Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-460/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası Bakı Şəhəri İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRAR Açar sözlər: mənzilin sökülməsinə görə ödənilən kompensasiya Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Bakı Şəhəri İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra cavabdehlər) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi, bundan sonra üçüncü şəxs) “kompensasiya ödənilməklə mənzilin boşaldılması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Mə hkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1889/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qərarından cavabdehlərin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 3/6 hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 316 nömrəli reyestr kitabının 29445 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2. 43 saylı Mənzil Kommunal İstismar Sahəsinin 21.05.2018-ci il tarixli arayışına əsasən cavabdehlər ünvan 1 ünvanında qeydiyyatdadırlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 5 1 saylı, 16 fevral 2018-ci il tarixli qərar vermişdir. Həmin qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri İddiaçınə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. 4. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşür.
5. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar "xxxx" MMC-ni müstəqil qiymətləndirici kimi cəlb etmişdir.
6. Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində 23.11.2018-ci il tarixdə tərtib olunmuş “Qiymətlən dirmə hesabatı”na əsasən daşınmaz əmlakın 2018-ci ilin iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanuni ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla ünvan 1 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar cavabdehlərə 97860 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. 7. 23 noyabr 2018-ci il akta əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsinə görə 97860 manat kompensasiya təklif edilmiş, lakin cavabdehlər könüllü razılaşmadan imtina etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraa t
8. İddiaçı 12 dekabr 2018-ci il tarixdə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 1 ünvanında yerləşən mənzilə sahibliyin alan orqan - iddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçi Cavabdeh1 97.860 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddianın əsaslarına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarına əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi iddiaçı Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Həmin Qərarın icrası məqsədi ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun iddiaçı tərəfindən “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil edilmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisi, digər cavabdehlər isə onun ailə üzvləri olmaqla, həmin fərdi yaşayış evinə qeydiyyatdadırlar və orada yaşayırlar. Ev Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarın təsiri altına düşür. Cavabdehlərə, danışıq (könüllü alqı-satqı) yolu ilə o nların yaşadıqları daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmiş, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq onlara yaşadıqları ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə araşdırma aparılaraq “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanında nəzərdə tutulan bütün əlavələrlə birlikdə, evin 96.860,00 manat məbləğində mövcud bazar qiyməti müəyyən edilmiş və 1000 manat iki aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla, cavabdeh Cavabdeh1 (mülkiyyət çi) 97.860,00 manat kompensasiya məbləği təklif olunmuş, lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9, 246.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə, “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Qanununun 4.1, 5, 6.1, 52.1-ci maddələrinə istinad edilmişdir.
10. Cavabdehlər iddia ərizəsinə dair yazılı etirazında iddianın rədd edilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışlar ki, iddianın faktiki əsası kimi iddia ərizəsində baş verməmiş hallar göstərilir. Onlar iddiaçıdan hər hansı bildiriş almamış və özlərinin daşınmaz əmlak hüquqlarının könüllü satılmasından yazılı yaxud şifahi formada hər hansı imtinanı kiməsə verməmişlər. Onlara 97.86 0 manat həcmində ədalətsiz pul kompensasiyası təklif edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 56-cı maddəsi müəyyən edir ki, əsas kompensasiyanın məbləğinin hesablanması zamanı mövcud inflyasiya, həmçinin digər amillər nəzərə alınmalıdır. Bununla yanaşı Qanunun 66-cı maddəsinə uyğun olaraq alınmış yaşayış evində 10 ildən çox yaşamış şəxslər kimi onların hər birinə əsas kompensasiyanın ümumi məbləğinin 10% həcmində çətinliyə görə əlavə kompensasiya verilməlidir. Kompensasiya qüvvədə olan qanunvericiliyə uyğun olaraq hesablansaydı, təklif edilən məbləğdən ən azı beş dəfə çox olmalı idi. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(81)-699/2019 saylı iş) 3 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək “ünvan 1 ünvanında yerləşən d aşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, evin dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçi Cavabdeh1 97860 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi boşaldılması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi mülki qanunvericiliyin dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirməyərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində “Mülkiyyət” adı altında birləşdirməsini, odur ki, hazırki iş üzrə fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınma proseduralarının Azərbaycan Respublikası Mülki Məcəlləsi, həmçinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini və işin digər hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
13. Cavabdehlər həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X11-məruzəçi, X8 və X19, 21(103)-878/2020 saylı iş) 1 sentyabr 2020-ci il tarixli qərarla cavabdehlərin apellyasiya şikayətini təmin etməmiş, birinci ins tansiya məhkəməsinin 3 dekabr 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlanmışdır.
15. Cavabdehlər apelyasiya instansiyası məhkəməsinin qərarından kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X9-məruzəçi, X1 və X2, 2-1(102)-683/2020 saylı iş) 13 aprel 2020-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
17. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinin alan orqan tərəfindən təmin edilmədiyinə dair apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmiş, iddiaçının əsaslandığı "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatı araşdırılmamış və qiymətləndirilməmiş, iddia olunan daşınmaz əmlakın bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə cavabdehlərin vəsatətinə əsasən məhkəmə tərəfindən tələb edilmiş və notariat ofisləri tərəfindən məhkəməyə təqdim edilmiş “daşınmaz əmlakın alqı-satqısına dair” müqavilələrə münasibət bildirilməmiş, bununla da İPM-in 12.1, 57.8, 82 və 87.8-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat 18. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X6-məruzəçi, X10 və X7, 21(103)-1889/2021 saylı iş) 14 oktyabr 2021-ci il tarixli qərarla cavabdehlərin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 3 dekabr 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlanmışdır.
19. Cavabdehlər 23 dekabr 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın təmin edilməsindən imtina haqqında yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri 20. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən Dövlət, alınmanın təsirinə məruz qatan şəxslərə razılıq əldə etməkdə və hamin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Qanunun 54.1-ci maddəsi müəyyən edir ki, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir.
21. Azərbaycan Respublikası Konstitusiyasının 29-ci maddəsinə əsasən Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 22. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz is tifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
23. İddiaçı isə, göstərilən Qanun normalarını, Azərbaycan Respublikası Konstitusiyası, İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi barədə X4 Protokolun qeyd olunan normalarını pozaraq, cavabdehlərin daşınmaz əmlak üzərində sahiblik hüququnun onlardan alınmasına görə, müstəqil qiymətləndirici – "xxxx" MMC tərəfindən hesablanmış 97.860 (96.860 + 1.000) manat məbləğində qanuna zidd ədalətsiz pul kompensasiyası müəyyən edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Tətbiq edilən hüquq 25. “İnzibati icraat haqqında” Qanun: Madd ə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
26. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum ol ması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə
211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə
157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlər inin tikilməsi məqsədi ilə alınır. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmu ş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakı n mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 28. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüs usi mülkiyyətdə olan torpaqlar; (-). Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilm əklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 29. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 3 82 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə 51 saylı 16 fevral 2018-ci il tarixli qərar qəbul etmişdir. Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri İddiaçı müəy yən edilmişdir.
30. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştira kçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə e dilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati müba hisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
31. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
32. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman pros essual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. İddiaçı iddiasında ünvan 3 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan iddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və həmin əmlakın dövlət ehtiyacları ilə bağlı alınması ilə əlaqədar cavabdehlərə (mülkiyyətçilərə) 97.860 manat məbləğdə kompensasiya ödənilərək bütün cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. İddianın əsaslarına görə, Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli 51 nömrəli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi iddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədilə iddiaçı alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Cavabdeh1 daşınmaz əmlakın mülkiyyətçisidir, digər cavabdehlər isə onun ailə üzvü olmaqla həmin evdə qeydiyyatdadırlar. Həmin əmlak Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun mülkiyyətində olan daşınmaz əmlakın satın alınmasına razılı q verilməsi barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq cavabdehə daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 97.860 manat məbləğdə kompensasiya (Prezidentin fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə, 2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir.
36. Apelyasiya instansiyası məhkəməsinin araşdırmasından görünür ki, Bakı şəhəri Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq, Çingiz Mustafayev və Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu, Mirzəağa Əliyev küçələri arasındakı ərazilərdə dövlət əhəmiyyətli kommunikasiya xətl ərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alınacaq torpaq sahələrinin yerquruluşu planına görə, ünvan 4 ünvanı Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli 51 nömrəli qərarının təsiri altına düşür.
37. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq küçəsi, ev 27 fərdi yaşayış evi 124,9 kv.m 1/6 hissə E.Bəşirov, 1/3 hissə D.Qədirova və 3/6 hissə Cavabdeh1 mülkiyyətindədir. 124,9 kv.m sahənin 3/6 hissəsi 62,45 kv.m təşkil edir.
38. Cavabdehlər Bakı şəhəri Yasamal rayonu Abdulla Şaiq küçəsi, ev 27-də qeydiyyatdadırlar.
39. Cavabdehlərə məxsus daşınmaz əmlak üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş 30 yanvar 2019-cu il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən, 40,54 kv.m əsas sahəyə görə: bir kv.metri 1.250 manat və Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 №-li Fərmanında nəzərdə tutulan 20 faiz əlavə daxil edilməklə, 1 kv metri 1.500 manatdan hesablanmaqla - 60.810,00 manat; 17,91 kv.m köməkçi sahəyə: bir kv.metri 1.250 manat və 20 faiz əlavə də nəzərə alınmaqla 1.500 manatdan olmaqla – 26.865,00 manat; 17,85 kv.m qaraj (H=2,45) sahəsinə görə: bir kv.metri 416,66 manatdan, 20 faiz əlavə daxil olmaqla 1 kv metri üçün 500 manatdan olmaqla - 8.925,00 manat; 0,65 kv.m pilləkən sahəsinə görə 1 kv metri 333,33 manatdan olmaqla, 20 faiz əlavə ilə birlikdə 1 kv metri 400 manatdan -260,00 manat hesablanmışdır.
40. Cəmi 76,95 kv.m sahəyə görə kompensasiyanın məbləği 96.860,00 manat, həmin məbləğə 2 aylıq kirayə haqqı və köçmə xərci kimi 1000 manat da əlavə edilməklə, cavabdeh lərə hesablanmış kompensasiyanın ümumi məbləği-97.860,00 manat təşkil etmişdir.
41. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli yaşayış sahəsinə dair reyestrdən çıxarışa əsasən 62,45 kv.m təşkil etdiyi halda, qiymətləndirmənin nəticəsi olaraq yaşayış sahəsinə görə cavabdehlərə ümumilikdə 76,95 kv.m sahəyə görə (yəni 14,5 kv m artıq) kompensasiya hesablanmışdır. 42. ünvan 5 ünvanda yerləşən yaşayış sahəsinin əsas sahəsi 38 kv.m, köməkçi sahəsi 32,73 kv.m, sanitar qovşağı 2,67 kv.m, 1/2 torpaq sahəsi 93,25 kv.m. təşkil etmiş, qiyməti 154.856 manat müəyyən edilmiş, 2 aylıq kirayə və köçmək xərci 1.000 manat, bütün kompensasiya növləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan 20% əlavə nəzərə alınmaqla, ümumilikdə cəmi 155.856 manat kompensasiya məbləği müəyyən edilmiş, evin əsas və köməkçi sahələri üçün kompensasiya məbləği hər kv.m. üçün 1.500 manatdan, sanitar qovşağı üçün 800 manatdan, torpaq sahəsi üçün isə 500 manatdan hesablanmışdır.
43. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.
44. Kompensasiyanın məbləğin ə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).
45. Məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Yasamal rayonunda torpaqların dövlət ehtiyacları üçün alınması barədə inzibati məhkəmə icraatında baxılmış işlərdə əmlakın dəyəri mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə A zərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı nəzərə alınmaqla 20 faiz də hesablanmaqla 1.500 manat müəyyən edilmişdir.
46. Odur ki, mübahisə olunan tikilinin dəyərinin inzibati praktikaya uyğun müəyyən edilməsi və iddiaçı tərəfindən həmin məbləğin ödənilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası əsaslı saydığından kasasiya şikayəti təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1889/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.