Məhkəmə qərarları › İş №2-1(102)-4607/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4607/2025

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4607/2025 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Icra Şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu, iddianın mümkün sayılmaması, oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Icra Şöbəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları

1. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2020-ci il tarixli *********** nömrəli əmri iddiaçı İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair hissədə ləğv edilməlidir.

2. Iddiaçı İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsində müvafiq vəzifəyə təyin olunması və işləmədiyi dövrlər üçün əmək haqqının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır.

3. Qeyd olunan icra sənədi ##.##.2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və tələbin könüllü icrası ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunmuşdur. Bundan sonra icra sənədi üzrə borclu qurum tərəfindən şöbəyə təqdim olunan ##.##.2024-cü il tarixli məktubda qərarın "əmrin ləğv edilməsi" hissəsində icrasının təmin olunduğu qeyd olunmuş və müvafiq əmrin surəti məktuba əlavə olunmuşdur.

4. Bundan əlavə qərarın "məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi" hissəsinin icrası ilə bağlı İddiaçı təqdim etdiyi bank hesabına ##.##.2020-ci il tarixdən ##.##.2022-ci il tarixədək ## ##### 2023-cü il tarixli ödəniş tapşırığı əsasında 11209,50 manat məbləğində vəsait köçürülmüşdür. Həmçinin sözügedən məktubda qeyd olunmuşdur ki, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanının 1.3-cü bəndinə uyğun olaraq dövlət orqanı kimi ləğv edilərək Nazirliyin tabeliyində yaradılmış publik hüquqi şəxsə çevrilmişdir. Eyni zamanda bildirilmişdir ki, Qərarın işə bərpa hissəsinin icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilməsi üçün İddiaçı ## ###### 2023-cü il tarixində görüş üçün Nazirliyə dəvət edilmiş və görüş zamanı İddiaçı müvafiq izahlar verilmiş, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun * saylı Quba-Xaçmaz regional filialının Qusar rayon qəbul şöbəsində kargüzar vəzifəsi (aylıq vəzifə maaşı 800 manat) təklif olunmuş və Nazirlik tərəfindən ## ###### 2023-cü il tarixli *-**-*/*-C-***/**** nömrəli məktub göndərilmiş, lakin İddiaçı bugünədək təklif edilən vəzifəni qəbul etməmişdir.

5. Bakı şəhəri Yasamal rayon Icra Şöbəsinin icra məmurunun ## #### 2025-ci il tarixli qərarı ilə icra sənədi Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

6. Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Icra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Icra Şöbəsinin ## #### 2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsini xahiş etmişdir.

7. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu-06112023yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının ## #### 2026-cı il tarixli *-*(*-*)-*/**** nömrəli qərarından görünür ki, tələbkar İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Bakı şəhəri Yasamal rayon Icra şöbəsinin ## #### 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmiş, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)-*/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ləğv edilmiş, ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Icra şöbəsinin icra məmurunun *-*(***)- ***/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədi üzrə qəbul etdiyi “Icra sənədinin qaytarılması haqqında ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş, həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının ## #### 2026-cı il tarixli *-*(*-*)-*/**** nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-*/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

14. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.

15. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iş üzrə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinin mahiyyəti və tənzimləmənin məqsədi baxımından iddianın mümkünlüyünü istisna edən hal kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının eyni tələb, eyni predmet və eyni əsasla Bakı Inzibati Məhkəməsi və Sumqayıt Inzibati Məhkəməsinin icraatında eyni iş olmuşdur. Bu anlamda, tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında (Sumqayıt Inzibati Məhkəməsində) artıq baxılaraq qərar qəbul edildiyi və qərarın qanuni qüvvəsini aldığı diqqətə alınmalıdır. Tərəflər, o cümlədən iddiaçı da ona münasibətdə məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır, iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları, ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı).

16. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

17. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

18. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar