Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-461/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7, vəkili X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin vəkili Vəkil qızının iştirakı il ə. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 08.05.2007-ci il tarixdən təyin edilməsi və 08.05.2007-ci il tarixdən bu günədək alınmamış pensiya məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun hesablanıb birdəfəyə ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2233/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İdd iaçının əri X8 X-ci ildə vəfat etmişdir. Cavabdeh tərəfindən iddiaçıya 10.03.2016-cı ildən etibarən ailə başçısını itirməyə görə 110 manat pensiya təyin edilmişdir. İddiaçı 12 sentyabr 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 08.05.2007-ci il tarixdən təyin edilməsi və 08.05.2007-ci il tarixdən bu günədək alınmamış pensiya məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun hesablanıb birdəfəyə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1938-ci ildə doğulmuşdur. Onun əri X8 uzun müddət müxtəlif rəhbər vəzifələrdə çalışmış, 40 ildən artıq əmək stajı olmuşdur. İddiaçı isə işləməmiş, əmək p ensiyası almamış, daim həyat yoldaşının öhdəsində, onun təminatında olmuşdur. X8 X-ci ildə vəfat etmiş və həmin vaxt iddiaçının 69 yaşı olmuşdur. Yəni ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranmışdır. Bununla bağlı cavabdehə müraciət etsə də, həmin pensiya ona 01.03.2016-cı il tarixdən təyin edilmişdir. Cavabdeh iddiaya yazılı etirazını onunla əsaslandırmışdır ki, ailə başçısını itirməyə əmək pensiyasının təyin olunması üçün 28.03.2017-ci il tarixdə müraciət olunmuşdur. Bununla əlaqədar yaşa görə ödənilən müavinət 01.03.2016-cı il tarixdən dayandırılmış və bu tarixdən də düzgün olaraq ailə başçısını itirmiş şəxs kimi pensiya təyin edilmişdir. İddiaçının həyat yoldaşının vəfat etdiyi tarixdə pensiyasının sığorta hissəsi mövcud olmadığından ona əmək pensiyasının baza hissəsini t əyin etmək mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-4458/2017 saylı iş) 28 dekabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçı onun əri X4 vəfat etdiyi tarixdə müvafiq pensiya yaşına çatmış olduğundan onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ həmin tarixdən yaranır. Onun həmin vaxtdan bu hüququ əldə etməsini, habelə cavabdehə 01.07.2017-ci il tarixdən əvvəlki dövrdə müraciət etməsini nəzərə alaraq, ona ailə başçısını itirməyə görə əmək pensiyası yarandığı gündən və qanunvericiliyin həmin dövrdə qüvvədə olan normalarına əsasən pensiya təyin edilməli və həmin vaxtdan bu günədək ödənilməmiş məbləğlər qanunvericiliyin 01.07.2017-ci il tarixdən əvvəlki dövrdə qüvvədə olan müddəalarına əsasən verilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2018-cı il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2məruzəçi, X5 və X6, 2-1(103)-2233/2018 saylı iş) 16 oktyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 1 noyabr 2018-ci il tarixdə qərarın surətini almış, 26 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçıya cavabdeh tərəfindən yaşa görə ona ödənilən müavinət 01.03.2016-cı il tarixdə dayandırılmış və bu tarixdən iddiaçıya düzgün olaraq ailə ba şçısını itirmiş şəxs kimi pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. İddiaçının mərhum həyat yoldaşının vəfat etdiyi tarixdə pensiyasının sığorta hissəsi mövcud olmadığından iddiaçıya əmək pensiyasının baza hissəsi təyin edilərək ödənilir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib, şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin olunmamasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçıya 10 mart 2016-cı ildən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçının əri Ə.Kərimov 7 may 2007-ci ildə, 79 yaşında vəfat etmişdir. Bu zaman iddiaçının 69 yaşı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinin mənasına görə vəfat etmiş ailə başçısının öhdəsində olan arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində (əvvəlki redaksiyada) pensiya yaşına çatmış qadınların yaşı 57 müəyyən edilmişdir. Maddənin Qey d hissəsində isə qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1dək hər il altı ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. İddiaçıya 2016-cı ildə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ailə başçısının ölüm gününədək bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olmasını təsdiq edir. İddiaçının əri 2007-ci ildə vəfat edən zaman iddiaçı Qanunun 7-ci maddəsində nəzərdə tutulan pensiya yaşına çatmışdır. Odur ki, onun həm in vaxtdan ailə başçısını itirməyə görə pensiya hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ yaranan zaman 2007-ci ildə qüvvədə olmuş 32.3-cü maddəsində qeyd edilirdi ki, ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, 62 yaşına çatmış kişilərə və 57 yaşına çatmış qadınlara isə ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş 31.1-ci maddəsinin redaksiyasına görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istə nilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinin iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş redaksiyasına əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. İddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ ərinin vəfat etdiyi vaxtdan yarandığından həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun pensiyanın təyin edilərək yenidən hesablanmalı olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Cavabdehin məktublarından görünür ki, əvvəllər iddiaçıya yaşa görə müavinət ödənilmiş və həmin müavinət 1 mart 2016-cı il tarixdən dayandırılmışdır. Məhkəmə koll egiyası qeyd edir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası 8 may 2007-ci ildən ödənilməli olduğundan, 1 mart 2016-cı ildən əvvəlki dövr üçün pensiya hesablanarkən iddiaçıya ödənilmiş müavinətin məbləği cavabdeh tərəfindən nəzərə alınmalıdır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbinə dair cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiya sı məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2233/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-461/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-461/2019
05.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver