Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4602/2025 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər:üçüncü şəxs2, üçüncü şəxs1, üçüncü şəxs3 İsaxan qızı, X2, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İsaxan qızı) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İsaxan qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. ünvan 2 103 ünvanında yerləşən mənzil ilkin olaraq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.1978-ci il tarixli order əsasında X1 və ailə üzvlərinin istifadəsinə verilmiş, sonradan isə ##.##.2004-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə X1 adına dövlət qeydiyyatına alınmışdır.
2. X1 ##.##.2008-ci il tarixdə vəfat etməsindən sonra, ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun oğlu İddiaçı miras əmlakdan 1/2 hissədə pay almışdır. Bunun əsasında mübahisəli mənzil ##.##.2023-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmış, digər 1/2 hissə üzrə vərəsə payı isə açıq saxlanılmışdır.
3. Mübahisəli mənzildə üçüncü şəxs3 İsaxan qızı ##.##.2003-cü ildən, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İsaxan qızı və üçüncü şəxs2 2005-ci ildən, X2 ##.##.2010-cu ildən, üçüncü şəxs1 isə ##.##.2011-ci ildən yaşayış yeri üzrə qeydiyyatdadırlar.
4. üçüncü şəxs3 İsaxan qızı X6 qızıdır və ##.##.1990-cı il tarixli övladlığa götürmə haqqında akt qeydinə əsasən Solmaz Xıdır qızı tərəfindən övladlığa götürülmüşdür.
5. ** saylı Mənzil Kommunal İstismar sahəsinin ##.##.2024-cü il tarixli *** nömrəli arayışından görünür ki, Cangirova Röyalə İsaxan qızı həqiqətən ünvan 4 ünvanında yaşayır. ##.##.1990-cı ildən qeydiyyatdadır.
6. üçüncü şəxs3 İsaxan qızının İddiaçı qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının mübahisəli mənzilə köçürülməsini, mənzilin giriş və otaqlardakı qapılara cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılmasını qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.
7. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İsaxan qızının, üçüncü şəxs2, üçüncü şəxs1, X7 cavabdeh, İddiaçı qarşı “iddiaçıların ünvan 1 ünvanına köçürülmələri barədə” iddia tələbi təmin edilməmişdir.
8. İddiaçı cavabdehə müraciət edərək üçüncü şəxslərin ona məxsus ünvan 5 ünvanında yerləşən mənzildə qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh iddiaçıya ##.##.2024-cü il tarixli, *-**-**-*/*-****/**** nömrəli imtina məktubu ilə üçüncü şəxslərin qeydiyyatdan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyi bildirilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiyası məhkəməsindəki icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən mənzilinin pasport qeydiyyatından ##.##.1969-cu il təvəllüdlü üçüncü şəxs2, ##.##.1995-ci il təvəllüdlü üçüncü şəxs1, ##.##.1983-cü il təvəllüdlü Cahangirova Röyalə İsaxan qızı, ##.##.1993-cü il təvəllüdlü X2, ##.##.1970-ci il təvəllüdlü İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İsaxan qızının çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 3 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilin mülkiyyətçisidir. Qeydiyyatdan çıxarmaq istədiyi şəxslər isə ##.##.1969-cu il təvəllüdlü üçüncü şəxs2, ##.##.1995-ci il təvəllüdlü üçüncü şəxs1, ##.##.1983-cü il təvəllüdlü Cahangirova Röyalə İsaxan qızı, ##.##.1993-cü il təvəllüdlü X2, ##.##.1970-ci il təvəllüdlü İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İsaxan qızıdır. Qeyd etmək istəyirəm ki, həmin şəxslərin İddiaçı mənzili ilə bağlı heç bir əlaqələri qalmamamışdır. Beləliklə, bu şəxslərin mənzildən yaşayışistifadə hüququ itirilmiş hesab edilməli və yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılmalıdırlar. Çünki, onların həmin mənzilə qeydiyyatı formal xarakter daşımaqla yanaşı, İddiaçı mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Digər tərəfdən də, bu şəxslərin həmin mənzildə formal qeydiyyatda olmalarına görə, mülkiyyətçi adambaşına hesaba alınan kommunal xidmət haqları da ödəməli olur. Bununla bağlı ilkin olaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Xətai Rayon Polis İdarəsi isə, İddiaçı ərizəsinin icrasından imtina edilmişdir. Qeydiyyatda olan şəxslərin İddiaçı xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması mülkiyyət hüququnu məhdudlaşdırır. Belə ki, mənzilə dair sərəncam vermək istədikdə formal olaraq onların da razılığını almaq tələb olunur. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi qismən təmin edilmiş, üçüncü şəxs2, üçüncü şəxs1, X3, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İsaxan qızının ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdehə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ünvan üzrə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs2, üçüncü şəxs1, X2, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İsaxan qızının mübahisəli mənzilə əmlak hüquqlarının olduğu müəyyən olunmur. Eyni zamanda, adları çəkilən üçüncü şəxslər məhkəmə iclasında sözügedən ünvanda qeydiyyatda olsalar da faktiki yaşamadıqlarını bildirmişlər. İş üzrə üçüncü şəxs üçüncü şəxs3 İsaxan qızı sözügedən mənzilə dair anası X4 məxsus əmlak hüququ üzrə hüququnun olduğunu iddia edir. Eyni zamanda, iş üzrə müəyyən olunur ki, Cangirova Röyalə İsaxan qızı həmin ünvanda faktiki olaraq yaşayır. Üçüncü şəxslərdən üçüncü şəxs2, üçüncü şəxs1, X2, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İsaxan qızının iddiaçıya məxsus mənzilə dair istifadə hüquqları qeydiyyata alınmadığı, bu barədə məhkəmə qətnaməsinin olmadığı və həmin ünvanda faktiki yaşamadıqlarından mənzilin mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin isə adları çəkilən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. üçüncü şəxs3 İsaxan qızının isə həmin ünvanda faktiki yaşadığını (mənzildən çıxarma barədə qətnamənin olmadığı), qeydiyyatda olduğu mübahisəli mənzildən istifadə etmək hüququnun (imkanının) olub-olmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq hesab edilmişdir ki, cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə hazırkı iddia tələbi ona münasibətdə təmin edilə bilməz.
14. Üçüncü şəxslər üçüncü şəxs2, üçüncü şəxs1, X2, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İsaxan qızı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər.
b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: G.Abbasova - sədrlik edən və məruzəçi, F.Mədətli və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İsaxan qızı həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
18. Kassator şikayətində apellyasiya məhkəməsi tərəfindən Konstitusiyanın 25, 60,71 və 127-ci maddələrinin və İPM-in 11, 12, 13, 14, 15, 16, 48, 58 və 68-cı maddələrinin pozulmasına istinad etmişdir.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. (-). Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (-). Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. (-). Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; (-). 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; (-).
21. Inzibati Prosessual Məcəllə : Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair ## ######## 2020-ci il tarixli qərarı.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı yalnız üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İsaxan qızı tərəfindən mübahisələndirildiyndən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı məhz onun qeydiyyatdan çıxarılması hissəsində yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi, iddiaçı ünvan 4 ünvanında yerləşən mənzilin qanuni sahibi və istifadəçisidir. Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İsaxan qızı iddiaçının qanuni istifadəsində olan müvafiq mənzildə yaşamır və onun həmin mənzilə istifadə hüququ mövcud deyil.
30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən mübahisəli mənzil iddiaçının tam mülkiyyətində olduğundan həmin əmlakda qeydiyyatda olmuş, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeydiyyatda olan üçüncü şəxs həmin mənzildə yaşamadığından həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
31. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Eləcə də üçüncü şəxslərin iddiaçıya məxsus evə dair hər-hansı hüquqlarının olmadığı və hazırda həmin ünvanda yaşamadığı halda onların həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuşdur məhkəmələr iddia tələbini üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İsaxan qızına münasibətdə təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.
32. Hazırkı qərarın 22-ci bəndinə qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
33. Göründüyü kimi, istər üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də onunn həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur.
35. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.