Məhkəmə qərarları › İş №2-1(102)-46/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-46/2025

21.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-46/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ““sad ələşdirilmiş vergi ödəyicisi qeydiyyatının bərpa olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(103)-2115/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının fəaliyyət növləri barədə məlumata əsasən onun əsas fəaliyyət növü 56292 fəaliyyət kodu altında yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi, 93290 fəaliyyət kodu altında istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyəti, ******* fəaliyyət kodu altında əyləncə mərkəzlərinin fəaliyyətidir.

2. Vergi ödəyicisinin obyekti isə Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, ev.Park Çinar 3 M.0 ünvanda yerləşən "Lamiland" uşaq əyləncə mərkəzi olm uş, müvafiq obyekt xx.xx.2019-cu il tarixdə qeydiyyata qoyulmuş, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, "Lamiland" uşaq əyləncə mərkəzi adlı obyektin təsnifatı istirahət və əyləncə obyekti olaraq qeyd edilmiş, obyektin kodu: 93290, adı: istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət (əsas) kimi göstərilmişdir.

3. İddiaçının təqdim edilmiş e-qaimə fakturalara, ixrac əməliyyatlarına və ya onlayn kassa məlumatlarına əsasən, 2022-ci ilin dekabr ayı üzrə Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduğundan vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat barədə” **********8 nömrəli Bildirişdə qeyd olun muşdur ki, iddiaçı Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir (Qeydiyyatın qüvvəyə minmə tarixi: xx.xx.2022. Qeydiyyata alınma tarixi: xx.xx.2023).

4. İddiaçı cavabdehə ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi sadələşdirilmiş vergi mükəlləfiyyətinin aktivləşdirilməsi barədə bir neçə dəfə müraciət etmiş, sonuncu ilkin müraciətə cavab olaraq bildirmişdir ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək istəyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda, növbəti ayın ilk 10 günü ərzində uçotda olduğu vergi orqanına sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə et mək barədə məlumatı təqdim edir. Müvafiq məlumat forması təqdim edilmədikdə, həmin şəxslər Vergi Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır. Beləliklə, dövriyyə 2022-ci ilin noyabr ayında 200.000 manatdan artıq olduğundan və növbəti ayın ilk 10 günü ərzində sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmək barədə məlumat təqdim edilmədiyindən iddiaçı ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının təkrar müraciətinə cavab olaraq bildirmişdir ki, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifad ə edə bilər. Araşdırma zamanı uçot baza məlumatlarında əsas fəaliyyət növü “Yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olduğu halda, müvafiq fəaliyyət növü ilə bağlı aktiv obyekt müəyyən edilmədiyindən və eyni zamanda digər fəaliyyət növü “İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” növü olduğu üçün müraciətin icrası məqsədəmüvafiq hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlavə dəyər vergisi üzrə qeydiyyatın xx.xx.2022-ci il tarixdən ləğv edilməsi və həmin tarixdən sadələşdirilmiş vergi ödəyicisi hesab olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddi açı tələbini onunla əsaslandırmışdır ki, fəaliyyətinin ictimai iaşə fəaliyyəti olmasına və tərəfindən xx.xx.2022-ci il tarixdə ərizə təqdim edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən heç bir əsas olmadan xx.xx.2023-cü il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına alınmışdır. Əlavə dəyər vergisi üzrə qeydiyyatının ləğvi və yenidən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun bərpa edilməsi ilə bağlı vergi orqanına müraciət etsə də, vergi orqanı tərəfindən müraciəti üzrə haqlı tələbi icra edilməmişdir.

7. Cavabdeh iddia tələbinə yazılı etirazını işin hallarına və iddiaçının müraciətinə verdiyi cavabdakı dəlillərə istinadla əsaslandırmışdır.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) e-2-1(112)-10107/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və iddiaçın ın əlavə dəyər vergisi üzrə qeydiyyatının xx.xx.2022-ci il tarixdən ləğv edilməsi və həmin tarixdən sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixə iddiaçının dövriyyəsi 200.000 manatı keçmiş, bu zaman onun ƏDV qeydiyyatı barədə ərizə təqdim etmək, eləcə də sadələşdirilmiş vergi ödəyicisi kimi davam etmə barədə ərizə ilə müraciət etmək hüququ üçün 10 günlük müddətin axımı növbəti ayın, yəni dekabrın 1-dən başlamışdır. İddiaçı sadələşdirilmiş vergi ödəyicisi hüququndan istifadə etmə barədə ərizəsini vergi orqanına xx.xx.2022-ci il tarixdə təqdim etmiş, lakin vergi orqanı iddiaçının növbəti ayın 10 günü ərzində sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifa də etmək barədə məlumatın təqdim edilmədiyini, eləcə də iddiaçının obyektinin ictimai iaşə fəaliyyətinə uyğun olmadığını əsas gətirərək onu xx.xx.2023-cü il tarixdə, xx.xx.2022-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata almışdır. Cavabdehin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı üçün sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək barədə ərizəni təqdim etmək hüququ xx.xx.2022-ci il tarixdə yaranmış və sonuncunun qanunla xx.xx.2022-ci il tarixədək ərizəni təqdim etmək hüququ nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsa sən, hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. İşin hallarından görünür ki, iddiaçı üçün sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə barədə ərizəni təqdim etmək üçün son gün xx.xx.2022-ci il həftənin qeyri- iş gününə - şənbə gününə düşmüş, bu zaman Məcəllənin 68.2-ci maddəsinin tələbinə uyğun olaraq son gün növbəti iş günü -xx.xx.2022-ci il tarixi olmuşdur. Göründüyü kimi, iddiaçı müvafiq ərizəni qanunla nəzərdə tutulmuş müddətdə vergi orqanına təqdim etmişdir. Digər tərəfdən, iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə barədə ərizəni təqdim etmək hüququnun olub-olmaması, yəni Məcəllənin 155.1 və 218.1.2-ci maddələrinə əsasən ictimai iaşə faəliyyəti ilə məşğul olan şəxs kimi 8%-lə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun olması ilə bağlı isə qeyd edilməlidir ki, Məcəllənin 13.2.56-cı maddəsinə əsasən, ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. İşin hallarından görünür ki, iddiaçının uçot baza məlumatlarına əsasən əsas fəaliyyət növü “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi”, digər faəliyyət növü isə “istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” növü olmuşdur. İddiaçının vergi uçotuna alındığı əsas fəaliyyət növü ictimai iaşə fəaliyyəti növünə uyğundur. Cavabdeh iddiaçının əsas fəaliyyət növü ilə bağlı aktiv obyektinin müəyyən edilmədiyini iddia etsə də, işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ şəhər layihəsinin BW-30-31-32-33 torpaq sahəsində yerləşən 7 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 171.65 kv.m olan 23 saylı qeyri yaşayış sahəsini icarəyə götürmüş, həmin obyekt “Lamiland” uşaq əyləncə mərkəzi adı ilə vergi ödəyicisinin adına uçota alınmışdır. Uçot məlumatlarında qeyd edilən obyektin iddiaçının digər fəaliyyət növü-“istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” kodu üzrə uçota alınsa da, iddiaçının həmin obyektdə əsas fəaliyyəti “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olmuş, eyni zam anda həmin fəaliyyətə əlavə olaraq, eyni obyektdə digər fəaliyyət növü olan “istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” də həyata keçirmişdir. Təqdim edilmiş vergi ödəyicisi üzrə kassa əməliyyatları (onlayn kassa) ilə müəyyən olunur ki, sözügedən obyektdə TPS 320 smart POS markalı kassa aparatı quraşdırımış, cavabdeh özü də kassa əməliyyatları barədə məlumatda məhz Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ şəhər layihəsinin BW-30-31-32-33 torpaq sahəsində yerləşən 7 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 171.65 kv.m olan 23 saylı qeyri-yaşayış sahəsində quraşdırılmış kassa aparatı ödənişlərini nəzərə almış, dövriyyənin yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi əsas fəaliyyəti üzrə ödənilmiş vəsaitlərdən yarandığını qəbul etmişdir. Beləliklə, iddiaçı nın fəaliyyət göstərdiyi obyektin onun əsas fəaliyyət növü üzrə deyil, digər fəaliyyət növü üzrə qeydə alınması onun qeydə alınmış təsərrüfat obyektində yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi şəklində ictimai iaşə fəaliyyəti həyata keçirmədiyini iddia etməyə əsas vermir. Vergi ödəyicisinin təsərrüfat obyektini onun əsas fəaliyyət növü koduna uyğun qeydə alınmaması uçotla bağlı məlumatları dəqiqləşdirərək sistemə daxil etməyə məsul olan vergi orqanının məsuliyyət sferasına aid olduğundan və iddiaçının həmin obyektdə ictimai iaşə fəaliyyətini həyata keçirmədiyini təsdiq edən müvafiq sübutlar təqdim edilmədiyindən məhkəmə bu qənaətə gəlir ki, cavabdeh iddiaçının ərizəsini nəzərə alaraq onu sadələşdirilmiş vergi ödəyicisi qalmaq hüququndan məhrum etməkdə haqlı olmamışdır.

10. Cavabde h həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, S.R.Səlimova və M.N.Tağızadə) 30 may 2024-cü il tarixli, 21(103)-2115/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10107/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xah iş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. Cavabdeh kassasiya şikayətində işin hallarını və iddia tələbindəki etirazın dəlillərini sadalamış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iddiaçının “Lamiland” uşaq əyləncə mərkəzi kimi fəaliyyət göstərən obyektdə yeməkxana fəaliyyəti göstərməsini necə müəyyən etməsini, hansı sübutlara əsasən qeyd edilən halın öz təsdiqini tapmasını əsaslandırmamış, yalnız ehtimallar əsasında bu nəticəyə gəlmişdir. Məhkəmənin cavabdehin özünün də dövriyyənin yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi əsas fəaliyyəti üzrə ödənilmiş vəsaitlərdən yarandığını qəbul etməsi barədə dəlili əsassız olmaqla yanaşı, həm də reallığı əks etdirmir. Belə ki, cavabdeh tərəfindən iş materiallarına iddiaçının o nlayn kassa əməliyyatları üzrə çıxarışı əlavə edilmiş, həmin çıxarışdan iddiaçının dövriyyəsinin 200.000,0 manatdan artıq olduğu müəyyən edilmişdir. İddiaçı istirahət və əyləncə obyekti olaraq qeyd etdiyi obyektində dövriyyəsinin yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsindən, eyni zamanda istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyətdən formalaşdığını iddia etmiş, lakin qeyd edilənləri təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qərarında vergi ödəyicisinin təsərrüfat obyektinin onun əsas fəaliyyət növü koduna uyğun qeydə alınmamasını təsdiqləmiş, vergi ödəyicisi tərəfindən təhrif olunmuş məlumatın qeydiyyat ərizəsində göstərməsinə bəraət qazandırmış, bununla yanaşı, bu məlumatları dəqiqləşdirərək sistemə daxil etməyin vergi orqanının m əsuliyyət sferasına aid olduğunu qeyd etmiş, lakin bunun hansı qanunvericilik aktında öz əksini tapdığını və bununla hansı pozuntuya yol verməsini qərarında qeyd əsaslandırmamışdır. Təsərrüfat subyekti dedikdə, fiziki və hüquqi şəxsin xüsusi mülkiyyətində, balansında olan əmlakı və ya obyekti başa düşülür. Vergi ödəyicisi təsərrüfat subyektini qeydiyyata alarkən düzgün məlumatlar təqdim etməli, fəaliyyət sahəsinə uyğun kod seçməlidir. Vergi Məcəlləsində vergi ödəyicilərinin uçot məlumatlarının düzgün təqdim edilməməsinə görə bir sıra maliyyə sanksiyaları da nəzərdə tutulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.56. i ctimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti; Maddə

155. Qeydiyyata dair ərizə verilməsinin tələb edilməsi 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dai r ərizə verməyə borcludur. Maddə

218. Sadələşdirilmiş verginin ödəyiciləri 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir:... 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Maddə

221. Sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti və bəyannamənin verilməsi 221.6. Bu Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.

17. Azərbaycan Respublikasının İnzibati Pr osessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin veril məsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirm ədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanı lacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmədiyindən qərar ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

21. Belə ki, işin tərəflər arasında mübahisə edilən halı iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun olub-olmaması ilə bağlıdır.

22. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və həmçinin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçının 2022-ci ilin dekabr ayı üzrə sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olmuşdur.

23. Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyiciləri olsalar da, bu maddənin dispozisiya şərti şəxsin ictimai iaşə fəaliyyəti ilə məşğul olmasıdır ki, tərəflər arasında mübahisə də məhz bununla bağlıdır.

24. Cavabdeh iddiaçının əsas fəaliyyət növünün “Yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olduğu halda, müvafiq fəaliyyət növü ilə bağlı aktiv obyektinin olmamasına, eyni zamanda digər fəaliyyət növü - “İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” üzrə obyektinin (“Lamiland” uşaq əyləncə mərkəzi) olmasına, həmin obyektdə yeməkxana fəaliyyəti göstərməsinin müəyyən edilməməsinə istinadən iddiaçının ictimai iaşə fəaliyyəti ilə məşğul olmadığ ını bildirir.

25. İddiaçı isə yalnız formal olaraq bildirir ki, ictimai iaşə fəaliyyəti ilə məşğuldur.

26. İşə baxan apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə isə, iddiaçının vergi uçotuna alındığı əsas fəaliyyət növü ictimai iaşə fəaliyyəti növünə uyğundur... Uçot məlumatlarında qeyd edilən obyekt iddiaçının digər fəaliyyət növü“istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” kodu üzrə uçota alınsa da, iddiaçının həmin obyektdə əsas fəaliyyəti “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olmuş, eyni zamanda həmin fəaliyyətə əlavə olaraq eyni obyektdə digər fəaliyyət növü olan “istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət”i də həyata keçirmişdir. Təqdim edilmiş vergi ödəyicisi üzrə kassa əməliyyatlarından (onlayn kassa) müəyyən olunur ki, sözügedən obyektdə TPS 320 smart POS markalı kassa aparatı quraşdırılmış, cavabdeh özü də kassa əməliyyatları barədə məlumatda məhz Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ şəhər layihəsinin BW-30-31-32-33 torpaq sahəsində yerləşən 7 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 171.65 kv.m olan 23 saylı qeyriyaşayış sahəsində quraşdırılmış kassa aparatı ödənişlərini nəzərə almış, dövriyyənin yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi əsas fəaliyyəti üzrə ödənilmiş vəsaitlərdən yarandığını qəbul etmişdir. Beləliklə, iddiaçının fəaliyyət göstərdiyi obyektin onun əsas fəaliyyət növü üzrə deyil, digər fəaliyyət növü üzrə qeydə alınması onun qeydə alınmış təsərrüfat obyektində yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi şəklində ictimai iaşə fəaliyyəti həyata keçirmədiyini iddia etməy ə əsas vermir.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.56-cı maddəsinə əsasən, ictimai iaşə fəaliyyəti - fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir.

28. Tərəflərin dəlillərindən və iş materiallarında olan sübutlardan görünür ki, bir tərəfdən, iddiaçının kassa aparatı onun əsas fəaliyyət növü (“Yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi”) üzrə quraşdırılmış və iddiaçı həmin kassa aparatından istifadə etməklə dövriyyəsini rəsmiləşdirmişdir (dövriyyənin ümumi məbləği tərəflər arasında mübahisələndirilmir), digər tərəfdən, iddiaçının obyekti digər fəaliyyət növü (“İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət”) üzrə uçota alınmışdır. Həmçinin qeyd edilməlidir ki, tərəflər dəlillərinin əsası kimi kassa aparatının dövriyyəsindən və obyektin uçota alınmasına dair məlumatdan başqa hər hansı sübut təqdim etməmişlər.

29. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə düzgün nəticəyə gəlmək üçün aydınlaşdırılmalı məsələ iddiaçının həqiqətən, məhz hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti, başqa sözlə, ictimai iaşə fəaliyyəti ilə məşğul olub-olmamasıdır.

30. Qeyd edilməlidir ki, sahibkar (vergi ödəyicisi) qanunla başqa hal nəzərdə tutulmayıbsa, bir neçə fəaliyyət növü ilə məşğul ola bilər, eyni zamanda bu fəaliyyət növlərini bir obyektdə də icra edə bilər. 3

1. İddiaçının faktiki olaraq iki fəaliyyət növü üzrə uçota alınması onun iki fəaliyyət növü ilə də məşğul olması ehtimalını yaradır. Digər tərəfdən, hətta bir fəaliyyət növü üzrə uçota alınsa da belə, vergi ödəyicisinin sadələşdirilmiş verginin ödəyicisi olması üçün məhz hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti ilə məşğul olması tələb olunur.

32. Hazırkı iş materiallarında isə iddiaçının hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair yetərli sübutlar mövcud deyil. Kassa aparatının dövriyyəsi və obyektin uçota alınmasına dair məlumat şəxsin ictimai iaşə fəaliyyəti ilə həqiqətən məşğul olub-olmamasını müəyyən etmək üçün yetərli əsas hesab edilə bilməz.

33. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının ictimai iaşə fəaliyyəti ilə həqiqətən məşğul olub-olmaması ilə bağlı işin hallarını hərtərəfli araşdırmalıdır.

34. Bununla bağlı olaraq, təkrar apellyasiya baxışı zamanı X1 müvafiq sorğular (iddiaçının fəaliyyət göstərdiyi müəssisənin ictimai iaşə fəaliyyəti ilə məşğul olmasına dair hər hansı məlumat olub-olmaması, keçirilən yoxlamalar, nəzarət tədbirləri, alınan icazələr və sair barədə) verilə bilər. Bundan əlavə, iddiaçı müəssisədə mövcud olan kassa aparatının çeklərindəki qeydlərin tədqiq edilməsi iddiaçının fəaliyyəti ilə bağlı məlumat verə bilər. Belə ki, Vergi Məcəlləsinin 50.8.5-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeklərində malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidin in qiyməti və yekun məbləğ barədə məlumatlar olmalıdır.

35. Beləliklə, şəxsin ictimai iaşə fəaliyyəti ilə məşğul olub-olmaması ilə bağlı işin halları hərtərəfli araşdırıldıqdan sonra iş üzrə yekun nəticəyə gəlmək mümkündür.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 21(103)-2115/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar