı Poladəritmə sexində çilingər, təmirçi çilingər, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (21 gün) Bakı eksperimental mexanikitəmir zavodunda elektrik çilingəri, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (7 ay 14 gün) Bakı “Ulduz” zavodu “Ulduz” İB HS və HKS sexində qəza-bərpa işləri üzrə çilingər, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək (10 il 10 ay 1 gün) L.Şmidt adına zavodun 1 saylı Poladəritmə sexində təmirçi çilingər peşələrində işləmişdir. İddiaçının hərbi xidmət müddəti nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 20 il 2 ay 4 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi güzəştli iş stajı ilə bağlı göstərmişdir ki, iddiaçı xx.xx. 1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Leytenant Şmidt adına zavodun 1 saylı Poladəritmə sexində çilingər, təmirçi çilingər və xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin zavodda 1 saylı Poladəritmə sexində təmirçi çilingər peşəsində işləmişdir. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli “Siyahı”nın İİİ Metallurgiya istehsalatı bölməsinin 2-ci bəndinin polad və ferroərintilər istehsalatının, kod 1030200a-1753a yarımbəndində göstərilən təmirçi çilingərlər peşəsinə uyğun hesab edilir. Bu müddətə iş stajı 12 il 7 ay 25 gündür. İddiaçının Leytenant Şmidt adına zavodun 1 saylı Poladəritmə sexində yuxarıda qeyd olunan siyahı üzrə işləməsi onunla birlikdə işləmiş X5 və X1 apellyasiy a baxışı zamanı şahid qismində verdikləri ifadələri və həmin şəxslərin özlərinin həmin dövrlərdə qeyd olunan zavodun Poladəritmə sexində işlədiklərini təsdiq edən və iş materiallarına əlavə edilmiş onlara məxsus əmək kitabçaları ilə sübut olunur. Məhkəmə araşdırması ilə iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 7 ay 25 gün güzəştli iş stajı olması öz təsdiqini tapmışdır.

19. İşin sadalanan halları ilə iddiaçının xx.xx.2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə (kod-1030200a-1753a) işləməsi tam sübuta yetirildiyindən onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cava bdeh qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Əmək pensiyası təyin edildikdən sonra onun yenidən hesablanması zaman yaranmış fərq məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Belə olan halda, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək, müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin ol unmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər: Nigar Rəsulbəyova /sədrlik edən və məruzəçi/, Kəmaləddin Bədəlov və İlqar Hüseynov) 01 noyabr 2022-ci il tarixli, 2-1(102)-1898/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2-1(103)1394/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışın təqdim edilməsi ilə bağlı zəruri həddə araşdırma a parmamış, iddiaçının Leytenant Şmidt adına zavodun 1 saylı Poladəritmə sexində yuxarıda qeyd olunan siyahı üzrə işləməsini onunla birlikdə işləmiş X2 və X1 apellyasiya baxışı zamanı şahid qismində verdikləri izahatları və həmin şəxslərin özlərinin həmin dövrlərdə qeyd olunan zavodun Poladəritmə sexində işlədiklərini təsdiq edən əmək kitabçaları, eyni zamanda pensiya altsistemindən çıxarışa əsasən həmin şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə əsaslandırmışdır. Halbuki apellyasiya instansiyası məhkəməsi qeyd edilən izahatlarla və həmin şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilməsi faktı ilə kifayətlənməyərək işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, iddiaçının işlədiyi Leytenant Şmidt adına zavodun hüquqi varisinin müəyyən edilməsi ilə bağlı müvafiq qurumlara – vergi xidmətinə, statistika idarəsinə, dövlət arxivinə, daşınmaz əmlakın dövlət reyestr xidmətinə və s. sorğular verməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin şahidlərin izahatlarını əsas kimi nəzərə alarkən iş üzrə əhəmiyyət kəsb edən halları tam araşdırmamış, həmin şəxslərin pensiya işlərini tələb edərək onlara hansı əsasla güzəştli şərtlərlə pensiya təyin edilməsini müəyyən etməmiş, qeyd edilən şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilərkən iş yerindən müvafiq arayışın təqdim edilib-edilməməsini yoxlamamış, arayış təqdim edildiyi halda iddiaçı barəsində də analoji arayışın əldə edilməsinə cəhd etməmiş, arayış olmadığı halda cavabdeh inzibati orqanın həmin şəxsl ərə pensiya təyin edilməsinin əsasları ilə bağlı iddiaçı barəsində analoji araşdırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi müəssisənin fəaliyyət göstərmədiyi və arxiv sənədlərinin müəyyən olunmadığı halda iddiaçının işlədiyi peşənin əmək funksiyalarının və müvafiq siyahıya uyğunluğunun yoxlanılması ilə bağlı analoji müəssisələrdə mövcud olan eyni adlı peşələrin müqayisəli təhlilini aparmamış, heç bir əsas olmadan iddiaçının işlədiyi vəzifəni güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. İş üzrə təkrar apellyasiya baxışı zamanı “çilingər” və “təmirçi çilingər” peşələrinin funksiyaları, həmin peşələrin zərərli sahəyə aid olub-olmaması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.199 3-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda hansı kod altında olan peşəyə uyğun gəlməsi məsələsinin araşdırılması məqsədilə “X11” QSCnin fəaliyyət istiqamətləri, həmin QSC-də zərərli sahədə “çilingər” və “təmirçi çilingər” peşələrinin mövcud olub-olmadığı, mövcud olduğu təqdirdə həmin peşələrin funksiyalarının nədən ibarət olması, vəzifə təlimatı barədə, bu peşələrdə fəaliyyət göstərən şəxsin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olub-olmadığı, həmin şəxsə icra etdiyi bu peşələrin funksiyaları ilə bağlı iş yerində han sı güzəştlərin tətbiq olunduğu və bu peşələrin, eyni zamanda iddiaçının işlədiyi “çilingər” və “təmirçi çilingər” peşələrinin funksiyalarının yuxarıda adıçəkilən Siyahıda hansı kod altında olan peşəyə uyğun gəlməsi barədə məhkəməyə ətraflı məlumat verilməsi ilə bağlı “X11” QSC-yə məhkəmə sorğusu verilmişdir.

24. Həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə “X11” tərəfindən məhkəməyə təqdim olunmuş məktubda qeyd edilmişdir ki, Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan “X11” QSC ölkəmizin və Cənubi Qafqazın ən böyük, qabaqcıl poladəritmə müəssisəsidir və bu sahədə uzun illərdir fəaliyyət göstərir. 2010-cu ildən etibarən tam şəkildə rekonstruksiya olunan BSC istehsal gücünü artırmaqla yanaşı, istehsal çeşidlərini artıraraq armatur, kvadrat pəstah, dairəvi pəstah, şveller, katanka (məftil), künclük, ikitavr, kvadrat və dəmir çubuq, habelə çeşidli fiqurlu tökmələr istehsal edir. Daim öz fəaliyyət dairəsini genişləndirən şirkət hal-hazırda iki ədəd elektrik qövs sobası, üç yayma xəttinə sahib olmaqla polad istehsalına görə illik istehsal gücünü ******* (bir milyon) tona çatdırmışdır. Məhkəmə sorğusundan məlum olduğu kimi, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Leytenant Şmidt adına zavodun 1 saylı Poladəritmə sexində “çilingər” və “təmirçi çilingər” vəzifələrində işləmişdir. Poladəritmə sexində “çilingər” və “təmirçi çilingər” vəzifələri “X11” QSC-nin Poladəritmə sexində “Poladəritmə sexinin avadanlıqlarının xidməti üzrə çilingər” vəzifəsi ilə eynilik təşkil edir. Qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx. xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin

2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması) bəndinin (a) fəhlələr yarımbəndində “təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” peşəsi ilə eynilik təşkil edir. “X11” QSC-nin Poladəritmə sexində “Poladəritmə sexinin avadanlıqlarının xidməti üzrə çilingər” isti və zərərli iş şəraitində peşə təlimatına uyğun olaraq sahədə olan avadanlıqlar ın, alətlərin, tərtibatların düzgün istismar edilməsi, əsas detallarının və mexanizmlərinin yoxlanılması, sobaların, fasiləsiz pəstah tökmə maşınının yastıqlarının bərkidilməsi, hərarətinin yoxlanması, profilaktik baxış və təmir edilməsi, təmir olunan avadanlığın sınaqdan keçirilməsi və istehsalat üzrə işçilərə təhvil verilməsi, avadanlıqlarda baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması və s. işləri görür. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, “Poladəritmə sexinin avadanlıqlarının xidməti üzrə çilingər”in əmək fəaliyyəti isti və zərərli iş şəraitində polad və ferroərintilər istehsalı ilə bağlıdır. Bu səbəbdən qeyd edilən peşədə çalışan işçilər işlədikləri müddət ərzində bütün iş vaxtlarını isti və zərərli iş şəraitində polad və ferroərintilər istehsalatı sahələrində keçi rirlər. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan, iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən “Poladəritmə sexinin avadanlıqlarının xidməti üzrə çilingər”lərə işlədikləri dövrdə tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilir və zərərli iş şəraitinə görə onlara əlavə məzuniyyət günlərinin verilməsi təmin edilir.

25. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi tərəfindən oxşar müəssisə kimi Metaləritmə zavoduna da müvafiq məhkəmə sorğusu ünvanlanmışdır.

26. Həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, "xxxx" MMC-nin tərkibində qeyd edilən peşələrdən hazırda “təmirçi çilingər” peşəsi ü zrə işçilər çalışır. “Təmirçi çilingər” üzrə vəzifə təlimatı ehtiva edir: İstehsalat sahəsində olan avadanlıqları vaxtında və keyfiyyətli təmir etmək, planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən sahədəki avadanlıqların təmirini həyata keçirmək, avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırmaq və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək,dəzgahların mexanizm və qovşaqlarının, iş avadanlıqlarının təmirini həyata keçirmək, işçi alətlərin, köməkçi vasitələrin və s. uçotunu aparmaq və yenilərini hazırlamaq üçün sifarişlər vermək, istehsalat avadanlıqlarının nizamlanmasında iştirak etmək,işləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin etmək. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli siyahıları”nda nəzərdə tutulan peşələr üzrə güzəştlər həmin qərarda nəzərdə tutulduğu kimi iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin siyahıya müvafiq olaraq müəssisədə qara metalın istehsalı sahəsində 1030300a-1753a, 1070500a-17531 və 1030200a-1753a kodları üzrə “təmirçi çilingər” ştatları mövcuddur.

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 31 may 2023cü il tarixli, 2-1(103)-1262/2023 nömrəli qərarı ilə iddiaç ının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-2744/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

28. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının ümumi və güzəştli iş stajının, həmçinin pensiya kapitalının kifayət qədər olmaması təşkil edir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının - xx.xx.1981-xx.x x.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984cü il, xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2003-cü il arasındakı dövrlər üzrə 20 il 1 ay 27 gün olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 52 yaşı xx.xx.2015-ci il tarixdə tamam olmuşdur və hərbi xidmət müddəti də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 20 il 2 ay 4 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin aparılmış araşdırmalar nəticəsində iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Leytenant Şmidt adına zavodun 1 saylı Poladəritmə sexində çiling ər, təmirçi çilingər və xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin zavodda 1 saylı Poladəritmə sexində işlədiyi təmirçi çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının İİİ Metallurgiya istehsalatı bölməsinin 2-ci bəndinin polad və ferroərintilər istehsalatının, kod 1030200a-1753a yarımbəndində göstərilən təmirçi çilingərlər peşəsinə uyğun olduğuna görə bu hal ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. İddiaçının həmin zərərli peşədə iş stajı qanunla tələb olunan 10 ildən artıqdır.

29. O ki qaldı Ali Məhkəmənin hazırkı iş üzrə müvafiq qərarında göstərilən “apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş şəxslərin pensiya işlərinin tələb edilməsi ” barədə göstərişinə, bu barədə qeyd edilməlidir ki, həmin şəxslərin pensiya işləri tələb edilmiş və müəyyən edilmişdir ki, həmin şəxslər iddiaçı ilə eyni vəzifədə işləməsələr də, onlar iddiaçının işlədiyi müəssisədə qazla kəsici vəzifəsində işləmişlər və onlara cavabdeh qurum tərəfindən müvafiq növdə pensiya təyin olunmuşdur.

30. Bununla yanaşı, hazırkı işdə olan iddiaçıya ünvanlanmış imtina məktubundan, iddiaya dair etirazdan və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya kapitalının kifayət qədər olması da mübahisələndirilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunan ümumi və güzəştli stajı xx.xx.2006-cı il tarixədək toplandığı üçün həmin dövrdə qüvvədə olan q anunvericiliyin tələbinə görə ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi.

31. Beləliklə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt - 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə ilə eyni fəaliyyət növlü oxşar müəssisə tərəfindən ətraflı məzmunda verilmiş güzəştli arayışla təsdiq olunur. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci i nstansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur.

32. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

33. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının və iddiaya qarşı etirazının dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 35. “Əmək p ensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmay an pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 (hazırda qüvvədə olan redaksiyada). Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pens iyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. 36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiy a təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997 -ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Ə mək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin mü əyyən edilməsi üçün tədbirlər görür.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” İİİ. Metallurgiya istehsalatı 10300000 – (Qara metallar)

2. Polad və ferroərintilər istehsalatı 10302000 – metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması 1030200a – a) fəhlələr 1030200a—1753a – təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları

41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayət in təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliy i və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

45. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasi ya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

46. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

47. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşları n pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

48. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

49. Bununla belə, məhkəm ə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

50. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etmə yə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

51. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzib ati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

52. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. 53. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

54. Bu qərarın 35-36-cı bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 20 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 10 ilinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yə ni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.

55. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

56. Həmçinin iddiaçının işlədiyi peşələrin (“çilingər”, “təmirçi çilingər”) və sahənin polad və ferroərintilər istehsalatı sahəsinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisə (L.Şmidt adına zavod (sonradan "xxxx" ASC)) hazırda mövcud olmadığından, məhkəmə təcrübəsinə uyğun olaraq həmin sah ədə fəaliyyət göstərən müəssisələr (“X11” QSC, "xxxx" MMC) tərəfindən güzəştli iş stajı barədə arayışlar təqdim edilmiş, həmin arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

57. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilmə si imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

58. Həmçinin qeyd edilməlidir ki, cavabdehin imtina məktubunda iddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən az, yəni 20 il 1 ay 27 gün, sonradan iddiaya qarşı etirazında və kassasiya şikayətində isə 19 il 5 ay təşkil etdiyi bildirilmişdir. Qeyd edildiyi kimi, iddiaçının hazırkı tələbi üzrə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə xx.xx.2006-cı il tarixədək 20 il ümumi əmək stajı tələb olunur ki, iddiaçının da 20 ildən artıq ümumi əmək stajına malik olduğu apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir. Cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hər də fə yeni dəlillərə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən, şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə, prosessual qənaət prinsipinin tələbləri baxımından yolverilməzdir. Obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilib-edilməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır.

59. Kassasiya şikayətinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiy asının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı təkrar edilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Həmin normalarda isə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün belə şərt nəzərdə tutulmamışdır.

60. Odur ki, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

61. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Kons titusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

62. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 21(103)-1262/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar