Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-460/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR 27.02.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi X7, üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə İddiaçı-nin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı (X5 üçüncü şəxs olmaqla) sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-37/2018 saylı 30 avqust 2018-c i il tarixli qərarından üçüncü şəxs X8 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 27 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 19.03.2015-ci il tarixli, 98 saylı sərəncamı ilə xxxxküçəsində cizgidə göstərilən ərazidə tikilmiş mövcud olan 50.0 kv.m ölçüdə məntəqənin X2 (bundan sonra – üçüncü şəxs) adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı (bundan sonra - iddiaçı) Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, Xətai rayonu, xxxxküçəsi, 156-170 saylı yaşayış binasının yanında İddiaçı-yə məxsus RİQ-6-dan istilik mən təqələrinə gedən diametri 630 mm olan magistral istilik kəmərlərinin üstündə quraşdırılmış konpensatorun üzərində Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən aparılmış tikilinin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Xətai rayonu, xxxxküçəsi, 156-170 saylı yaşayış binasının yanında İddiaçı-yə məxsus RİQ-6-dan istilik məntəqələrinə gedən, konkret olaraq Xətai rayonunun bir hissəsini istilik enerjisi ilə təchiz edən diametri 630 mm olan magistral istilik kəmərlərinin üzərində quraşdırılmış konpessatorun üzərində Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən tikinti işləri aparılmışdır ki, bu da magistral istilik xətlərinin istismarını mümkünsüz edərək Xətai rayonunun bir hissəsini istilik enerjisi ilə təchiz edən istili k xətlərinin istismarını dayandıracaqdır. İstilik xəttinin üzəri zəbt olunaraq digər məqsədlər üçün istifadə edilir ki, bu isə Azərbaycan Respublikası Prezidentinin 06.06.2007-ci il tarixli Fərmanının 7-ci bəndinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Bundan əlavə, istilik təchizatı obyektlərinin və istilik xətlərinin üzərində və ya mühafizə zolağında tikinti işlərinin aparılması və ya digər məqsədlər üçün istifadə edilməsi “Tikinti norma və qaydaları”nın İİ - 36 - 73 8.14-cü bəndinin tələblərinə ziddir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə, MKTB-yə, Polis İdarəsinə dəfələrlə yazılı şəkildə qeyd olunan ünvanda aparılan tikinti işlərinin təcili saxlanılaraq sökülməsi barədə müvafiq tədbirlərin görülməsi ilə bağlı müraciət olunsa da, hər hansı bir əməli tədbir görülməmişdir. Xətai rayon MKTB tərəfindən Cəmiyyətin müraciəti cavablandırılmış və bildirilmişdir ki, xxxxküçəsi, 156 - 170 saylı yaşayış binasının yanında İddiaçı-yə məxsus RİQ-6-dan istilik məntəqələrinə gedən diametri 630 mm olan magistral istilik kəmərlərinin üzərində quraşdırılmış konpensatorun üzərində hər hansı tikinti aparılmır və qeyd olunan ünvan nəzarətdədir. Cəmiyyətin nümayəndələri tərəfindən əraziyə bir daha baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həqiqətən də magistral istilik xəttinin üzərində tikinti işləri aparılır. Qeyd edilənlərə əsasən iddiaçı göstərilən ünvanda magistral istilik kəmərlərinin üzərində tikilən tikilinin sökülməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xə tai rayon Məhkəməsinin 29.09.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.12.2015-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 29.09.2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində işə baxılarkən iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə gedişatı zamanı magistral istilik kəmərlərinin üzərində aparılan sözügedən tikinti işlərinin Xətai rayon İcra Hakimiyyətinin 19.03.2015-ci il tarixli, 98 saylı sərəncamına əsasən X5 tərəfindən aparılması müəy yən olunmuşdur. Odur ki, iddia tələbinin Xətai rayon İcra Hakimiyyətinə və üçüncü şəxs qismində X3 qarşı Xətai rayon İcra Hakimiyyətinin 19.03.2015-ci il tarixli, 98 nömrəli sərəncamının etibarsız sayılaraq, istilik kəmərlərinin üzərində tikilmiş qeyri-yaşayış sahəsinin sökülməsi tələbi kimi qəbul olunması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin 25 may 2015-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işdə cavabdeh kimi prosessual iştirakına xitam verilməsi, inzibati məhkəmə icraatına Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin cavabdeh, X2 üçüncü şəxs qismində cəlb edilməsi, iddia tələbinin “cavabdehin 19.03.2015-ci il tarixli, 93 saylı sərəncamının etibarsız hesab edilməsi və qeyri-yaşayış sahə sinin sökülməsi” kimi göstərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-775/2016 saylı, 16 iyun 2016-cı il tarixli qərardadı ilə iddia “qeyri-yaşayış sahəsinin sökülməsi” hissəsində mümkün sayılmamışdır. Bundan sonra, iddiaçının səlahiyyətli nümayəndəsi məhkəməyə təkrarən iddia tələbinin dəqiqləşdirilməsi barədə 07.09.2007-ci il tarixli ərizə təqdim edərək, iddia tələbinin “Xətai rayon İcra Hakimiyyətinin 19.03.2015-ci il tarixli, 93 saylı sərəncamının ləğv olunması” tələbi kimi qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi barədə ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1120/2018 saylı, 22 sentyabr 2017-ci il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia rədd edilmişdir. Birinci instansiya məhk əməsi hesab etmişdir ki, cavabdehin hazırda mübahisələndirilən 19.03.1995-ci il tarixli 98 nömrəli sərəncamının qəbulu qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmənin həmin qərarından iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-37/2018 saylı, 30 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1120/2018 saylı, 22 sentyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilərək cavabdeh Xətai rayon İcra Hakimiyyəti başçısının 19.03.2015-ci il tarixli 98 nömrəli sərəncamının etibarsız hesab edilməsi qərara al ınmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin hazırda mübahisələndirilən 19.03.2015-ci il tarixli, 98 nömrəli sərəncamının qəbulu qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu üçün həmin sərəncam etibarsız sayılmalıdır. Üçüncü şəxs X5 həmin qərardan kassasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini, yaxud işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi və prosessual hüquq normaların ın kobud şəkildə pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış, cavabdehin və üçüncü şəxsin sübutlarına düzgün hüquqi qiymət verilməmiş, iki ziddiyyətli ekspert rəyinin olmasına baxmayaraq əsassız qərar qəbul edilməklə iddia təmin edilmişdir. Belə ki, iddiaçının hüququnun həqiqətən pozulub- pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Yəni, əvvəlcə məhkəmə iddianın mümkünlüyü məsələsinə baxmalı idi. Mümkünlük şərtləri yoxlanıldıqdan sonra isə iddianın əsaslılıq məsələsinə baxılmalı idi. Belə ki, Bakı şəhəri, Xətai rayonu, xxxxküçəsi, 156-170 saylı yaşayış binasının yanında 50.0 kv.m ölçüdə məntəqə buna səlahiyyətli inzibati orqan olan Xətai rayon İcra Hakimiyyəti tərəfindən X3 19.03.2015-ci il tarixli, 98 saylı sərəncam əsasında ayrılmışdır. Kassator bildirir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının iddia qaldırmaq hüququnun olub-olmamasına görə iddianın mümkünlük şərtlərini yoxlamalı olduğu halda bunu etməmiş, iddiaçı tərəfin sübut etməli olduğu hal sübuta yetirilmədiyi halda, heç bir sübut olmadan mahiyyəti üzrə işə baxaraq iddianı təmin etmişdir. Qanuni əsaslarla müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahəsi ayrılmasına baxmayaraq, digər dövlət orqanı tərəfindən əsassız olaraq üçüncü şəxsə ayrılmış torpaq sahəsinin mübahisələndirilməsi barədə iddia qaldırılmışdır. Daha sonra qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə əlavə ekspertiza keçirilməsi nəticəsinə gələrkən əvvəlki ekspert rəyinin hansı hissəsinin kifayət qədər tam və a ydın olmadığını qərarında göstərməmiş, onu əsaslandırmamış, əksinə əsassız olaraq təkrar ekspertiza təyin etməklə işin mürəkkəbləşməsinə zəmin yaratmış və nəticədə ziddiyyətli ikinci bir rəy almaqla gəldiyi nəticəni şübhə altına almışdır. Nəticədə hər 2 rəyi verən eyni ekspert olmaqla, bir birinə zidd olan rəylər ortaya çıxmışdır. Bu halda şübhələrin kimin xeyrinə həll olunması məsələsində məhkəmə vətəndaşın mövqeyindən çıxış etməli olduğu halda bunu etməmiş, yaxud yenidən ekspertiza təyin etməli olduğu halda isə yenidən ekspertiza təyin etməmişdir. Apellyasiya instansiya məhkəməsi hansı əsasla məhz 1-ci rəyi nəzərə almadan 2-ci rəyə əsaslanaraq iddianı təmin etməsini qərarında göstərməmiş və əsaslandırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-37/2018 saylı, 30 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini, yaxud işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üz rə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya göndərilmiş məhkəmə bildirişində onun nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəm əsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsində isə təsbit edilmişdir ki, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli ara şdırılması təmin olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş və keçirilmiş ekspertizanın nəticəsi olaraq tərtib edilmiş 5479 nömrəli 08.06.2017-ci il tarixli rəydə göstərilir ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən tikilinin 630 mm-lik magistral istilik kəmərindən 5.2 m məsafədə inşa edildiyi nəzərə alınaraq, həmin tikili Tikinti Norma və Qaydalarının İİ.36.73*8.14 bəndinin və 5-ci cədvəlinin tələblərinə əsasən minimum məsafə 5.0 m-dən az olmayan istilik borusunun mühafizə zonasına düşmür. Tikilinin tikinti norma və qaydalarına uyğun olub olmaması ilə bağlı isə tədqiqat aparılmamışdır. Beləliklə, həmin ekspert rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən tikili həmin ərazidən keçən 630 mm-lik magist ral istilik kəməri üzərində yerləşmir, həmçinin həmin tikili istilik borusunun mühafizə zonasına da düşmür. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının 30.01.2018-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, eyni zamanda məhkəmə kollegiyası tərəfindən iş üzrə tərəflərin, üçüncü şəxsin, ekspertin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin mütəxəssisinin iştirakı ilə əlavə məhkəmə tikinti- texniki ekspertizası üzrə tədqiqat obyektinə mövcud vəziyyətdə yerli baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5222 nömrəli 30.07.2018-ci il tarixli rəyinin tədqiqat hissəsində qeyd edilir ki, qərardadda qoyulan sualların həlli üçün Bakı şəhəri, Xətai r ayonu, Rahib Məmmədov küçəsində yerləşən istilik xəttinin üstünün açılmaqla baxış keçirilməsi barədə 01.03.2018-ci il tarixdə vəsatət verilmiş, lakin istilik xəttinin üstünün qazılmaqla açılması mümkün olmamışdır. Bu səbəbdən də, istilik xəttinin istiqamətini müəyyən etmək mümkün olmadı. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən tikilinin həmin ərazıdən keçən 630 mm-lik magistral istilik kəmərinin üzərinə və mühafizə zonasına düşüb-düşməməsi və həmin tikilinin inşaat norma və qaydalarına uyğun inşa edilməsinə dair tədqiqat aparılmadı. Göründüyü kimi, ekspert əlavə ekspertiza tədqiqatı aparmamış, bunu istilik xəttinin üstünün qazılmaqla açılmasının mümkün olmaması ilə əlaqələndirmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə ko llegiyası isə istilik xəttinin üstünün qazılmaqla açılmasının mümkün olmamasının səbəblərini araşdırmamışdır. Həmin rəyin nəticə hissəsində qeyd edilir ki, “rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən tikilinin həmin ərazıdən keçən 630 mm-lik magistral istilik kəmərinin üzərinə və mühafizə zonasına düşüb-düşməməsi və həmin tikilinin inşaat norma və qaydalarına uyğun inşa edilməsinə dair tədqiqat aparılmadı. Lakin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin rəyinə istinad etməklə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 19.03.2015-ci il tarixli, 98 nömrəli sərəncamında nəzərdə tutulmuş tikilinin həmin ərazidən keçən 630 mmlik magistral istilik kəməri üzərinə düşmədiyi, tikilinin 630 mm-lik magistral istilik xəttinin mühafizə zonasına düşərək, binanın qarşı tərəfindən 1.5 m məsafədə keçdiyi və həmin tikilinin inşaat norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən olunur.” Göründüyü kimi, ekspert rəyində faktiki olaraq ekspertiza tədqiqatı aparılmadığı, yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin mütəxəssis rəyinə istinad etməklə rəy verildiyi qeyd edilmişdir. Ekspertin istinad etdiyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən 03 may 2018-ci il tarixli, 37/34- 01936 nömrəli məktubla məhkəməyə ünvanlanmış mütəxəssis rəyində “Azkommunlayihə” İnstitutunun mühəndisi Madər Nəbiyev məhkəmə tərəfindən qoyulmuş suallara cavab olaraq bildirmişdir ki, sözügedən Sərəncamda nəzərdə tutulmuş tik ili diametri 630 mm olan magistral istilik xəttinin üzərinə düşmür, lakin xəttin mühafizə zolağına düşür. Eyni zamanda həmin tikili Tikinti İnşaat Norma və Qaydalarına uyğun inşa edilməmişdir. Beləliklə də, apellyasiya instansiya məhkəməsinin sübut kimi qəbul etdiyi və iddianın təmin edilməsi barədə gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi ekspert rəyinin ekspertiza tədqiqatı aparılmadan, yalnız mütəxəssis rəyinə istinad edilməklə tərtib edilməsi işin mübahisəsiz halıdır. Qeyd olunmalıdır ki, ekspertin istinad etdiyi mütəxəssis rəyində gəlinən nəticələr də heç bir tədqiqata, heç bir sübuta əsaslanmır və mütəxəssisin hansı əsasla bu nəticəyə gəlməsi bəlli deyil. Göründüyü kimi, ilkin rəy verilərkən ekspert tədqiqatı heç bir maneə olmadan aparılmışdır. Əlavə ekspertiza zamanı isə e kspert tədqiqat aparılmadan rəy verdiyini bildirmişdir. Belə olan halda, ilkin rəyin deyil, əlavə ekspertiza rəyinin sübut kimi qəbul edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmamışdır. Qeyd olunan halların aydınlaşdırılması üçün ən azından rəyi verən ekspert çağırılıb dindirilməli, bundan əlavə qazıntı aparılmadan rəyin verilməsi həqiqətən də mümkün deyilsə, mütəxəssisin hansı metoda əsasən və ya sənədlərə istinad etməklə sualları cavablandırması araşdırılmalı idi. Beləliklə də, ilkin və əlavə ekspert rəyləri arasında ziddiyyət olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən yaranmış ziddiyyət araşdırılmamış, rəy verən ekspert və mütəxəssis məhkəməyə dəvət edilib dindirilməmiş, zərurət olduğu təqdirdə təkrar ekspertizanın keçirilməsi təmin edilm əmişdir. Apellyasiya instansiyası məhkəməsi konkret əsaslandırma aparmadan bir rəyi digər rəyə nisbətən daha mötəbər hesab etmişdir. Halbuki, “X4rşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusi ilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hü quqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyun 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Həmçinin mülki işdən görünür ki, məhkəmələr tərəfindən “xxxx” MMCnin fəaliyyəti nəticəsində əldə olunmuş mənfəətdən E.Vəlibəyova ödənilməli olan dividend məbləğinin müəyyən olunması ilə əlaqədar iki dəfə - 18 yanvar 2011-ci il tarixli ekspert rəyi və 11 mart 2015-ci il tarixli müstəqil auditor rəyi alınmışdır. Dividendin məbləğinin müəyyən olunması ilə əlaqədar həmin rəylər arasında fikir ayrılığı mövcud olsa da, məhkəmələr bu məsələyə hüquqi qiymət verməmişlər. Baxmayaraq ki, Mülki Prosessual Məcəllənin 102.2ci maddəsinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.” Azərbaycan Respublikası İPM-in 1.2.-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 102.2-ci maddəsinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 103.1-cü maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin raz ılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi əlavə ekspertiza rəyini mötəbər sübut kimi qəbul edərkən yuxarıda qeyd edilən normaların tələblərinə əməl etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı ilkin olaraq tələbində sərəncamın etibarsız sayılmasını xahiş etsə də, sonra iddia tələbini dəyişərək, həmin sərəncamın ləğvini xahiş etmiş, birinci instansiya məhkəməsi də bu tələbə baxaraq, iddianı rədd etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən iddianın növünün dəyişdirilməsini nəzərə almamış, iddia tələbindən kənara çıxaraq hazırkı iddiaya mübahisələndirmə haqqında iddia kimi deyil, müəyyən etmə və tanınma haqqında iddia kimi mahiyyəti üzrə baxmı şdır. Halbuki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İnzibati Prosessual Məcəllənin 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. İş materiallarından göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən iddia tələbi inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qiymətləndirilmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair müb ahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıbyaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Xətai rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında i ddia kimi qəbul edilməsini istisna edir. İddiaçı özü də bunu qəbul edərək, iddianın növünü dəyişmiş, məhkəmədən sərəncamın ləğvini tələb etmişdir. Beləliklə, Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, iki rəy arasında olan ziddiyyət ətraflı araşdırılmadan qərar qəbul edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-37/2018 saylı iş üzrə 30 avqust 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-460/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-460/2019
27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver